Month: August 2018

  • Bu mikroavtobusda gediş haqqı hələ də 20 qəpikdir – Bakıda – Video

    Avqust ayının birindən etibarən Tarif (qiymət) Şurasının qərarı ilə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidmətinin qiyməti qaldırıldı.

    Yeni qərara görə Bakı metrosunda və avtobuslarda gediş haqqı 30 qəpik müəyyən edildi.

    Hələ də paytaxtda gediş haqqı 20 qəpik olan mikroavtobus xidmət göstərir.

    Bu mikroavtobus “Əhmədli” metrostansiyasının qarşısından Xəzər Univermağına qədər işləyir. Sürücülər gediş haqqının artmamasını onların xərclərinin stabil qalması ilə izah edirlər. Bildirirlər ki, yanacağın qiyməti bahalaşmayana qədər bu mikroavtobuslarda gediş haqqı 20 qəpik olacaq.//baku.ws

  • Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var

    Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

    Median.Az “virtualaz”a istinadən xəbər verir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

    Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.

    Hazırda hüquq-mühafziə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

  • Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə… – Azərbaycanda ağlasığmaz əməl

    Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Nəriman Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan “Zərgər Şükür” ləqəbi ilə tanınan Şükür Əhmədovun oğlu Şahin Əhmədovun külli miqdarda olan qızıl-zinət əşyalarını və digər əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gəlib.

    Bu məqsədlə o, 4 iyun 2008-ci il tarixdə, saat 07 radələrində əvvəlcədən hazırladığı plana əsasən basqında istifadə etmək üçün nəzərdə tutulmuş silah qismində bıçaqla silahlanıb və maska taxaraq Şahin Əhmədovun yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi 71 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından içəri daxil olub.

    Zərgər necə öldürüldü?

    Nəriman Fatullayev evin bağlı vəziyyətdə olan giriş qapısının açılmasını gözləyib. Bu zaman Şahin Əliyevin anası Əzizənin qapını açaraq evin birinci mərtəbədə yerləşən mətbəxə düşməsindən istifadə edib və o, evin ikinci mərtəbəsinə qalxaraq eyvana daxil olub.

    Nəriman Fatullayev orada çarpayıda arxası üstdə yatmış Şahin Əhmədovun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürmək üçün hücum edib, metal boru ilə başından və bədəninin digər nahiyələrindən vurub, sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Şahin Əhmədov həmin zaman aldığı xəsarətlərdən ölüb.

    Oğlunun köməyinə gələn anaya qarşı amansızlıq

    Daha sonra o, qışqırıq səsinə köməyə gələn Əzizə Əliyevanı da yumruqla vurub. Bu zaman Əzizə onun başından maskanı çıxarmağa cəhd edib.

    Nəriman Fatullayev törətdiyi cinayəti gizlətmək üçün öldürmək məqsədilə əlində olan bıçaqla Əzizə Əliyevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

    “Pulya Nəriman” necə ələ keçdi?

    Əzizə Əliyevanın qışqıraraq qonşuları köməyə çağırması səbəbindən tutulacağından qorxan Nəriman Fatullayev hadisə yerini tərk edib.

    Əzizə Əliyeva vaxtında göstərilən tibbi yardımla sağ qalıb.

    2008-ci ildə qətl törədən Nəriman Fatullayev uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, ötən ilin aprelinin 28-də həbs edilib. Nəriman Fatullayev cinayətkar aləmdə “Pulya Nəriman” ləqəbi ilə tanınır.

    10 il sonra 8 maddə ilə ittiham

    İstintaq orqanı tərəfindən Nəriman Fatullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

    Nəriman Fatullayevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Məhkəmə istintaqı zamanı tədqiq edilmiş qeyd olunan Lənkəran şəhər-rayon polis şöbəsində 27 may 2010-cu il tarixli əməliyyat məlumatından görünür ki, qeyd edilən cinayət hadisəsinin cinayətkar aləmdə nüfuzlu şəxs kimi aqressiv qəddarlığı ilə seçilən, əvvəllər şəxsiyyət əleyhinə müxtəlif cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş, “Pulya Nəriman” ləqəbli Nəriman Fatullayev tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olur.

    “Başından papağı çıxarmağa cəhd etdim”

    Məhkəmədə tədqiq edilmiş zərər çəkmiş şəxs Əzizə Əliyevanın ifadəsindən görünür ki, o, 4 iyun 2008-ci il tarixdə səhər saat 07.30-da mətbəxdə çay qoyub və həyətə çıxarkən oğlu Şahinin qışqırıq səsini eşidib: “Həmin vaxt evə daxil oldum. Sifəti tam şəkildə bağlı olmaqla başına yun idman papağı (maska) geymiş, papağın üzərinə isə şüşəsi dairəvi formalı eynək taxmış bir nəfər şəxsə müqavimət göstərdim. Onun başından papağı dartaraq yuxarı çıxarmaq istədim. Həmin şəxs mənə xəsarət yetirdikdən sonra hasardan aşaraq qaçdı”.

    “Pulya Nəriman”nın qətllə bağlı açıqlaması

    Nəriman Fatullayev evində aşkar olunan üzərində gözlüklər düzəldilmiş qara rəngli papağın (maskanın) ona məxsus olmadığını bildirsə də, arvadı Nargilə Səfərova həmin papağın evlərində olmasını təsdiq etməklə papağı 5 yaşlı oğlunun istəyinə görə ona tikdiyini bildirib.

    Nəriman Fatullayev qeyd edib ki, hadisə baş verən günü evdə olmayıb. Onun sözlərinə görə, gecə saat 02-03 radələrində Bakı şəhərinə tanımadığı şəxsə məxsus avtomaşınla gedib.

    “Pulya Nəriman”a 14 il 6 ay həbs

    Məhkəmə bütün sənədləri araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Nəriman Fatullayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Nəriman Fətullayevin cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2017-ci il aprelin 28-dən hesablanıb.

    Hökmdən narazı qalan Nəriman Fatullayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Nəriman Fatullayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəriman Fatullayevin apelyasiya şikayəti təmin olunmayıb.

  • Azərbaycanlı model Tayvanda “Ən yaxşı bədənli qadın” seçildi – FOTO

    Azərbaycanlı model Leyla Əliyeva Tayvanda beynəlxaq layihədə iştirak edib.

    “Lady Brilliancy Int’l 2018” müsabiqəsinin finalında Vyetnam, Bolqarıstan, Monqolustan, Rusiya, Avstraliya, ABŞ və başqa ölkələr iştirak edib.

    Azərbaycanı təmsil edən Leyla Əliyeva isə “Lady of Best Body” laureatına layiq görülüb.

    Qeyd edək ki, Əliyeva bundan öncə də “World Beauty Championship Dubai-2017”, “Most Fashionable International Model”, “The Miss Best Swimmingsuit-2017” və başqa layihələrdə iştirak edib və müxtəlif yerlərin sahibi olub.//oxu.az












  • Флора Керимова поцеловала в губы ханенде Бабека Нифталиева (ВИДЕО)

    Народная артистка Азербайджана Флора Керимова приняла участие в съемках передачи ““Bağ mövsümü” (“Дачный сезон”).

    Как сообщает Median.az, съемки передачи проходили на даче народной артистки, где недавно по словам Ф.Керимовой завершился ремонт. Одним из гостей в загородном доме певицы, расположенном в поселке Фатмаи был Заслуженный артист Азербайджана, ханенде Бабек Нифталиев.

    Во время съемок, Бабек заявил, что он из Карабаха. В этот момент, Ф.Керимова поцеловала молодого ханенде в губы.

    Как это было, вы можете увидеть на нижеприведенном видео.

    С.П.

  • “Oğlum atasının məzarını əli ilə eşirdi…” – Anarın keçmiş arvadı (VIDEO)

    “Oğlum atasının məzarını əli ilə eşirdi…”.

    Bu sözləri mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva xəbərçi.az-ın suallarını cavablandırarkən deyib. O, uşaqlarının ataları ilə vidalaşa bilmədiyini bildirib:

    “Uşaqlar ataları ilə vidalaşa bilmədilər. Dünən mən oğlumu qəbr üstündən ayıra bilmirdim. 10 yaşı var. Artıq böyük oğlandır. Hər şeyi başı düşür. Gözlərinə inanmırdı. Əli ilə torpağı eşirdi ki, atamı oradan görə bilərəm. Çox ağır hissdir”.//azxeber.com

  • Два суицида за один день в Баку

    Восьмого августа в поселке Говсан Сураханского района было совершено самоубийство.

    Во дворе собственного дома повесилась Алиева Улькер Панах гызы 1991 года рождения.

    Суицид был зарегистрирован в 19:00. Причина самоубийства пока не установлена.

    По факту ведет расследование прокуратора Сураханского района.

    Следует, отметит, что за минувшие сутки в столице было зарегистрировано два случая суицида. Другой случай произошел на территории поселка Локбатан Гарадагского района.

    Ильгар Гульоглан оглу Аскеров 1972 года рождения точно таким же способом покончил с собой.

    В обоих случая причина суицида устанавливается.

  • В Баку деверь зарезал невестку

    В Баку совершено очередное умышленное убийство на бытовой почве.

    Об этом сообщили в Прокуратуре Хазарского района.

    В поселке Бина в среду ранним утром многочисленными ударами ножом была убита Рубаба Абдуллаева, 1973 года рождения.

    Вскоре во второе отделение полиции с повинной явился житель поселка Абдуллаев Алескер Хафиз оглу, 1975 года рождения.

    Мужчина признался в убийстве и заявил, что сделал это из-за ревности. По его словам, он хотел защитить честь брата. Убитая была женой его брата.

    По факту умышленного убийства возбуждено уголовное дело по статье 120 УК АР, расследование ведет районная прокуратура.

  • Азербайджан может присоединиться к аналогу Шенгенского соглашения

    Азербайджану предложено присоединиться к системе мультивиз, которая будет действовать между четырьмя государствами. Речь идет о Казахстане, Турции, Кыргызстане и Азербайджане.

    Мультивиза или виза, которую уже условно назвали «Шелковый путь» будет предназначаться для туристов. Предложение о ее внедрении было выдвинуто Казахстаном.

    Мультивизы между этими государствами предлагается ввести в рамках проекта «Современный Шелковый путь». В настоящее время страны, входящие в Тюркский совет, разрабатывают предложения по этому турпродукту.

    Нужно ли Азербайджану присоединяться к данному проекты и что нам даст использование мультивизы?

    Как заявил в беседе с Media.Az эксперт по вопросам миграции Азер Аллахверанов, все зависит от того, с какой целью вводится данная мультивиза.

    «В принципе, если говорить о перемещении туристов из вышеперечисленных стран, то они могут беспрепятственно приезжать в нашу страну, без всяких виз и разрешений. Ну разве что за небольшим исключением.

    Речь о гражданах Турции, которые могут получить туристическую визу уже в Азербайджане по прибытию на границе нашей страны. Но с учетом того, что туристы прибывают на короткое время, то тут очень важно применение таких инструментов, благодаря которым граждане смогут свободно перемещаться в качестве туристов по странам.

    Я думаю, что мультивиза может быть более интересна для других стран из этой четверки нежели для Азербайджана.

    Нам нужно изучить данный вопрос более детально и взвесив все «за» и «против» принять решение о том, нужна ли нам мультивиза или нет. Дело в том, что решение о присоединении к мультивизе может стоить нам немалых средств. Может быть нам стоит задуматься о других каких-то механизмах, облегчающих передвижение туристов. Это может быть, к примеру, так называемый «зеленый коридор»для туристов»- подытожил А.Аллахверанов.

    Кстати, как сообщает Media.Az со ссылкой на «Казинформ», на заседании министров по туризму Тюркского совета, прошедшем в Астане министр культуры и спорта Казахстана Арыстанбек Мухамедиулы заявил, что пора переходить от слов к делу и начать подготовку качественных решений по туризму к саммиту глав государств Тюркского совета, который пройдет в Кыргызстане третьего сентября

    По его словам, одним из них может стать решение утвердить совместный турпродукт «Современный Шелковый путь» и совместно продвигать его на всех международных выставках единым стендом.

    «Мы могли бы также проработать вопрос взаимного признания визовых режимов для иностранных туристов, следующих по утвержденным Тюркским советом туристским маршрутам – визы «Шелковый путь»», — сказал он, добавив, что внедрение такого механизма станет аналогом Шенгенской визы, но только туристского назначения.

  • Мужчина умер во время танца на бакинской свадьбе

    В Хазарском районе Баку мужчина скончался на свадьбе.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел в одном из домов торжеств в поселке Бильгях.

    Согласно информации, 63-летний Гусейнов Алимирза Азизага оглы почувствовал себя плохо во время танца на свадьбе и упал.

    А.Гусейнов скончался по дороге в больницу.

    По факту ведется расследование.