Month: August 2018

  • Nazirlər Kabineti pullu yolla bağlı yerli icra hakimiyyəti ilə əlaqə saxlayıb – VİDEO

    Xəbər verdiyimiz kimi, Şəki şəhərində uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin körpüdən istifadəyə görə, hər sürücünün 1 AZN pul ödəməli olduğu haqda tapşırıq verib.

    Bəs sahibkarın bu addımı nə dərəcədə doğrudur?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı “bizimyol.info”ya açıqlama verən yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən addımın dələduzluq, soyğunçuluq və tamahkarlıq olduğunu bildirib:

    “ O adam doğrudan da kəndi, eli, obası üçün faydalı bir iş görmək istəyirdisə, bunu xeyriyyə adı ilə də etmək olardı. Yoxsa hansısa körpü xarab olub və mən onu düzəldib pullu edirəm, bu artıq biabırçılıqdır. Mən həmin insanı araşdırmışam. O, uzun illər meşələri qırıb və yerində istirahət mərkəzi tikdirib. Heç kim ona bir söz deməyib. İndi bu şəxs öz obyektinə gələn müştəri üçün yol düzəldib və ondan da pul alır. Yəni tamahkarlığın həddinə baxın ki, bu adam öz obyektindən qazandığı pul ilə kifayətlənməyərək körpüdən keçid üçün də pul ilə edib. Bu, dələduzluq, soyğunçuluq və tamahkarlıqdır. Həmin şəxsin fəaliyyəti araşdırılmalı və ona inzibati cəza tətbiq olunmalıdır. Adam öz millətinə düşmən kəsilməz”.

    Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli isə məsələyə münasibət bildirərək sözügedən halın təsadüf ola biləcəyini vurğuladı:

    “Bununla bağlı hətta Şəki İcra Hakimiyyəti ilə də əlaqə saxlamışıq. Bir nəfər təsadüfən orada durub kimdənsə pul istəyə bilər. Ora heç körpü də deyil. Sadəcə olaraq borunun üzərinə daş, torpaq tökülüb. Çünki digər tərəfdə istirahət üçün obyekt var. O sahibkar özü həmin əraziyə gedib-gəlmək üçün şərait yaradıb. Amma orada durub pul istəməyə nə sahibkarın ixtiyarı var, nə də başqa birinin. İcra Hakimiyyətindən də dedilər ki, bu, ola bilər ki, təsadüfdür. Sözügedən halın davamlı olması mümkün deyil”.

  • Семра Рагимли поразила подписчиков откровенными снимками (ФОТО, ВИДЕО)

    Азербайджанская звезда «Евровидения 2016» певица Семра Рагимли вновь опубликовала в Сети откровенные снимки.

    Азербайджанская певица отличается своей смелостью и уверенно подходит к статусу секс-символа отечественного шоу-бизнеса, ибо многие считают Семру – самой сексуальной певицей. Являясь активным пользователем соцсети Instagram, С.Рагимли поделилась кадрами сделанными во время съемок клипа новой песни певицы «Пиджак» в Киеве. 

    С песней «Пиджак», которую молодой певице подарил народный артист Азербайджана EMIN, она выступила на ежегодном международном музыкальном фестивале «Жара 2018». Эффектное появление молодой певицы в откровенном наряде на красной дорожке привело в восторг зрителей и ведущих. 

    С.П.


  • Срок молодого человека, убившего из-за долга владельца маркета остался в силе

    В Бакинском Апелляционном суде завершился судебный процесс в отношении жителя столицы Амраха Ализаде (1997-го года рождения), осужденного по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Аz, 7-го января прошлого года на улице “Азербайджан гадыны” в поселке Бильгя Амрах Ализаде нанес многочисленные ножевые ранения владельцу маркета Гаджибабе Мамедову (1964-го года рождения) и убежал с места происшествия. Мамедов был госпитализирован в клиническую больницу №3 и прооперирован. В ту же ночь на место происшествия выехали сотрудники 14-го отделения полиции Сабунчинского РУП, в ходе осмотра на полу магазина были обнаружены три ножа, а также следы крови. Следственный отдел Сабунчинского РУП предварительно возбудил уголовное дело по статье 221.3 (хулиганство, совершенное с приминением оружия или предметов, используемых в качестве оружия) УК, на следующий день Амрах Ализаде явился в отделение полиции и сдался.

    Допрошенный в качестве потерпевшего Гаджибаба Мамедов показал, что инцидент случился из-за того, Амрах Ализаде задолжал ему денег.

    7-го января он обещал принести всю денежную сумму, вместо этого он ранил его ножом. После этого он потерял из-за кровотечения сознание и очнулся уже в больнице. Во время драки кроме них в магазине никого не было.

    Спустя несколько дней Г.Мамедов был переведен в одну из частных медецинских клиник, но 20-го января он скончался. В связи с его смертью уголовное дело было передано в Сабунчинскую районную прокуратуру. А.Ализаде предъявили статью 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК.

    Следствие установило, что Амрах Ализаде задолжал Гаджибабе Мамедову 30 манатов. 7-го января он явился в маркет, чтобы вернуть мужчине из общего долга 12 манатов. Но последний потребовал от Ализаде, чтобы он вернул всю сумму, так как Амрах обещал. На этой почве между ними возник инцидент, вследствии чего во время драки юноша нанес владельцу магазина удары в область лица и груди.

    Во время судебного процесса потерпевшая Г.Мамедова попросила суд назначить обвиняемому суровое наказание, выступивший гособвинитель попросил суд назначить ему 18 лет 6 месяцев лишения свободы.

    Бакинский суд по тяжким преступлениям переквалифицировал действия А.Ализаде со статьи 120.2.4 на статью 126.3 УК и приговорил его к 9 годам лишения свободы.

    В связи с назначенным сроком заключения прокурор подал протест, обвиняемый и потерпевшая апелляционные жалобы.

    Бакинский Апелляционный суд рассмотрев дело не удовлетворил протест и жалобы, оставив приговор суда первой инстанции в силе.

  • Dünyaya səs salan 9 yaşlı qız danışdı: “Mən atlarla nəfəs alıram” – VİDEO

    Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəklərdə izlənmə rekordu qırıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, hər kəsin marağına səbəb olan görüntülərin qəhrəmanını tapıb və onun bu addımının səbəblərini öyrənib.

    “Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim”, – deyə At həvəskarı Gülay Fərzəliyeva bildirib.

    Sumqayıtda yaşayan qızcığaz at çapmağı ilə hər kəsi heyran qoyub. O, 4 yaşından at çapır.

    Balaca qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik, onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmirlər. Gülay, bu məharətini ARB telekanalı üçün də nümayiş etdirdi.
    Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Gülayın böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.

  • İlkin Həsəni qızı Alisa ilə – FOTOLAR

    Sosial şəbəkədə aparıcı, aktyor İlkin Həsəninin qızı ilə fotoları yayılıb. 

    Aparıcı qızının üzünü hələ ki, göstərməməyə çalışır.  

    Həsəninin paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, İlkin Həsəni Aysel adlı xanımla ailəlidir. 



  • Житель Сальяна утонул в Куре

    Житель села Сарван Сальянского района – 22-летний Фаиг Мазахир оглу Мамедов утонул в реке Кура.

    К поискам привлечены водолазы Государственной службы по контролю над маломерными судами и спасению на водах.

  • Toyda itən 4 yaşlı uşağı polislər tapdı

    Avqustun 7-də axşam saatlarında Quba Rayon Polis Şöbəsinə rayondakı şadlıq saraylarının keçirilən toy məclisi zamanı qonaqlardan birinin azyaşlı uşağının itməsi barədə məlumat daxil olub.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Ölkə.Az”a verilən məlumata görə, dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində qısa bir zamanda 4 yaşlı oğlan uşağı şadlıq sarayından 2 kilometr aralıda tapılaraq rayon polis şöbəsinə gətirilib və ailəsinə təhvil verilib.

    Uşağın valideynləri övladlarının bir saatdan az vaxtda tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycanda görünməmiş hadisə: Bəy toyda içkiyə görə gəlini qaçırdı

    Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb.

    Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz “Facebook” səhifəsində paylşım edib.

    Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin “qız toyu” mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.

    Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.

    Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və “oğlan toyu” mərasimində iştirak etməyəcəklərini bildiriblər.//qaynarinfo

  • Pul borcuna görə market sahibini öldürən gəncin cəzası dəyişdirilməyib

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Əmrah Əlizadənin (1997-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər veir ki, ötən il yanvarın 7-də Bilgəh qəsəbəsindən bir nəfərin bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə Sabunçu RPİ-nə məlumat verilib. Xəsarət almış Hacıbaba Məmmədov (1964-cü il təv.) əməliyyata hazırlandığına görə, həkimlər onun dindirilməsinin mümkün olmadığını bildiriblər. Hadisənin baş verdiyi Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən ərzaq malları mağazasına baxış keçirilib. Dükanda, müxtəlif yerlərdə qan ləkələri, həmçinin üç ədəd bıçaq aşkar edilib. Faktla bağlı səhərisi gün CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin tarixdə zərərçəkmişə xəsarət yetirmiş Əmrah Əlizadə könüllü 14-cü polis bölməsinə gələrək təslim olub.

    Yanvarın 11-də, yəni ölümündən əvvəl zərəçkəmiş şəxs qismində dindirilmiş Hacıbaba Məmmədov suallara çətinliklə də olsa cavab verib. Bildirib ki, ayın 7-də aralarında pulla bağlı mübahisə yaranıb, borcunu qaytaracağını söz verən Əmrah, bunun əvəzinə bıçaqla onu vurub. Bundan sonra, heç nə yadında qalmayıb, xəstəxanada özünə gəlib. Hadisə zamanı mağazada ondan və Əmrahdan başqa heç kəs olmayıb.

    Müəyyən müddətdən sonra zərərçəkmiş xəstəxanadan özəl klinikaların birinə köçürülüb və yanvarın 20-də orda keçinib. Bununla əlaqədar cinayət işi aidiyyatı üzrə prokurorluğa göndərilib.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, H.Məmmədovun ölümünə dəşilmiş-kəsilmiş yara ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub.

    İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün yanvarın 7-i saat 23 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib. Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib. Buna görə Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, sonuncu kəsici aləti əlindən vurub yerə saldıqdan sonra, özü, mağazasında olan təsərrüfat təyinatlı bıçaqla onun əyninində olan gödəkcənin üst qatını zədələyən 4 ədəd kəsik yetirib. Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada, yerdə olan daha bir bıçağı götürərək onunla, Məmmədovun sifətinə və baş nahiyyəsinə zərbələr endirib. Yalnız bundan sonra əlbəyaxa davaları dayanıb. Əlizadə bıçağı yerə ataraq, mağazanı tərk edib, zərərçəkmiş isə dizi üstə çökərək mağazanın ciriş qapısından tutub, hadisə yerinə oğlu və arvadı gələnə kimi bu vəziyyətdə qalıb.

    İbtidai araşdırma orqanı Əmrah Əlizadənin əməlini CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

    Məhkəmə prosesində Əmrah Əlizadə ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmişin hüquqi varisi Gülnarə Məmmədova təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsi hesab edib ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olmayaraq CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edib. Məhkəmə nəticəyə gəlib ki, Əmrah Əlizadənin əməli yalnız CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.

    Məhkəmənin hökmü ilə Ə.Əlizadə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyaisya şikayətləri veriblər.

    Bakı Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq, protesti və şıkayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

  • В ДТП в Апшеронском районе погиб один человек

    Как сообщает Median.Az, на территории Апшеронского района столкнулись автомобили марки “ВАЗ 21150”, управляемый Бейдулла Юнусовым и “Ford Tranzit”, управляемый Эмин Гасановым.

    В результате дтп водитель “ВАЗ” и его пассажир – Зарифа Магеррамова с травмами различной степени тяжести были помещены в больницу, где позже З.Магеррамова скончалась.

    В ходе разбирательства выяснилось, что оба водителя жители г.Сумгайыт.

    По факту ведется расследование.