Month: August 2018

  • Dostunu öldürüb daha sonra intihar edən xanəndənin qardaşı həbs edildi

    Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndənin qardaşı həbs edilib.

    Avqustun 2-də Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb.

    Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 307.3 maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılıb və məhkəmənin qərarı ilə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. E.Hüseynov Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərilib.

    Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

  • Меган Маркл «засветила» на публике нижнее белье (ФОТО, ВИДЕО)

    Герцогиня Сассекская попала в пикантную ситуацию, ставшую достоянием общественности.

    Жена принца Гарри Меган Маркл, отпраздновавшая день рождения, случайно «засветила» на публике нижнее белье. Как пишет Daily Mail, британские фотографы опубликовали снимки, на которых в вырезе платья герцогини Сассекской виден черный кружевной бюстгальтер. Впрочем, Меган довольно быстро заметила возникшую проблему и, не особенно смутившись, поспешила застегнуть выскользнувшую из петли пуговицу.

    Этот случай произошел на свадьбе близкого друга принца Гарри Чарли ван Страунбензи с его избранницей Дэйзи Дженкс. Торжество, отмечавшееся в графстве Суррей, совпало с днем 37-летия Меган. Таким образом супруга принца Гарри невольно отвлекла на себя внимание прессы и гостей от жениха и невесты. Присутствовавшие даже спели имениннице традиционное «С днем рождения тебя!».

    Во время венчания Гарри и Меган, которые сами поженились в мае этого года, практически все время держались за руки. Многие сочли это очень трогательным. Однако нашлось и немало фанатов королевской семьи, которые сочли такое поведение «проявлением непрофессионализма».

    С.П.

  • Айтен об экс-супруге Анара Нагылбаза: “У меня есть видео и переписки Анжелики с мужчинами” (ФОТО, ВИДЕО)

    Даже после смерти, вокруг имени основателя азербайджанского рэпа Анара Нагылбаза не утихают скандалы. 

    Девушка по имени Айтен, которую СМИ называют второй женой покойного А.Нагылбаза, заявила в интервью CVN TV, что рэпер передал ей материалы с видеороликами и переписками экс-супруги Анжелики с другими мужчинами. 

    По словам Айтен, материалы рэпер передал ей для огласки в случае его кончины. 

    Отметим, что имя Айтен часто упоминается в последних статусах Анара Нагылбаза в социальной сети Facebook.

    Напомним, что Анар Нагылбаз скончался на 45-ом году жизни 4-го августа от кровотечения. Рэпер болел циррозом печени.

    Р.А.

  • Mağazadan 100 manat pul aparan quldura hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şahin Bədəlovun CM-nin 181.2.5-ci (quldurluq,silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən ilin dekabr ayında Pirşağı qəsəbəsində Şahin Bədəlov Bakı şəhər sakini Sərdar Məmmədova məxsus mağazaya gələrək, quldurluq yolu ilə kassadan 100 manat pulu alıb. Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Ş.Bədəlov tutulub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Мужчина “сел” за разбой в магазине на 9 лет 6 месяцев

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Шахина Бадалова, обвиняемого по статье 181.2.5 (разбой, совершенный с приминением оружия или предметов, используемых в качестве оружия) УК Азербайджана.

    Как сообщает Median.Az, ранее судимый Ш.Бадалов явился в магазин гражданина Сардара Мамедова, расположенного в поселке Пиршаги и угрожая ножом забрал у потерпевшего 100 манатов. На основании поступившей жалобы подозреваемый был задержан сотрудниками
    15-го отделения полиции Сабунчинского РУП и передан следствию.

    Cуд приговорил обвиняемого к 9 годам 6 месяцам лишения свободы.

  • Bu marşrutun yolu dəyişdi

    Bakı Metropoliteninin “Bakmil” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar metropoliten işçilərinin və ətraf ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 71 nömrəli müntəzəm marşrut xətti ( “Azadlıq prospekti” metrostansiyası – “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi) üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

    Median.Az BNA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Ziya Bünyadov prospektindən keçib Ələsgər Qayıbov küçəsinə daxil olmaqla yenidən Z. Bünyadov prospektinə çıxaraq yoluna davam edəcək.

    Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq. Bu müddətdə Ə.Qayıbov küçəsindən sərnişindaşınmaya 71 nömrəli marşrut xətti üzrə 4 ədəd nəqliyyat vasitəsi ayrılacaq.

  • Küçə itlərinin çoxalması Binəqədidə gərginlik yaradıb – ŞİKAYƏT

    Bakı şəhərinin Binəqədi rayonu ərazisində sahibsiz itlərin sayı çoxalıb.

    Sakinlərin Moderator.az-a verdikləri məlumata görə, rayon ərazisinə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU), “Dərnəgül” metro stansiyası və Abay Kunanbayev küçəsinin yaxınlığında küçə itləri insanlara hücum edir və onları qorxudur.

    Sakinlər bildiriblər:

    “Binəqədi rayonunda it dişləmə faktları çoxalıb. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsindən xahiş edirik ki, sahibsiz itləri bizim ərazimizdən toplasınlar. Məhəllələrdə itlərə görə rahat hərəkət edə bilmirik. Həyətdə oturmaq olmur. Axşam qorxa-qorxa gəzirik. Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir”.

    Küçə itlərindən şikayət edən sakinlər Bakı Şəhər İcra Hakimiyyətini sahibsiz heyvanlara qarşı mübarizədə fəal olmağa çağırıb.

  • Bakıda 25 yaşlı gəlin itkin düşüb

    Bakıda 25 yaşlı gəlin naməlum şəraitdə itkin düşüb.

    Bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə rayonun Bahar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Bəxtiyar Rizvan oğlu məlumat verib.

    O bildirib ki, iyulun 26-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abbasova Nabat Əli qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır. (Trend)

  • В Aqua Park обокрали иранского туриста

    Минувшим днем в расположенном в поселке Новханы центре отдыха Aqua Park был ограблен иранский турист.

    Как сообщает Median.Az со ссылкой на minval.info, гражданин Исламской Республики Иран Амир Неджат Сиявуш 1985 года рождения пришел отдохнуть в центр отдыха в Aqua Park в Новханы. Мужчина снял с себя одежду и оставил в шкафу. Спустя несколько часов он обнаружил, что у него пропало 1000 долларов США и 170 манатов. Иностранец сразу же сообщил о факте кражи на горячую линию «102» МВД.

    По факту возбуждено уголовное дело по статье воровство.

  • “Aqua Park”da iranlı turistin başına iş gəldi

    Ötən gün Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “Aqua Park”da iranlının pulu oğurlanıb.

    İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Amir Necat Siyavaş “Aqua Park”a dincəlməyə gəlib və paltarlarını soyunaraq dolaba qoyub. Bir neçə saatdan sonra isə cibində olan 1000 ABŞ dollar və 170 manat pulunun yoxa çıxdığını görüb. Əcnəbi dərhal DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.

    Faktla əlaqədar Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.//olke.az