Month: August 2018

  • В Гусарском районе “Opel” врезался в дерево : 1 человек погиб, 3 ранены-

    Как сообщает Median.Az, на территории села Хурай автомобиль марки “Opel”, управляемый жителем села Новруз Бабаевым врезался
    в дерево.

    В результате дтп водитель скончался на месте происшествия, еще три пассажира с травмами различной степени тяжести были помещены
    в Центральную районную больницу.

    В раойнном отделении полиции (РОП) по факту ведется расследование.

  • Qusarda “Opel” ağaça çırpılıb : 1 nəfər ölüb, 3 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində keçinib, daha 3 nəfər müxtəlif xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.

    Qusar RPŞ tərəfindən araşdırma aparılır.

  • Азербайджанский “сын” Урганта снимается в новогодней комедии “Ёлки-7” (ФОТО)

    В Москве проходят съемки новогодней комедии “Ёлки-7”.

    Фильм полюбился зрителям благодаря трогательным новеллам и звездному составу – главные роли в комедии исполняют: Иван Ургант, Сергей Светлаков, Дмитрий Нагиев и другие популярные актеры.

    Несколько лет подряд сына Ивана Урганта в картине “Ёлки” играет Имран Челеби. Юный российский актер азербайджанского происхождения.

    Имран вместе с семьей живет в Санкт-Петербурге и активно снимается в различных теле – и кино-проектах. Недавно мальчик сыграл эпизодическую роль в сериале “Тайны следствия”.

    С.П.


  • Efirdə qalmaqal: “Uşaqlara sillə vurmalısan, yoxsa “bezpridel” olurlar” – VİDEO

    “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlar arasında azyaşlılara dünyaya necə gəldiyini izah etmək barədə müzakirələr aparılıb.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, proqrama dəvət alan psixiatr Azər Bağırov uşaqlara onların anlayacağı dildə danışmağın zəruri olduğunu bildirib.

    Həkimin sözlərinə görə, valideyn övladının sadəcə, maraqdan doğan sualına ona uyğun cavab verməlidir:

    “Ana övladına deməlidir ki, qarnımda bir yuva vardı, sən orada bir ilə yaxın müddətdə böyüdün və dünyaya gəldin. Uşaq beynində isti bir yuva canlandırır. Orada böyüyüb daha sonra çıxdığını düşünür. Uşaqlar başqa suallar da verə bilərlər. Məsələn, “haradan çıxdım?”, “qarından necə çıxdım?”. Bunun üçün ana övladına “xüsusi bir dəlikdən çıxdın” deyib, çox üzərində durmamalı və ətraflı izah etməməldir. Çünki uşaq sırf marağından dolayı bunu soruşur. Sadəcə, maraq istəyini doydurmaq yetərlidir. Burada cinsi mövzulardan danışmağa ehtiyac yoxdur”.

    Psixiatrın ardınca söz alan etnoqraf Təvəkkül Səlimov onun fikirlərinə hörmət etdiyini, amma A.Bağırovla razılaşmadığını söyləyib:

    “Uşaqların hər sualına cavab vermək düzgün deyil. Onun əlinin üstünə sillə vurursan, deyirsən “sənlik deyil”. Mən tam səmimiyəm. Bəzən biz uşaqlara “yoxdur”, “olmaz” sözlərini öyrətmirik. Bu gün bir tikə uşaq ürəyi nə istəyir, onu da edir. “Dükana apar məni”, “onu al mənim üçün” və s. olmaz belə! Böyüyəndən sonra onlar “bezpridel” həyatı yaşayırlar”.

  • Sərhədi pozub Azərbaycana keçmək istədilər – Atəş açıldı

    Avqustun 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qul­luqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

    Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nə­zarətə götürülüb.

    Aşkar­landıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıb, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran ərazisinə keçiblər.

    Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub. 

    Fakt üzrə DSX-nın istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb. 
     

  • Bakıda sükan arxasında narkotik qəbul edən daha bir sürücü HƏBS EDİLDİ – FOTO

    Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Patrul Xidməti (YPX) inspektoru Tural Həsənov tərəfindən saxlanılıb.

    Yoxlama zamanı sürücü Natiq Əhmədovda sərxoşluq əlamətləri özünü aşkar büruzə verdiyindən o, tibbi müayinəyə dəvət olunub. Tibbi müayinə zamanı N.Əhmədovun narkotik vasitə (THC OPİ) qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunduğundan “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarə etmədən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib, habelə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.

    N.Əhmədov barəsində Məcəllənin 334.5-ci maddəsi üzrə toplanan material aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədovun 3 ay müddətinə inzibati qaydada həbs olunmasına dair iş üzrə qərar qəbul edilib.

    Həmçinin araşdırma zamanı müəyyən olunub ki, Natiq Əhmədov bu ilin fevral ayının 28-də analoji hüquqpozmaya yol verdiyinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə Məcəllənin 334.1-ci maddəsi üzrə təqsirli bilinərək 10 gün müddətinə həbs olunub.

  • В ДТП в Гаджигабуле погиб 1, пострадали 3 человека

    Как сообщает Median.Az, на территории села Удулу Тава перевернулся автомобиль марки “KİA”, управляемый жителем района Хаям Абузаровым.

    В результате дтп пострадали четыре пассажира, один из них – Вюсал Исифов скончался в Центральной районной больнице.

    В Гаджигабульском РОП по факту ведется расследование.

  • Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 3-nə keçən gecə Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

    Nəticədə 4 sərnişin Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onlardan biri – Vüsal İsifov orada ölüb.

    Hacıqabul RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Погода резко изменится – ПРЕДУПРЕЖДЕНИЕ

    Распространено предупреждение об изменении погодных условий на всей территории страны начиная с субботы, 4 августа.

    Как сообщили в Минэкологии и природных ресурсов, в Баку, на Абшеронском полуострове и в отдельных районах до 6 августа прогнозируется временами усиливающийся северо-западный ветер.

    В некоторых северных и западных районах 4-6 августа ожидаются грозы, временами дожди, которые местами будут носить ливневый характер. Возможно, выпадет град. В некоторых горных реках ожидается половодье.

  • Hava şəraiti kəskin dəyişəcək – XƏBƏRDARLIQ

    Sabahdan ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda, Abşeron yarımadasında və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.