Month: August 2018

  • Qaçaqmalçılıqda ittiham olunan şəxslər özlərini təqsirli bilməyiblər

    Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşları Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və RF-nın vətəndaşı İdris Axundovun CM-nin 206.3.2-ci (qaçaqmalçılıq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, məhkəmə prosesində dövlət ittiahmçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

    Prosesə şahidlər gəlmədiyi üçün məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Xatırladaq ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar. Həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda aşkar edilib. Aparılmiş istintaq nəticəsində 4 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, istintaq dövründə F.Əhmədov və S.Mehdiyeva barəsində həbs qətimkan tədbiri seçilməyib.

    İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycanın gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib. Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Sədərək” bazarında Südabə Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

    4 прикрепленных файла

  • 5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra… – Azərbaycanda biabırçılıq

    Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Samir Məmmədov 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15 radələrində yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindəki evinin həyətində qonşusu, 2012-ci il təvəllüdlü Eldar Babayevə fiziki və ya psixi zor tətbiq etmədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Azyaşlıya təcavüz, 2 il 6 ay şərti cəza

    İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Azyaşlıya təcavüz etdi, şərti cəza aldı

    Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 6 ay müddətinə şərti cəza verilib.

    Bu hökmdən prokuror narazı qalıb və apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Hökm narazılıq yaratdı

    Həmçinin zərərçəkmiş Eldar Babayevin qanuni nümayəndəsi, anası Səbinə Babayeva da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

    Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində bu şikayətlər üzrə araşdırma aparılıb. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada həm prokurorun protesti, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.

    Prokurordan şikayət

    Bu qərardan narazı qalan prokuror Zəfər Ramazanov kasasiya protesti verib. Prokuror şikayətində göstərib ki, məhkəmələr Samir Məmmədova təyin edilmiş cəzanı şərti tətbiq edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olub-olmasını nəzərə almayıb.

    “Təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza verilib”

    Prokuror qeyd edib ki, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə cinayət qanunu normasını düzgün tətbiq edilməyib: “Samir Məmmədovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilib və cəzanın təyin edilməsinin ümumi əsaslarına dair qanunun tələblərini pozulub. Həmçinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin edilib”.

    Prokuror kasasiya protestinin təmin edilməsini, Samir Məmmədovun işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırlmasını istəyib.

    Azyaşlının anası: “Oğlumun boğulduğunu görüb…”

    Zərərçəkmiş Eldar Babayevin anası Səbinə Babayeva da kasasiya şikayəti verib. O, qeyd edib ki, Samir Məmmədov onun azyaşlı oğlu Eldar Babayevə qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri edib: “Samir bir neçə dəfə oğlumun köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı əxlaqsız hərəkətlər edib. Samir seksual xarakterli hərəkətlər edən zaman oğlumun boğulduğunu görüb və sonra onu buraxıb. O, bu hərəkətlərini bir neçə dəfə təkrar edib. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq onun əməli Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə tövsif edilib”.

    “Ağır cəza verilsin”

    Səbinə Babayeva bildirib ki, işə baxan məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin qeyri-səmimi ifadəsinə, cinayət əməlinin 5 yaşlı uşağa qarşı törədilməsini, əməlin ictimai təhlükəliliyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etməyini, rayon ictimaiyyəti arasında bu cinayət əməlinin necə mənfi qarşılandığına heç bir əhəmiyyət vermədən təqsirləndirilən şəxs barəsində cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi qənaətinə gəlib. Qanuni nümayəndə qeyd olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsini, cəzanın ağırlaşdırılmasını təmin olunmasını xahiş edib.

    Hökm və qərar ləğv edildi

    Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada həm prokurorun kasasiya protesti, həm də zərərçəkmişin qanuni nümayəndəsinin kasasiya şikayəti araşdırılıb, sonda qərar qəbul edilib.

    Qərara görə, həm kasasiya protesti, həm də kasasiya şikayəti təmin edilib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

    İş yenidən apelyasiyada

    Samir Məmmədovun barəsində olan cinayət işi üzrə material yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb.

    Hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, anası Səbinə Babayeva çıxış edib.

    “O, yüngül maddə ilə məhkəməyə verilib”

    Səbinə Babayeva bildirib ki, məhkəmənin hökmündən narazıdır: “Ona görə ki, məhkəmə təqsirkar şəxs olan Samir Məmmədovun əməlini düzgün qiymətləndirməyib, ona yüngül cəza təyin edib. Samir Məmmədov əslində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə cinayət əməli törədib. Lakin o, yüngül maddə ilə məhkəməyə verilib. Məhkəmə isə ona verilmiş maddə ilə hökm çıxarıb”.

    “Guya əxlaqsız hərəkətlər etməyib”

    Azyaşlının anası qeyd edib ki, Samir Məmmədov 2017-ci ilin may ayında onun azyaşlı oğlunu məqsədli şəkildə evin arxasına aparıb, ona qarşı əxlaqsız, sözlə ifadə olunmayan hərəkətlər edib: “Samir Məmmədov daha sonra oğluma hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini tapşırıb. Beləliklə də Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə zamanı Samirin özü də törətdiyi əməli etiraf edib. Lakin o, sona kimi düzgün ifadə verməyib, guya yalnız cinsiyyət orqanını oğluma göstərib və ona qarşı digər əxlaqsız hərəkətlər etməyib”.

    Prokuror da həbs edilməsini tələb etdi

    Səbinə Babayeva apelyasiya şikayətinin təmin edilməsini, Samir Məmmədovun həbs olunmasını məhkəmə kollegiyasından xahiş edib.

    Prokuror da çıxışı zamanı birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Samir Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

    Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti və zərərçəkmişin qanuni nümayəndəsinin apelyasiya şikayəti təmin edilib. Qərara görə, Ağcabədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

    Azyaşlıya təcavüz edən həbs edildi

    Məhkəmə Samir Məmmədovun əməlindən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin xaric edib. Ona 2 il 6 ay həbs cəzası təyin edilib.

    Samir Məmmədovun başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

    Samir Məmmədovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2018-ci ilin iyulun 28-dən hesablanması qərar verilib.

  • В регионах задержаны 4 наркоторговца

    Как сообщает Median.Az, сотрудники Исмаиллинского РОП задержали жителя района Шамиля Сафарова, который в лесном массиве вырастил 38 кустов конопли, общим весом 92 кг. Кроме этого у задержанного изъяли 1 кг 5 грамм марихуаны.

    Кроме этого, сотрудники Ленкораньского РОП задержали жителя района Рустама Акперова, у которого в земельном участке обнаружили 41 кустов конопи, а в доме дополнительно 2 кг 300 грамм марихуаны, сотрудники Хачмазского РОП задержали жителя г.Худат Джавида Алимурадова, во дворе которого обнаружили 11 кустов конопли, а в доме 528 грамм марихуаны, сотрудники Сабирабадского РОП
    задержали жителя города Вели Иманова, у которого в земельном участке обнаружили 13 кустов конопли.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda və regionlarda oğurluğa görə 9 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 30-da avtomobil təmiri sexlindən Bakı şəhər sakini K.Əliyevin mobil telefonunu və bir evdən evdən su mühərriki oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılıb.

    Bundan başqa, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini F.Mürsəlovun mobil telefonunu oğurlayan paytaxt sakini Süleyman Əliyevi saxlayıblar, Kəpəz RPİ və Nərimanov RPİ əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki yeməkxanaların birindən sərinləşdirici içki, ərzaq məhsulları və məişət əşyaları oğurlayan, eyni zaman axtarışda olan Sərdar Pənahov saxlanılıb. Araşdırma zamanı onun bir avtomobildən maqnitofon və səsgücləndirici, bir evdən pul və bir mağazadan ərzaq məhsulları oğurlaması müəyyən edilib.

    Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 6-cı mikrorayon ərazisində şəhər sakini R.Səfərovun “Lada-Priora” markalı avtomobilindən mobil telefon oğurlayan şəhər sakini Rahim Mustafayev saxlanılıb, Tovuz RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəbdən 3 ədəd noutbuk oğurlayan rayon sakinləri Buludxan Əsgərov və Tural Musayev saxlanılıblar, Neftçala RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da Ə.Quliyevin həyətindən 4 baş qoyun oğurlayan rayon sakinləri İsmayıl Soltanovu və Mirməmmədli Hüseynovu saxlayıblar, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən iyulun 28-də rayon ərazisindəki evlərin birindən 300 manat oğurlayan rayon sakini Samir Əliyev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • «Карабах» разгромил «Кукеси» и сыграет с «БАТЭ» (ВИДЕО)

    «Карабах» завоевал путевку в III квалификационный раунд Лиги чемпионов УЕФА. Клуб из Агдама во II раунде оказался сильнее албанского «Кукеси».

    Сыгравший в гостях вничью «Карабах» дома забил три безответных мяча – 3:0. На 24-й и 57-й минуте Дани Кинтана реализовал два пенальти, на 89-й минуте отличился Джон Деларж.

    Отметим, что в III квалификационном раунде “Карабах” встретится с белорусским «БАТЭ». Первая игра состоится 7-8 августа, ответный матч – 14-15 августа.

  • Bu marşrutlarda gediş haqqı aşağı salındı – RƏSMİ

    Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

    Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi.

    “Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”.

  • Расим Балаев и Вагиф Мустафаев награждены орденом «Шараф»

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении деятелей кино.

    За заслуги в развитии кинематографии в Азербайджане награждаются следующие лица:

    Орденом «Шараф»

    Балаев Расим Ахмед оглу
    Мустафаев Вагиф Бехбуд оглу

    Орденом «Шохрат»

    Азизбейли Рамиз Гаджи Ага оглу
    Гулиев Рафиг Сафар оглу

    Орденом «За заслуги перед Отечеством» 3 степени

    Гулиев Джамиль Эльшад оглу

  • Ильхам Алиев наградил Юлия Гусмана орденом «Достлуг»

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Гусмана Юлия Соломоновича орденом «Достлуг».

    Как сообщает Median.Az со ссылкой на официальный сайт Президента АР, в распоряжении говорится:

    «Руководствуясь пунктом 23 статьи 109 Конституции Aзербайджанской Республики, постановляю:

    За многолетнюю плодотворную деятельность в развитии культурных связей между Азербайджанской Республикой и Российской Федерацией наградить Юлия Соломоновича Гусмана орденом «Достлуг».

    President.az

  • В Баку и регионах за совершение краж задержаны 9 человек

    Как сообщает Median.Az, сотрудники 29-го отделения полиции Ясамальского РУП задержали жителя столицы, ранее судимого Фарида Мамедова, который 30-го июля украл в автосервисе у жителя столицы К.Алиева мобильный телефон.

    Кроме этого, сотрудники 21-го отделения полиции Насиминского РУП задержали жителя столицы Сулеймана Алиева, укравшего накануне мобильный телефон у жителя столицы Ф.Мурсалова, сотрудники Наримановского и Кяпазского РУП в ходе совместных следственно-розыскных мер задержали жителя г.Гянджа, находящегося в розыска Сардара Панахова. Выяснилось, что он совершил кражи из кафе, автомобиля, магазина и квартиры, похитив деньги, продукты, напитки, магнитофон, усилители, предметы быта.
    Сотрудники Сумгайытского ГУП задержали жителя города Рахима Мустафаева, который в 6-м микрорайоне украл из автомобиля марки “Lada” мобильный телефон, сотрудники Товузского РОП задержали жителей района Булудхана Аскерова и Турала Мусаева, которые из средней школы похитили 3 ноутбука, сотрудники Нефтчалинского РОП задержали жителей района Исмаила Солтанова и Мирмамедли Гусейнова, которые 30-го июля со дворе жителя района А.Гулиева похитили 4 овец, сотрудники Геранбойского РОП задержали жителя района Самира Алиева, который 28-го июля украл из частного дома 300 манатов.

    По фактам по статье 177 (кража) УК Азербайджана возбуждены уголовные дела.

  • Regionlarda narkotik satışında şübhəli bilinən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, İsmayıllı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb. Onun yaşadığı kəndin meşə ərazisində, aqrotexniki qaydada yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın, ümumilikdə 38 ədəd çətənə kolları, həmçinin 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Bundan başqa, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndi ərazisində kənd sakini Rüstəm Əkbərovun kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə kolu aşkar edilərək, götürülüb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 2 kq 300 qram marixuana aşkar edilib.

    Xaçmaz RPŞ-nin əməkdaşları Xudat şəhər sakini Cavid Əlimuradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 528 qram marixuana götürüblər, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən 13 ədəd çətənə kolu götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.