Month: August 2018

  • Azərbaycana pirat dərs vəsaitləri gətirən dəstə ələ keçdi

    Xaricdən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaiti gətirən mütəşəkkil dəstə saxlanılıb.

    DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin Dövlət İmtahan Mərkəzindən daxil olmuş müraciət əsasında keçirdiyi əməliyyat zamanı “Abituriyent” jurnalının və digər test toplularının xaricdə nəşr olunaraq, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən dəstənin başında Şahmar Abdullayevin dayandığı müəyyənləşib.

    Aparılmış istintaq hərəkətləri nəticəsində dəstənin digər üzvləri Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

    Hazırda dövlət qurumları saxta pirta məhsulların dövriyyədən çıxarılması və digər cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirirlər.

  • Азербайджанки перешли в российский клуб

    Две футболистки сборной Азербайджана по футболу перешли в российский «Торпедо».

    Об этом рассказал главный тренер команды Константин Кайгородов:

    «К нам присоединились два игрока сборной Азербайджана – Вюсаля Гаджиева и Арзу Алиева. Они постараются помочь нашей команде».

    Отметим, что обе футболистки в прошлом сезоне стали чемпионами Азербайджана в составе «Сумгайыта». Вюсаля Гаджиева также была признана лучшей футболисткой прошлого сезона.

  • Султан Мешадиев: “Я до последнего не верил, что выступлю на «Жаре 2018»” (ФОТО, ВИДЕО)

    Азербайджанский исполнитель Султан Мешадиев проживающий в России, где занимается покорением шоу-бизнеса стал одним из звездных гостей ежегодного международного музыкального фестиваля «Жара 2018», который с большим размахом прошел с Баку.

    Появление Султана на красной фестивальной дорожке вызвало большой ажиотаж среди поклонников и представителей прессы, как отечественной, так и зарубежной. Как сообщил в интервью Median.Az певец, он до последнего не верил в то, что он будет выступать на фестивале. 

    “Все произошло как-то быстро и неожиданно. Я пел в одном из ресторанов Москвы, где по счастливой случайности оказался народный артист Азербайджана Эмин Агаларов. Он подошел ко мне и предложил выступить на «Жаре 2018» в Баку. Я думаю, что не стоит говорить о том, что я согласился даже не раздумывая, ибо выступление на таком грандиозном фестивале – это большая честь для убого артиста. EMIN мне сказал, что со мной свяжутся. И вот, проходит какое-то время и раздается звонок с подтверждением моего участия. Моему счастью не было предела. Вот так я и оказался на самой крутом музыкальном событии года во всем постсоветском пространстве”, – рассказывает С.Мешадиев.

    Певец также рассказал о волнении на красной дорожке, встрече с поклонниками и о том, как его узнала Анна Седокова.


    «Раньше я думал выйти на красную дорожку к поклонникам и журналистам, фотографам с камерами – это так легко и круто. Однако, когда сам вышел, то понял, как это волнительно и сколько глаз на тебе. Самое больше о чем я волновался, что меня не узнают, но когда люди стали кричать Султан и просить сфотографироваться, когда бакинские журналисты позвали на интервью и в конце дорожки меня узнала Анна Седокова и крикнула: «Ты же поешь в Москве в La Maree», вот тогда я понял, что я тоже чуть чуть звездочка. Спасибо Фестиваль Жара! Спасибо Баку! Спасибо Эмин!», – подытожил певец. 


    Напомним, что С.Мешадиев выступил на фестивальной сцене в сопровождении танцоров в первый день фестиваля 26-го июля.

    Организаторами международного фестиваля «Жара» являются народный артист Азербайджана EMIN, заслуженный артист России Григорий Лепс и учредитель «Русского радио» и премии «Золотой граммофон» Сергей Кожевников.

    Руслан Алиев

  • Futbol üzrə Azərbaycan kubokunda mərhələ sayı azaldılıb

    Futbol üzrə Azərbaycan kubokunda bir mərhələ ləğv edilib.

    Ölkə kuboku daha 1/16 finaldan yox, 1/8 finaldan başlayacaq.

    Buna səbəb I divizion klublarının sayının azalmasıdır. Belə ki, I divizionda iştirak edəcək klublardan dörd və ya altı komanda kubokda mübarizə aparacaq. Bu, 1992-ci ildə keçirilən ölkə kubokundan sonra ilk dəfə 1/8 finaldan başlayan turnir olacaq.

    Qeyd edək ki, Azərbaycan kubokuna dekabrın 6-da start veriləcək. Mayın 19-da isə final görüşü keçiriləcək.

  • Эрдоган ответил на угрозы США

    Угрозы США в адрес Турции неприемлемы и ни для кого невыгодны, сказал президент Турции Реджеп Тайип Эрдоган.

    Как сообщили Median.Az, об этом сообщает турецкий телеканал NTV.

    «Слова с угрозами ни для кого невыгодны. Мы считаем неприемлемым использование языка угроз», – подчеркнул он, комментируя напряженность в отношениях с США из-за ситуации с американским пастором Эндрю Брансоном.

  • Əri Rusiyada olan kəndlisinin evinə girdi, qadını yerə uzatdı və… – Azərbaycanda 2 kişidən ağlasığmaz əməl

    Kürdəmir rayonunda qətl, quldurluq və digər ağır cinayətlər törətməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Rahim Mirzəyev və 1992-ci il təvəllüdlü Səfail Yunusovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Rahim Mirzəyev qanunsuz olaraq odlu silah əldə edərək saxlayıb və üzərində gəzdirərək qohumu Səfail Yunusov ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında qəsdən adam öldürüb. Bununla da özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq cinayətini törədiblər.

    Atasının qəbrini zədələyənə qarşı amansızlıq

    Rahim Mirzəyev 21 mart 2017-ci ildə saat 11 radələrində Novruz bayramı münasibətilə rəhmətə getmiş atası Rəhim Mirzəyevin məzarını ziyarət edərkən atasının qəbir daşının üzərindəki mərmər şəkilinin zədələnməsini görüb. O, evinə qayıdarkən həmkəndlisi Namiq Qubatov ilə yaşadığı evin yaxınlığındakı su arxının kənarında görüşüb. Söhbət edən zaman atasının qəbir daşının üzərindəki mərmər şəkilinin zədələyən şəxsin ünvanına nalayiq ifadələr işlədib.

    Həmin vaxt sərxoş vəziyyətdə olan Namiq Qubatovun qəbir daşının özünün zədələdiyini etiraf edib, onun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən sonra sonuncudan aralanaraq evinə gedib.

    Qisas planı

    Lakin Rahim Mirzəyev Namiq Qubatovla aralarında bu zəmində yaranmış mübahisə ilə əlaqədar qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib.

    O, həmin gün saat 15 radələrində bayram münasibəti ilə onlara gəlmiş baldızı oğlu Səfail Yunusovla ikilikdə söhbət edən vaxt Namiq Qubatovun onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi, atasının qəbir daşını zədələdiyi barədə danışaraq özünü təhqir olunmuş hesab etdiyini, buna görə də ondan qisas alaraq, onu qəsdən öldürmək qərarına gəldiyini bildirib.

    Zirzəmidə atəş

    Bununla bağlı Rahim Mirzəyev ona Namiq Qubatovu birlikdə öldürmələrini xahiş edib. Səfail Yunusov onunla razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil ediblər.

    Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün Səfail martın 22-də, gecə saat 01 radələrində onun evinə gələcəyini deyib. Rahim isə gecə saat 01 radələrində yaşadığı evin zirzəmisində qanunsuz əldə edərək saxladığı “TOZ-8” markalı tüfəngi götürüb və saz vəziyyətdə olmasını yoxlamaq məqsədi ilə 1 ədəd patronu tüfəngə qoymaqla zirzəmidə olan ağ dəmir lövhəyə tuşlayaraq atəş açıb.

    Küçə lampaısının sındırılması

    Daha sonra Rahim Mirzəyev tüfənglə birgə 2 ədəd patronu götürərək patronlardan birini tüfəngə qoyaraq atəşə hazır vəziyyətə gətirib. Bu vaxt həyətə gəlmiş Səfail Yunusova evdən götürdüyü fənəri verib və Namiqi küçəyə çağırmasını, sonuncunun isə qapıdan çıxan zaman fənərin işığını yandırıb onun gözünə saldıqdan sonra ona atəş açacağını deyib.

    Rahim Mirzəyev Səfail Yunusov ilə bir daha birgə razılığa gələrək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Namiq Qubatovun yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndində olan evinin qarşısında olarkən, özlərini büruzə verməməsi üçün, sonuncunun darvazasının sol tərəfində, hasardan asılmış və küçəni işıqlandıran elektrik lampasını tüfəngin lüləsi ilə sındırıb.

    Səsini dəyişdi, gözünə işıq saldı və öldürdü

    Sonra isə darvazanın giriş qapısını ayağı ilə 3-4 dəfə döyərək, evdəkilərin onu tanımaması üçün səsini və adını qəsdən dəyişərək Namiqi küçəyə çağırıb.

    Səfail Yunusov həmin vaxt ondan arxa tərəfdə duraraq ətrafa göz gəzdirib və Namiq Qubatov evin həyətinin giriş qapısından küçəyə çıxan zaman fənərin işığını onun gözünə salıb, o isə darvazanın digər tərəfində tüfəngdən Namiq Qubatovun baş nahiyəsinə qəsdən 1 dəfə atəş açıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

    Bundan başqa, Rahim Mirzəyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Kürdəmir rayonunun Yenikənd kəndində yaşayan İsmət İsmayılovun Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını bilib, yaşadığı evdə çoxlu sayda qızıl-zinət əşyalarının və pulunun olmasını güman edib.

    O, İsmət İsmayılovun evində yaşayan arvadı Afət İsmayılovanın və iki azyaşlı uşaqlarının həyatı, sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Səfail Yunusov ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib.

    Tanınmaması üçün cildini dəyişdi

    Rahim Mirzəyev cinayətkar niyyətini həyata keçirilməsini asanlaşdırmaq, məsuliyyətdən kənarda qalmaq, eləcə də tanınmasının qarşısını almaq və zərər çəkmiş şəxsin müqavimətini qırmaqdan ötrü iki cüt fəhlə əlcəyi, taxta parçası və məlum olmayan mənbədən bıçaq əldə edib.

    O, başına papaq taxıb, üz nahiyəsinə şərf dolayaraq, əyninə isə uzun gödəkçə geyinib. Avqustun 23-də, gecə saat 03 radələrində Afət İsmayılovanın və ailə üzvlərinin yaşadığı evinə qanunsuz girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan basqın edib.

    Qadın evində taxta parçası ilə döyüldü

    Həmin vaxt Rahim Mirzəyev evdə olan Afət İsmayılovanın saçlarından yapışaraq yerə yıxıb, onun müqavimətini qırmaq üçün, taxta parçası ilə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub.

    Daha sonra ondan evdə olan pul və qızıl-zinət əşyalarının yerini bildirməsini tələb edib. Həmin vaxt yanlarında dayanmış Səfail Yunusov da Afət İsmayılovaya təzyiq göstərmək məqsədi ilə istifadə olunan həmin taxta parçasını ondan alıb, sonuncuya xəsarətlər yetirib.

    33 min manatlıq əmlak

    Həmin vaxt o, Afət İsmayılovanın pulun yerini deməyəcəyi təqdirdə silah qismində istifadə etdiyi bıçaqla aşkar surətdə azyaşlı və köməksiz vəziyyətdə olan uşaqları Fərid İsmayılzadəni və Gülanə İsmayılovanın həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələməsini davam etdirib.

    Afət İsmayılovadan pulun yerini öyrənib. O, yataq otağında çarpayının alt hissəsində qadın çantasının içərisində saxladığı pul və qızıl-zinət əşyalarını götürüb. Onlar basqın yolu ilə 33.289 manat dəyərində xeyli miqdarda əmlakı ələ keçiriblər.

    6 maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    İki qohumun cəzası və narazılıq

    Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Rahim Mirzəyev 18 il 6 ay, Səfail Yunusov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Rahim Mirzəyev cəzasının 2 ilini həbsxana rejimində, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində, Səfail Yunusov isə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələri qərara alınıb.

    Hökmdən narazı qalan Rahim Mirzəyev apelyasiya şikayəti verib. O, təyin edilmiş cəzadan narazı qaldığını, işinə yenidən baxılmasını istəyib.

    Hımçinin digər təqsirləndirilən Səfail Yunusov da apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın ağır olduğunu və yüngülləşdirilməsini xahiş edib.

    Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya şikayətlərinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

  • На фронте состоится мониторинг

    В соответствии с мандатом личного представителя действующего председателя ОБСЕ, 2-го августа на линии соприкосновения войск Азербайджана и Армении, в направлении Физулинского района планируется проведение очередного мониторинга.

    Как сообщили Media.Az в Минобороны, мониторинг со стороны Азербайджана проведут полевые помощники личного представителя Михаил Олару и Огнийен Йович.

    Мониторинг на Азербайджанской территории, оккупированной и контролируемой вооруженными силами Армении, проведут личный представитель Анджей Каспршик и его полевой помощник Геннадий Петрика.

  • Sumqayıtlıların nəzərinə: marşrut avtobuslarında qiymətlər açıqlandı – Siyahı

    Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

    Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

    Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

    Müəyyən olunan bu qiymətlər bütün regionlarda olduğu kimi, Sumqayıtda da tətbiq olunacaq. Sabahdan Sumqayıt sakinləri şəhərdaxili hərəkət edən marşrut avtovuslarında 30 qəpik gediş haqqı verməli olacaqlar. Buraya həmçinin, 9 və 30 saylı marşrutlar da daxildir.

    Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutlarında gəldikdə isə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib.

    Məlumat üçün qeyd edək ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.

    Buradan belə anlaşılır ki, Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutları əgər şəhərdaxilində də hərəkət edərsə, gediş haqqı 60 qəpik olacaq.

    İndi isə gələk digər marşrutlara. Qiymət artımından əvvəl Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən 3 saylı marşrutlarda gediş haqqı 25 qəpik idi. Qiymət artımından sonra isə bu məbləğ 40 qəpik olacaq.

    Sumqayıtdan Yaşmaya doğru hərəkət edən 26 saylı marşrutlarda da qiymət dəyişikliyi olub. Artımdan öncə bir nəfər üçün gediş haqqı 50 qəpik idisə indi 85 qəpik olacaq.

    Bağlar istiqamətinə doğru hərəkət edən avtobuslarda gediş haqqı 25 qəpik idisə, qiymət artımından sonra gediş haqqı 40 qəpik olacaq.

    Kiçik bir araşdırma aparaq. Qiymət artımından əvvəl bir tələbə Sumqayıt avtovağzalına 20 qəpiyə gəlib, oradan isə Bakıya 40 qəpiyə gedirdi. Metrodan istifadə etdikdə isə daha 20 qəpiyindən keçməli olurdu. Deməli bir tələbə üçün mənzilbaşına çatmaq 80 qəpiyə başa gəlirdi. Belə olan təqdirdə ümumilikdə bir tələbə gün ərzində 1,6 manat xərcləməli olurdu. Qiymət artımından sonra isə isə bu xərclərin məbləği 2,2 manat olacaq.

    Bu isə bir tələbənin büdcəsinə 60 qəpik təsir göstərəcək. Ay ərzində isə bu məbləğ təxminən 12 manat edir. Əvvəl 32 manatla bir tələbə paytaxta gedib gəlirdisə, indi 44 manat xərcləməli olacaq.
    Bu isə 40 faiz artım deməkdir.//bizimyol.info

  • Naməlum uçan obyekt görünüb – Quba sakini şokda – VİDEO

    Quba səmasında naməlum uçan obyekt görünüb.

    Quba rayon sakini Toğrul Əsgərəliyev üzləşdiyi qəribə hadisə haqqında “ATV xəbər”ə danışıb. Səmada uçan helikopteri çəkib, “Whatsapp”ının “status”una yükləyən rayon sakini dostlarının ismarıclarından sonra həyəcanlanıb. Fotonu görən dostları ona deyiblər ki, helikopterin sol tərəfində naməlum uçan obyekt görünür.

    Qeyd edək ki, 2014-cü ildə də Qubada analoji hadisə baş vermişdi.

  • Bu şəxslər metrodan PULSUZ istifadə edir – SİYAHI

    Əksər inkişaf etmiş ölkələrdə metrodan pulsuz istifadə edən vətəndaşlar var.

    Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər.

    Bəs Azərbaycanda kimlər metrodan pulsuz istifadə edə bilər?

    Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:

    “7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və “veteran” statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər”.