Month: August 2018

  • İsmayıllıda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, avqustun 27-də İsmayıllı şəhəri ərazisində, şəhər sakini Tahir Məmmədovun idarə etdiyi “QAZ-3507” və rayon sakini İslam Şirinovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

    Nəticədə İ.Şirinov və iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq sürücü orada ölüb.

    İsmayıllı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ramil Usubovdan yeni rəis təyinatı

    Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

    Median.Az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi./Report/

  • Gəncənin yeni icra başçısı kimdir? — DOSYE

    Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında inspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
    Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır.Polkovnikdir.

    Ailəlidir, 2 övladı var./olke.az

  • В два района назначены новые главы ИВ

    Президент Ильхам Алиев подписал распоряжение о назначении новых глав исполнительных властей Агдамского и Гедабекского районов.

    Вагиф Бахрам оглу Гасанов назначен главой Исполнительной власти Агдамского района, а Ибрагим Анвер оглу Мустафаев – Гедабекского района.

  • Azərbaycanda iki rayona yeni icra başçısı təyin edildi

    Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

  • В Баку задержан педофил – ФОТО

    В результате оперативно-розыскных мероприятий сотрудников Управления полиции Хатаинского района был задержан житель столицы Амиль Пашаев, подозреваемый в нападениях на женщин.

    Как сообщили в Министерстве внутренних дел, в результате расследования стало известно, что в июне этого года он напал на нескольких женщин в районе станции метро «Ахмедли» и отнял у них сумки, в одной из которых находилось 120 манатов.

    В ходе следствия было установлено, что с декабря 2017 года А.Пашаев совершил насильственные действия сексуального характера в отношении 4 малолетних девочек на территории Хатаинского района.

    Ведется расследование.




  • Bakıda pedofil yaxalandı – FOTO

    Bakıda ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı məlum ki, o, iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.

    Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

    İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

    Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları A.Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.

    Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.



  • В 2019 году iPhone лишатся полезной функции

    В следующем году iPhone не будут поддерживать 3D Touch, а еще выйдут обновленные беспроводные наушники AirPods и доступная умная колонка HomePod. Такими прогнозами поделились аналитики Barclays после общения с азиатскими поставщиками Apple.

    Блейн Кертис и его коллеги из Barclays считают, что в 2019 году iPhone с OLED-дисплеями лишатся функции 3D Touch. Модель с экраном LCD по-прежнему будет распознавать разные по силе нажатия и выполнять на их основе различные действия. Аналитики отмечают, что планы по отказу от 3D Touch не финализированы и могут измениться до момента выхода новых моделей через год. Они также добавляют, что iPhone могут получить поддержку стилуса.

    Второй прогноз аналитиков связан с AirPods. По данным инсайдеров, наушники второго поколения выйдут в четвертом квартале 2019 года. Новый кейс для гарнитуры с беспроводной зарядкой и док-станцию AirPower следует ждать в сентябре.

    Информация о сроках релиза наушников противоречит прогнозам Марка Гурмана из Bloomberg, который ранее сообщил, что AirPods 2 с поддержкой функции «Привет, Siri» выйдут в 2018 году. Как уверен эксперт, на 2019 год назначен выпуск водонепроницаемой версии третьего поколения.

    Наконец, в недалеком будущем Barclays ждут выхода более дешевой умной колонки HomePod. По данным экспертов, с января Apple продала менее 5 млн устройств, поэтому попытается привлечь новых пользователей доступной моделью.

    Отметим, что официальных данных об iPhone образца 2019 года, а также о других продуктах и их характеристиках у нас пока нет. Вероятно, проверенная информация появится в интернете ближе к дате анонса устройств.

    Источник: apple-iphone.ru

  • Dispanserdəki yanğını törədən danışdı: O gecə bir paçka “astra” siqareti çəkib qurtardım…

    Bu il martın 2-də Narkoloji Dispanser Mərkəzində 25 xəstənin ölümünə səbəb olan yanğınla bağlı detallar məlum olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hadisə ilə bağlı cinayət işi artıq məhkəmə baxışına verilib. İttiham tərəfi hadisənin əsas səbəbkarı kimi orada müalicə olunan Məhəmməd Məmmədovu tanıyıb. Belə ki, o, yanğını törətməkdə təqsirləndirilir.

    M. Məmmədov indi bunu təkzib etsə də, istintaqa ilkin ifadəsində hər şeyi detallı danışaraq etiraf edib: Məhəmməd Məmmədov 1977-ci ildən Xəzər rayonu Buzaovna qəsəbəsində “BAPO” hərbi təyinatlı zavodda işləyib. 1982-ci ildə zavodun işçisi kimi ona 5 otaqlı mənzil verilib.

    O ifadəsində deyib ki, 1993-cü ildə işsiz qalıb və avtomobil təmiri sexlərində işləməyə başlayıb: “Az pul qazandığım üçün arvadımla münasibətim korlandı, buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya yerləşdirdilər.

    Mənim son 20 ilim həmin Mərkəzdə keçib. Müalicə həkimin Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. Vahidin məni nahaqdan Mərkəzdə saxlamasına görə çox küskün və qəzəbli idim. Eldar həkimin telefonunda Vahidə zəng edib məni oradan çıxartmasını istədim, o isə “hələ orada çox qalacaqsan”, -dedi.

    2018-ci il martın 1-i gecə saat 20-21 radələrində tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim.

    O gecə bir paçka “astra” siqareti çəkib qurtardım. Səhər 05-06 radələrində qərara gəldim ki, həyatımı bu Mərkəzdə başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda, üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda ölməkdən qorxub özümü öldürmək fikrimdən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çarpayını bürüdü, dəhlizə çıxıb “ay camaat buralar yanır, çıxın qaçın” deyib hay saldım. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Tez bir zamanda kəskin iyli tünd rəngli tüstü nəfəs almağı və görməyi çətinləşdirdi, Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan getdim, hasarı aşıb “Naxçıvanski” dairəsinə şatdım, oradan 51 nömrəli avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə Mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim, danışmadım da. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən Mərkəzdə yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai Rayon Polis İdarəsinə gətirdilər. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.

    M.Məmmədov daha sonrakı ifadəsində isə yanğını onun törətmədiyini, sadəcə mərkəzdə yanğın çıxdığını görüb çölə qaçdığını deyib.

  • İpoteka pullarını götürüb qaçdı – Bakıda dələduzluq – FOTO

    Bakı şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsində kirayə yaşayan Vüsal Həsənov “SN Group” MMC-nin rəhbəri Aydın İsmayılovun dələduzluğuna məruz qaldığını iddia edir. 

    Median.Az “milli.az”a istinadən xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən V.Həsənov qeyd edib ki, bu ilin iyulun sonlarında Nobel prospekti 175 ünvanında yerləşən sözügedən şirkətə ipoteka krediti üçün müraciət edib:

    “Mən ailəmlə bərabər neçə illərdir ki, kirayədə yaşayıram. İnternetdən bu şirkətin tək şəxsiyyət vəsiqəsilə ipoteka verdiyini gördüm və gedib şərtləri ilə tanış oldum.

    NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi.

    Dedilər ki, bunun üçün 750 manat komissiya haqqı, 6000 manat isə ilkin ödəniş etməlisiniz.

    Məbləği də Bank Respublikanın Caspian Plazanın yaxınlığında yerləşən ofisində Sevinc xanıma yaxınlaşaraq ödəyəcəksiniz. Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər.

    Sənədlərin biri “İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş” kimi qeyd edilib. 

    Bu da da bizə prosesin rəsmi olması qənaətini verdi. Mənimlə bərabər daha yeddi nəfər şəxs də alacaqları mənzillər üçün pul ödəyib. 

    Avqustun 3-də alqı-satqı həyata keçirilməsi üçün ASAN Xidmətə getdik. Şirkətin nümayəndəsi Maqsud Orucov da bizimlə bərabər idi.

    Onunla bərabər axşama kimi direktor Aydın İsmayılovu gözlədik, amma o gəlmədi. Səhər əlaqə saxlayanda isə nömrəsinə zəng çatmadı.

    Maqsud Orucov dedi ki, Aydın İsmayılov ofisdə ona məxsus olan əşyalarını götürərək yoxa çıxıb.

    Bildirdi ki, başlarına indiyə kimi belə bir hal gəlməyib. Halbuki heç ev satmayıblarmış. Ofisi də bir aylıq kirayə götürüblərmiş.

    Biz də dərhal Yasamal rayonu 27- ci polis bölməsinə şikayət etdik. Ama indiyə kimi hələ də cinayət işi açılmayıb.

    Bizə məlumdur ki, Aydın İsmayılov ölkə daxilindədir. Mən məsələnin hüquqi müstəvidə tez zamanda araşdırılmasını, Aydın İsmayılovun cəzalandırılmasını, pullarımızın qaytarılmasını tələb edirəm”.