Month: August 2018

  • Uşaq evlərinin sakinlərindən Mehriban Əliyevaya ad günü hədiyyəsi – FOTO

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları hər bir zaman diqqətdə saxlayır, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili və hətta uşaq evlərini tərk etdikdən sonra mənzillə, işlə təmin olunmaları əsl ana qayğısı və nəvazişi ilə daim nəzarətdə saxlanılır.

    Bir ana kimi uşaqların da Mehriban xanıma sevgiləri sonsuzdur. Bu səbəbdən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibəti orijinal üslubda təbrik ediblər. Belə ki, müxtəlif uşaq evlərinin sakinləri Mehriban xanıma oz ürək sözləri və arzuları ilə dolu məktublar ünvanlayıblar.

    Hər sətri sevgi və doğmalıqla dolu olan uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların bu təbrik məktubları Mehriban xanıma xoş sürpriz və gözəl hədiyyə olub:

    “Qoy həmişə Günəş olsun, Siz də olun həmişə! Biz Sizi çox sevirik!”

    “Mehriban ana, siz çox gözəlsiniz, qəlbinizin gözəlliyi daim gözlərinizdə əks olunur. Sizin qayğınız hər zaman bizim rahatlığımızı təmin edir. Sizi çox sevirik!”

    “Uşaqların sevimlisi, əziz Mehriban xanım! Biz Sizin qayğı və diqqətinizi hər zaman hiss edirik. Bütün bayramlarda bizim sevincimizə sevinc qatırsınız, buna görə sizə təşəkkür edirik”.

    “Mehriban ana, sağ olun ki, sağlamlığımızı qoruyursunuz. Sizin sayənizdə bizim həyatımız xoş və sevincli günlərlə dolu keçir”.

    “У вас самое доброе и чуткое сердце! В нем никогда не гаснет Любовь. Вы – человек, который может заменить всех, но Вас никто и никогда заменить не сможет! Спасибо за вашу прекрасную улыбку!”

    “Siz çox gözəl və mehribansınız. Arzu edirəm ki, bu təbəssüm heç vaxt üzünüzdən çəkilməsin. Ad gününüz mübarək! Sizə məhəbbətim sonsuzdur”.

    “Когда я вырасту, я мечтаю стать такой же красивой, доброй и умной, как Вы! Хочу приносить пользу нашей стране и помогать детям и взрослым. Люблю Вас”.

    “Я знаю, как страдают тяжело больные дети, как кажется, что они одни, наедине со своей болезнью, но вы всегда в тяжелые минуты рядом с каждым из них. И тогда они больше не чувствуют себя одинокими. Спасибо вам за тепло и заботу!”

    “Mehriban ana, ən böyük hədiyyəniz Sizin bizə göstərdiyiniz isti Ana münasibəti, Ana nəvazişi, Ana qayğısı və Ana sevgisidir. Hər şeyə görə nə qədər təşəkkür etsək, yenə də azdır. Bir daha ad gününüzü təbrik edirik!”

    “Нежная, добрая, ласковая, необходимая. Вы для нас очень важны. Бог создал Вас для того, чтобы Вы всегда были рядом с нами. Мы Вас очень любим!”

    “Əziz Mehriban xanım, sağ olun ki, təhsil almağımızda köməyinizi əsirgəmirsiniz. Biz gələcəyimizə ümidlə baxırıq”.

    “Вас с днем рожденья поздравляем
    И Вам спасибо говорим,
    Пусть солнце так Вас освещает,
    Как Вы сияете другим!”

    “Siz bizi hər zaman düşünürsünüz. Sizə minnətdarıq. Biz sizi çox sevirik”.

    “Mehriban xanım, siz çox gülərüz, çox gözəlsiniz. Biz sizi dünyalar qədər sevirik. Siz bizim anamızsınız və bundan sonra da həmişə bizim yanımızda olun”.

    “Əziz Mehriban xanım, nə yaxşı ki, varsınız və hər zaman bizimləsiniz. Sizə çox təşəkkür edirik!”

    “Sizin uşaqlara olan sevginiz, məhəbbətiniz heç vaxt tükənməsin. Ömrünüz uzun olsun. Həyatınız gözəlliklərlə dolu olsun”.

    “Добрая фея, которая исполняет желания детей. Поздравляю Вас с днем рождения. Пусть ангелы Вас берегут”.

    “Mehriban ana, istəyirəm ki, həmişə üzünüz gülsün, həmişə bizim yanımızda olasınız. Sizi lap çox sevirəm”.

    “Спасибо Вам за волшебство, за доброту, за Вашу прекрасную улыбку. Спасибо Вам за яркое солнце, за мирное небо, за весну и за лето! Ваша доброта согревает наши сердца! Мы всегда чувствуем Ваше присутствие”.

  • Tələbə adı qazananlara XƏBƏRDARLIQ

    Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

    Median.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

    Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

    Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

    Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

  • В Азербайджане начинается выдача удостоверений личности нового поколения – ФОТО

    С этой недели, с 1 сентября, в Азербайджане начнется выдача гражданам удостоверений личности нового поколения.

    Как сообщает Median.Az со ссылкой на Report, удостоверения личности нового поколения будут превосходить нынешние с точки зрения безопасности.

    В этих удостоверениях будет иметься электронный носитель (чип), объединяющий в себе информацию о регистрации гражданина по месту жительства, семейном положении, а также биометрическое фото и другие индивидуальные показатели владельца удостоверения личности.

    Эти удостоверения будут иметь исключительное значение в урегулировании обмена биометрическими данными с соответствующими органами других стран.

  • Azərbaycanda bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq

    Azərbaycanda bu həftədən – sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq.

    “Report”un xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

  • “10 BB 100 nömrəsi “Bentley”in üstündədir, o da 16 minə satmaz, qiyməti 100 mindir”- dələduzluq işi

    Maşın alveri ilə məşğul olan şəxs hakim qarşısına çıxarılır. O, dələduzluqda ittiham edilir.

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Mirişovun məhkəməsi keçirilib.

    Hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.

    Məhkəmədə E.Mirişovun istintaqa ilkin ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər ortaya çıxıb.

    Bu səbəbdən onun istintaqa ifadəsi elan olunub. E. Mirişov istintaqda deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib

    Mirişov 10 illik dostu Emin Quliyevə cüt rəqəmlə bitən nömrə də alacaqmış:

    “Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də “Mercedes Gelandevagen” istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım. Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim”.

    Lakin Mirişov bu ifadə ilə razılaşmadığını deyib: “İfadənin altında mənim imzam var. Çünki müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəm üstümdə olmadığı üçün boş vərəqə qol çəkməliyəm. Mən də elə etdim”.

    Məhkəmənin suallarını cavablandıran E. Mirişov deyib ki, sadəcə zərərçəkmiş kimi tanınan Emin Quliyevlə Ənvər adlı şəxs arasında vasitəçi olub.

    O, maşını Türkiyədə yaşayan Ənvər adlı şəxsə göndərdiyini deyib:

    “Mən də onu Eminlə tanış etdim. Onlar birgə işləyib 6 maşın gətirib satdılar. Hər maşından mənə 5 min veriləcəkdi, amma vermədilər. Sonuncu dəfə Emin “Galik” istəmişdi. Ənvər də 40 min dollar beh tələb etmişdi. Mən Eminlə bir yerdə idim, Ənvər zəng etdi ki, pulu aparıb bu adama verin. Bizə bir nömrə verdi, həmin şəxslə danışıb Nərimanov rayonunda, “Saatın yanı” deyilən yerdə görüşüb pulu tanımadığımız həmin adama verdik. Sonra da həmin şəxsə zəng çatmadı, maşın da gəlmədi. Mən Emini tapmaq üçün Türkiyəyə getdim, tapa bilmədim. Həmin vaxt Eminin ailəsi məni həbs etdirəcəkləri ilə hədələdilər, ona görə də qayıtmadım”.

    Mirişov heç kimə cüt nömrə almağı söz vermədiyini də söyləyib: “Onlar mənə dedilər, maraqlanıb bildim ki, 10 BB 100 nömrəsi bir “Bentley”in üstündədir. O maşını sürən adam da 16 minə nömrə satmaz. O nömrənin qiyməti 100 mindən çoxdur”.

    Məhkəmədə zərərçəkmiş tərəf vəsatət verib.

    O bildirib ki, E. Mirişov barəsində Abşeron Rayon Məhkəməsində cinayət işi başlanılıb: “Bu cinayət işi istintaqa qaytarılsın və hər iki iş birləşdirilərək yenidən məhkəməyə göndərilsin”.

    Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Zərərçəkmiş Emin Quliyevin məhkəmədə iştirak etmədiyi bildirilib və proses sentyabrın 10-na təxirə salınıb.

    Qeyd edək ki, Mirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.//musvat.com

  • Mужчина задушивший ногой сожительницу подал апелляционную жалобу

    В Бакинском Апелляционном суде начался судебный процесс в отношении жителя столицы Фархада Шагалиева (1968-го года рождения), оcужденного по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 120.2.5 (умышленное убийство, совершенное из-за корыстных побуждений) УК Азербайджана.

    Как сообщает Median.Az, сегодня состоялось предварительное заседание.

    Напомним что, 24-го октября прошлого года проживающая по адресу : поселок Бакиханова, улица Али Бабаева дом 3, квартира 4 Гюльнара Садыгова (1982-го года рождения) повздорила с Фархадом Шагалиевым. Во время ссоры последний несколько раз ногой ударил женщину в область горла, в ходе потасовки он задушил Садыгову. Женщина скончалась на месте. После содеянного Фархад явился в 13-е отделение полиции Сабунчинского РУП и сдался.

    В ходе следствия было установлено, что Шагалиев был третьим мужчиной, который сожительствовал с жительницей Шамахинского района Гюльнар Садыговой. Фархад Шагалиев также был женат, являлся отцом двух детей.

    Он снял квартиру в поселке Бакиханова, где они встречались. Но из-за капризов Садыговой часто возникали инциденты, она требовала от любовника, чтобы тот больше уделял ей время. В день происшествия во время очередного сканадала Фархад избил Гюльнар, потерпевшая обругала его и он зажав ногой горло, задушил ее. У Садыговой остался один малолетний ребенок. Согласно заключению, Шагалиев в момент совершения преступления находился в состоянии алкогольного опьянения.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 17 годам лишения свободы с отбыванием срока заключения в учреждении строгого режима.

    В связи с назначенным сроком заключения осужденный подал апелляционную жалобу.

  • Bakıda sevgilisini ayağı ilə boğan şəxsin apellyasiya məhkəməsi başlayıb

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqalıyevin (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəlləri ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, bu gün ilkin baxış keçirilib.

    Xatırladaq ki, ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı Gülnarə Sadıqovanı (1982-ci il təv.) boğaraq, öldürüb. Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Şaqalıyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib.

    İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən də aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad, ayağını onun boğazına dirəyərək boğub.

    Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verib.

  • Проживающая в США «Мисс Азербайджан 2014» Джавидан Гурбанова стала мамой (ФОТО)

    Обладательница титула «Мисс Азербайджан 2014» Джавидан Гурбанова впервые стала мамой.

    У модели родился сын в Сан-Франциско – данную новость в социальной сети сообщила мама Джавидан Гурбановой Мери Курбанова, отметив следующее: «Ура, наш принц родился. 36 часов ждали 3600 грамм американского счастья».


    Напомним, что помимо титула «Мисс Азербайджан 2014», в послужном списке Дж.Гурбановой имеет титулы «3rd Runner Up» и «Miss Photogenic» конкурса «Queen Beauty Universe 2015», который проходил в Испании.


    Несколько лет назад, Джавидан Гурбанова переехала в США, где вышла замуж за азербайджанца Орхана Мамедова, проживающего за океаном.

  • Страшные кадры тонущих юношей в Лерике – ВИДЕО (18+)

    В сети распространилось видео утонувших в реке двух юношей.

    Как передает Median.Az со ссылкой на Unikal.org, в просторах интернета получило распространение душераздирающее видео тонущих в реке “Hacı şəlaləsi” жителя села Гялябин Лерикского района Габиля Шалыева и жителя села Вери Ханбей Султанова.

    Как видно на кадрах, молодой человек плавающий в реке начал тонуть. В этот момент друзья, которые снимали его на камеру, раскричались.

    Второй юноша, ловко прыгнул в воду чтобы спасти товарища. Но к сожалению он тоже утонул. Позже, на место происшествия прибыли спасатели МЧС.

    Однако они опоздали. Затем, спасатели вытащили тела обоих молодых людей из воды.

  • Azərbaycanda iki gənc şəlalədə belə boğuldu – DƏHŞƏTLİ – VİDEO

    Azərbaycanda çayda boğulan 2 gəncin videosu yayılıb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, videoda Lerik rayonunun Qələbin kənd sakini Qabil Şalıyevun və Veri kənd sakini Xanbəy Sultanovun Qələbin kəndi ərazisindəki “Hacı şəlaləsi” adlandırılan çayda çimərkən suda necə boğulması əks olunub.

    Belə ki, gənclərdən biri çayda üzərkən boğulmağa başlayır. Həmin vaxt ətrafda onu telefonla çəkən dostları onun boğulduğunu görüb qışqırırlar. Bu zaman digər bir gənc onu sudan çıxarmaq üçün çaya girəndə o da boğularaq həyatını itirir. Sonradan hadisə yerinə FHN xilasediciləri gəlsə də, gec olur. Xilasedicilər hər iki gəncin cəsədini sudan çıxarırlar.