Month: August 2018

  • Азербайджанец не хотел участвовать в драке, но в итоге убил человека

    В российском Саратове возбуждено уголовное дело по факту гибели мужчины во время празднования дня рождения приятельницы.

    Как передает Median.Az со ссылкой на «Взгляд-инфо», по данным следствия, в ночь с 3 на 4 августа компания молодых людей отмечала день рождения приятельницы в банкетном зале отеля, расположенного на улице Камской города Саратова.

    Собираясь домой после вечеринки, гости столкнулись у входа с тремя незнакомцами – по словам очевидцев, азербайджанцами. Именинница попросила у одного из них зажигалку, на что тот ответил отказом. На этой почве между гостями праздника и стоявшими у входа тремя приятелями завязалась ссора.

    Один из трех молодых людей, 23 лет, предпочел не участвовать в конфликте и попытался удалиться, однако именинник и его 50-летний приятель догнали обидчика. В этот момент молодой человек нанес последнему из мужчин удар в область головы, от чего тот упал, ударившись головой о землю, и скончался.

    Возбуждено уголовное дело по признакам преступления, предусмотренного ч. 1 ст. 109 УК РФ (причинение смерти по неосторожности).

    Как рассказал следователь районного СО Александр Петров, подозреваемый был отпущен под подписку о невыезде.

    Петров исключил этническую составляющую конфликта. Также он опроверг сведения, что подозреваемый после возбуждения уголовного дела скрылся в Азербайджане.

  • Azərbaycanda milli parkın əməkdaşını gülləyən şəxsə 15 il həbs verildi

    Şirvan Milli Parkının ərazisində 30 mart 2018-ci il tarixində qanunsuz ceyran ovlayan və milli parkın sahə müfəttişinə bilərəkdən atəş açaraq yaralayan şəxslər məhkəmənin qərarı ilə həbs olunub.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.

    Xatırladaq ki, bu il martın 30-da milli parkın ərazisində qanunsuz ceyran ovlayan brakonyerlərin saxlanılması istiqamətində parkın əməkdaşları operativ tədbirlər həyata keçirib. Qanunsuz ov edən şəxslərin saxlanılması zamanı parkın sahə müfəttişi Şirəli Xalıqov brakonyerlər tərəfindən bilərəkdən ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Hadisəni törədən şəxslərdən biri, Elvin İsrafilov milli parkın əməkdaşları tərəfindən, digəri – Rahil Ağayev isə Salyan rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.

  • “Toppuş bacı” əməliyyatdan sonra efirə qayıtdı – Video

    Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.

    Əməliyyat olunan aktrisada bu günlərdə yenidən bədxassəli şiş aşkarlanıb. Xəstəxanaya yerləşdirilən “Toppuş bacı” artıq evə buraxılıb.

    T.Əliyeva çəkilişlərə başlayıb. O, “Qız atası” serialının beşinci mövsümündə də yer alacaq. Aktrisanın çəkiliş məkanından görüntüsünü həmkarları sosial şəbəkədə paylaşıblar. Əliyevanın xeyli arıqlaması diqqətdən qaçmayıb.

    Qeyd edək ki, Tünzalənin uşaqlıq yolunda şiş aşkarlanıb və kəsilib. Hazırda isə onda yenidən şiş aşkarlanıb və müalicə olunur. Tünzalə bildirib ki, kimyaterapiya almağa başlayıb.

    ///Axşam.az

  • 600-609 bal toplayan 5 abituriyent ali məktəbə qəbul ola bilmədi

    Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında məlumatları açıqlayıb.

    Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar. İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13 169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.

    II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.

    III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.

    IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi.

    Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olmuşdur. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38 201 nəfər idi.

    Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla), boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək./azxeber.com

  • Bu yolda təmir başlayır – Diqqət

    İki istiqamətdə təmir işləri aparılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-80 km-də və Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 06-16-cı kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

    Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Gəlinin toy günü başqası ilə qaçmasının – Səbəbi

    Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.

    Median.Az xəbər verir ki, Qaracala kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:

    “Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.

    Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.

  • Əliabbas Bağırov işdən çıxarıldı: şöbəsi ləğv olundu

    Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub.

    Median.Az Report-a istinadən xəbər verir ki, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb.

    Ə.Bağırov bildirib ki, hazırda işsizdir və hələlik heç bir vəzifəyə təyin edilməyib.

  • Bakıda dəhşətli olay – zibil qutusundan doğranmış kişi meyiti tapıldı

    Bakıda zibil qutusundan doğranmış kişi meyiti tapılıb.

    Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı qutudan kişi cinsinə məxsus insan meyitinin hissələrə ayrılmış qalıqları aşkar edilib.

    Meyit Suraxanı Rayon Prokurorluğuna təhvil verilib.

    Araşdırmalar davam etdirilir.//report

  • Бакинский швейный дом о цене на школьные формы

    Никаких изменений цен на школьные формы нет и рост цен не предусматривается.

    Как передает Median.Az, об этом заявил Report начальник отдела продаж Бакинского швейного дома (БШД – BTE) Этибар Азимов.

    Начальник отдела отметил, что предусмотренная для учащихся I-VI классов школьная форма размеров 26-44 стоит 40 манатов, размеры больше стоят 46 манатов:

    «В Бакинском швейном доме также шьются школьные рубашки. Все рубашки размеров 26-54 стоят 8 манатов. Хлопковые ткани для шитья рубашек поставляются из Турции. Школьные жилеты вне зависимости от размеров стоят 8 манатов. Мы даем не менее одного года гарантии на качество одежды».

    По словам Э.Азимова продажи школьной формы осуществляются круглый год:

    «Плотности в связи с продажей пока не наблюдается. Потому что родители начинают покупать школьную форму за несколько дней до начала занятий. Обращаюсь к ним, пусть приходят покупать школьную форму вовремя, чтобы потом не стоять в длинных очередях».

    Начальник отдела продаж отметил, что все еще в продаже встречаются несертифицированные поддельные школьные формы, завезенные из других стран:

    «Наряду с тем, что эти формы шьются в подвалах, к ним еще и пришивают эмблему BTE».

    Представитель Бакинского швейного дома обратился к родителям, подчеркнув, что не имеющая никаких сертификатов гигиены школьная форма вызывает у детей аллергию, различные сыпи, нервное расстройство:

    «Разница в цене между этими формами, продающимися на стороне, и нашими школьными формами составляет всего 5 манатов».

  • В Баку в мусорном баке обнаружен расчлененный труп

    В Баку в мусорном баке обнаружен расчлененный труп мужчины.

    Как сообщает Median.Az со ссылкой на Report, в поселке Бюльбюля Сураханского района в мусорном контейнере, предназначенном для бытовых отходов, были обнаружены расчлененные останки мужчины.

    Тело передано в Сураханскую районную прокуратуру.

    Продолжается расследование.