Month: August 2018

  • Bakı və regionlarda oğurluğa görə 7 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 dollar, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmovu saxlayıblar.

    Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində, avqustun 17-də rayon ərazisindəki evlərin birindən televizor oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Rəşidzadə saxlanılıb, avqustun 18-də Lökbatan qəsəbəsi ərazisində Bərdə rayon sakini A.Abduləzimova məxsus “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan yeniyetmə Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ 10-cu polis bölməsinə təhvil verilib, Hacıqabul RPŞ-nin əməkdaşları əməliyyat tədbirləri nəticəsində, avqustun 19-na keçən gecə şəhərin A.Abdullayev küçəsində 20 ədəd kanalizasiya quyusunun qapağını oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Fəxrəddin Məmmədov və Rahil İslamovu saxlayıblar, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 11-də Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlayan kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Курс доллара на 21 августа

    Официальный курс национальной валюты Азербайджана по отношению к доллару на 21 августа 2018 года установлен на уровне 1,7 маната, сообщает в понедельник Центральный банк страны.

    По отношению к 20 августа курс маната к доллару не изменился.

  • Bakıda sürücü yol polisini belə şantaj etdi – VİDEO

    Sosial şəbəkələrdə sürücü ilə yol polisinin mübahisə etməsilə bağlı video yayılıb.

    Median.Az xəbər verir ki, bu videonu yayan yol polisi tərəfindən cərimə edilən sürücüdür. Sürücü iddia edir ki, yol polisi qayda pozur.

    Sürücü bildirib ki, ona cərimə yazan yol polisi ərazidə çəkiliş apardığını görərkən qaçan zaman yol hərəkəti qaydasını da pozub. Həmin video sosial şəbəkələrdə “Sürücüdən qaçan yol polisi” başlığı ilə paylaşılıb.

    Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurum rəsmisi polkovnik Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda məsələ araşdırılıb. Məlum olub ki, əslində sürücü yol qaydasını pozub.

    “99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb. Sürücüyə qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib. Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni, yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb. O, həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib. Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb”, – deyə qurum rəsmisi bildirib.

    Vaqif Əsədov deyir ki, bu hərəkət dövlət məmuruna qarşı şər və böhtan atmaqdır:

    “Şər və böhtan xarakterli video yaydığı üçün sürücü məsuliyyət daşıyır. Bununla əlaqədar adiyyatlı orqanlara müraciət edilməsi nəzərdə tutulub. Yeri gəlmişkən bildirirəm ki, böhtan və şər xarakterli matrealların yayılmasında vətəndaşlar məsuliyyət daşıyır. Bunu unutmaq olmaz. Xidmət zamanı yol polisinin fəaliyyətinə mane olmaq azmış kimi, onun şərəf və ləyaqətini təhqir etmək böyük cinayətdir. Buna görə həmin sürücü məsuliyyət daşıyır. Bu barədə mütləq məhkəməyə müraciət olunmalı və polisin şərəf və ləyaqətini alçaldan vətəndaş qanun çərçivəsində cavab verməlidir”.//baku.ws

  • В Гахе “Audi” сбил жителя района

    Как сообщает Median.Az, на территории г. Гах автомобиль марки “Audi”, управляемый жителем города Вугар Джамиловым сбил жителя района Лианета Касиашвили. В результате потерпевший скончался в Центральной районной больнице.

    В Гахском РОП по факту ведется расследование.

  • Qaxda “Audi” piyadanı vurub

    Median.Az xəbər verir ki, avqustun 18-i saat 23 radələrində Qax şəhəri ərazisində, şəhər sakini Vüqar Cəmilov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən rayon sakini Lianet Kasiaşvilini vurub. Nəticədə zərərçəkmiş Mərkəzi Rayon Xəstəxanasında keçinib.

    Qax RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • У жителя Джалилабада изъяли опиум и героин

    Как сообщает Median.Az, cотрудники Сабирабадского РОП на основании полученной оперативной информации задержали жителя Джалилабадского района, ранее судимого Салима Агаева, у которого изъяли 980 грамм опиума и 495 грамм героина.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Cəlilabad sakinindən tiryək və heroin aşkar edilib

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Səlim Ağayevdən 980 qram tiryək və 495 qram heroin aşkar edərək, götürüblər.

    RPŞ İstintq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanlı qadın dollar yandıranlara dərs keçdi – VİDEO

    Türkiyədə dollardan imtina edilməsi sosial şəbəkələrdə ən çox müzakirə mövzusuna çevrilib.

    Bu aksiyaya Azərbaycanda da qoşulublar. Aksiya ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir.

    Bununla bağlı sosial şəbəkələrdə yeni video yayılıb. Videoda azərbaycanlı qadın əlində 5 və 10 dollarlar tutub. Onun əlində cəmi 25 dollar var. Qadın əvvəlcə dollarları yandıracağını deyir. Daha sonra pulları yandırmaqdan imtina edir və bildirir ki, bu aksiya mənasızdır.

    “Pulları yandırmağa əlim gəlmir. Niyə? Burdan dollarları yandıran harınlamışlara deyirəm ki, bu pulları yandırana qədər, onu imkansızlara verin. Özünüzü az reklam edin və bir işə yarayın”, – deyə qadın bildirib.

    Həmin görüntüləri təqdim edirik:
    //baku.ws

  • Кети Топурия впервые публично призналась Гуфу в любви (ФОТО, ВИДЕО)

    Кети Топурия и Гуф уже давно перестали скрывать свой роман, но до сих пор отказываются раскрывать подробности отношений.

    Многим поклонникам пары интересно узнать, что остается за кадром красивых картинок в Сети. Как их многолетняя дружба переросла в роман? Насколько серьезны их намерения? Ждать ли свадьбы? А пока фанаты ждут ответы на эти вопросы, Топурия на днях впервые публично призналась Гуфу в чувствах.


    Раньше влюбленная парочка обменивалась в Сети трогательными изображениями сердечек, а остальным Кети и Гуф делились друг с другом в личной переписке. Но на днях певица опубликовала в своем микроблоге признание в любви к Гуфу. Видео было снято в Греции, где артистка отдыхает без любимого, который из-за работы не смог составить ей компанию.

    «Всё равно только тебя люблю!», – обратилась Кети к своему бойфренду. Кстати, днем ранее он приревновал её к коллеге по сцене. Впрочем, сцены ревности Топурия и Гуф устраивают друг другу довольно часто.


    Напомним, что в январе 2017 году в СМИ появилась информация о романе Кети и Гуфа. Артистка тогда опровергла все слухи и заявила, что у неё с рэпером исключительно дружеские отношения. Чуть больше чем через полгода после этого исполнительница объявила о разводе с Львом Гейхманом, отцом её дочки Оливии. Весной этого года Кети и Гуф уже перестали скрывать, что счастливы вместе.

  • “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

    Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

    Median.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib. Xatırladaq ki, bununla bağlı bir neçə gün əvvəl oyun məhz avqustun 25-nə təyin olunmuşdu.  

    Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.