Month: August 2018

  • В ночном клубе в Баку избили арабского туриста

    В ночном клубе İnfiniti в Наримановском районе Баку произошла драка.

    Как сообщает Median.Az со ссылкой на Report, неизвестный избил туриста из Саудовской Аравии Алмуртаира Мишел Шугари 1992 г.р.

    Факт расследуется 17-м отделом полиции Наримановского РУП.

  • Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar – 18+ VİDEO

    Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb.

    Gənc qadın Baku.ws-ə açıqlamasında normal hamiləlik keçirdiyini və hamiləliyin sonuncu həftəsində xəstəxanaya müraciət etdiyini bildirir:

    “Hər ay həkim müayinəsindən keçmişəm. Heç bir problemim olmayıb. Həkim normal doğuşun vaxtını avqustun 12-nə təyin etmişdi. Mənim sancılarım 1 gün əvvəl, 11 avqustda başladı. 7 saylı Doğum Evinə getdim. Normal doğuş üçün problem olduğunu söylədilər, lakin məni evə buraxmadılar. Həyat yoldaşıma doğuşu asanlaşdıran dərman aldırdılar, onun da xeyri olmadı.

    Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin.     

    S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi”.

    A.Sadıqovanın sözlərinə görə, həkim doğuşu təhqirlərlə həyata keçirib: “Dediyim kimi, sancılarım dözülməz idi və hər dəfə ağrıdan qışqıranda məni təhqir edirdi.

    Qışqırırdı ki, doğa bilmirsən, abort etdirərdin, niyə uşaq istəyirsən? Söyüşlərə heç bir reaksiya vermirdim.

    Tək istəyim uşağımı sağ-salamat qucağıma almaq idi. Gecə 3-ün yarısında süni doğuş həyata keçirdilər. Doğuşun vaxtı uzandıqca söyüşlərdən zərbələrə keçdilər. Səbinə Baharzalova söyə-söyə dirsəyilə qarnıma zərbələr vururdu. Uşaq sağ doğuldu, amma ağlamadı. Oğlumu sinəmə qoydular, nəfəs alırdı.

    Sonra məndən alıb oksigen verdilər. 45 dəqiqə sonra oğlumun öldüyünü xəbər verdilər. Soruşdum ki, niyə? Öz qulağımdan eşitdim ki, dirsəklərilə vuranda uşağın ciyərləri əzilib və açılmayıb. Bilirsiz ölüm səbəbini mənim özümə nə dedilər? Dedilər ki, sən sancı çəkəndə “Ay Allah, mənə ölüm ver” dediyin üçün uşağın öldü”.

    Övladını itirən Aytən Sadıqova

    Şikayətçi körpəsinin ölümündə doğuşu həyata keçirən həkim-ginekoloq Səbinə Baharzalovanı günahlandırır: “Əvvəla, dediyim kimi, vəziyyətimə görə məni qeysəriyyə əməliyyatına salmalı idilər. İkincisi, uşağımı Səbinənin dirsəyilə qarnıma vurduğu zərbələr öldürdü. Oradaykən doğuşdan iştirak edən tibbi personaldan biri deyirdi ki, doktorun dirsəyilə vurduğu zərbələrdən uşağın ciyərləri zədələnib.

    Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu zərbələrin yeri idi”.

    Zərərçəkmiş ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyiyinin 102 xidmətinə müraciət edib “Elə həmin günü prokurorluq nümayəndələri xəstəxanaya gəldi. Körpəmin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya İnstitutuna aparılıb. Ekspertizanın cavabını gözləyirik”.

    Körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Nizami rayon Porkurorluğu ilə əlaqə saxladıq. Nizami rayon prokurorunun köməkçisi Rüstəm Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də Aytən Sadıqova tərəfindən həkim Səbinə Baharzalovaya qarşı şikayət daxil olub.

    “Belə bir hadisə olub. Hazırda araşdırma gedir. Sorğular aparılır, ifadələr alınır. Aparılan araşdırmalardan sonra hansısa nəticəyə gəlinəcək”, – deyə Rüstəm Zeynalov bildirib. 

    həkim-ginekoloq Səbinə Baharzalova

    Məsələ ilə həkim-ginekoloq Səbinə Baharzalova ilə əlaqə saxladıq. Həkim Səbinə Baharzalova Baku.ws-ə açıqlamasında iddiaları qəbul etmədiyini deyir: “Əlbəttə, biz də istəməzdik belə olsun. Təbii ki, övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə bilər. Gəlin razılaşaq ki, heç bir həkim ananın dediklərini etməz. Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər keçirib. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm”.

  • Altı vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi

    Qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, ölkədə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir:

    “Xəbər verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.

    “Göyçay qum-çınqıl” yatağında fiziki və hüquqi şəxslərə məxsus karxanaların fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanan materiallar əsasında Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə başlanan cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    Həmin cinayət işlərindən daha 1-i ayrıca icraata götürülərək istintaqı tamamlanıb”.

    Sonra qeyd edilib ki, adıçəkilən iş üzrə aparılan istintaq zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl olunmaması, dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, fiziki şəxslər Natiq Zakirov və Nazim Qasımov, “Azpod” MMC-nin qum-çınqıl istismarı sahəsinin rəisi Nəcməddin Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs, “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib:

    “Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində təbiətə və dövlətə 5,5 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 44 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın bir qisminin ödətdirilməsi təmin edilib.

    Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə fiziki və hüquqi şəxslərə məxsus əmlak üzərinə həbs qoyulmaqla cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

    Hazırda respublikanın digər bölgələrində bu sahədə yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqı aparılan digər cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir”.//oxu.az

  • Əsgər analarına gözlənilməz sürpriz – Hər kəsi göz yaşlarına boğacaq anlar – VİDEO

    “ASAN xidmət” “Əsgərə Məktub” layihəsi çərçivəsində Dövlət Sərhəd Xidməti ilə birgə – Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə yüksək hərbi intizamına görə fərqlənən əsgərləri ailələri ilə görüşdürüb.

    Median.Az xəbər verir ki, Azərbaycan Sərhəd Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən bu tipli tədbirlərdə maraqlı anlar yaşanıb.

    “Əsgərə Məktub” layihəsində hərbçilərin anaları məktub yazaraq hərbi xidmətdə olan övladlarına göndəriblər. Məktubun cavabı isə çox maraqlı olub. Məktubun cavabında valideynlərə sürpriz edilib. Cavab məktubu əvəzinə onlara övladlarını gətiriblər.

    Baku.ws “Əsgərə Məktub” layihəsindən çəkilən maraqlı kadrları təqdim edir:

  • Sinoptiklər yağmursuz hava vəd edirlər

    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində avqustun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

    Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

    Tibbi meteoroloji proqnoza görə, avqustun 21-22-də Abşeron yarımadasında temperatur rejiminin və digər meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Babəkə həsr edilmiş animasiya çarxı hazırlandı (VİDEO)

    Azərbaycanda Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.

    Animasiyada Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir.

    Onun “xürrəmilər”in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, Yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.

    Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir.

    Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhərmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır.

    Qeyd etmək istərdik ki, qeyd edilən çarx Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiya çarxıdır.

    Animasiya çarxının ssenari müəllifi – rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.

  • Azərbaycanda yeniyetmə faciəli şəkildə öldü

    Ağdaş rayonunun Hüşün kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində keçinib.

    Median.Az “report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədov İsfəndiyar Vüqar oğlunu elektirik cərəyanı vuraraq öldürüb.

    Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • «Топпуш баджи» вновь попала в больницу

    Заслуженная артистка Тунзаля Агаева (Топпуш баджи) вновь госпитализирована.

    У Тунзали, прооперированной несколько дней назад, вновь обнаружили опухоль.

    Как передаёт Median.Az,Тунзаля рассказала oxu.az, что сейчас находится в больнице:

    «После операции я пересдала анализы. В лимфатических сосудах ноги обнаружили злокачественную опухоль. Я пройду химиотерапию. Мне предстоит 25 курсов лучевой терапии и шесть курсов химиотерапии. Вообще, я должна лежать в больнице, но скучаю по ребенку, поэтому отпрашиваюсь домой.

    Отметим, что Тунзаля Агаева перенесла операцию по удалению злокачественной опухоли шейки матки.

  • İnternetdə yeni dələduzluq – “6 saata cəriməni ödəməsəniz…” (VİDEO)

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pornoqrafik məzmunlu bir çox saytlara girişi məhdudlaşdırması internet dələduzlarını hərəkət keçirib.

    Belə ki, onlar fırıldaq yolu ilə pul qazanmaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin adından belə məlumatlar yayıblar ki, guya hansısa hesaba qeyd olunan məbləği ödəsələr saytlara giriş açılacaq.

    Öncədən şəxsin blok olunduğu barədə məlumat gəlir və qeyd olunur ki, əgər cəriməni 6 saat ərzində ödəməsəniz guya həmin şəxslə bağlı məlumat toplanaraq cinayət məsuliyyətinə cəlb olunma üçün prokurorluq orqanlarına göndəriləcək.

    Bu yolla həm vətəndaş hansısa məsuliyyətlə qorxudulur, həm də onun pullarının mənimsənilməsi üçün dələduzluq edilir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər Xəbərə verilən məlumata görə, belə dələduzluq mesajları öncələr də müşahidə olunub və bunların nazirliklə heç bir əlaqəsi yoxdur. Bu mesajlar insanların dələduzluq yolu ilə aldadılması və vəsaitlərinin ələ keçirilməsinə hesablanan bir addımdır. Nazirlikdən verilən məlumata görə bu cür mesajların göndərilməsi əksər hallarda xaricdən idarə olunur, buna görə də bu cür mesajların qarşısını hər zaman almaq mümkün olmur.

  • Bakıda gecə klubunda ərəbi döydülər

    Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda dava düşüb.

    Median.Az “report”a istinadən xəbər verir ki, naməlum şəxs Səudiyyə Ərəbistanından olan turist 1992-ci il təvəllüdlü Almurtair Mişel Şuqarini döyüb.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılır.