Month: August 2018

  • Bakıda 4 nəfər intihara cəhd etdi – Hadisə yerindən VİDEO

    Bakıda 4 nəfər şəxs intihara cəhd edib.

    Median.Az-ın FHN-ə istinadla verdiyi məlumata görə, Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihar etmək istədiklərini nümayiş etdirib.

    Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

  • Hacı Nuran məşhur müğənni ilə Məkkədə – FOTO

    Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Hacı Nuran Həcc ziyarətinə yollanıb.

    O, hazırda Səudiyyə Ərəbistanının Məkkə şəhərindədir.

    “Holy” məscidinə baş çəkdiyini bildirən məşhur bu barədə sosial media hesabında paylaşım edib.

    O, getdiyi ziyarətdə son zamanlar həyat yoldaşı ilə adı qalmaqalda hallanan türkiyəli ifaçı Mustafa Ceceli ilə də qarşılaşıb.

    Nuran ənənəsinə sadiq qalaraq onunla da foto çəkdirib.

  • Известный азербайджанский пастух стал студентом – ВИДЕО

    Азербайджанский пастух Пярвин Сафаров, прославившийся в интернете своим пением, стал студентом.

    Он будет учиться в Азербайджанской национальной консерватории.

    Пярвин, участвовавший в конкурсе O səs Türkiyə, будет учиться на факультете национального вокала.

  • Məşhur azərbaycanlı çoban da tələbə adını qazandı – VİDEO

    Sosial şəbəkələrdə səsi ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərov da tələbə adını qazanıb.

    O,Azərbaycan Milli Konservatoriyasında təhsil alacaq.

    “O səs Türkiyə” yarışmasına qədər gedib çıxan Pərvin Milli Vokal fakültəsində oxuyacaq.

  • İkinci ərim burnumu qırdı, iki uşaqla evdən qaçdım – VİDEO

    Demək olar ki, hər gün sevgilisi, həyat yoldaşı tərəfindən döyülən, təhqir edilən, şiddət görən, hətta öldürülən qadınlar haqqında xəbərlər oxuyuruq. Məlum olur ki, həmin qadınların əksəriyyəti xoşbəxtlik, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Nəticə isə xəyalındakı kimi olmur.

    Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

    Həmsöhbətim Ayşən Məmmədovadır (Ad şərtidir). O, ucqar rayon və kəndlərdə deyil, Bakıda yaşayıb:

    “Sadə bir ailədə doğulmuşam. Bir bacı, bir qardaşıq. İmkanımız olmasa da, ailəmiz qoymayıb ki, nədənsə korluq çəkək. Orta məktəbi bitidikdən sonra kollecə daxil oldum və ailəmə dəstək olmaq üçün işləməyə başladım.

    Bir gün anam məni yanına çağırıb iş yoldaşının qohumu ilə tanış olmağımı təklif etdi. Bildirdi ki, danış, normal adamdırsa, ailəni qur, evində-eşiyində yaşa. Öz ailən olsun. Düşündüm ki, ailəm mənim pisliyimi istəməz. Razılaşdım. Gələcək həyat yoldaşımla belə tanış olduq. Amma heç bilmirdim ki, bu, sadəcə, gözdən asılan pərdədir”.

    Ayşən danışdıqca xəyallara dalırdı. Birdən fikri dağılırdı. O deyir ki, ailə həyatı qurduqdan bir müddət sonra qaynanası rəhmətə gedib. Özləri də cəmi iki il rahat həyat sürüblər:

    “Toydan sonra qaynanamı itirdik. Yaşamaq üçün rayona köçmək qərarına gəldik. Dörd il orada yaşadıq. Mən şəhərdə böyüsəm də, onların yaşam tərzinə uyğunlaşmağa başladım.

    Hamı bunu təəccüblə qarşıladı. İnnamırdılar ki, şəhərdə böyüyən qız kənd mühitinə öyrəşər. Həyat yoldaşımla iki il şad-xürrəm yaşadıq. Sevib ərə getməmişdim. O da mənim üçün ölmürdü. Amma o, mənim həyat yoldaşım, uşağımın da atası idi. Bir oğlan övladımız dünyaya gəldi. Normal yaşayırdıq”.

    Həmsöhbətim deyir ki, evliliyindən iki il sonra yoldaşı iş üçün Bakıya gedib və bundan sonra tamamilə dəyişib:

    “Elə bil başqa adam oldu. Mənimlə onsuz da o qədər maraqlanmırdı, amma oğluna biganə yanaşmağa başlamışdı. Bakıda kirayədə yaşayırdı və aylarla evə gəlmirdi. Qazancını görmürdük. Atası da həmişə narazılıq edirdi.

    Mənə həmişə deyirdi ki, özünə, uşağa nə lazımdırsa, atana de, göndərsinlər. Hər dəfə gələndə heç bir səbəbdən döyürdü. O qədər döyürdü ki, o rayona gələndə, qaynatamın ikinci arvadı ilə birlikdə yatırdım ki, məni döyməsin.

    Dəfələrlə döyəndə məni onun əlindən alıblar ki, iki günlük gəlirsən və döyürsən. Söyür, təhqir edirdi. Onlarda bu ayıb deyildi. Ata-anama heç vaxt aramızda olan prolemləri demirdim.

    Qaynatam da oğlunun bu cür laqeydliyindən yorulmuşdu. Gəldim valideynlərimin evinə, beş ay qaldım. Bir dəfə də axtarmadı,heç demədi ki, arvadım, uşağım haradadır, nə yeyir, nə içirlər?!”

    Həmsöbətim deyir ki, boşanmaq üçün ərizə versə də, həyat yoldaşının barışmaq üçün addım atacağına ümid edib:

    “Uzun müddət ailəmlə qaldım. Yoldaşım bizi soruşmadı. Ailə dəfələrlə döyüldüyüm bildi. Atam dedi ki, səndən bezməmişəm. Boşan və oğlunu da götür, gəl. Boşanmaq üçün məhkəməyə gedəndə ümidim var idi ki, həyat yoldaşım deyəcək ki, gəl, evimizə qayıdaq. Amma olmadı…

    İlk məhkəməyə gəlmədi. İkinci məhkəmədə dedi ki, boşanaq, amma məndən aliment istəmə. Çünki mənim aliment verməyə pulum yoxudr. Mən də bilirdim ki, alimenti verməyəcək. Ona görə müraciət etmədim. Oğlumu bağçaya qoydum, özüm də işlədim”.

    Ayşənin birinci evliliyi ürəyi istədiyi kimi olmur. Bütün xəyalları puç olan Aytən deyir ki, düşünməzdi ki, başına gələnlərdən sonra yenidən bir kişiyə güvənib, inanar:

    “Həmişə deyirdim ki, birinci ailəm əbədi olsun. Amma qismət olmadı. Ona görə ikinci dəfə ailə qurmağı düşünmürdüm, utanırdım. Amma valideynlərim yenidən ailə qurmağımı istəyirdilər.

    Anam deyirdi ki, biz bu gün varıq, sabah yoxuq. Heç kim əbədi deyil. Sənə də bu həyatda bir dəstək olacaq ömür-gün yoldaşı, uşağına qayğı göstərəcək ata lazımdır. Beləcə, bir gün bu düşüncələr də gerçək oldu. İkinci dəfə ailə qurdum.

    İkinci həyat yoldaşımla tanışlığımız da qəribə oldu. Çalışdığım mağazaya alış-veriş etməyə gələndə məni görüb. Sonra məni görmək üçün nəsə almasa da, hər dəfə yolunu mağazadan salırdı.

    Bir gün yaxınlaşıb tanış olmaq istədiyini dedi və tanış olduq. Bir müddət sonra anası Türkiyədə yaşadığı üçün onun yanına getməli oldu. Mənə dedi ki, bir ay sonra qayıdacaq, onu gözləyim. Gələndən sonra xalası, nənəsi ilə bizə gəlib üzük verdilər və münasibətə ad qoyduq.

    Hər şey yaxşı idi. Atam ikinci həyat yoldaşımı çox bəyənirdi. aralarından su sızmazdı. Bir dəfə atama dedi ki, işləyirəm, təkəm, yığıncaq edək və nişanlımı aparım.

    Atam nikahsız razılaşmadı. Sonra məni tələsdirməyə başladı. Dedi ki, gəlməsən, Türkiyəyə gedəcəyəm və məni görməyəcəksən. Mən də istəmirdim ki, onu itirim. Öz evi hazır deyildi deyə, kirayədə yaşayırdı.

    Qərar verdim ki, o qədər çətinliyə dözmüşəm, kirayədə yaşamaq da olar bir müddət. Oğlumu da götürüb getdim onun evinə. Atam-anam zəng edib evə qayıtmağımı istədilər. Amma o, məni geri göndərməyəcəyini dedi. Anam bu sözdən acıqlandı və mənə “bundan sonra biz adda anan-atan yoxdu” dedi.

    Çox pis olmuşdum, saatlarla ağladım. Həmin gün telefonumu əlimdən aldı. Evdən çölə çıxmağa da icazə vermədi. Oğlumla məni evdə qoyub, qapını üstümüzə bağlayıb getdi. Bu, günlərlə davam etdi.

    Həmişə çalışırdı ki, elə ev tutsun ki, ondan başqa heç kim qapını aça bilməsin. Bir il ərzində mən və oğlum heç yerə gedə bilmədik. Oğlum həyətdə uşaqların səsini eşidəndə pəncərəyə həsrətlə baxırdı.

    Uşağımın bir saat çöldə oynamaq üçün yalvarışları ürəyimi üzürdü. Ona izah edə bilmirdim ki, həyətə düşmək üçün qapını açmalıyam. Amma açarım yoxdur. Saatlarla uşağım pəncərədən çöldəki uşaqların oynamağına baxa-baxa iç çəkirdi…”

    Həmsöhbətim deyir ki, bir müddət sonra oğlu onlarla yaşamaq istəməyib:

    “Yoldaşım evə hər gün içkili gəlməyə başladı. Evə gələn kimi məni döyürdü, söyürdü. Böyük oğlum artıq hər şeyi dərk edirdi. Mən ikinci dəfə ana olmağa hazırlaşırdım. Hamilə ola-ola döyülməyimdən, söyülməyimdən oğlum bezdi və bizimlə yaşamaq istəmədiyini dedi.

    Anama yalvardım, gəlib oğlumu apardı. Sonra eşitdim ki, birinci həyat yoldaşım mənim ikinci dəfə ailə qurdugumu eşidib və oğlumu anamdan alıb özü ilə rayona aparıb. Artıq rayonda məktəbə başlayıb.

    Tətil olanda nənəsigilə gəlir. Amma mən onu görə bilmirəm (ağlayır). İkinci övladım da oğlan oldu. Amma taleyi elə birinci övladıma oxşadı. Həyatımda heç nə dəyişmədi, yenə zülüm, yenə əziyyət…”

    Ayşən deyir ki, qaynanası vəziyyətə müdaxilə edərək, onu Türkiyəyə çağırıb:

    “Oğlum dünyaya gələndən sonra Qaynanam dedi ki, Türkiyə gəl. getdim. Çünki hər dəfə dava, söz-söhbət olanda getməyə yerim yox idi. Bir müddət orda qaldıqdan sonra qayıtdım. Mənə dəyişəcəyini dedi və şans verdim. Amma dəyişmədi. Daha da kobudlaşmışdı.

    Yenidən hamilə olduğumu öyrəndim. Uşağı aldırmaq istədim, amma qoymadı. Hamilə olsam da, hər gün döyülürdüm, söyülürdüm. Beləcə, üçüncü oğlum da doğuldu….”

    Hər gecə evdən çıxmağa məcbur edilən Ayşən deyir ki, getməyə yeri olmayıb:

    “Hər dəfə söz-söhbət olanda məni məcbur edirdi ki, çıx evdən. Gecəyə baxmaz, saata baxmazdı. İki uşaqla qalırdım çarəsiz. Bilirdi ki, getməyə yerim yoxdur. Bir xalamın evinə gedə bilirdim. Orda da çox qala bilmirdim. Bir gün xalama dedim ki, məni qovur evdən. O da gəlib danışdı. Dedi, heç nə etməyəcəm, düzələcəm.

    Xalamgil getdikdən sonra məni döydü. İçirdi, gəlib döyürdü. Bir dəfə məni necə döydüsə, burnum qırıldı. Ağrıdan özümdən getmişdim. Oyananda gördüm ki, iki dişim sınıb. O cəhənnəmdən sağ çıxa bildimsə, qonşularım sayəsində oldu. Oradan iki uşağımla sığınacağa qaçdım. Bundan sonra nə edəcəyimi bilmirəm”.//oxu.az

  • Рекордное число абитуриентов набрали 700 баллов

    Максимальный балл на вступительных экзаменах в вузы Азербайджана в этом году набрало рекордное число абитуриентов – 29 человек.

    Об этом сообщила председатель Совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    По ее словам, с 2017 года абитуриентам разрешили дважды участвовать в приемных экзаменах по определенной группе в рамках текущего учебного года. Предоставленная с этого года возможность выбирать различные группы специальностей дала абитуриентам шанс лучше продемонстрировать свои знания и умения.

    «Естественно, все эти изменения оказали положительное влияние на результаты экзаменов, и в этом году число абитуриентов набравших 700 баллов, уже достигло рекордного показателя – 29 человек», – сказала Аббасзаде.

    Председатель Совета директоров ГЭЦ отметила, что с 2019 года вступительные экзамены будут проводиться по новой моделе.

  • Bu il rekord sayda abituriyent 700 bal toplayıb

    Bu il 700 bal toplayan abituriyentlərin sayı rekord həddə olub.

    Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib:

    “Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib.

    Bu ildən isə müxtəlif ixtisas qruplarını seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub”.

    Məleykə Abbaszadə qeyd edib ki, 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək.

  • Население Азербайджана стремительно растет

    Население Азербайджана с начала 2018 года выросло на 38 049 человек и на 1 июля составляет 9 936 134 человека.

    Об этом сообщили в Государственном комитете по статистике.

    Отмечается, что 52,9% от общей численности населения проживают в городах, а 47,1% – в селах.

    При этом 49,9% составляют мужчины, 50,1% – женщины.

    На каждый 1 квадратный километр территории приходится 115 человек.

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq, iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

    Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

    Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək, hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

  • Названо число разводов в этом году

    Названо количество разводов в первой половине 2018 года.

    Как сообщили oxu.az в Госкомитете по статистике, за 6 месяцев этого года районными (городскими) отделами регистрации Минюста было зафиксировано 27525 браков, передаёт Median.Az.

    Количество разводов за указанный период составило 7219.

    Число браков на 1000 человек составило 5,7, а число разводов – 1,5.