Month: September 2018

  • Sumqayıtda öz evində sələmçi qadın öldürülüb

    Median.Az xəbər verir ki, Z. Tağıyev qəsəbəsində yaşayan şəhər sakini Minayə Həsənli (1951-ci il təv.) naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib.

    Hadisə yerinə Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunub, ekspertlərin iştirakı ilə müayinə aparılıb.

    Verilən məlumata görə, qətlə yetirilən qadın Sumqayıt şəhərində sələmçiliklə məşğul olub.

    Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

  • Азербайджан хочет продлить соглашение по «Формуле-1»

    Начались переговоры по продлению срока Гран-при Азербайджана.

    Как передаёт Median.Az, об этом oxu.az сообщила руководитель отдела маркетинга и коммуникаций операционной компании «Бакинское городское кольцо» Нигяр Арпадаи.

    По ее словам, срок нового соглашения с FIA неизвестен:

    «В настоящее время ведутся переговоры по новому соглашению, который охватывает период до 2025 года. Но, может быть, его продлят на три года».

    В этом сезоне у Гран-при Азербайджана также может быть титульный спонсор:

    «Мы стараемся, чтобы у Гран-при Азербайджана был главный спонсор. Это должны быть всемирно известные компании».

    Отметим, что в предварительном календаре на будущий год Гран-при Азербайджана запланирован на 26-28 апреля.

  • Azərbaycan Qran-Prisinin müddəti uzadılır

    Azərbaycan Qran-Prisinin müddətinin uzadılması ilə bağlı danışıqlara başlanılıb.

    Bu barədə oxu.az-a “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

    BŞH rəsmisi vurğulayıb ki, FOM ilə bağlanılacaq yeni müqavilənin müddəti bilinmir:

    “Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir”.

    Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.

  • Qanunsuz tikili hansı halda və necə sökülə bilər?

    Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır

    Son günlər Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib. Belə ki, sonuncu dəfə Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin ətrafındakı qanunsuz tikililər sökülüb.

    Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Binəqədi rayon ərazisində “neftin torpağı” deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, “bələdiyyə sənədi” ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”.

    İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər?

    Sputnik Azərbaycan müxtəlif sahədən olan ekspertlərlə vətəndaşları narahat edən bu suallara cavab tapmağa çalışdı.

    Sualımıza ilk olaraq münasibət bildirən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşın mülkiyyətində olan əmlakın məhvi yalnız məhkəmə qərarı və yaxud özünün istəyi ilə ola bilər. Vətəndaş icazəsiz tiksə belə, onun həmin əmlak üzərində sahiblik hüququ var: “Mənim fikrimcə, bütün qanunsuz tikililər hansısa bir sənəd əsasında sökülməlidir. Məsələn, Nazirlər Kabinetinin ərazi üzrə bir qərarı və ya məhkəmə qərarı olmalıdır. Vətəndaş mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır”.

    “Vətəndaş 30 il və ya 30 ildən artıq qanunsuz tikilən mənzildə yaşayırsa, artıq vətəndaşın həmin əmlaka hüququ yaranır. Hər hansı bir səhv sənədlə, yəni sənədin səhv olduğunu özü də bilmirsə, həmin mənzildə 10 ildən artıq yaşayırsa, artıq vətəndaşın həmin mənzil üzərində hüququ əmələ gəlir. Bütün bunlar Mülki Məcəllədə qeyd olunub” – deyə ekspert vurğulayıb.

    N.İbrahimov bildirib ki, ölkədə qanunsuz olaraq tikinti aparmaq mümkündür, amma icazə olmadan tikinti işləri ilə məşğul olmaq qeyri-mümkündür: “Nəzarət qurumları göz yumduğu üçün belə tikilər artır. Həmin qurumlarda olan şəxslər dostluq, qohumluq və ya pul müqabilində qanunsuz tikililərin tikilməsinə göz yumurlar. Qanunsuz tikililər sökülən zaman isə nəzarətedici qurumlar və şəxslər məsuliyyət daşıyır”.

    Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə (BRİH) də müraciət etdik. Sorğumuza cavab olaraq bildirdilər ki, SOCAR-in balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməyib. Qeyd olunan tikililər neft şirkətinin balansında olduğu üçün həmin tikililərə dair müvafiq tədbirlərin görülməsi və həyata keçirilməsi balansdaşıyıcı təşkilatların nəzarəti ilə həyata keçirilməlidir”.

    O da qeyd olundu ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq monitorinqlərin keçirilməsi üçün rayonun aidiyyatı qurumlarına göstəriş verilib.

    BRİH-dən aldığımız cavabdan sonra SOCAR-a sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, SOCAR-ın balansında olan torpaqlara nəzarət SOCAR-ın mühafizə xidməti vasitəsi ilə həyata keçirilir: “Həmin torpaqlarda mövcud olan qanunsuz tikililər sökülmür. Sadəcə yeni qanunsuz tikintilərin inşa olunmasının qarşısı alınır. Əgər qanunsuz tikinti və ya ev aşkar olunursa, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur. SOCAR-ın mühafizə xidməti mütəmadi olaraq mədən ərazilərində monitorinq işləri aparır”.

    Prosesin hüquqi tərəflərini isə hüquqşünas Səməd Vəkilov izah etdi. O bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, şifahi göstəriş əsasında tikintini sökmək və dayandırmaq mümkün deyil: “Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir”.

    S.Vəkilov qeyd etdi ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində isə bəzi tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: “Məsələn, kiçik memarlıq formalarının, açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin və s. tikintisi zamanı xüsusi icazə lazım deyil”.

    Hüquqşünas vurğuladı ki, hər hansı bir tikintinin söküntüsü zamanı isə məhkəmə qərarı olmalıdır.//sputnik.az

  • Азербайджанская модель показала горячие снимки с экзотических островов (ФОТО)

    Проживающая в Дубае азербайджанская модель Самира Агаева поделилась снимками с отдыха на экзотических островах. 

    Являясь активным пользователем социальных сетей, модель разместила откровенные снимки на которых позирует в бикини и цельных купальниках в личном Instagram-аккаунте. Нижеприведенные кадры были сделаны во время отдыха С.Агаевой на Бали и Мальдивских островах.


    Новая порция “горячих” снимков, вызвала бурную реакцию со стороны подписчиков модели в Instagram, число которых превышает 85,2 тысячи.

    Отметим, что Самира является обладательницей титулов “Best fashion model 2017”, а также “MISS ELEGANT” конкурса Miss Europe 2018.

    Р.А.









  • Gömrükdə külli miqdarda dərman tutuldu

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Mercedes Benz C 180” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

    “Qafqazinfo” xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

    Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində “Etambutol” yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində “Karipazim” yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.

  • Bakıda parkda 3 kq-a yaxın nərə kürüsü aşkarlandı

    Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

    DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

  • В Азербайджане запретили продажу ряда видов молочной продукции

    В рамках проверок, проводимых экспертами Агентства по пищевой безопасности, были взяты образцы “Карабахского сыра мотал” и “шора”, производимых ООО BMS Aqro и реализуемых в торговых сетях под торговой маркой Ketchi, говорится в сообщении Агентства пищевой безопасности.

    Образцы были отправлены в соответствующие лаборатории Института пищевой безопасности. В результате исследования был выявлен факт бактериологического загрязнения этих продуктов.

    Поэтому Агентство предупредило ООО BMS Aqro об изъятии из торговых точек и приостановлении продажи “Карабахского сыра мотал” и “шора” под маркой Ketchi.

    Агентство пищевой безопасности вновь заявляет, что в отношении субъектов предпринимательства, занимающихся производством продукции, не отвечающей санитарно-гигиеническим нормам, и способным нанести вред здоровью людей, будут приняты самые строгие меры в соответствии с требованиями законодательства.

    Агентство пищевой безопасности продолжает мероприятия, направленные на то, чтобы субъекты предпринимательства, действующие в сфере производства продуктов питания, соблюдали действующие нормативно-правовые акты по пищевой безопасности, и следовали санитарно-гигиеническим, ветеринарным и фитосанитарным требованиям.

  • Canlı oxumaqdan imtina edən müğənni efiri tərk etdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları müğənni İzzət Bağırov və Sevda Sanaliyeva olub.

    Proqramın aparıcısı Elgiz Əkbər, sənətçiləri canlı ifa etmək üçün səhnəyə dəvət edib.

    Dəvətin ardından İzzət Bağırov səhnəyə çıxsa da, Sevda Sanaliyeva canlı ifa etməkdən imtina edərək aparıcı ilə mübahisə edib. Daha sonra əsəbiləşən müğənni anidən efiri tərk edib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Сети появилось видео домогательств Вайнштейна перед изнасилованием (ВИДЕО)

    Британский телеканал Sky News опубликовал видеодоказательства неуместного поведения голливудского продюсера Харви Вайнштейна во время деловой встречи. Видео, предоставленное предпринимательницей Мелиссой Томпсон.

    28-летняя на тот момент Томпсон записала встречу в офисе Вайнштейна на веб-камеру ноутбука. По ее словам, она должна была представлять видео своей компании маркетинговой команде, однако продюсер вызвался провести с ней переговоры самостоятельно.

    В начале видеозаписи Вайнштейн просит сотрудников не беспокоить его и захлопывает дверь. Затем вместо рукопожатия, предложенного Томпсон, он обнимает ее и в течение нескольких секунд гладит по спине.

    В процессе переговоров продюсер неоднократно заигрывает с предпринимательницей и дотрагивается до плеча. Томпсон не останавливала его, так как из деловых соображений не хотела срывать переговоры, призналась она в интервью.

    Затем Вайнштейн договаривается о встрече в ресторане при отеле, и предпринимательница соглашается. В этом отеле, по утверждениям Томпсон, продюсер завел ее в свой номер и изнасиловал, однако видеоподтверждения этого факта нет. Адвокат обвиняемого уверяет, что камера зафиксировала обоюдный флирт и ничего более.