Month: September 2018

  • Bakıda qadının uşaqlıq yolundan bu həşarat çıxdı – Foto

    Azərbaycanda həkim müayinə zamanı qəribə hadisə ilə üzləşib. Avrasiya Hospitalında işləyən Ginekoloq-cərrah Naza Qurbanova pasiyenti 46 yaşlı qadının uşaqlıq yolunda həşərat aşkarlayıb.

    Dərhal lazımi tədbirlər görülüb və həşərat uşaqlıq yolundan çıxarılıb. Həkimin sözlərinə görə, müayinəyə kimi xəstə özündə heç bir narahatlıq hiss etməyib:

    “Xəstənin heç bir problemi yox idi, sadəcə olaraq profilaktik tədbir üçün müayinəyə gəlmişdi. Ancaq müayinə zamanı məlum oldu ki, xanımın uşaqlıq yolunda həşərat var. Həşərat çıxarıldı və o, evə yola salındı. Hazırda vəziyyəti yaxşıdır. Bu kimi halla ilk dəfədir rastlaşırıq. Həmin həşəratın uşaqlıq yoluna necə daxil olduğunu nə xanım bilir, nə də ki biz”.//qafqazinfo

  • «Азербайджанская Бьянка Балти»: «Мне не разрешают надевать купальник» (ФОТО, ВИДЕО)

    Азербайджанская модель, обладательница титулов «Miss Globe International» и «Miss smile»(«Best Model of the World»), участница главного вокального проекта страны «Səs Azərbaycan» Бану Шуджаи рассказала о своих ограничениях в модельном бизнесе.

    «За все время участия в конкурсах красоты я один единственный раз – на конкурсе Best Model of the World вышла на подиум в купальнике. К счастью, этот момент не засняли фотографы. Я очень стыдилась этого. Всегда была против съемок в купальнике. Поскольку в живу в Азербайджане, в мусульманской семье, у меня есть отец, брат. Хотя мне нравится смотреть на моделей в купальниках. Я всегда смотрю на них с завистью, поскольку мне не разрешают надевать купальник», -заявила модель в интервью Sputnik Азербайджан.


    Отметим, что за внешнее сходство со всемирно известной итальянской звездой модельного бизнеса Бьянкой Балти пользователи социальных сетей называют модель из Баку «азербайджанской Бьянкой Балти». 

    Р.А.





  • Rəşid Mahmudovdan toyda şok sözlər: “Cındır mahnılar oxumayın” – VİDEO

    ‘Cındır mahnılar oxumayın’

    Toy məclislərindən birində iştirak edən professor Rəşid Mahmudov toyda ifa edilən bayağı mahnılara öz iradını bildirib.

    Belə ki, xalqı sərvəti ilə tanıyarlar deyən Rəşid Mahmudov, müğənnilərə öz təşəkkürünü bildirərək cındır mahnı oxumayın deyib.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • Bakıda “Azərişıq”ın əməkdaşı faciəli şəkildə öldü

    Bakıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

    “Azərişıq” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.

    Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

  • İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu – Araşdırma başladı

    Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

    Median.Az xəbər verir ki, Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

    Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.

    Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.

  • Bakının mərkəzi yolları bağlanır

    Sentyabrın 15-də bəzi yollar bağlanacaq.

    Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, yolların bağlanmasının səbəbi paytaxtda keçiriləcək hərbi paraddır:

    “Paytaxtın Azadlıq meydanından başlayaraq, Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

    Keçiriləcək hərbi paradda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən Bayraq meydanı kimi tanınan ərazidən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”.

    Vaqif Əsədov qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər kəs yaradılmış şərait üzrə hərəkət etməlidir:

    “Tədbir tam başa çatanadək bu istiqamətlər üzrə hərəkət edən sürücülər avtomobillərlə hərəkət mümkünsüzlüyünü nəzərə alıb, alternativ yollarla hərəkət etməlidirlər”.

  • Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz

    Təhsil Nazirliyi bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlər qarşısında tələblər irəli sürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

    Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, direktorların istər məktəbli formasının əldə olunması, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı tələb qoyması yolverilməzdir:

    “Bu cür məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır. Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər”.

    Nazir müavini qeyd edib ki, forma məktəb tərəfindən müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır: “Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istər digər məktəb ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.

  • Распался клуб – чемпион Азербайджана – ПРИЧИНА

    Распалась команда «Нур» – чемпион Азербайджана по гандболу среди женщин сезона 2016/2017.

    Название команды, в прошлом году представлявшей Азербайджан в еврокубках и ставшей бронзовым призером прошлого сезона, не включено в список участников XXVI чемпионата Азербайджана по гандболу, который стартует 6 октября.

    Глава спортивного отдела Федерации гандбола Азербайджана Искендер Аскеров назвал нашему сайту причину:

    «С целью развития местного гандбола с этого сезона мы ввели новые правила: лимит на легионеров. Сейчас в стартовом составе может быть максимум шесть легионеров и один местный гандболист.

    Как известно, команда «Нур» целиком состояла из легионеров. Мы сказали им включить азербайджанок в состав из 16 игроков. Они не нашли таких игроков, поэтому мы не позволили им участвовать в чемпионате»./oxu.az

  • Azərbaycan çempionu olmuş komanda dağıldı – SƏBƏB

    Qadın həndbolu üzrə 2016/2017 mövsümünün Azərbaycan çempionu “Nur” komandası dağılıb.

    Oktyabrın 6-da həndbol üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.

    Belə ki, “ABU Arena”da təşkil olunacaq ölkə birinciliyində altısı qadınlardan (“Azərsu”, “Azəryol”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Olimpiya”, “Qarabağ”), dördü isə kişilərdən (“Bakı”, “Təhsil”, U-16, “Məhsul”) ibarət olmaqla, on komanda iştirak edəcək.

    Göründüyü kimi, ötən il Azərbaycanı Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirində təmsil etmiş və ötən mövsümün bürünc mükafatçısı olmuş Mingəçevirin “Nur” komandasının adı siyahıda yoxdur. Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov bunun səbəbini saytımıza açıqlayıb:

    “Yerli həndbolçuların inkişafı naminə bu mövsümdən yeni qaydalar tətbiq etmişik. Belə ki, legionerlərin oynamasına limit qoymuşuq. İndi start heyətdə maksimum altı legioner və bir yerli həndbolçu oynaya bilər.

    Bildiyiniz kimi, “Nur” komandası da bütünlüklə legioner qızlardan ibarət idi. Bu da çempionatda rəqabətin itməsinə səbəb olurdu. Biz onlara dedik ki, 16 nəfərlik heyətinizə azərbaycanlı da əlavə edin. Onlar belə bir oyunçu tapmadıqları üçün çempionatda iştiraklarına icazə vermədik”.

    O həmçinin Gürcüstanın “Olimpiya” komandasının Azərbaycan çempionatında iştirakının detallarını açıqlayıb:

    “Həndbol federasiyalarının prezidentləri arasında baş tutmuş danışığa əsasən, Gürcüstan komandasının Azərbaycan çempionatında iştirakına icazə verildi. Bu komanda son Gürcüstan çempionudur. Lakin ötən mövsüm onlarda iştirak etmiş dörd klubun həndbolçuları bu komandaya yığılıb.

    Belə demək mümkünsə, hamısı Gürcüstan millisinin üzvləridir. Artıq razılaşdırmışıq. Onlar dörd dövrəli çempionatımızda beş dəfə Azərbaycana gələcəklər və hər səfərdə iki oyun keçirəcəklər. Bizim komandaların hər biri isə bir dəfə Tbilisiyə gedib orada iki oyun keçirəcəklər. Yəni bizim komandaların onlara qarşı iki oyunu Bakıda, ikisi də Tbilisidə baş tutacaq”./oxu.az

  • Сутенер предстал перед судом

    Начался процесс по уголовному делу в отношении Намига Шамамедова, обвиняемого в торговле людьми.

    На процессе в Шекинском суде по тяжким преступлениям под председательством судьи Джамала Рамазанова прокурор зачитал обвинительный акт.

    Обвиняемый Н.Шамамедов признал себя виновным.

    Затем потерпевшие дали свои показания.

    Согласно обвинению, Шамамедов обманом вывез пять женщин в Турцию, где они подверглись сексуальной эксплуатации.

    Вернувшись из Турции, потерпевшие обратились в Главное управление по борьбе с организованной преступностью. На основе обращения Намиг Шамамедов был задержан.