Month: September 2018

  • 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib – RƏSMİ

    Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

    Bunu idarənin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

    M.Vəliyevanın sözlərinə görə, BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

    M.Vəliyeva qeyd edib ki, BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

  • Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

    Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

    Median.Az xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a açıqlamasında xatırladıb ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

    MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.

  • Замминистра рассказала об увольнении 10 руководителей

    В 2017-2018 годах были уволены руководители 10 учебных заведений Баку.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заместитель министра образования, и.о. завотделом Управления образования города Баку Махаббат Велиева сказала на конференции.

    По ее словам, в результате мониторингов некоторые сотрудники были отстранены от занимаемых должностей

    «Были уволены один сотрудник Управления образования города Баку, 10 руководителей учебных заведений, 20 заместителей директора, девять педагогов, один заведующий библиотекой. Наряду с этим, к дисциплинарной ответственности были привлечены 2 сотрудника Управления, 18 руководителей учебных заведений, 32 замдиректора, 54 учителя, 6 сотрудников структурных делений Управления».

    Замминистра добавила, что 30 сотрудникам структурных делений Управления, 27 руководителям учебных заведений, 11 заместителям директоров, 40 учителям сделаны предупреждения:

    «В результате принятых мер было обеспечено возвращение 58474 манатов в бюджет».

  • Bakıda qəribə evlilik təklifi: Krana minib, qızın evinə pəncərədən girdi – VİDEO

    Bakıda növbəti dəfə qeyri-adi evlilik təklifi lentə alınıb.

    Hadisə şahidlərinin azxeber.com-a göndərdiyi videoda bəyin nişanlısına evlilik təklifi etdiyi əks olunub.

    O krana minərək nişanlısı yaşadığı mənzilə çıxıb və pəncərədən evə daxil olaraq, evlilik təklifi edib.

    Bu görüntülər böyük maraqla qarşılanıb.

    Həmin videonu təqdim edirik:

  • “Bakıda seks xidməti göstərən qadınlara qoruyucu paylamışıq” – “8 min ərəbin yoluxması” iddiası…

    İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.

    Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

    Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

    Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib.

    “Necə oldu ki, 8 min ərəb QİÇS-ə yoluxdu?!”

    “Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib ki, rəhbəri olduğu qurum seks xidməti göstərən qadınlar arasında zərərin azaldılması proqramını həyata keçirir:

    “Onların arasında kifayət qədər təbliğat aparılır, qoruyucular paylanır. Eyni zamanda, bu cür qadınlar vaxtaşırı İİV müayinəsindən keçirilir. Bilirsiniz, iraqlı blogerin səsləndirdiyi rəqəmlər absurddur. Elə bil kimsə oturub ağlına gələn rəqəmi ora yazıb. İkincisi də Avropa ölkələrinin hamısında bu cür xidmət göstərən qadınlar var. Hansı bir ölkədə yoxdur ki? Avropanın mərkəzi şəhərlərində seks xidməti göstərənlər hətta maşınlarının üzərinə nömrələrini qoyurlar. Bu, bütün dünyada olan problemdir. Amma Azərbaycanda İİV-ə yoluxanların sayının şişirdildiyini əminliklə deyə bilərəm. Əgər Azərbaycanda bu qədər xəstəlik baş alıb gedirsə, niyə ərəblər qoruyucudan istifadə etmirlər? Hər il ölkə üzrə epidemoloji nəzarət keçirilir. Bu vaxt hədəf qurupları – narkotik istifadəçiləri, seks xidməti göstərən qadınların hamısı müəyyən olunur. Heç ümumilikdə o qədər xəstə aşkarlanmır. Necə oldu ki, birdən-birə 8 min ərəb SPİD-ə yoluxdu”.

    “Pintiliklərindən yazmağımız ərəbləri qıcıqlandırıb”

    M.Zeynalova qeyd edib ki, əslində, ərəblərin özlərinin azərbaycanlılar arasıda bu xəstəliyi yayacaqlarından narahatdır:

    “Ərəblərin xəstəlik mənbəyi olmadığına kim zəmanət verir? Azərbaycan elə bir ölkədir ki, yerindən duran bir daş atmaq istəyir. Son vaxtlar ərəblərin Azərbaycanda istirahət zamanı iyrəncliklərə yol vermələri, səliqəsizliklərilə bağlı mətbuatda məqalələrin hazırlanması bəlkə də onlarda qıcıq yaradıb. Gürcüstanda ərəblərlə bağlı ciddi kampaniya başlamışdı. Bizdə isə onlara “gözün üstdə qaşın var” deyən yoxdur””.

    Qanun fahişəlik qarşısında susur…

    Hüquq müdafiəçisi deyib ki, Azərbaycan qanunvericiliyi fahişəliyi təqib etmir:

    “İnsan haqlarıdır. O, öz bədənini təklif edirsə, bu, onun öz işidir. Yəni sabah seks işçilərini təqib etsələr, onları həbs etsələr, bütün Avropa ayağa qalxacaq. Xatirinzidə olar yəqin, eynicinslilərlə bağlı etiraz başlamışdı. Həmin vaxt bütün səfirliklər ayağa qalxdı ki, onlara təzyiq olunur. Doğrudur, İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulur. Amma kiminsə öz bədənini təklif etməsi cinayət təqibi deyil. Bu, bütün dünyada var və kökü kəsilmir. İllər keçsə də, köklərini kəsmək mümkün olmayacaq. Əsas odur ki, onlar ictimai və səhiyyə məsələlərinə diqqət etsinlər. Nə xəstəliyə yoluxsunalr, nə də kimisə yoluxdursunlar”.

    Azərbaycanlı qadınlara zorakılıq edən ərəblər varmı?

    M.Zeynalova deyib ki, azərbaycanlı qadınların ərəblər tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat daxil olmayıb:

    “Bəlkə də Daxili İşlər Nazirliyinə hər hansı məlumat daxil olub, amma bizim təşkilata bununla bağlı müraciət edilməyib. Xüsusilə turistlərin gəzdiyi ərazilərdə bəzən bilmək olmur, onlar həqiqi seks xidməti təklif edənlərdir, yoxsa sadəcə əyləncə axtaran gənclərdir. İllərdir, əsrlərdir seks xidməti göstərənlərə, fahişələrə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilib: bəzən onları yandırıblar, öldürüblər, amma bir nəticə hasil olmayıb. Və neçə qərinə keçsə də, mümkün olmayacq. Bu, bioloji tələbatdır, iqtisadi tələbatdır, yoxsa peşədirmi, bu da ayrıca müzakirə mövzusudur”. 

  • Bakıda estetik əməliyyat olunan xarici vətəndaş kor olduğunu deyir – Həkim isə …

    Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xarici ölkə vətəndaşı kor olduğunu iddia edir.

    Azxeber.com-un redaksiyası ilə əlaqə saxlayan əslən Türk əsilli hazırda Londonda yaşayan Nərgiz Coşqun adlı qadın mart ayında Bakıda keçirdiyi əməliyyatdan sonra görmə funksiyalarını itirdiyini deyib.

    Onun sözlərinə görə, sosial şəbəkələrdən gördüyü reklamlardan sonra “İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevə müraciət edib. Martın son həftəsində isə əməliyyata girib:

    “Əməliyyat zamanı beyin qanaması keçirdim. Bunu əməliyyatdan sonra mənə heç kim demədi. İstanbulda aparılan müalicədən sonra mənə bu haqda məlumat verdilər. Əməliyyatdan sonra görməməyə başladım. Mənə bunun keçici olduğunu dedilər və bu cür əməliyyatlar zamanı belə halların ola biləcəyi bildirildi”.

    Xəstənin sözlərinə görə, görmə qabiliyyətini itirməsindən sonra təkrar müalicələr almağa başlasa da, müalicə heç bir nəticə verməyib. N. Coşqunun sözlərinə görə o artıq 5 aydır ki, görmür:

    “İstanbula gedərək əməliyyatdan sonra yenidən müalicə almağa başladım. Mənə İstanbulda əməliyyat zamanı sinirlərə toxunulduğu və beyindəki görmə mərkəzində bir çox sinirlərin öldüyünü dedilər. O gündən sonra nə həkimə, nə də onun köməkçilərinə zəng edə bilmədim”.

    Məsələ ilə bağlı portalımıza danışan cərrah Elvin Əliyev sözügedən xəstəni iki dəfə əməliyyat etdiyini və əməliyyatların hər birinin uğurlu olduğunu deyib:

    “Həmin xanım iki dəfə bizdə əməliyyat olundu. Birinci əməliyyatdan sonra da onda görmə problemi yaranmışdı. Ancaq daha sonra onun vəziyyəti düzəldi. İkinci əməliyyat isə aşağı nahiyyədə estetik əməliyyat idi. Bu əməliyyatı da uğurla həyata keçirdik. Ancaq bu xanımın gözlərindəki problemin bizlə heç bir əlaqəsi yoxdur. Onun görmə qabiliyyətləri ilə bağlı beyin toxumalarında anadangəlmə problem var idi. Həmin xanımın biz daha sonra qardaşını dəvət elədik və birlikdə xəstəxanadan ayrıldılar. Bununla bağlı sənədlər də əlimdə var. Onları da sizə təqdim edə bilərəm”.

    Mövzuya yenidən qayıdacağıq.

  • 100-летний Джабраилов стал почетным гражданином Воронежа

    Столетнему участнику Великой Отечественной войны Мамеду Джабраилову присвоили звание «Почетный гражданин Воронежа».

    Как передает Median.Az со ссылкой на российские СМИ, такое решение было принято на очередном заседании Городской Думы 12 сентября.

    За него в ходе тайного голосования депутатов было отдано 33 из 35 голосов. Чествование состоится 15 сентября в День города на торжественном открытии праздника на площади Ленина.

    Мамед Джабраилов – азербайджанец, родом из Баку. 1 июня ему исполнилось 100 лет. Участник Великой Отечественной войны. Почетный гражданин Левобережного района Воронежа. 7 ноября 1941 года принял участие в Параде на Красной площади в Москве. Имеет награды – два ордена Красной звезды, орден Отечественной войны 1 степени, медали «За боевые заслуги», «За отвагу», «За трудовую доблесть» и Памятный знак «Воронеж – город Воинской славы».

  • Наказания за курение марихуаны в Грузии все же будут

    В Министерстве внутренних дел разработали законопроект, который создаст строгие правовые рамки употребления марихуаны в стране.

    Как передает Median.Az со ссылкой на «Новости-Грузия», об этом на брифинге заявил премьер-министр Грузии Мамука Бахтадзе.

    В конце июля Конституционный суд Грузии принял решение, которое исключает любой вид наказания за употребление марихуаны. При этом выращивание конопли по-прежнему остается уголовным преступлением, которое наказывается штрафом. Недавно МВД выступило с инициативой определить практическую возможность употребления марихуаны и установления соответствующих ограничений.

    В частности, разработанный в МВД законопроект предлагает наказывать за употребление марихуаны в общественных местах, транспорте и так далее.

    Кроме того, в МВД считают, что для представителей ряда профессий – педагогов, врачей, чиновников – потребление марихуаны должно быть запрещено полностью. Законопроект уже подвергся критике неправительственных организаций и партии «Гирчи», которая выступает за полную легализацию марихуаны.

    Глава правительства указал на то, что после решения Конституционного суда страна оказалась перед лицом новой правовой реальности, когда употребление марихуаны в личном пространстве больше не считается преступлением и административным правонарушением.

    При этом , реализация марихуаны по-прежнему остается уголовно наказуемым преступлением.

    Что касается выращивания каннабиса для личного потребления, а также возможности его производства в медицинских целях и отправки на экспорт – такой вариант сейчас рассматривается правительством, то, по словам премьера, культивация конопли будет строго регламентирована.

    Премьер отметил, что будут наказываться и те люди, которые попытаются популяризировать идею употребления конопли среди лиц, не достигших 21 года. «Я хочу подчеркнуть, что будет ужесточена ответственность в отношении популяризации и рекламы потребления марихуаны», – сказал премьер.

  • Gürcüstan “marixuana azadlığı”na “düzəliş edir”

    Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə narkotik istifadəsinin hüquqi çərçivəyə salınması üçün qanun layihəsi hazırlayıb.

    Median.Az “Novosti Qruziya” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə məlumat verib.

    İyulun sonunda Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə istənilən cəzanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, marixuananın yetişdirilməsi əvvəlki kimi cinayət hesab edilir.

    DİN-nin hazırladığı yeni qanun layihəsi marixuananın ictimai yerlərdə, nəqliyyatda və digər yerlərdə istifadəsini qadağan edəcək.

    Bundan başqa, nazirlikdə hesab edilir ki, müəllim, həkim, məmur kimi peşə sahibləri üçün marixuananın qəbulu tamamilə qadağan olunmalıdır.

    Narkotik vasitənin şəxsi və ya tibbi sahədə istifadəsi üçün yetişdirilməsi məsələsinə gəlincə, baş nazir deyib ki, çətənə əkilib-becərilməsi ciddi nizama salınacaq.

    Baş nazir əlavə edib ki, marixuananı 21 yaşa çatmamış insanlar arasında təbliğ edən şəxslər sərt cəzalandırılacaq.

  • Крупный азербайджанский бизнесмен объявлен в розыск

    Следователи Главного следственного управления Следственного комитета России (ГСУ СКР) по Санкт-Петербургу заочно обвинили в разбое владельца компаний Aysel и «АйБаРус» Эльчина Ахмедова, являющегося одним из крупнейших поставщиков овощей и фруктов в Россию.

    Как передает Median.Az, об этом пишет «Коммерсант» («Ъ»).

    Ахмедов объявлен в федеральный розыск, который вскоре может стать международным.

    По версии следствия, 20 ноября 2015 года с 9 до 11 утра Эльчин Ахмедов, его сотрудник Джавид Мансурзаде, а также неустановленные лица прошли в помещение склада №29/2 ЗАО «Нарт» (на Софийской улице, 60), арендованного ООО «Роял», а затем «обманным путем» проникли в кассу последнего.

    Используя «неустановленный предмет, похожий на пистолет», злоумышленники предположительно применили насилие в отношении некоего Гасанова, а также угрожали некой Гайдаровой, а затем «открыто похитили» 12 млн руб. (171,5 тыс. долларов – ред.), принадлежащих хозяину «Рояла» Новрузу Халилову.

    Скрывшиеся злоумышленники, посчитало следствие, причинили потерпевшему Халилову ущерб в особо крупном размере.

    Действия Эльчина Ахмедова следствие квалифицировало как преступление, предусмотренное п. «б» ч. 4 ст. 162 УК, по которой фигуранту грозит от 8 до 15 лет заключения.

    Не найдя господина Ахмедова по месту его регистрации в Санкт-Петербурге, следователь вынес постановление о привлечении фруктовика к уголовной ответственности за разбой заочно. При этом следователь поручил полиции организовать розыск предпринимателя.

    Поскольку владелец компаний Aysel и «АйБаРус» находится на лечении за границей, его розыск вскоре может стать международным, пишет российское издание.

    Сам Эльчин Ахмедов заявил «Ъ» о том, что потерпевший, с которым у него давний спор, оговорил его с возможной подачи силовиков. По версии бизнесмена, разбоя 20 ноября 2015 года в «Рояле» не было, что подтверждают опросы, проведенные его адвокатом Александром Нарышкиным. В дело же он мог попасть после того, как отклонил предложения силовиков, пытавшихся навязать ему так называемые охранные услуги.