Month: September 2018

  • Sinoptiklərdən hava müjdəsi

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 55-65 faiz olacaq.

    Abşeronun şimal çimərliklərində sentyabrın 13-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Численность населения Азербайджана – СТАТИСТИКА

    С начала года население Азербайджана выросло на 45 141 человек, или 0,5% и на 1 августа 2018 года составило 9 943 226 человек.

    Об этом сообщили в Госкомитете по статистике.

    На каждый квадратный километр приходится 115 человек.

    При этом 52,9% от общей численности населения проживает в городах, 47,1% – в селах. 49,9% составляют мужчины, 50,1% – женщины.

    В настоящее время на 1000 мужчин приходится 1005 женщин.

  • Azərbaycan əhalisinin sayı açıqlandı – SON RƏQƏM

    Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 45 min 141 nəfər və ya 0,5 faiz artaraq, avqustun 1-i vəziyyətinə 9 milyon 943 min 226 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumatda bildirilir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

    Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

    Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

  • В Насиминском районе задержана воровка

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП задержали жительницу столицы Набат Джафарову, которая 22-го августа украла у жительницы столицы К.А сумку, где находились 200 манатов и документ.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 177.1 (кража) УК Азербайджана.

  • Nəsimi polisi cibgir qadını saxlayıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də paytaxt sakini olan bir qadının, içərisində 200 manat və sənəd olan pulqabısını oğurlayan Bakı şəhər sakini Nabat Cəfərova saxlanılıb.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • İntim fotolarla şantaj edilən qadın: Onun corabına qədər mən almışam

    Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov özünü təqsirli bilməyib.

    O deyib ki, zərərçəkmiş şəxsi şəkilləri ilə heç vaxt şantaj etməyib, yalnız onunla aralarında pul söhbəti olub:

    “Onun mənə müəyyən qədər borcu olub. Mən yalnız onu tələb etmişəm, hədə-qorxu gəlməmişəm. Sosial şəbəkədəki yazışmalarımızı da araşdıra bilərsiniz”.

    Zərərçəkmiş qadın isə E. İsmayılova dəfələlə pul verdiyini vurğulayıb:

    “Bu adamın ayaqqabısından corabına qədər mən almışam. İki ay kirayə pulunu vermişəm, problemi çıxanda həll etmişəm. Hər həftə yeməyinə 100 manat pul ödəmişəm”.

    E.İsmayılov isə qadının dediklərini təkzib edib. Buna görə həmin şəxslər arasında məhkəmədə mübahisə düşüb.

    Bakıda evli qadını intim fotolarla şantaj edib 12 min manatını aldılar
    İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.

    O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

    Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

    Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.

  • Bakıda saxta turpaketlər satan qadın həbs edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyeva Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, G. Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    O, məhkəmə iclas zalında həbs olunub.

    Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva səkkiz nəfər zərərçəkmiş şəxsdən xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

    Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

  • Beş qəpikdən 30 qəpiyə: Bakı metrosunda gediş haqları necə dəyişib? – FOTO

    “Bakı Metropoliteni” QSC-də gediş haqqının tarixçəsi barədə məlumat verilib.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bununla bağlı məqalə hazırlayıb.

    Qurum rəsmisi bildirib ki, 1967-ci il noyabrın 6-dan istismara başlanmış “Bakı Metropoliteni”ndə Azərbaycan müstəqillik qazanana qədər gediş haqqı 5 qəpik olub:

    “1992-ci ilə yanvarın 4-də “Bakı Metropoliteni”ndə ilk dəfə gediş haqqının qiymət dəyişikliyi edilib və qərara əsasən, qiymətlər 15 qəpik olub. Yeni qiymət 1992-ci il martın 1-nə qədər qüvvədə qalıb. Həmin tarixdən bir sərnişinin daşınma haqqı 30 qəpik müəyyən edilib.

    Gediş haqqını ödəmək üçün sərnişin keçid məntəqəsində avtomat-nəzarət aparatına iki ədəd 15 qəpiklik daxil edib. 1992-ci ilin iyun ayından gediş haqqı 1 rubl olub. Həmin vaxtdan jeton sistemi tətbiq edilməyə başlanılıb”.

    Bəxtiyar Məmmədov bildirib ki, 1992-ci ilin dekabrın 17-də qiymətlər yenə dəyişib:

    “Sərnişin metropolitendən istifadəyə görə 3 rubl ödəməli olub. 1993-cü ildə qiymətlər iki dəfə dəyişib. İyulun 26-dan metropolitendən istifadənin qiyməti 5 rubl müəyyən edilib.

    Dekabrın 1-də isə gediş haqqı 30 rubl təyin edilməklə yanaşı, ödəmə vasitəsi kimi talon sistemi müəyyən edilib. 1994-cü il yanvarın 1-dən yenidən jeton sistemi tətbiq edilməklə sərnişinlər gediş haqqını milli pul vahidi – Azərbaycan manatı ilə ödəməyə başladılar. Bir jeton və ya bir gediş sərnişinə 3 manata başa gəlib.

    1994-cü il fevralın 15-də yenidən talon sistemi tətbiq edilməklə gediş haqqı 5 manat olub. Həmin il iyulun 1-dən jeton sisteminə qayıdış olub. Metropolitendən istifadə isə 20 manat müəyyən edilib.

    1994-cü il noyabrın 7-də sərnişin 50 manat ödəməklə metropolitendən istifadə etməyə başlanılıb. Həmin il dekabrın 15-dən gedişin qiyməti 100 manat olub. Qiymətlər 1995-ci il fevralın 5-də dəyişdi və 300 manat təyin edilsə də, cəmi 6 gün sonra 150 manata endirilib”.

    QSC-nin rəsmisi qeyd edib ki, daha sonra qiymət dəyişikliyi 1996-cı il iyunun 27-də olub:

    “250 manata gediş haqqı 10 ilə yaxın dəyişməz qalıb. 2006-cı il yanvarın 1-dən yeni milli pul siyasətinin nəticəsi kimi, qiymətlər də yenilənib. Yeni Azərbaycan manatı ilə gediş haqqı 5 qəpiyə bərabər olub. Həmin il martın 1-dən gediş haqqının yeganə ödəmə vasitəsi 2 manat dəyərində girov haqqı ödənişi olan plastik kartlara keçilib.

    30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında “Bakı Metropoliteni”ndə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edilib.

    2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilib.

    Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında cari il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub”.

  • Bakıda sərxoş kişi özünü maşının altına atdı, sürücü ağladı – VİDEO

    Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

    Median.Az minval.İnfo-ya istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində baş verən hadisə zamanı piyada ağır xəsarət alıb.

    Hadisə şahidlərinin sözlərinə görə, piyada içkili olub və özünü qəfil maşının qabağına atıb.

    Qəzanı törədən sürücü “Mənim nə günahım var axı? Özünü atdı maşının altına” deyərək həyəcandan ağlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • В Шеки, Гахе и Агдаме задержаны наркоторговцы

    Как сообщает Median.Az, сотрудники Шекинского РОП на основании полученной оперативной информации задержали жителя города, ранее судимого Садига Мустафаева, у которого в земельном участке обнаружили 8 кустов конопли, а в доме 7 кг. марихуаны.

    Кроме этого, сотрудники Гахского РОП задержали жителя Балакенского района Бахруза Лаиджова, который в лесном массиве выращивал наркотические растения, у него изъяли 152 куста конопли, а также 302,27 грамм марихуаны, сотрудники Агдамского РОП задержали жителя района Фахраддина Гусейнова, у которого в земельном участке обнаружили 21 кустов конопли.

    По фактам возбуждены уголовные дела по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) и 237.2.3 (незаконное культивирование растений, содержащих наркотические вещества в крупном размере) УК Азербайджана.