Month: September 2018

  • Xəzərdə zəlzələ olub

    Xəzər dənizində zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla sentyabr ayının 11-i, saat 04:59-da qeydə alınıb.

    Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi 60 km olub.

    Zəlzələ hiss olunmayıb.

  • Rusiyada azərbaycanlı çempionu belə saxladılar – VİDEO

    Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar.

    Median.Az Karelia.news portalına istinadla xəbər verir ki, dava avqustun 25-də baş verib.

    Həmin gecə Petrozavodsk sakini evinin qarşısında döyülüb. Ağır kəllə-beyin travması alan şəxs cinayətkarların əlindən qurtula bilib.

    Şahidlərin sözlərinə görə, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Şəhər sakini avtomobilini park edən zaman bu səs-küyü eşidib və iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyan həmin şəxslə dalaşıblar. Xəsarət alanın adı hələ də KİV-dən gizli saxlanılır.

    Yeri gəlmişkən, videodan görünür ki, döyülən şəxs davadan qorxmur və əlindəki silahdan havaya bir neçə dəfə atəş açır. Davanın sonunda hadisə yerinə polis əməkdaşları gəlib. 

    Karelia.news yazır ki, polis davanın bütün iştirakçılarını həbs edib (Xəsarət alan şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib). Zəfər Səfərəliyev hadisənin görüntülərində yer almayıb.

    Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, “Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib.

    Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb.

    Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər.

    Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

    Yerli KİV-lərdə məlumat yayıldıqdan sonra Karelia.news portalına Kareliyadakı Azərbaycan diasporunun nümayəndəsi Akif Quliyev müraciət edib.

    Quliyevin sözlərinə görə, o, artıq 33 ildir Petrozavodskda yaşayır.

    “Daxili İşlər Nazirliyində, zavodda çalışmışam. Mənim uşaqlarım burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır. Cahangir Petrozavodskda doğulub. Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir. Ən başlıcası isə biz hamımız Rusiya vətəndaşıyıq.

    Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə heç kim oldu. Bu, düzgün deyil”.

    Akif Quliyev insidentin səbəbi olacaq daha bir faktı da açıqlayıb.

    “O gənc özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.

    Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib.

    Təkrar edəcəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, – Quliyev bildirib.//oxu.az

  • Мальчик в Джалилабаде помог вору обокрасть дом родителей

    В Джалилабадском районе в течение двух недель из дома были украдены золотые украшения на сумму 20 тыс. манатов.

    Как сообщили в пресс-службе МВД, обратившийся в полицию Ариф Ибишев сообщил, что из его дома в городе Гейтепе с 22 августа по 4 сентября были украдены золотые украшения.

    В результате мероприятий, проведенных полицией, был задержан подозреваемый в совершении кражи ранее судимый житель города Шахрияр Салманов, установлена личность еще одного человека.

    Во время расследования было установлено, что в совершении преступления Ш.Салманову содействовал малолетний сын владельца дома, который сообщил, когда дома никого нет и где лежат драгоценности.

    Кроме того, было установлено, что в день преступления сын потерпевшего намеренно оставил одно из окон дома открытым, чтобы Ш.Салманов спокойно вошел в дом.

    По факту в Джалилабадском районном отделе полиции возбуждено уголовное дело по соответствующей статье, ведется расследование.

  • Azyaşlı soyğunçulara kömək etdi, evləri qarət olundu

    Cəlilabad rayon sakini Arif İbişov rayon polis şöbəsinə müraciət edərək yaşadığı Göytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

    DİN-dən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

    Araşdırma zamanı müəyyən edilib ki, Ş.Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından kömək göstərib.

    Belə ki, o, Ş.Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib. Həmçinin istintaq zamanı müəyyən edilib ki, ev sahibinin oğlu hadisə günü mənzilin pəncərələrindən birini də qəsdən açıq saxlayaraq, Ş.Salmanovun evə daxil olması üçün şərait yaradıb. Saxlanılan şəxs qızılları əldə edəndən sonra Bakı şəhərinə gətirərək satıb.

    Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • Bakıda bu da oldu: məktəb üçün xüsusi erotik alt paltarları satılır – FOTO 18+

    Bakıdakı məşhur ticarət mərkəzlərinin birindəki brend mağazadakı reklam lövhəsi alıcıların diqqətini çəkib.

    Alıcılar tərəfindən sosial şəbəkədə palaşılan fotolarda “yenidən məktəbə” yazılan lövhənin aşağısında məktəbli qız ətəklərinin parçasından tikilmiş alt paltarları satılır.

    Həmin reklam tablosu birmənalı qarşıalnmayıb.//azxeber.com

  • В Азербайджане мужчину убили по заказу любовницы

    Выяснилось, что мужчина, пропавший без вести в Бейлаганском районе, был убит по заказу своей любовницы.

    Как передает Median.Az со ссылкой на Report, 48-летний Илдырым Фархадов, пропавший без вести в июле этого года, был убит по заказу своей любовницы, 40-летней Азизы Садыховой – жителем Бейлаганского района Шахсуваром Асадовым.

    А.Садыхова и Ш.Асадов задержаны. Тело эксгумировано.

    Расследование по факту продолжается.

  • Azərbaycanda kişi sevgilisinin sifarişi ilə qətlə yetirildi

    Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

    Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar. Meyit ekshumasiya edilib.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Эмиль Кадыров получил специальный приз “Новой волны” (ВИДЕО)

    Эмиль Кадыров получил специальный приз международного конкурса молодых исполнителей популярной музыки “Новая волна-2018”.

    В этом году Азербайджан на «Новой волне» представил певец Эмиль Кадыров, который получил известность участием в вокальном проекте «Голос» на Первом канале. Также, наш соотечественник известен читателям Median.Az по участию телешоу «Во весь голос» на телеканале «Мир».

    Артист остался доволен своими выступлениями в проекте. По словам Кадырова, его главной целью было достойно представить свою страну, азербайджанскую музыку. Он исполнил песню легендарного азербайджанца, народного артиста СССР Рашида Бейбутова “Я встретил девушку” и композицию “Азербайджан”, которая была написана специально для него.

    Кадыров получил специальный приз Федеральной пассажирской компании.


    Р.А.

  • В Баку началась выдача пенсий

    Завершено финансирование пенсий по стране.

    10 сентября пенсии были перечислены на счета в Нахчыванской АР, в Баку, Сумгайыте и Абшеронском районе.

    Отметим, что по графику, 13 сентября будет обеспечено перечисление пенсий на счета органов Государственного фонда социальной защиты в городах республиканского подчинения и районах, где проживают вынужденные переселенцы, а 19 сентября – в других районах республики.

    До конца месяца будут профинансированы пенсии военнослужащих и лиц, имеющих специальные звания.

  • Paytaxtda pensiyaların verilməsinə başlanılıb

    Ölkə üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb.

    Sentyabrın 10-dan Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda pensiyalar hesablara köçürülüb.

    Qeyd edək ki, qrafik üzrə sentyabrın 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Dövlət Sosial Müdafiə Fondunun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilir.

    Ayın sonuna doğru hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyaları maliyyələşdirilir.