Month: September 2018

  • Блогер Гусейн Гасанов показал перестрелку с Михаилом Галустяном (ФОТО, ВИДЕО)

    Самый популярный в Instagram азербайджанец, блогер Гусейн Гасанов поделился снимком и видеороликом с известным российским актером армянского происхождения Михаилом Галустяном.

    Как сообщает Median.Az снимок на котором Гасанов запечатлен с Галустяном вызвал большой резонанс среди пользователей социальных сетей. Блогер поделился снимком с актером в разделе Stories личного аккаунта в социальной сети Instagram, где на азербайджанца подписано более 6.5 миллионов фолловеров.


    Также, Г.Гасанов разместил короткий видеоролик с кадрами перестрелки на поле для игры фаертаг (Firetag). 

    От боевого взаимодействия фаертаг отличается только тем, что вместо пули цель поражает инфракрасный импульс. Все остальные элементы настоящего оружия сохранены – имитация выстрела, отдача, выброс гильзы, ограниченное реальными размерами магазинов количество боеприпасов. Поражение противника происходит аналогично лазертагу – излучатель, закрепленный на оружии формирует луч, целью которого является активация датчиков, закрепленных на цели, приводящая к отключению оборудования противника.

    С.П.

  • Bakıda məsciddən oğurluq edən şəxs həbs olundu – VIDEO

    Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

    Median.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

    Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: “Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı “Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib”.

    O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

    “Report”un əldə etdiyi məlumata görə, Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.

  • Sabirabadda qəza: Bacısının toyundan qayıdan qızı maşın vurub öldürdü

    Ötən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi “Mercedes-C” markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.

  • Propan qazı niyə bahalaşıb? – RƏSMİ AÇIQLAMA

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin yanacaqdoldurma məntəqələrində minik avtomobilləri üçün nəzərdə tutulmuş propan qazının (LPG) 1 litrinin qiymətinin 40 qəpikdən 45 qəpiyə qaldırılmasına münasibət bildirib.

    Median.Az-ın məlumatına görə, şirkətdən “Report”a verilən açıqlamada deyilir ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.

    “Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”, – deyə açıqlamada qeyd olunub.

  • Вычислены угрожавшие Егору Криду изнасилованием дагестанцы

    В МВД Дагестана отреагировали на появившиеся в соцсетях угрозы в адрес музыканта Егора Крида, который собирается дать концерт в Махачкале.

    Как передает Median.Az со ссылкон на Lenta.ru, обращение пресс-службы ведомства опубликовано в Instagram.

    В полиции указали на существование группы экстремистски настроенных лиц, которые пытаются препятствовать проведению зрелищных мероприятий на территории республики.

    «Они делают ссылку на религиозную составляющую, объясняя это тем, что посещение подобных мероприятий идет вразрез с канонами ислама, способствует развращению молодежи и отдаляет их от религии и норм шариата», — говорится в сообщении.

    «При этом позволяют себе выступать в социальных сетях информационных ресурсов с угрозами в адрес организаторов массовых мероприятий зрелищного характера и их участников, в частности российского певца Егора Крида», — добавили в полиции.

    МВД Дагестана уточнило, что лица, призывающие отменить концерты, уже установлены. В их отношении в полиции проводят проверку. «Просим быть предусмотрительными и не идти на поводу людей, призывающих к противоправной деятельности, которые хотят разжечь межнациональную рознь и при этом используют религиозную составляющую», — призвали в пресс-службе.

    Концерт Крида в Махачкале запланирован на 9 сентября. За несколько дней до выступления в комментариях под записями певца в соцсетях появились угрозы. В частности, некоторые пользователи пригрозили исполнителю убийством и изнасилованием, если он не отменит концерт.

  • Bu universitetdə dərslər sentyabrın 10-da başlayacaq

    Sentyabrın 10-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız – Azərbaycan Universitetində (UFAZ) yeni tədris ili başlanacaq.

    ADNSU-dan Trend-ə verilən məlumata görə, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.

    Hazırda UFAZ-da 30-a yaxın professor-müəllim heyəti çalışır və 410 tələbə təhsil alır. Yeni tədris ilindən etibarən UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyəcək müəllimi Loic Cellier universitetin dörd ixtisası üzrə (Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Geofizika mühəndisliyi və Kompüter elmləri) tələbələrə Rriyaziyyat və Kompüter elmləri fənlərini tədris edəcək.

  • Azərbaycanda iyrənc cinayət: qadınla qeyri-təbii yolla cinsi əlaqədə oldu, videosu çəkildi – 20 min manatlıq şantaj

    Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini Sübhan Babayev Samirə Səlimova (zərərçəkmişlərin ad və soyadları şərti göstərilib – red.) ilə qeyri-təbii yolla intim münasibətdə olub və bunu videoya çəkib.

    Güləhməd Mirzəyev də həmin intim münasibəti əks etdirən pornoqrafik xarakterli videogörüntüləri əldə edə bilib.

    Güləhməd Mirzəyev 2015-ci ilin aprel ayının ortalarında Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayının qarşısındakı kafelərin birində Sübhan Babayevlə görüşüb.
    Bu zaman Güləhməd Mirzəyev Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərini əldə etdiyini deyib. O, Sübhan Babayevi həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib.

    Bu videogörüntülərlə Güləhməd Mirzəyev Sübhan Babayevi hədələyərək 15 min manat verməsini tələb edib. Təxminən aprelin 18 və ya 19-da Güləhməd Mirzəyev Hacıqabul şəhəri ərazisindəki “Nar bazarı” adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevin 15.000 manat nağd pulunu alıb.
    Bundan əlavə, Güləhməd Mirzəyev tanışı Natiq Kazımovla əvvəlcədən razılaşıb və cinayət əlaqəsinə girib. Onlar birlikdə yenidən Sübhan Babayevi həmin pornoqrafik video ilə şantaj etməyə başlayıblar.

    Natiq Kazımov Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərin olduğunu, həmin görüntülərin Hacıqabul və Şirvan şəhərlərində yayılacağından xəbərdar olduğunu deyib.
    Bu səbəbdən Natiq Kazımov 2015-ci il aprel ayının sonlarında Hacıqabul şəhəri ərazisindəki “Nar bazarı” adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb, həmin video görüntülərin mənbəyinin kimliyi haqqında məlumatları bildiyini söyləyib. Natiq Kazımov Sübhana 5.000 manat pul müqabilində həmin görüntülərin yayılmasının qarşısını ala biləcəyini bildirib.

    Bundan sonra Güləhməd Mirzəyev 3 may 2015-ci il tarixdə Hacıqabul şəhəri ərazisindəki “Nar bazarı” adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb. O, Sübhana Samirə Səlimova ilə olan videogörüntülərin yayılmasının qarşısını alacağını vəd verib və aldatma yolu ilə Sübhan Babayevin 5.000 manat nağd pulunu ələ keçirib. Güləhməd Mirzəyev zərərçəkmişdən aldığı pulun 1200 manatını Natiq Kazımova verib.
    Güləhməd Mirzəyev 19 oktyabr 2015-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 3,198 qram çəkidə narkotik vasitə əldə edib. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumata əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oktyabrın 20-də əməliyyat keçirib.

    Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 17.20-də Hacıqabul rayonu, İsmət Qayıbov küçəsində yerləşən “Hadisə Yeri” adlanan çay evinin qarşısında Güləhməd Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub.
    Güləhməd Mirzəyev Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.
    Qeyd edək ki, digər təqsirləndirilən Natiq Kazımov isə Cinayət Məcəlləsinin 178.2.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib.
    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güləhməd Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    Digər təqsirləndirilən Natiq Kazımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

    Hökmdən narazı qalan Güləhməd Mirzəyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
    Güləhməd Mirzəyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə araşdırılıb.
    Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Güləhməd Mirzəyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsüf edilib, onun cəzası 11 il 3 aya endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.

    Bu qərardan Güləhməd Mirzəyev kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılıb.
    Hakim kollegiyası Güləhməd Mirzəyevin kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib.
    Qərara görə, Güləhməd Mirzəyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi həmin məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilib.
    Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi məhkəmə aktından xaric edilib.

    Güləhməd Mirzəyevin cəzası 10 ilə endirilib.

  • Azərbaycanlı aktyor ürəyindən bıçaqlandı – FOTO

    Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

    Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Проблема с выдачей удостоверений личности нового поколения

    В Азербайджане возникла проблема с выдачей удостоверений личности нового поколения мужчинам, меняющим удостоверения личности по тем или иным причинам.

    Как сообщает Median.Az со ссылкой на Report, с проблемой столкнулись граждане, обратившиеся в центры ASAN Xidmət для получения новых удостоверений личности.

    Речь идет о лицах, сменивших место прописки и вступивших брак. Главное паспортное, регистрационное и миграционное управление МВД отказывает мужчинам этой категории в выдаче удостоверений личности нового поколения, и им выдаются удостоверения личности старого поколения.

    Как стало известно Report, причина в том, что Госслужба по мобилизации и призыву на военную службу смогла подключиться к системе полностью, а министерство юстиции частично. В результате, зарегистрированные по новому адресу и недавно вступившие в брак мужчины не могут получить удостоверения личности нового поколения.

    Отметим, что удостоверения личности нового поколения, выдача которых началась с 1 сентября этого года, снабжены подписью. Из-за того, что министерство транспорта, связи и высоких технологий не определилось со стоимостью услуг, задерживается и активация электронных подписей.

  • Azərbaycanda bu şəxslər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmir (SƏBƏB)

    Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.

    Median.Az report-a istinadən xəbər verir ki, problemlə yeni şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.

    Söhbət qeydiyyat ünvanı dəyişmiş və nigaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrindən verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.

    “Report”un əldə etdiyi məlumata görə, buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.

    Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir.