Month: September 2018

  • Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

    Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin saytında sosial mənzillər yenidən satışa çıxarılıb.

    Qısa müddət ərzində sayta giriş çox olduğundan sistemdə məhdudiyyətlər yaranıb.

    Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək bildirib ki, mənzil seçimi prosesi hazırda dayandırılıb və proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

    Xatırladaq ki, mayın 7-də keçirilən sosial mənzillərin elektron qaydada seçimi zamanı da problem yaranmışdı./oxu.az

  • Narkoloji Dispanserin həkimi : “Mən heç kimdən rüşvət almamışam”

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, prosesdə təqsirləndirilən M.Abdullayev istintaqın və məhkəmənin düzgün ədalətli aparılmamasına etiraz olaraq ötən gündən aclıq aksiyasına başladığını bildirərək, məhkəmə zalından çıxarılmasını istəyib. Lakin o, zaldan çıxarılmayıb.
    Təqsirləndirilən Afət Məmmədova ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki heç kimdən rüşvət almayıb : “Sadəcə Məhəmmədin oğlunun xahişi ilə dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Məhəmməd dayıya demişdim ki, səni evə yazacağam. Amma Mərkəzə gələndə qəbul otağında həkim mənə dedi ki, o vəziyyəti ilə əlaqədar hələ də burada qalmalıdır. Özünə də bu barədə deyəndə sakit reaksiya verdi”.

    Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev hazırkı mərhələdə ifadə verməkdən imtina edibrlər.

    Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib: “Ərim yanğından 3 gün əvvəl orda müalicəyə başlamışdı. Deyirdi qocalmışam, nəvəm olacaq, qoy bu işlərin daşını atım. Gedəndə müalicə üçün 400 manat aparmışdı, yanğından sonra həkimlər onu özümüzə qaytardı”.

    Zərərçəkmiş Hüseyn Səfərəliyev yanğından sağ çıxdığını bildirib. Onun sözlərinə görə, səhər ayaqyolundan qayıdanda dəhlizi tüstü bürümüşdü : “Kimsə qışqırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Mən isə adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi isə açıq idi. Xəstələr pəncərələri sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü. Mənim müalicəm üçün valideynlərim 600 manat vermişdi”.

    Növbəti proses sentyabrın 7-ə təyin edilib

    Xatırladaq ki, bu il martın 2-də Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü və 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib. İstintaq-əməliyyat tədbirləri ilə Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə ayın 2-i səhər saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. O CM-nin yuxarıda sadalanan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. İstintaq mərhələsində həkim Afət Məmmədovanın barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

  • В Агджабеди на свадьбе совершено убийство

    Как сообщает Median.Az, 4-го сентября примерно в 22 часа в доме торжеств “Qızıl Saray” житель города Гурбан Гурбанзаде (1990-го года рождения) на почве возникшего инцидента нанес ножевые ранения жителю города Зауру Садыгову (1978-го года рождения) и убежал с места происшествия. Раненный скончался из-за кровотечения по дороге в больницу.

    Сотрудники Агджабединского РОП в ходе оперативно-розыскных мер задержали Г.Гурбанзаде.

    В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Художник Никас Сафронов: «Я чувствую себя азербайджанцем» (ВИДЕО)

    Известный российский художник Никас Сафронов поделился с журналистами “Москва-Баку” новостью о предстоящей выставке своих работ в Центре Гейдара Алиева в Баку и признался в любви к Азербайджану.

    «Я многое посвятил этому краю и люблю Азербайджан. Я говорил, что чувствую себя азербайджанцем и это так. Очень люблю этот замечательный народ и его культуру. Можно сказать, что вы говорите почти с азербайджанцем, который родился в России», – поделился художник.

    «В ближайшее время состоится моя вторая выставка в Азербайджане. У меня есть много работ, связанных с этой страной. Специально для Центра Гейдара Алиева я написал 30 работ, изображающих виды республики. Я изобразил Девичью башню, Нахичевань, Лагич, Ивановку, виды Баку, горы, старые исторические здания и рынки. В моем творчестве многообразно представлена тема азербайджанского быта. Кроме того, в экспозиции будут портреты семьи Алиевых: Гейдара Алиевича, президента Ильхама Алиева, портрет Мехрибан Алиевой в технике символизма. Надеюсь, что Лейла Алиева тоже даст свою картину для выставки. Я помню, как в 1998 году сам Гейдар Алиевич Алиев открывал мою выставку в Национальном музее в Баку. Она прошла успешно, на ней было около 60 тысяч человек. Теперь я хочу повторить успех», – рассказал художник.

    По словам Сафронова, всего, в экспозиции будет представлено около 150 картин. Выставка включит в себя произведения разных направлений: классический портрет, пейзаж, сюжетные композиции в стиле символизма и полотна в авторском стиле Dream Vision.

    «Тема Востока очень меня привлекает. Сейчас я также работаю с Бахрейном, написал несколько картин с видами этого королевства. Персидские работы также будут представлены на выставке. А часть азербайджанских картин я обязательно отвезу туда», – сообщил он.

    С.П.

  • Леонид Агутин презентовал клип в который вошли кадры снятые в Баку (ВИДЕО)

    Заслуженный артист России Леонид Агутин перепел Виктора Цоя «Кончится лето» и презентовал на нее клип в YouTube. 

    В клип «Кончится лето» вошла серия кадров, снятых в Баку во время проведения международного музыкального фестиваля «Жара 2018», в рамках которого у Леонида Агутина состоялся юбилейный концерт, посвященный 50-летию артиста.

    В клипе также можно увидеть супругу заслуженного артиста певицу Анжелику Варум и популярного исполнителя Владимира Преснякова. 

    С.П.

  • В Исмаиллы объявился маньяк

    Маньяк держит в страхе жителей Исмаиллинского района.

    Как сообщили местные жители, уже год как в их дворы кто-то заходит по ночам.

    Извращенец ворует женское нижнее белье с веревок.

    Видевшие маньяка описывают его как двухметрового человека с острым предметом в руках.

    Местные жители обратились в полицию.

    Как сообщили Oxu.Az в МВД, в отдел полиции Исмаиллинского района поступило обращение по этому поводу. Ведется расследование.

  • İsmayıllıda qadınlara qənim kəsilən manyak peyda olub

    Uzun müddətdir, İsmayıllı rayonunda bir manyak rayon sakinlərini həyəcanda saxlayır.

    Oxu.az-ın rayon sakinlərindən aldığı məlumata görə, artıq bir ildir ki, gecələr onların həyətlərinə kimsə girir.

    Həyətlərə girən şəxs paltar ipindən asılan qadın alt paltarlarını oğurlayır.

    Sakinlərin bildirib ki, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini iki metrə yaxındır və üzərində kəsici-deşici alət gəzdirir.

    Vətəndaşlar bununla bağlı polisə müraciət ediblər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional qrupundan Oxu.Az-a bildirilib, həmin hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub:

    “Hadisə rayonunun İsmayıllı kəndində baş verib. Məsələ ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisənin necə baş verdiyi aparılan araşdırmanın yekununda bəlli olacaq”.

  • Минздрав бьет тревогу из-за числа наркоманов

    В прошлом году в Азербайджане было зарегистрировано 30 тыс. наркоманов.

    Об этом сообщили в Минздраве.

    В министерстве выразили серьезную обеспокоенность в связи с ростом числа наркоманов в последнее время.

    По данным, среди наркоманов преобладают лица в возрасте 18-25 лет. В их числе также пятеро несовершеннолетних.

    Следует отметить, что за последние два года в этом списке увеличилось число женщин.

  • Səhiyyə Nazirliyi narkomanlarla bağlı həyəcan təbili çalır

    Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

    Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

    Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan beş azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

    Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

  • Автобус Баку – Краснодар попал в крупное ДТП – ФОТО

    Минувшей ночью в Ставрополе (Россия) произошло крупное ДТП. Грузовик «Газель» столкнулся с рейсовым автобусом марки Mercedes, перевозившим людей из Азербайджана в Россию.

    Как передает Median.Az со ссылкой на российские СМИ, инцидент произошел на 204-м километре федеральной автодороги Кочубей – Зеленокумск – Минеральные Воды в 05:10 по московскому времени. В результате ДТП три человека пострадали.

    Транспортное средство следовало из Баку в Краснодар.

    «Предварительно, водитель автобуса Mercedes не справился с управлением и допустил попутное столкновение с грузовой «Газелью». Два пассажира автобуса и один пассажир «Газели» доставлены в ЦРБ Буденновского района», – заявили в дорожной полиции.

    Известно, что в момент аварии в автобусе находились 33 пассажира и два водителя. По предварительной версии, ДТП случилось из-за усталости водителя автобуса. Вероятно, он уснул за рулем.

    На место происшествия прибыли специалисты экстренных служб. Они выясняют все обстоятельства случившегося.