Month: September 2018

  • Новая функция в WhatsApp

    WhatsApp обзавелся функцией создания и ведения специальных каналов.

    Как передает Median.Az со ссылкой на Oane, теперь популярный мессенджер позволяет пользователям не только общаться с друзьями, но и организовывать сообщества для публикации важной информации.

    Разработчики WhatsApp при введении функции каналов сделали из приложения платформу для распространения и получения данных. Для создания сообщества сначала необходимо завести групповой чат. После этого в настройках появится возможность активировать запущенную опцию. Администраторы могут нажать на графу «Отправка» и отредактировать доступ. Благодаря нововведению юзеры начнут набирать подписчиков.

    Функция WhatsApp окажется полезной для предпринимателей, у которых появится возможность доносить важную информацию до сотрудников. Опция открывает множество возможностей для пользователей и делает популярный мессенджер лучше. Пока на канал могут подписаться не более 256 человек, однако в дальнейшем разработчики планируют снять данное ограничение.

  • “WhatsApp”da yeni funksiya

    “WhatsApp”da xüsusi kanalların yaradılması üçün yeni funksiyanın tətbiqinə başlanılıb.

    Median.Az “Oane” nəşrinə istinadla xəbər verir ki, məşhur messencer istifadəçilərə tək dostları ilə söhbət deyil, eyni zamanda, vacib məlumatların yayılması üçün birlik yaradılması imkanını yaradır.

    Birliyin yaradılması üçün qrup çatının olması vacibdir. Bundan sonra bu tətbiqin istifadəsi imkanı yaradılacaq. Administratorlar “Göndər” düyməsini basmaqla, çatdırılmanı redaktə edə bilərlər. Yeni tətbiq sayəsində istifadəçilər abunəçilərə sahib olacaqlar.

    “WhatsApp”ın bu funksiyası iş adamı üçün əlverişlidir. Hələlik bir kanala maksimum 256 insan abunə ola bilər.

  • Назван новый способ продлить жизнь с помощью еды

    Ученые Института Солка в Калифорнии выяснили, что если принимать всю пищу в течение 10 часов, то можно компенсировать расстройства метаболизма, связанные с нарушением суточного цикла. Таким образом, изменение образа жизни может помочь предотвратить возрастные заболевания и продлить жизнь.

    Как передает Median.Az, об этом сообщает издание ScienceDaily.

    В ходе эксперимента исследователи отключили у мышей гены, отвечающие за поддержание циркадных ритмов – циклических изменений в интенсивности различных биологических процессов, которые связаны со сменой дня и ночи.

    Например, в течение суток активируются и выключаются определенные гены. Так, у некоторых животных, включая людей, имеются гены, отвечающие за пищеварение, которые активны только днем, а гены клеточного ремонта включаются ночью.

    Одна группа генетически модифицированных мышей имела доступ к еде круглосуточно, другая – только в течение 10-часового промежутка. Грызуны в первой группе стали страдать от ожирения и метаболических заболеваний, в том числе диабета и жировой болезни печени. Остальные животные потребляли столько же калорий и, несмотря на отсутствие ритмов, связанных с пищеварением, оставались здоровыми и не набрали веса.

    По мнению ученых, роль циркадных ритмов в этом процессе заключается в том, чтобы распланировать прием пищи. Это позволяет организму соблюсти баланс между временем, затрачиваемым на переваривание, и временем, необходимым для поддержания функций метаболизма. Нарушение биоритмов из-за смены работы, часовых поясов или генетических дефектов приводит к возникновению болезней.

    С возрастом работа биологических часов начинает ухудшаться, что способствует развитию старческих заболеваний, включая рак и деменцию. Однако исследователи считают, что ограничение приема пищи 10-часовым «окном» поможет сохранить здоровье. Это ученые намерены подтвердить в будущих научных работах с участием людей.

  • Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı

    Kaliforniyanın Solka Universitetinin alimləri müəyyən ediblər ki, bütün yeməklər 10 saat ərzində yeyilsə, metobolik pozuntuları kompensasiya etmək olar. Bununla da, həyat obrazının dəyişdirilməsi yaş xəstəliklərinin qarşısını almağa və ömrü uzatmağa yardımçı ola bilər.

    Bununla bağlı “ScienceDaily” nəşri məlumat yayıb.

    Aparılan araşdırmalar zamanı mütəxəssislər sirkadiya ritmlərinə cavabdeh olan genləri siçanların bədənindən ayırıblar. Heyvanlara olduğu kimi, insanlarda da gündüzlər aktiv olan və gecələr sönən qidaya cabahdeh genlər var.

    Alimlər bir qrup siçanı ümumi sutka ərzində, digər qrup siçanı isə 10 saat ərzində yeməyiblər. Birinci qrupdakı heyvanlar piylənmədən və metobolik xəstəliklərdən əziyyət çəkməyə başlayıblar. Digər qrup isə aparılan araşdırmaların nəticəsində sağlam qalıblar və kökəlməyiblər.

    Alimlərin fikrincə, bu prosesdə sirkadiya ritmlərinin rolu qida qəbulunu rahatlaşdırır. İşə, saat qurşağına və genetik defektlərə görə bioritmlərin pozulması xəstəliklərə səbəb olur.

    Yaş keçdikdə bioloji saatların işi zəifləməyə başlayır, bu isə qocalıq xəstəliklərinə səbəb olur. 10 saat çərçivəsində qidanın qəbulu isə orqanizmin sağlam qalmasına gətirib-çıxarır.

  • В Локбатане “Azsamand” врезался в столб, погиб водитель

    Как сообщает Median.Az, в ночь на 3 сентября в поселке Локбатан автомобиль марки “”, управляемый жителем поселка Билал Гусейновым врезался в рекламный щит.

    В результате дтп водитель скончался на месте происшествия, еще два пассажира с различными травмами были помещены в больницу.

    По факту ведется расследование.

  • Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda: İnfeksiya ətini yeyir (FOTOLAR 16+)

    Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb. 

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub.  Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı “İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir: “27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən “İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında “taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”. 

    Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib: “Orada cərrah Babək Zeynalov yaramı açdı, irindən, ölmüş toxumadan təmizlədi, yaraya ikitərəfli zont, drenaj saldılar. Bu əməliyyat 1 saat çəkdi, ağrıdan səsim klinikanı götürmüşdü. 

    Əməliyyatdan sonra 8 gün Cərrahiyyə xəstəxanasında yatdım. Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim. 

    O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.
     
    “Həkim çox adamları mənim günümə salıb”

    Bütün müalicələrin heç bir xeyrinin olmadığını görən Mehriban Mehdiyeva Türkiyəyə üz tutub: “Azərbaycanda həkimlər konkret bir söz demədiyindən, yaramdan irin və çirk axması davam etdiyindən, Türkiyəyə gəldim. Çox məşhur xəstəxanalarda, cərrahların, uzmanların müayinəsində oldum. Lakin heç kim tam sağaltmağa söz vermir, yaram çox dərindi, həm də vaxt itirmişəm, gec gəlmişəm. Bunun müalicəsi aylarla, hətta illərlə çəkə bilər. Bu hal məni çox üzür. Dəfələrlə intihar barədə düşünmüşəm, amma əzizlərim, 2 övladım gözümün önünə gəlir. 

    Əməliyyatdan sonra mənə yaxın insanlarda və digər  pasiyentlərdə də bu klinikada Elvin həkimin əməliyyatından sonra tikişlərinin açılması, qarına su yığılması barədə narazı fikirlər eşitdim. Hətta uğursuz əməliyyat etdiyindən eyni əməliyyatı 2-3 dəfə təkrarlayıb. Deməli, mən tək deyilmişəm. 

    Mən bu məsələ haqda Birinci vitse-prezident Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə, Baş prokurora, Daxili İşlər Nazirliyinə şikayət ərizələri yazmışam. Ümid edirəm ki, mənim səhhətimə bu qədər zərər vuran həkim Elvin Əliyev barədə bir tədbir görüləcək”.

    “Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir”

    Mehriban Mehdiyeva Almaniyaya getməyə hazırlaşdığını deyib: “Mənə əməliyyat zamanı infeksiya salınıb, infeksiya, bakteriya əkilmək üçün verilib, uzun müddətə cavab çıxır. Gözləyə də bilmirik, çünki infeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin “həkim isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin. 

    Mən hələ Azərbaycanda olanda demişdim ki, mən sağalmasam, sizdən şikayət edəcəyəm və haqqınızda yazacağam ki, insanlar bilsin. İndi isə mənə və yaxınlarıma hədə-qorxu gəlir ki, heç nə paylaşmayım, susum”.

    “Xəstə məni şantaj edir”

    Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev BakuPost-a açıqlama verib. O, xəstənin ittihamlarının heç birini qəbul etmədiyini bildirib: 
     
    “Bu iş hüquq-mühafizə orqanlarının nəzarətindədir və bizim tərəfdən məhkəməyə də verilib. Çünki pasiyent məndən şantaj məqsədilə pul istəyir – 10 000 manat. Özü də demişdi ki, pul alınmasa, bu cür paylaşımlar edəcək. Biz onun şantajına boyun əymədik. O xanımın əlində heç bir tibbi ekspertiza sənədi yoxdur. Ekspertiza rəyi olmadan həqiqətə uyğun olmayan informasiyaların yayılması cinayətdir”.

    Həkim abdominoplastika əməliyyatından sonra belə nekrozlaşmaların olmasını mümkün sayır və iddia edir ki, bu, dünya praktikasında var: 

    “Sadəcə, əvvəldən cərrah bilə bilməz ki, hansı xəstənin yarasında nekroz olacaq. Olarsa da bu həyati təhlükə daşımır, sağalması da 3-4 ay uzana bilər. Bu müddətdə xəstə sarğılara normal gəlib, sarğı qaydasına əməl etməlidir. Bir xəstə sarğılara vaxtında gəlməyibsə, bu artıq həkimin günahı deyil. 

    Ora əməliyyat zamanı infeksiya düşməyib, infeksiya heç vaxt 40 gün sonra özünü göstərmir. O xanımın dedikləri absurddur. Azərbaycanda o pasiyentə Nuru Bayramov kimi professor baxıb, rəy verib ki, sizin yaranızda xəstəxanada yatılacaq durum yoxdur. Tibb Universitetinin xəstəxanasında yatdığı dövrdə onun vəziyyəti kafi olaraq qiymətləndirilib. Problem yoxdur. Sadəcə o xəstə evə gəlib sarğılara getməklə müalicəni burda da davam etdirə bilərdi. Onun Türkiyəyə gedib klinikalar gəzməsi sonradan məndən pul almaq məqsədi daşıyır, şantajdır. Sağlamlığında ciddi problem olan adam internetdə bütün günü paylaşımlar etməz, gedər rəsmi müraciət edər. Bu xəstənin heç bir rəsmi sübutu, sənədi yoxdur”.

    Elvin Əliyev abdominoplastika əməliyyatında belə halların olduğunu və təcrübəsində ilk olmadığını bildirib: “Bu əməliyyatı edən bütün həkimlərdə belə halın baş verməsi normaldır. Bu əməliyyatda həkim səhvi yoxdur, bunu da sübut edəcəyik. Xanıma burda müalicə təklif etdik, o razılaşmadı. Bundan sonra hər şey hüquqi müstəvidə həll olunacaq”.

    Pasiyentin bizə təqdim etdiyi fotoları təqdim edirik. Ürəyi zəif olanlar baxmasın.





  • Певец Малума показал 35 миллионам подписчиков горячий танец Ренки «Black Angel» (ВИДЕО)

    Колумбийский певец Хуан Луис Лондоньо, известный во всём мире под псевдонимом Малума поделился в социальной сети Instagram роликом с участием азербайджанских танцоров – Ренки «Black Angel» и Фарида Мехтиева.

    Ранее всемирно известный певец запустил в сети челлендж, в котором призвал поклонников танцевать под свой новый хит «Mala mia», который уже набрал в YouTube более 63.000.000 просмотров. Свою версию танца представили известная азербайджанская танцовщица Ренка «Black Angel» в тандеме с танцором Фаридом Мехтиевым.

    Малума оценил горячий танец азербайджанских танцоров и разместил его на своей официальной странице в социальной сети Instagram, где ролик уже набрал более 800 тысяч просмотров.

    Отметим, что на страницу колумбийского певца подписано более 35 миллионов фолловеров.

    С.П.

  • Qonşusu ilə illərlə gizlicə sevişdi, videoya çəkdi, sonra isə… – Azərbaycanda biabırçılıq

    Masallı rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Yardımlı sakini, 1983-cü il təvəllüdlü Alim Şamiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Alim Şamiyev tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu gəlmək yolu ilə ələ keçirmək məqsədilə tanışı, Masallı rayon sakini Səmayə Əliyeva (ad və soyad şərti verilib – H. Z.) ilə cinsi əlaqədə olduqdan sonra onun yarıçılpaq şəkillərini çəkib.

    Cinsi əlaqədə oldu, şantaj etdi

    Daha sonra Alim Səmayənin barəsində rüsvayedici məlumatları özündə əks etdirən həmin şəkilləri yaymaqla hədələyib. Alim 2015-ci ilin fevral ayının əvvəllərində Səmayədən 800 manat pul tələb edib. Səmayə isə Alimə həmin miqdarda pulu verməkdən imtina edib.

    Lüt şəkillərini küçədə yaydı

    Bundan sonra Alim həmin şəkilləri Səmayənin yaşadığı küçəyə ataraq yayıb. Sonra o, yenidən Səmayədən 650 manat məbləğində pul əldə edib.

    Səmayə Əliyevanın şikayəti əsasında Alim Şamiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

    İstintaq orqanı tərəfindən Alim Şamiyevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

    “4 il cinsi əlaqədə olmuşuq”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Alim Şamiyev bildirib ki, Səmayə ilə qonşuluqda yaşayıb: “Bizim bir-birimizə qarşı sevgi hissimiz oyanıb. Beləcə də uzun bir müddət ərzində, təxminən 4 il müxtəlif yerlərdə cinsi əlaqədə olmuşuq”.

    “Lüt şəkillərini küçəsinə atmamışam”

    Alim Şamiyev Səmayənin lüt şəkillərini çəkməsini və yaymasını təkzib edib: “Səmayənin lüt şəkillərini çəkməmişəm, ondan pul tələb etməmişəm. 800 manat vermədiyi halda, lüt şəkilləri onun yaşadığı küçəyə atmağım barədə deyilənlər yaylandır”.

    “Lüt şəkillərimi çəkib”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Əliyeva bildirib ki, Alim onunla cinsi münasibətdə olarkən fotoşəkillərini çəkib, sonradan isə həmin fotoşəkilləri yayacağı hədəsi ilə ondan pul tələb edib: “İstədiyi məbləği vermədiyimə görə isə şəxsiyyət vəsiqəmin surətindən istifadə edərək adıma mobil telefon nömrələri alıb. Həmin nömrələrdən mənə və qohumlarıma dəfələrlə zənglər edib, mesajlar yazıb”.

    3 il 6 ay həbs

    Masallı rayon Məhkəməsinin hökmü ilə Alim Şamiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Alim Şamiyev apelyasiya şikayəti verib.

    Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Cəzadan 6 ay çıxıldı

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, Alim Şamiyevin cəzası 3 ilə endirilib.

    Bu qərardan narazı qalan Alim Şamiyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Alim Şamiyevin kasasiya şikayəti təmin olunmayıb.

  • Главврач частной клиники в Баку покалечил пациентку – ФОТО

    В Баку девушка стала жертвой неудачной пластической операции.

    Как передает Median.Az со ссылкой на Bakipost.az, после абдоминопластики у Мехрибан Мехтиевой возникли серьезные осложнения. На ранах пострадавшей образовался гной и некроз. В Баку Мехрибан не смогли помочь, и ей пришлость обратиться в известные турецкие клиники. Однако реабилитация в Турции также не увенчалась успехом. В этой связи М.Мехтиева планирует продолжить лечение в Германии.

    Потерпевшая утверждает, что в виновником ее плачевного состояния является главврач клиники İnternational-2 Эльвин Алиев.

    По словам Мехтиевой, она не первая, кого покалечил Э. Алиев.

    «После операции я стала замечать, что швы расходятся и образовывается гной. Я сообщила об этом Эльвину Алиеву.Он ответил, что это нормальное явление. И каждый раз они промывали раны бетадином и отправляли домой. Спустя 43 дня я поняла, что мое состояние ухудшается. В Азербайджане врачи мне ничего конкретного не сказали. И тогда решила обратиться в турецкую клинику. Однако и здесь никто не обещает мне полное исцеление. Раны очень глубокие и вдобавок, я потеряла много времени. Мне очень плохо. Я не раз задумывалась о суициде. Но перед глазами встают родные и двое моих детей.

    Я обратилась с письмом первому вице-президенту Мехрибан Алиевой, обращалась к Генеральному прокурору, писала в Министерство здравоохранения и Министерство внутренних дел. Надеюсь, они примут нужные меры в отношении Эльвина Алиева».

    Главврач İnternational-2 Эльвин Алиев, в свою очередь, опроверг все обвинения со стороны пациентки.

    «Данный вопрос находится под контролем правоохранительных органов и с нашей стороны было подано заявление в суд. Мехрибан Мехтиева меня шантажирует и требует 10 тысяч манатов. Она мне заявила, что если я не оплачу ей деньги, она распространит эти снимки по всему интернету. Она не проходила медэкспертизу. А распространение информации не соответствующей действительности – преступление».



  • Парковка на новом бакинском бульваре стала полностью платной – ФОТО – КАРТА

    Парковка на новой части бакинского бульвара (у Дворца водных видов спорта в Сабаильском районе столицы, недалеко от «Кристалл холла») стала полностью платной.

    Как передаёт Median.Az, на двух дорогах, ведущих от Дворца водных видов спорта к берегу моря (набережной), действуют «парковщики» Управления Приморского парка-бульвара, которые требуют у всех приезжающих водителей один манат за парковку.

    Отметим, что это вызывает недовольство граждан, которые считают этот шаг неправильным и ограничивающим их право на отдых.
    Но в Управлении Приморского парка-бульвара в комментарии 1news.az по поводу создания платной парковки заявили, что территория бульвара находится в подчинении управления, и оно может реализовывать тут различные проекты, в том числе и такого рода.

    Напомним, что ранее на этой части бульвара на подъезде к берегу были установлены будки со шлагбаумами, тем самым въезд на эту территорию сделан платным.

    Стоимость платы за въезд также составляет 1 манат.

    Отметим, что несколько лет после открытия новой части бульвара парковка на всей его территории была бесплатной.//1news.az