Month: September 2018

  • Завершился визит Ильхама Алиева в Кыргызстан

    Визит президента Азербайджана Ильхама Алиева в Кыргызскую Республику 3 сентября завершился.

    В Международном аэропорту Иссык-Куль города Чолпон-Ата президента Ильхама Алиева провожали премьер-министр Кыргызской Республики Мухаммедкалый Абылгазыев и губернатор Иссык-Кульской области Акылбек Осмоналиев.

  • İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.

    Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında prezident İlham Əliyevi Qırğız Respublikasının baş naziri Muxammetkalıy Abılqaziyev və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev yola salıblar.

  • Ölkəyə gizli yolla pnevmatik tapançalar keçirmək istədilər – FOTO/VİDEO

    Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Mercedes-Benz 280” markalı nəqliyyat vasitəsi “Sınıq Körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

    Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

    Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

    Yoxlama zamanı isə nəqliyyat vasitəsinin yük yerində olan ərzaq məhsullarının arxasında gizlədilən 13 ədəd, kalibri 4,5 mm və üzərində “Super air pistol” yazısı olan pnevmatik tapança, kalibri 4, 5 mm olan üzərində “Ekol” yazılmış bir ədəd pnevmatik tapança, dörd ədəd pnevmatik silah üçün lülə, ərzaq məhsullarının arasından bir ədəd “Samsung Galaxy A6”, bir ədəd “Samsung Galaxy J6”, üç ədəd “Samsung Galaxy J3”, yeddi ədəd “Samsung Galaxy J1”, bir ədəd “Xiomi A1”, üzərinə “B 8000” yazılmış yeddi ədəd, “Corn” yazılmış üç ədəd, “H-mobile” yazılmış beş ədəd, “Etec” yazılmış beş ədəd, “Kctel” yazılmış 15 ədəd, “ Boom” yazılmış 10 ədəd, “ZHT” yazılmış beş ədəd, “Y-Fine” yazılmış beş ədəd, “Fuha” yazılmış beş ədəd mobil telefonlar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.


  • Население Азербайджана предупредили об импортном мясе

    Агентство продовольственной безопасности сделало предупреждение населению с целью защиты от инфекционных заболеваний животных, которые могут перейти на территорию Азербайджана.

    В предупреждении говорится:

    «Всемирная организация охраны здоровья животных выявила факт распространения нодулярного дерматита среди крупного рогатого скота в провинциях Самара, Курган и Челябинск Российской Федерации, а также вспышки оспы среди крупного рогатого скота в районе Шаховская Московской области.

    В связи с этим юридические и физические лица, обращающиеся по поводу импорта крупного и мелкого рогатого скота из этой страны, должны учесть соответствующие требования Всемирной организации охраны здоровья животных.

    В то же время касательно усиления мер контроля было сделано обращение по назначению в Государственный таможенный комитет с целью дезинфекции транспортных средств, едущих из данных областей Российской Федерации или транзитом через данную территорию».

  • Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə – XƏBƏRDARLIQ

    Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib.

    Agentlikdən verilən məlumata görə, xəbərdarlıqda deyilir:

    “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

    Bununla əlaqədar olaraq, bu ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.

  • Nikol Paşinyanın protokol xidmətinin kobud səhvləri – FOTO

    Ermənistanda etiket mütəxəssisləri baş nazir Nikol Paşinyanın protokol xidmətinin kobud səhvlərini qeydə alıblar.

    Erməni KİV baş nazirin rəsmi görüşlər zamanı lentə alınan fotolarında Paşinyanın protokol xidmətinin qeyri-səlisliyini gözdən qaçırmayıb.

    Rəsmi görüşlər zamanı masanın üstündə olan stəkanlar diqqət çəkib.

    Etiket üzrə erməni mütəxəssis Marqarita Xaçatryanın sözlərinə görə, Paşinyanın masası üzrəindəki stəkan su yox, ağ çaxır üçün nəzərdə tutulub.

    Beynəlxalq etiketə əsasən, rəsmi, diplomatik və işgüzar görüşlər zamanı ayaqsız stəkan və ya üç santimetrdən çox olmayan ayaqlı stəkan istifadə olunmalıdır./oxu.az





  • Mingəçevir avtovağzalında biletin qiymətindən əlavə pul alınır? – VİDEO

    Mingəçevirdən Bakıya gedən sərnişin ondan artıq pul alındığını iddia edir. Kassaya yaxınlaşan şəhər sakini bilet almaq üçün nə qədər ödəniş edəcəyini soruşub. Bu zaman ondan 7 manat 40 qəpik əvəzinə, 8 manat alınıb. Biletin üstünə altmış qəpik yazılmış əlavə çek də tikilib.

    Median.Az-ın məlumatına görə, “Xəzər” TV-nin əməkdaşları məsələni yerində araşdırıb.

    Mingəçevir avtovağzalından həmin iddiaya cavab belə olub. Sərnişin bilet alıb bu gün paytaxta yola düşürsə, 7 manat 40 qəpik, əgər sabah və ya on gün sonra üçün sifariş edirsə, bu zaman əlavə olaraq altmış qəpik ödəməlidir.

    Baş dispetçer Behçət Məmmədov əvvəlcədən satılan biletlər üçün alınan muzd haqqının bütün avtovağzallarda tətbiq edildiyini və qanunsuz olmadığını bildirib.

    Mingəçevirdən Bakıya gedən digər sərnişinlər də əvvəlcədən bilet aldıqda əlavə olaraq altmış qəpik ödəniş etdiklərini bildirib.

    Qeyd edək ki, Tarif Şurasının qərarı ilə yeni tariflərin qəbul edilməsindən əvvəl Mingəçevirdən Bakıya gediş haqqı beş manat, əvvəlcədən bilet aldıqda isə əlavə olaraq əlli qəpik ödəniş edilib.

  • В Баку в автобусе произошел конфликт из-за места – ВИДЕО

    В Баку в маршрутном автобусе №96 произошла потасовка между пассажирами из-за места.

    Как передает Median.Az, пассажиры оскорбили друг друга.

    Отметим, что данное видео впервые распространил сайт Mətbuat.az.

  • Bakıda avtobusda yer üstündə dava: ‘Sən kimsən…’ – VİDEO

    Bakıda avtobusda sərnişinlər arasında mübahisə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Median.Az-ın xəbərinə görə, 96 nömrəli avtobusda sərnişinlər yer üstündə mübahisə ediblər.

    Tərəflər bir-birini təhqir edib, nalayiq ifadələr səsləndiriblər.

    Qeyd edək ki, sözügedən hadisənin videosunu Mətbuat.az saytı yayıb.

  • В центре Баку демонтируют железную дорогу

    Частично ограничивается движение на проспекте Нобеля.

    Как сообщили в Государственном агентстве «Азербайджанские автомобильные дороги», работы по демонтированию железнодорожной линии на проспекте Нефтчиляр, ведущей к Бакинскому порту, будут длиться три дня.

    В связи с этим частично ограничивается движение автотранспортных средств на данном участке.