Month: September 2018

  • Avtovağzallarda vətəndaşlardan bilet pulundan əlavə komisyon haqqı alınır – SƏBƏB

    “Bakıya avtobusla getmək üçün hər dəfə Mingəçevir Beynəlxalq Avtovağzalından bilet alıram. Biletin qiyməti 7 manat 40 qəpikdir, ancaq əlavə 60 qəpik də ödəməli olduğumu bildirirlər və buna görə mənə qəbz verirlər. Açığı, tam məlumatlı olmadığımdan bilet pulundan əlavə 60 qəpiyi niyə ödədiyimi bilmirəm. Avtovağzal işçiləri isə vətəndaşlara bunun qanunvericiliklə müəyyənləşdirilmiş bir ödəniş olduğunu deyirlər. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirin – sözügedən 60 qəpik nə üçün alınır, həqiqətən, ödəməliyikmi?”.

    Yeniavaz.com saytına müraciət edən vətəndaşlardan birinin verdiyi bu suala cavab almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxladıq.

    Xidmətinin mətbuat katibi Nuridə Allahyarova saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: “Fotodan da göründüyü kimi, vətəndaşa satılan biletin üzərinə rəsmi möhürlü qəbz yapışdırılıb. Mövcud qanunvericiliyə əsasən, biletin əvvəlcədən nağd ödənişlə alınmasına görə komisyon haqqı tələb olunur. Bakıdan rayonlara gedərkən onlayn yolla alınan biletlərə görə komissiya haqqı tutulmur. Onlayn yolla hətta 10 gün əvvəldən də Bakıdan istənilən rayona avtobus bileti almaq olar. Vətəndaşın aldığı biletin üzərindəki qəbz rəsmi ödəmənin sübutudur. Rəsmi ödəmənin sübutunu təsdiq edən qəbzin verilməsi qanunsuz ola bilməz”.

    Nuridə Allahyarovanın sözlərinə görə, komisyon muzdu Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunub: “Həmin qaydaların 6.28-ci bəndinə əsasən, şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır”.

  • Azərbaycanda 55 yaşlı kişi özünün 14 yaşlı qohumuna təcavüz edib – VİDEO

    İllərdir gizli qalan sirrin üstü açıldı…

    “Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişinin birbaşa efirində inanılmaz anlar yaşanıb.

    İllərdir gizli qalan sirr açılıb. Belə ki, ötən gün həyat yoldaşı ilə barışmaq istəyən Eyvazın xanımı efirə qoşulub. Onun açıqlamaları Amil Xəlil ilə bərabər ekspertləri də dəhşətə gətirib.

    Xanım evdən getməyinin səbibini belə açıqlayıb: “O, məni taxta ilə döyürdü. Hər gün döyülə-döyülə qalırdım. Bir gün anamın evin getdim. Yenə döyülmüşdüm. Anam Eyvaz tərəfindən döyüldüyünü mənə dedi. Şoka düşdüm. Bir az sonra anamın bacım Günəş haqqında dediyi sözlər məni yerin altına soxdu.

    Anam dedi ki, 14 yaşlı bacım bir gün bizə gələndə Eyvaz ona təcavüz etmək istəyib. Sonradan qızı qorxuzub ki, əyər bir adama nəsə desə bacımı (Günəşi) öldürəcəkmiş. Qız da aylarla bu sirri saxlayıb. Bir müddət sonra Günəş yoxa çıxdı. Hələ də bilmirik haradadır. Mənim bacımın itməyi hələ də sirr olaraq qaldı. Eyvaz ona nəsə eləmişdi. Amma boynuna almadı. O gün bu gün mən Eyvazı həyatımdan sildim”.

    Xanımın açıqlamaları bununla da yekunlaşmayıb. Ardınca Eyvazın şər böhtanından da danışan Leyli xanım söhbətinə davam edib: “Eyvaz 70 yaşlı anama elə təpik vurdu ki, anam arxa yıxıldı”.

    Verilişi sizə təqdim edirik:

    ///Minval.İnfo

  • Азербайджан закупил у России оружие на 5 миллиардов долларов

    Мы также сегодня обсуждали дальнейшее сотрудничество в сфере военно-технического сотрудничества, оно имеет уже большие традиции.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев по итогам переговоров с российским коллегой Владимиром Путиным.

    По словам Ильхама Алиева, контракты, реализованные между Россией и Азербайджаном, «вернее, продукция военного назначения, закупленная Азербайджаном из России, превышает 5 миллиардов долларов и имеет тенденцию к росту»:

    «Поскольку Азербайджан продолжает модернизацию вооруженных сил, а Россия является важнейшим мировым производителем и поставщиком военной продукции на международные рынки».

  • Бакинец Аслан Ахмадов готовит проект с Лолитой, приуроченный к 55-летию певицы (ФОТО, ВИДЕО)

    Участник российского «Голоса» бакинец Аслан Ахмадов, известный также как режиссер и фотограф готовит новый проект с народной артисткой РФ Лолитой Милявской.

    Данной новостью знаменитости поделились посредством социальной сети Instagram. Проект приурочен к юбилею певицы, которой 14 ноября 2018 года исполнится 55 лет. 


    «Мы вместе работаем с 2000 года! Все мои обложки дисков, концертные афиши сделаны Асланом Ахмадовым! Спасибо Тебе! И мой образ, грим, причёска – его золотые руки! Аслан делает исключение, лично делая прическу и грим, потому что лучше него никто не знает моё лицо (его изъяны и достоинства). Спасибо 100000 раз!», – подписала нижеприведенное видео певица, на котором А.Ахмадов подписывает подаренную Лолите книгу-альбом из уникальных фотографий Народной Артистки СССР Людмилы Марковны Гурченко, снятых фотохудожником.

    Поклонникам остается только догадываться, что представят в скором времени тандем – фотосессию или новый клип. 

    Р.А.

  • Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

    Biz bu gün həmçinin hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunları üzrə deyib.

    İlham Əliyevin sözlərinə görə, “Azərbaycan və Rusiya arasında reallaşdırılan müqavilələr, “daha doğrusu Azərbacyanın Rusiyadan aldığı hərbi məhsullar beş milyard dolları keçir və bu tendensiya artır”.

    “Çünki Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini davam etdirir, Rusiya isə beynəlxalq bazarda hərbi məhsulların əsas istehsalçısı və satıcısıdır”.

  • 4 uşaq atası intihar etdi – Səbəbi heç kimə məlum deyil

    Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

    Rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.

    Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”.

    Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: “Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”.

    Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var.

    ///BakuPost

  • Azərbaycanda polisə etiraz edən qadın özünü bıçaqladı

    Sabirabad rayonunda 34 yaşlı qadın özünü bıçaqlayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

    Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

    Həmin qadının əri 29 yaşlı Xəyyam Nağıyev polis tərəfindən tutulub.

    DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsi və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan X.Nağıyev saxlanılıb.

    Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • ASAN xidmət внес ясность в вопросы об удостоверениях личности нового поколения

    Заведующий отделом по связям с общественностью Государственного агентства по услугам гражданам и социальным инновациям при президенте Азербайджанской Республики (ASAN xidmət) Эльнур Нифталиев внес ясность в вопросы граждан относительно удостоверений личности нового поколения.

    Как сообщает Median.Az со ссылкой на Report, завотделом сообщил, что в настоящее время граждане могут продолжать использовать удостоверения личности, срок действия которых не окончен, их замена не является необходимостью.

    Э.Нифталиев отметил, что если срок действия удостоверения личности истек или оно было испорчено, произошли изменения имени, фамилии или отчества или документ вовсе был утерян, в таком случае необходимо получить удостоверение личности нового поколения.

    По его словам, в настоящее время прием документов проводится во всех центрах ASAN xidmət города Баку и региональных центрах ASAN xidmət в Сумгайыте. В последующие дни в региональных центрах ASAN xidmət также начнется прием документов для выдачи и замены удостоверений личности нового образца.

    Э.Нифталиев отметил, что каких либо изменений в размере госпошлины для выдачи удостоверений личности лицам, которым исполнилось 15 лет, не произошло: “Для выдачи удостоверения в течение 10 дней установлена госпошлина в размере 5 манатов, в течение 3 рабочих дней – 25 манатов, в течение 1 рабочего дня – 35 манатов. Для лиц, которым еще не исполнилось 15 лет пошлины в связи с выдачей удостоверений личности нового поколения составляют: в течение 10 дней – 4 манатов, в течение 3 рабочих дней – 20 манатов, в течение 1 рабочего дня – 25 манатов”.

    Отметим, что с сегодняшнего дня в Азербайджане началась выдача гражданам паспортов нового поколения.

  • Ana və qızını amansızlıqla öldürən şəxs Bakıda tutuldu

    Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri – 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

    Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda yeni piyada keçidləri – FOTO

    Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni səviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev baku.ws-ə açıqlamasında dən bildirib.

    Məlumatda qeyd edilib ki, Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb.

    Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakıda yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil ediləcək.