Month: September 2018

  • Трамп ожидает встречи с Путиным

    Президент США Дональд Трамп заявил, что ждет новой встречи с президентом РФ Владимиром Путиным, но пока такая встреча не назначена, передает Median.Az со ссылкой на РИА Новости.

    «Я жду новой встречи с ним (Путиным – ред.), но она пока не назначена», – сказал Трамп журналистам в Нью-Йорке. Выступление транслировали американские телеканалы.

    В среду помощник президента РФ Юрий Ушаков сообщил, что новая встреча лидеров США и России пока не прорабатывается.

  • Ильхам Алиев следит за соревнованиями по дзюдо

    Азербайджанский спортсмен Ушанги Кокаури пробился в финал чемпионата мира по дзюдо, который проходит в Баку.

    Президент Азербайджана Ильхам Алиев и члены семьи, президент Монголии Халтмаагийн Баттулга и президент Международной федерации дзюдо Мариус Визер наблюдали за полуфинальными схватками чемпионата мира на Национальной гимнастической арене.

    Ушанги Кокаури (+100 кг) в полуфинале победил узбека Бекмурода Олтыбоева и в решающей схватке встретится с грузином Гурамом Тушишвили.

  • İlham Əliyev cüdo yarışlarını izləyir

    Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar.

    Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.

    Qeyd edək ki, 2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

  • Мехрибан Алиева встретилась с Папой Римским – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева, находящаяся с официальным визитом в Италии, 26 сентября встретилась с Папой Римским Франциском.

    Как передает Median.Az, об этом сообщает АЗЕРТАДЖ.












  • Mehriban Əliyeva Roma Papası ilə görüşüb – FOTO

    İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.












  • Бройлеров продавали под видом деревенской курицы – АРЕСТЫ

    Пресс-службы Агентства продовольственной безопасности Азербайджана, Министерства внутренних дел и Генпрокуратуры распространили совместное заявление.

    В информации говорится, что в ходе рейда сотрудников агентства совместно с Главным управлением по борьбе с организованной преступностью в поселке Масазыр Абшеронского района были обнаружены незаконные цеха по убою, принадлежащие Альфигару Расулову и Физули Гаджиеву, а также 1664 тушки бройлерных кур и 68 кг внутренностей, которые окрашивали химическим веществом неизвестного происхождения и продавали под видом деревенской курицы.

    Были выявлены и другие многочисленные нарушения. В отношении В.Расулова и Ф.Гаджиева была избрана мера пресечения в виде ареста.

    По факту в Главном управлении по борьбе с коррупцией при Генпрокуроре было возбуждено уголовное дело по статьям 178.2.4 (мошенничество с нанесением ущерба в крупном размере) и 192.1 (незаконное предпринимательство) УК Азербайджанской Республики, ведутся необходимые оперативно-следственные мероприятия.

  • Broyler toyuqlarını “kənd toyuğu” adı altında satanlar həbs edildi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

    Məlumatda deyilir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

    Lakin, bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülməkdədir.

    Belə ki, AQTA tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək “kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyən edilib.

    Agentlik tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib, keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 192.1-ci (qanunsuz sahibkarlıq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilib.

    Su nümunələrində aparılan müayinələr nəticəsində Salmonella (S.typhimurium), E.coli və işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən bağırsaq çöpü qrupu bakteriyaları (E.coli) aşkarlanıb. Toyuğun rənglənməsində istifadə olunan boyaq maddənin xromotoqrafiya üsulu ilə müayinəsi nəticəsində qida sənayesində istifadəsinə icazə verilməyən kimyəvi maddə olduğu aşkar edilib.

    Aparılmış istintaqla Əlfiqar Rəsulovun vergi orqanlarında uçota alınmadan qanunsuz sahibkarkarlıqla məşğul olmaqla başqa şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 23 min 407 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 3 min 255 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 178.3.2 və 192.1-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Həmçinin Füzuli Hacıyevə məxsus kəsim sexindən götürülmüş serebsris toyuq, broyler toyuq və toyuq içalatında aparılan müayinələr nəticəsində ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və “Salmonella”nın mövcud olması aşkar edilib.

    Eyni zamanda toyuq cəmdəyinin daxili orqanlarında bakterioloji əkmə, mikroskopik və bioloji müayinələr aparılıb. Spesifik boy vermiş əkmələrdən yaxmalar hazırlanaraq mikroskopiya edilmişdir. Həmçinin işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən müvafiq olaraq Salmonella (Sştyphimurium), E.coli və Qızılı stafilokokk (S.aureus) aşkar edilib.

    İstintaqla Fizuli Hacıyevin ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 1 548 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 2 min 642 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 178.2.2 və 29,178.2.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Birgə açıqlamada qeyd olunub ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

  • Молодой человек, ограбивший иностранку осужден на 5 лет 6 месяцев

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя г.Ширван Эльнура Агаева, обвиняемого по статье 180.2.4 (грабеж, совершенный с применением насилия, не опасного для жизни или здоровья) УК Азербайджана.

    Как сообщает Median.Az, 12-го апреля этого года в “Информационный центр-102” МВД обратилась иностранная гражданка, сообщив о том, что на улице Х.Асланова на нее напал неизвестный молодой человек и угрожая потребовал отдать ему кошелек и телефон. Ввиду того, что потерпевашая оказала сопротивление, злоумышленник убежал, вырвав с ее шеи медальон.

    Сотрудники Главного управления полиции (ГУП) г.Баку и 22-го отделения полиции Насиминского РУП в ходе совместных оперативно-розыскных мер задержали
    ранее судимого Эльнура Агаева.

    Суд приговорил обвиняемого к 5 годам 6 месяцам лишения свободы.

  • Bakıda qadını qarət edən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şirvan çəhər sakini Elnur Ağayevin CM-nin 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki , bu il aprelin 12-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində, naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

    Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Elnur Ağayev saxlanılıb. Dindirmə zamanı, o törətdiyi cinayəti etiraf edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Главный онколог: «Топпуш баджи» делает себе рекламу на болезни

    Главврач Национального онкологического центра, главный онколог Азербайджана Азад Керимли обвинил заслуженную артистку Тунзалю Алиеву в использовании своей болезни для саморекламы.

    «Тунзаля Алиева, известная всем нам как «Топпуш баджи», в последние дни выходит в эфир, общается с прессой, просит помощи у всего Азербайджана. Состояние Тунзали ханум нормальное, она свободно передвигается, питается, выходит в эфир, на сцену. Чем она недовольна? Тунзаля Алиева уже выздоровела, перенесла операцию и просто продолжает лечение.

    Каждый (больной раком) должен регулярно посещать больницу, получать лечение и жить. Почему «Топпуш баджи» рекламирует свое раковое заболевание? Из-за таких вещей люди боятся рака.

    Несколько лет назад актриса Кюбра Алиева болела раком. Из-за лечения у нее выпали волосы. Сейчас она чувствует себя хорошо, выздоровела и продолжает лечение. Не только перечисленные мною знаменитости, но и многие медийные личности в таком состоянии. Кюбра Алиева следит за своим здоровьем, приходит на прием, когда скажет врач, лечится и не рекламирует себя», – заявил в интервью сайту Modern.az А.Керимли.

    В свою очередь сама Тунзаля Алиева не согласна с мнением врача о том, что она делает рекламу на болезни, заявляя что: «Ни к кому не обращалась в связи с моей болезнью. Прохожу лечение в Национальном центре онкологии и в ближайшие дни пройду новый курс. Я не делаю себе рекламу на болезни. Все думают, что в эфире я говорила о сборе денег на погашение моей ипотеки. Что касается мнения врача, то отношусь к нему с уважением».