Month: September 2018

  • Azərbaycanda ölünü məhkəməyə çağırdılar, həyat yoldaşının halı pisləşdi

    Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

    Baku.ws-ə bu barədə mərhumun oğlu Vüqar Əmirovun məlumat verib.

    Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gəlsin:

    “Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansıki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.

    Atam həmin o sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.

    Həmin o Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?”

    Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb.

  • Aygün Kazımova: Şou-biznesi yaradan mənəm – VİDEO

    Danışır qəbul etmirəm. Hər kəs danışanda öz mədəniyyətini nümayiş etdirir. Orada təbii ki, mən yoxam. Neqativ danışmaq istəyən, qeybət edənlərə “blok” qoyuram. Eşidirəm, amma eşitmirəm kimi davranıram.

    Bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişində deyib.

    Müğənni şou-biznesdən uzaqlaşdığını söyləyib:
    “Şou-biznesi yaradan mən və şou-biznesdən bu qədər uzaq olan da mən. Gecə həyatı demək olar ki, yoxdur məndə. Məsələn, dostlarım üzümə həsrətdirlər. Onlar məni səhər tezdən görə bilərlər. Bir çox məsafələr var ki, onları qoruyub saxlamaq lazımdır”.//1news.az

  • В Азербайджане могут ввести новый запрет – Вниманию водителей

    Депутат Милли Меджлиса (ММ) Араз Ализаде предложил запретить курение в автомобилях.

    Как сообщает Median.Az со ссылкой на Report, такое предложение депутат озвучил на сегодняшнем заседании парламентского комитета по труду и социальной политике.

    А.Ализаде сообщил, что курение за рулем может стать причиной потери управления: “Водитель во время курения загрязняет брюки и пытается почистить их от пепла, что отвлекает его внимание от дороги. Поэтому курение за рулем необходимо запретить”.

  • “ARB 24” kanalının yayımı dayandırıldı – Foto

    Bu gündən “ARB24” televiziya kanalının yayımı dayandırılıb.

    Məlumata görə, “ARB 24”-ün yayımının dayandırılmasına səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq.
    Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: “Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

    Qeyd edək ki, “ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev bu gün tutduğu vəzifələrdən azad ediliblər. (Unikal.org)

  • Ülviyyə od püskürdü: “Rəqsanə qələt edir” – QALMAQAL

    Tanınmış jurnalist Ülviyyə Alovlu ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal getdikcə alovlanır.

    Rəqsanənin jurnalistin ünvanına səsləndirdiyi sərt açıqlama qarşı tərəfi özündən çıxarıb.

    Yenicag.az-a açıqlama verən Alovlu qəzəblənib:

    “Rəqsanə qələt edir. Mən onunla cəmi bir ay işlədim. Ayın sonunda görəndə ki, pul verməyə canı çıxır, Firaya dedim ki, daha bununla işləmək istəmirəm. Amma o pulun ödənişini o qədər uzatdı ki, iş ikinci aya qədər uzandı. Deyir, guya məni Fira onun yanına gətirib. Çox güldüm. Mən o iki ay müddətində bir dəfə də olsun adam yerinə qoyub görüşünə getməmişəm. Niyə getməliydim ki? İşi Fira danışıb, Firaya görə razılıq vermişəm, daha bununla niyə görüşüm ki? Prodüseri Firadır, iş istəyən Firadır, ödəniş üçün vəd verən Firadır deyə, razılaşmışdım. Mən 4-cü dərəcəli müğənniciklərlə niyə görüşməliyəm ki? Ayda 50-sinin işini görürük. Yalançı şahid kimi adını hallandırdığı bəstəkar Hacı Nazim və Türkiyəli aranjemançı Canerə isə ödəməli olduğu toplam 16 min dollardan yalnız 3 minini ödəyib. Qalanını ödəməmək üçün isə min yerdən zəng elətdirib, hədə qorxu gəlib. Mən Rəqsanə haqda statusu paylaşanda tanımadığım adamlar şərhlərdə o qədər şikayətlər yazdı ki…. Hətta bir animator yazmışdı ki, bir neçə il öncə Rəqsanənin evinə şaxta baba kimi çağırılmışdım, bayramın günü pulumu kəsdi və məni evindən qovdu. İndi bu Rəqsanə özünü kimə tanıtdırır ki?

    Gəlmişdi də, niyə getdi? Özü də toy mövsümündə. Çünki borcu olduğu adamlar hamısı illərdir onu gözləyirdi. Bir neçə cinayət işi var və s.

    Odur ki, hünəri varsa, məni həqiqətən də məhkəməyə versin. O zaman bütün digər zərərçəkmişlər də həmin məhkəməyə gəlib ondan borclarını istəyərlər. Hələlik isə, aramızda məhkəməyə müraciət etməyə haqqı olan varsa, o da mənəm”.

    Qeyd edək ki, Rəqsanə Ülviyyə Alovlunu şəxsən tanımadığını deyib və onu səsləndirdiyi ittihamlara görə məhkəməylə hədələyib.

  • Erməni qıza “Azərbaycanlı ilə evlənərsiniz” sualı verildi – Cavab isə… (VİDEO)

    Rusiyada yaşayan azərbaycanlı bloger maraqlı sorğu keçirib.

    Gənc bloger Cabir Cəbrayılov Moskva şəhərində qızlara yaxınlaşaraq, “Azərbaycanlı oğlanla evlənərsiniz” sualı verib. Onun yaxınlaşdığı qızlar arasında ermənilər də olub.

    Maraqlı sorğunu olduğu kimi sizlərə təqdim edirik:
    //minval.info

  • Bakıda 6 yaşlı uşaq avtobusdakılardan kömək istədi: Hara gedəcəyimi bilmirəm… – FOTO

    Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

    Azyaşlı avtobusda hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

    Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələri xahiş olunur.

  • İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verib

    Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.

    Median.Az “report”a istinadən xəbər verir ki, G.İslamov iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib.

    O ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək, Eldar Mansurov adlı şəxsin həmin qəsəbənin, R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.

    İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb:

    “İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis İdarəsinin, Mərdəkan Bələdiyyəsinin, rayonun Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyasının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib.

    Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyini aşkar edilib”.

    G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub:

    “Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdaərsinin 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.

    G.İslamov Xəzər Rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

    İddia üzrə məhkəmənin hazırlıq iclası hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılıb.

    Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

  • В Гарачухуре “Opel” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 24-го сентября примерно в 01 часов ночи в поселке Гарачухур автомобиль марки “Opel”, управляемый жителем столицы Самир Аббасовым сбил насмерть жителя столицы Сеймура Сафарова.

    Водитель для предварительного разбирательства был доставлен в 32-е отделение полиции Сураханского РУП.

    Ведется расследование.

  • Qaraçuxurda “Opel” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 24-ü gecə saat 1 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə paytaxt sakini Seymur Səfərovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb, sürücü ilkin araşdırma üçün Suraxanı RPİ 32-ci polis bölməsinə gətirilib.

    Araşdırma aparılır.