Month: September 2018

  • Bakıda tutulan manyak: Mini ətəkdə qadın görəndə qucaqlayıram – VİDEO

    Bakıda yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.

    Araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib.

    R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 20-a yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.

    “Qarşıma mini ətəkdə qadın çıxanda qucaqlayıb buraxıram. Təxminən 20 qadına qarşı bu hərəkəti etmişəm. Təbi gələndə özümdən asılı olmur”, – deyə o bildirib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Бриллиант Дадашева: «Папа хотел назвать меня Хошгадам, но потом…»

    Народная артистка Азербайджана Бриллиант Дадашева назвала причину по которой ей дали это имя.

    Будучи гостьей на одной из телепередач, певица заявила, что отец хотел назвать ее Хошгадам, но затем передумал и назвал все же Бриллиант. 

    «Папа любимые имена дал моим сестрам, а когда я родилась, предлагали назвали назвать меня Хошгадам. Затем, он сел за пианино и исполнил старую композицию “Бриллиант”. После этого отец сказал, что эту девочку будут звать Бриллиант», – заявила народная артистка. 

    Сестра певицы Лала Дадашева говоря о Б.Дадашевой заявила, что народная артистка очень любит получать в подарок бриллианты. На что Бриллиант ханум ответила, что получала очень большое их количество в подарок, отметив, что все женщины любят золото и драгоценные камни. 

    С.П.

  • В Наримановском районе за совершение краж задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 17-го отделения полиции Наримановского РУП задержали жительницу столицы А.Ахмедову, которая на улице Ф.Юсифова украла из салона красоты кошелек, гда находились 1300 манатов и 500 долларов.

    Кроме этого, сотрудники 18-го отделения полиции Наримановского РУП задержали жительницу г.Мингячевир, ранее судимого Сабухи Мирзоева, который в июне этого года украл из квартиры 212 манатов, предметы быта, а также похитил у двух граждан велосипеды.

    В Следственном отделе Наримановского РУП по фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Nərimanovda gözəllik salonu və evdən oğurluq edənlər saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın F.Yusifov küçəsində işlədiyi gözəllik salonunda, içərisində 1300 manat və 500 dollar olan pulqabısının oğurlandığını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxsin paytaxt sakini Ə.Əhmədova olması müəyyən edilib və o, saxlanılıb.

    Bundan başqa, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, bu ilin iyun ayında evdən 212 manat və məişət əşyaları, habelə 2 nəfərə məxsus velosipedləri oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılıb.

    Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə… – FOTO/VİDEO (18+)

    Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

    Qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov yeni model 99 MH 441 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra”nın sürət qutusunda yaranmış problemlə bağlı ustaya müraciət edib. Dünən təmir prosesindən sonra avtomobil sahibi, onun dostu Həsən Məmmədsadıqov və avtomobil ustaları ilə birgə maşının vəziyyətini yoxlamaq üçün yola çıxıblar.

    Avtomobil Nobel prospektində hərəkətdə olarkən hələlik dəqiqləşməyən səbəbdən sürücü sürət həddini nizamlaya bilməyib. İlkin ehtimala görə, sürət qutusunda yaranan problem səbəbindən avtomobilin idarəetməsi mümkünsüz olub və dəhşətli qəza baş verib.

    Bəzi məlumatlarda avtomobildə qaz balonunun partladığı bildirilsə də, bu iddia təsdiqini tapmayıb. Artıq vəfat edən gənclərin cənazələri ailələrinə verilib və onlardan avtomobil ustası, Bilalov Hafiz Cəlaləddin oğlu doğulduğu Qəbələnin Aydınqılşaq kəndində dəfn edilib.

    Qeyd edək ki, dəhşətli qəzada sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olub.

    Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

    Avtomobil ustası Hafiz Bilalovun bəzi fotolarını təqdim edirik:
    //publik.az




  • Bakıda internet klubdan oğurluq kameraya düşdü – VİDEO

    Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində internet klubdan oğurluq olub.

    Sosial şəbəkələrdə oğurluğu əks etdirən video yayılıb. Videodan da göründüyü kimi gənc oğlan məkana daxil olur və bir müddət gəzişir.

    Həmin şəxs diqqəti cəlb etməmək üçün telefonla danışır və gizlicə kassaya yaxınlaşır. O, pulları götürərək qaçır.

    Bununla bağlı polisə müraciət edilib. Hazırda həmin şəxsin axtarışları davam edir.//baku.ws

  • Племянник Тельмана Исмаилова арестован на 2 месяца за похищение Авраама Руссо

    Племянника экс-владельца Черкизовского рынка Тельмана Исмаилова Заура Марданова арестовали на два месяца.

    Как Median.Az со ссылкой на телеграм-канал LIFE SHOT, Марданова обвиняют в похищении певца Авраама Руссо в 2004 году.

    По данным следствия, преступление было совершено в интересах Исмаилова, для того, чтобы бизнесмен получал доходы от концертной деятельности исполнителя.

    Предварительная версия следствия состоит в том, что в конце января 2004 года основной владелец АСТ Тельман Исмаилов разработал план похищения Авраама Руссо, чью концертную деятельность он одно время финансировал, но затем это сотрудничество было прекращено из-за конфликта между певцом и бизнесменом. Для выполнения задуманного, считает следствие, господин Исмаилов привлек своего племянника Заура Марданова, который согласился осуществить план своего дяди и, в свою очередь, взял в помощники пять «неустановленных следствием лиц» из своего ближайшего окружения.

    Тельман Исмаилов, говорится в деле, распределив роли среди участников преступной группы, осуществлял общее руководство ею, а также обеспечил всех сообщников транспортом. По предложению организатора, считает следствие, после похищения певца его должны были на машине увезти на дачу бизнесмена в подмосковном поселке Апрелевка.

  • 681 bal toplayan gənc universitetdən və prezident təqaüdündən imtina etdi

    Bu il 681 balla Bakı Ali Neft Məktəbinə daxil olan Vüsal Həsrətli uğurun sirrini bölüşüb. O, yüksək balla daxili olduğu Azərbaycan Tibb Universiteti və Prezident təqaüdündən imtina edərək yenidən imtahan verib və sevdiyi ixtisas və ali məktəbi seçib.

    Publika.az Vüsal Həsrətlinin müsahibəsini təqdim edir:

    – Özünüz haqda bir az məlumat verərdiniz.

    – Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

    – Həkimliyə marağınız nədən yaranmışdı?

    – Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsiylə belə alınmışdı.

    -Bəs nə baş verdi ki Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

    – Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

    – Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

    – Jül Vernin “Sirli ada” əsərini oxumuşdum orda bir obraz var – Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər, etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

    – Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

    – 11-ci sinifdə bizi universitetlərlə tanış olmaq məqsədilə BANM-a aparmışdılar. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib birinci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

    – Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

    – BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında bir az məlumat oxumaq kifayətdir.

    – Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

    – Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

    – İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən ibarətdir?

    – İdmanın demək olar ki bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə. Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram. Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

    – Hazırlaşdığınız hər 2 ixtisas qrupunda tarix fənni yoxdur. Bəs tarixə marağınız nə dərəcədədir?

    – Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət qədər uğulu nəticələr əldə etmişəm. Amma düzü, 10-cu və 11-ci siniflərdə buna imkan çox olmayıb.

    – Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə, bu sahənin bu qədər aktual olmasına səbəb nədir?

    – Mühəndisliyə maraq insanlarda əslində həmişə olub. Sadəcə, son dövrlərdə bu sahə sürətli inkişaf eydiyinə görə təlabat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

    -Həkimlik və mühəndislik. Fikrinizcə, ölkəmizdə bu 2 peşənin hansında peşəkarlar daha çoxluq təşkil edir?

    -Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələki heç nə deyə bilmərəm.

    – Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

    – Məncə, daha çox valideynlərim üzülür.

    – BANM-ın 4 maraqlı ixtisası var. Niyə məhz “Kimya mühəndisliyi”ni seçdiniz?

    – Hazırda “Kimya mühəndisliyi” geniş bir sahədir və mən daha çox emal işinə yönələcəyimi düşünürəm.

    -Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz nədir?

    -Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor, kompüterdən tamamilə uzaq olsunlar.

    – Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.

    – Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.

  • Bakıda şadlıq sarayları cəzalandırılıb – SİYAHI

    Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.

    F.Mütəllimovun sözlərinə görə, “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb. Bu istiqamətdə işlər davam etdirilir:

    “Manqal, Tərxun, Viana, Fəridə, Pak dad, Hollywood, Versal palace, Xudafərin, Mona Liza, Abqora, Opera, Golden Ring, Qızıl Buta, Ümid ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb”.

  • Ильхам Алиев на открытии чемпионата мира по дзюдо

    На Национальной гимнастической арене в Баку проводится торжественная церемония открытия чемпионата мира по дзюдо.

    В церемонии принимают участие президент Азербайджана Ильхам Алиев, первая леди Мехрибан Алиева и члены семьи, президент Международной федерации дзюдо Мариус Визер, представители государства и правительства.