Month: September 2018

  • Evin girişində qadının boyunbağısını ələ keçirən soyğunçu tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də N.Tusi küçəsindəki evlərin birinin girişində Bakı şəhər sakini S.Abdullayevanın qızıl boyunbağısını ələ keçirən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elcan Əliyev saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В поселке Пиршаги “Honda” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 19-го сентября в поселке Пиршаги автомобиль марки “Honda”, управляемый жителем столицы Балагусейн Агаевым сбил жителя столицы Зульфи Алибалаоглу, вследствии чего потерпевший скончался по дороге в клиническую больницу №3.

    В Сабунчинском РУП по факту ведется расследование.

  • Pirşağıda “Honda” piyadanı vurub öldürüb

    Median.Az xəbər verir ki, sentyabrın 19-da Pirşağı qəsəbəsində qəsəbə sakini Balahüseyn Ağayev idarə etdiyi “Honda” markalı avtomobillə həmyerlisi Zülfi Əlibalaoğlunu vurub.

    Nəticədə piyada 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda keçinib.

    Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Надпись в небе над Баку в день Ашура поразила всех – ВИДЕО

    Собравшиеся в день Ашура у одной из мечетей столицы стали свидетелями интересной надписи на небе.

    Как передаёт Median.Az, в отправленном читателем Baku.ws видео можно увидеть на небе надпись, похожую на слово «Аллах» на арабском языке.

    Отметим, что Ашура (араб. عاشوراء‎‎), в исламе — особо почитаемый день, проходящий в 10-й день месяца Мухаррам, у шиитов известен как день траура, так как в этот день происходит поминовение шиитских мучеников, прежде всего, Хусейна ибн Али; у суннитов это день добровольного поста в знак благодарности Аллаху за спасение пророка Мусы и сынов Исраила от войск фараона.

    Представляем вам данные кадры:

  • Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü – VİDEO

    Bakıda məscidlərdən birinin qarşısında toplaşan insanlar maraqlı mənzərə ilə qarşılaşıblar.

    Oxucu Baku.ws-ə göndərdiyi videoda, səmada ərəb dilində Allah yazısına bənzər görüntünün peyda olduğunu qeyd edib.

    Qeyd edək ki, bu gün Azərbaycanda Hicri Qəmər təqvimi ilə Məhərrəm ayının 10-una təsadüf edən Aşura günü qeyd edilir. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

    Sözügedən görüntünü təqdim edirik:

  • Создатель “Игры престолов” объяснил задержку финального сезона

    Оказалось, что тяжелое производство все же заставило авторов шоу отодвинуть дату премьеры новых эпизодов.

    Шоураннеры “Игры престолов” Дэвид Бениофф и Д.Б.Уайсс недавно пообщались с прессой. Они рассказали, почему финал сериала выйдет не раньше весны 2019 года.

    По словам Бениоффа, последний сезон придётся подождать, потому что это самый крупный проект из всего, что они когда-либо делали.

    Также стало известно, что авторы шоу практически год провели в Белфасте, где-либо готовились к съемкам, либо снимали. Авторы шоу уверены, что люди сами всё увидят и поймут, почему премьера задержалась.

    Напомним, ранее актёр Кит Харингтон намекнул, что финал “Игры престолов” понравится не всем. Также стало известно, что Джейме Ланнистер доживёт до финала “Игры престолов”.

    Утечка новой информации о сериале произошла во время судебного разбирательства актёра и его бывшего менеджера.

  • “Ruhlar şəhəri” rusiyalı bloqerin gözü ilə – Ağdamın son FOTOLARI

    Məşhur rusiyalı bloqer Denis Zabelin erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərinə səyahət edib. 

    Səyahətçi-bloqer Ağdam haqda təəssüratlarını və orada lentə aldğı fotoları Rusiyanın müxtəlif saytları ilə paylaşıb. 

    Median.Az Rusiya mətbuatına istinadən, sizə D. Zabelinin dediklərini ixtisarla təqdim edir: 

    Şəhərin konyak zavodunda əfsanəvi “Ağdam” portveyn şərabı istehsal olunurdu. Onun istehsalı 1993-cü ildə erməni silahlı qüvvələrinin Qarabağ müharibəsi zamanı şəhərə şiddətli hücumlarının nəticəsində dayandırıldı. 

    Amma Ağdam təkcə konyak zavodu ilə məşhur deyildi. Bura həm də mədəni və tarixi abidələrlə zəngin bir şəhər idi. 

    Bəzi mənbələrdə həm də o qeyd olunur ki, Ağdam bazarlarında hər şey almaq mümkün idi: nar və əncirdən tutmuş o vaxtın xarici məişət texnikasına kimi. 

    Və budur… Bir vaxtlar 30 minlik əhalisi olan şəhərin yerində artıq dağıdılmış yaşayış məntəqələri və hansısa səbəblərdən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən saxlanılan iki minarəli kabus şəhər yerləşir. Minarələr şəhərə daxil olmamış görsənir. 

    Dağıntıların xarakterinə görə, məlum olur ki, şəhəri böyük səylə məhv ediblər. Burada dağıtmaq mümkün olacaq hər şeyi dağıdıblar. 

    Vaxtı ikən ağ damları ilə seçilən və çiçəklənən Ağdamı tanımaq çətindir. 

    “Ruhlar şəhəri” sizi sovet dövründə salınmış asfaltın qalıqları, sahibsiz nar bağları, tikanlı məftilləri, paslı çəlləkləri, sakitliyi və isti havası ilə qarşılayır. 

    Ağdamın xarabalıqlarını tərk edərək, içimdə çox ağır və qəribə hisslər qaldı. Siyasi büronun və siyasətçilərin çirkin oyunları, bir-birinin ardınca baş verən qanlı hadisələr insanların bir-birinə olan münasibətini çox dəyişdi. Bir vaxtlar mehriban yaşayan xalqlar nifrətlə vahid ölkənin mülkünü və ərazisini bölməyə başladılar. 

    Amma hər kəs unudub ki, bu ərazilər SSRİ dövründə deyil, hələ Rusiya imperiyası zamanı vahid hala gətirilmişdi. Bu, yaxınlıqdakı qonşulardan qorunmaq üçün idi.


    /baku.ws

  • Cнижен срок женщины, осужденной за убийство ребенка в Губе

    В Сумгайытском Апелляционном суде завершился судебный процесс в отношении жительницы Губинского района Лалы Исрафиловой (1971-го года рождения), осужденной по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, происшествие случилось 9-го мая прошлого года в селе Бергов Губинского района. Житель района Фуад Мустафазаде (2013-го года рождения) без спроса вошел во двор проживающей по соседству Лалы Исрафиловой. Хозяйка увидев ребенка, играющего и рвущего цветы рассердилась на него и потребовала, чтобы он покинул ее двор. Ребенок испугавшись бросился бежать, но рядом с воротами по неосторожности упал и ударился головой. Из-за полученной тяжкой травмы мальчик скончался на месте происшествия. По факту районная прокуратура возбудила уголовное дело, в ходе следствия в отношении нее не была избрана мера пресечения ареста.

    Во время судебного процесса Лала Исрафилова отметила, что не виновна в смерти ребенка и докажет свою невиновность.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемую к 9 годам лишения свободы, она была арестована в зале заседания.

    В связи с назначенным сроком заключения осужденная подала апелляционную жалобу.

    Сумгайытский Апелляционный суд удовлетворил жалобу и принял решение о снижении ее срока заключения с 9 лет до 3 лет.

  • “Bu yaşda heç kimə türmə həyatını arzulamıram” – Cinayətkar azyaşlılar (VIDEO)

    Cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır.

    Məhkum olunan şəxs: “Tutdular bizi, yaşım az idi. İl yarım iş verdilər. Bu yaşda heç kimə arzulamaram türmə həyatını. Məhkumluq həyatı hal-hazırda maneələr yaradır mənə”.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir. Ötən ilin statistikasına görə, Azərbaycanda 14-17 yaşlı 323 uşaq törətdiyi cinayatə görə məhkum olunub. Bu, 2016-ci illə müqayisədə 61 nəfər çoxdur. Ekspertlərin fikrincə, artıma səbəb olan amillər arasında cəmiyyətin etinasızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur.

    Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar”.

    Yunan alimi Sokrat deyir ki, uşaqlarınız tərbiyə etməyin, çünki onlar sizi təqlid edəcəklər. Özünüzü tərbiyə edin. Deməli, övladın törətdiyi hər hansısa bir cinayətə və ya səhv hərəkətə görə valideynin də məsuliyyəti böyükdür.

    Təvəkkül Səlimov – Ekspert: “Bir də görürsüz ki, uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər”.

    Problemin müsbət həlli üçün məktəblərin, təlim-tərbiyə ocaqlarının rolu daha da artırılmalıdır. Hüquq mühazifə orqanlarının üzərinə də böyük məsuliyyət düşür.

    Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Orta məktəblərdə yeniyetmələrlə işlər üzrə inspektorlar fəaliyyət göstərir. Bu, Sovet dönəmindən var. Cilovlanmayan, hərəkətləri qəlibə salınmayan şagirdlər inspektorların siyahısında olmalıdır. Bu uşaqlarla fərdi qaydada işlər aparılmalıdır”.

    Təvəkkül Səlimov – Ekspert : “Məktəblər məni qınamasın, bəzən boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar”.

    Gəncliyimizi qorumaq cəmiyyətin hər bir fərdinin borcudur. Çünki gələcək onlarla var olacaq. Cinayətkar mühit isə bu günümüz kimi sabahımıza da təhlükədir.

  • Eldar Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər – Daha 3 rəhbər şəxs işdən çıxarıldı

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbərliyinə yeni təyinat olub.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

    Yeni əmrə əsasən bu vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

    Qeyd edək ki, bundan əvvəl Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv olub.

    E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.