Month: September 2018

  • Оправдан мужчина, обвиняемый в убийстве сокамерника в изоляторе

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении Эльмана Ибрагимова (1988-го года рождения), обвиняемого по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, 24-го ноября прошлого года в изоляторе временного заключения Главного управления полиции (ГУП) г.Баку Эльман Ибрагимов избил сокамерника Чингиза Халилова, вследствии чего последний был госпитализирован в Клинический Медецинский Центр, где несмотря на предпринятые медецинские меры скончался. В связи с этим прокуратура Хатаинского района возбудила уголовное дело по статье 126.3 УК и провела следствие.

    Суд вынес оправдаительный приговор обвиняемому. Эльман Ибрагимов услышав приговор потерял сознание, после того как судебные надзиратели привели его в чувство, он был выпущен в зале заседания на свободу.

    Напомним, что во время прошедшего процесса Эльман Ибрагимов показал, что никого не убивал : ” Я спал в камере, вдруг увидел, что кто-то стоит рядом и прижимает коленом мне груди. Я его толкнул, он упал. На шум пришли полицейские и забрали Чингиза Халилова. Когда вернули его в камеру, он был весь в крови. Когда он ходил по камере, вдруг внезапно упал на пол. Его отвезли в больницу. Затем полицейские пришли и начали бить меня. Зачем меня избивали я не знал. Потом мне стало известно, что Чингиз умер”.

    По словам обвиняемого, в уголовном деле была видеозапись, в котором видно сколько раз Халилова вытаскивали из камеры и избив, возвращали обратно : “Я прошу вас, господин судья просмотрите эту видеозапись. Говорю вам как мужчина, я не убивал этого человека”.

  • Kamera yoldaşının qətlində təqsirləndirilən şəxsə bəraət verilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Elman İbrahimovun (1988-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Ağır xəsarət alan sonuncu Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə bəraət verilib. Məhkəmənin bəraət qərarını eşidən Elman İbrahimov huşunu itirib, məhkəmə nəzarətçiləri onu ayıldıblar. O, iclas zalından azadlığa buraxılıb.

    Xatırladaq ki, ötən proseslərdə ifadə verən E. İbrahimov bildirib ki, heç kimi öldürməyib: “Mən kamerada yatmışdım, qəfildən kimsə barmaqlarını gözümə soxdu. Oyanıb gördüm ki, o adam üstümdə oturub, dizini də sinəmə qoyub. Mən onu itələdim, yıxıldı. Sonra da polislər gəlib onu apardılar, Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi. Sonra Çingizi kameraya gətirdilər, o otaqda gəzəndə, qəfildən yerə yıxıldı. Onu apardılar xəstəxanaya, az sonra polislər gəlib məni döyməyə başladı. Niyə döydüklərini də demirdilər. Sonra bildim ki, Çingiz ölüb”.

  • Bakıda sürücü uşağı maşınla vurdu, babasını yumruqladı – VİDEO

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

    Belə ki, Qaraçuxur qəsəbəsində yolu velosipedlə keçmək istəyən uşağı maşın vurub. Hadisənin təsirindən azyaşlı qorxub, babası isə onu sakitləşdirmək üçün qucaqlayıb.

    Bu zaman sürücü maşından düşüb və uşağın babası ilə mübahisə edib. Daha sonra isə onu yumruqlayıb.

  • Полиция Сумгайыта задержала объявленного в розыск мужчину

    Как сообщает Median.Az, сотрудники Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителя города Джавада Джавадова, находящегося в розыске по статье 320 (подделка или незаконное изготовление удостоверение или иного официального документа) УК Азербайджана.

    Ведется расследование.

  • Sumqayıt polisi axtarışda olan şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Cavad Cavadov saxlanılıb.

    Araşdırma aparılır.

  • DYP-dən Aşura günü ilə bağlı sürücülərə MÜRACİƏT

    Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

    Median.Az xəbər verir ki, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

  • Samir Bağırov intihar etmək istəyib: “Özümü 12-ci mərtəbədən atırdım” – VIDEO

    Müğənni-bəstəkar Murad Arifin “Popumuz var” layihəsinin növbəti qonağı Samir Bağırov olub.

    İfaçı uzun müddət səhnədən uzaq qalmasından danışıb. S.Bağırov cəsarətli etirafları ilə diqqət çəkib.

    O bildirib ki, tək qaldığı vaxtlarda intihara cəhd edib:

    “Başa düşdüm ki, mən oxumaqdan başqa iş görə bilmərəm. Özümə sual verirdim ki, yenidən səhnəyə lazımam? Amma geri qayıdandan sonra şərhləri gördüm və sevindim. Efirə çıxmasam da, sevgini və ulduz olduğumu hiss etdim.

    Güclü insan deyiləm. Özümü öldürmək istəyirdim. 12-ci mərtəbədən yerə atdanmağı düşünürdüm. Həmin an özümə nifrət etdim. Amma daxilimdən gələn “Sən nə edirsən? Dəli olmusan?” sözləri məni saxladı”.

    Samir bir vaxtlar narkotik maddə aludəçisi olduğundan söz açıb:

    “Sona çatmışdım. Yaşadıqlarımı düşmənimə də arzulamıram. Bu mövzulara qayıtmaq istəmirəm. Bunlar artıq mənə aid deyil”.

    M.Arifin “30 ildir səhnədəsən, nə qazanmısan” sualına müğənni belə cavab verib:

    “Heç nə. Tam fərqli insanam, ev, maşın, villa arzulamıram. Hər zaman dolu səhnə, gözəl dekorasiya xəyalı qurmuşam. İndiki ifaçıların arzusu ancaq ciblərini doldurmaqdır”.

    ///Axşam.az

  • Суд оставил в силе приговор жителя столицы, совершившего убийство из-за парковки

    В Бакинском Апелляционном суде завершился судебный процесс в отношении жителя столицы Видади Рзаева (1960-го года рождения), осужденного по статье 120.2.2 (умышленное убийство, совершенное из-за хулиганских побуждений), 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 228.4 (незаконное приобретение, сбыт или ношение холодного оружия) УК Азербайджана.

    Как сообщает Median.Az, 14-го января этого года в 29-е отделение полиции Ясамальского РУП поступило сообщение о том, что в Клиническую больницу №1 с колото-резанными ранами был доставлен житель столицы Шахин Алескеров (1970-го года рождения), где из-за массивного кровотечения скончался.

    Приступившие к разбирательству сотрудники полиции и прокуратуры выяснили, что инцидент произошел на улице Х.Мустафаева 126. Шахин Алескеров получил ножевые ранения перед домом, где проживал на почве конфликта, вспыхнувшего между ним и Рзаевым из-за парковочного места. Последний нанес в область его тела 9 ножевых ударов. Видади Рзаев был задержан и передан следствию.

    В ходе следствия выяснилось, что между ними конфликты из-а парковки длились давно. Так, Алескеров неоднократно просил Рзаева соблюдать правила парковки.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 16 годам лишения свободы.

    В связи с назначенным сроком заключения осужденный подал апелляционную жалобу.

    Бакинский Апелляционный суд не удовлетворил жалобу В.Рзаева и оставил приговор суда первой инстанции в силе.

  • Parklanmaya görə qonşusunu öldürən şəxsin şikayəti təmin edilməyib

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vidadi Rzayevın (1960-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il yanvarın 14-də paytaxt sakini Şahin Ələsgərovun (1970-ci il təv.) kəsilmiş-dəşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal RPİ 29-cu polis bölməsinə məlumat daxil olub. Araşdırmaya başlayan polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, hadisə Xıdır Mustafayev küçəsində qeydə alınıb. Məlum olub ki, Vidadi Rzayev aralarında yaranmış mübahisə zamanı qonşusu Şahin Ələsgərova çoxsaylı bıçaq zərbələri vurub.Cinayəti törədən Rzayev saxlanılıb.

    Məlum olub ki, Şahin Vidadiyə avtomobilini yolda saxladığı üçün dəfələrlə iradını bildirib. Sonuncu dəfə qonşular arasında mübahisə düşdükdə Rzayev Ələsgərovu bıçaqlamaq qərarına gəlib. Şahin axşam evdən çıxıb, çörək almaq üçün həyətə düşəndə Vidadi bıçaqla ona ölümlə bilavasitə səbəbli əlaqəsi olan xəsarətlər yetirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

  • “Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir

    Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

    O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

    Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

    Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.