Month: September 2018

  • Прокурор попросил сроки заключения лицам, убившими в поселке Новханы Иранского студента – ФОТО

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное судебное заседание по уголовному делу в отношении Юнуса Джамаллы, Натика Бабавердиева, Пярвина Алмамедова, Рашиды Сеидовой, Захида Дуньямалыева и Джейхуна Талыблы, обвиняемых по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц), 120.2.4 (умышленное убийство, совешенной с особой жестокостью), 120.2.11 (умышленное убийство, сопряженное с разбоем), 181.2.1 (разбой, совершенный группой лиц) и 181.3.3 (разбой, совершенный с причинением тяжкого умышленного повреждения потерпевшему) УК Азербайджана.

    Как сообщает Median.Az, преступление было совершено в дачном массиве Новханы 11-го октября прошлого года. Неизвестные
    в собственном доме убили сын бизнесмена Мохтати Сааман Неймат оглу (1994-го года рождения). Убийцы задушили жертву предположительно подушкой. Камера наблюдения, установленная в доме иранца, засняла, как в жилище проникли четверо в масках. Выяснилось, что Мохтати Сааман являлся студентом 5-го курса Азербайджанского Государственного Медецинского Университета.

    После обнаружения тела покойного, сотрудниками Сумгайытской городской полиции и прокуратуры были проведены надлежащие процессуальные и оперативно-следственные действия. По подозрению в убийстве оперативники задержали жителей г. Сумгайыт, ранее судимых Юнуса Джамаллы и Натика Бабавердиева, жителя г. Шеки Пярвина Алмамедова, его знакомую Рашиду Сеидову, жителя Агсуинского района Захида Дуньямалыева и жителя Имишлинского района Джейхуна Талыблы

    В ходе следствия было установлено, что вышеуказанные лица войдя в преступный сговор в ночь на 11-е октября проникли в указанный дом и убили С.Мохтати с целью ограбления, но ничего ценного в доме не нашли. Наводку им дал Талыблы, который ремонтировал дом по соседству. Злоумышленники отправились на дело на автомобиле, принадлежащем З.Дуньямалыеву, который после того, как все было кончено, встретился с сообщниками в поселке Новханы и развез их по домам.

    Также стало известно, что 14-го августа того же года в селе Хыдырпай Кюрдамирского района они совершили налет на дом жителя района Захида Зарбалиева, связали хозяина и его супругу Рену, а затем вынесли из дома деньги и золотые украшения.

    Выступивший на сегодняшнем судебном процессе прокурор назначить Н.Бабавердиеву и Ю.Джамаллы 20 лет, П.Алмамедову 15 лет, З.Дуньямалыеву 13 лет 6 месяцев, Р.Сеидовой 10 лет лишения свободы.

    Очередной процесс состоится 25-го сентября.









  • Novxanıda İranlı tələbəni öldürən şəxslərə prokuror cəza istəyib – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidovanın CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.2.1 (quldurluq. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun (1994-cü il təv.) meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Sumqayıt şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı mərhumun Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kursunda təhsil alması məlum olub.

    Faktla bağlı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidova tutularaq məsuliyyətə
    cəlb olunublar.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, oktyabrın 11-nə keçən gecə əvvəlcədən izlədikləri ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

    Bu gün keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən N.Babaverdiyevə və Y.Camallıya 20 il, P.Əlməmmədova 15 il, Z.Dünyamalıyevə 13 il 6 ay, R.Seyidovaya 10 il cəza təyin olunmasını xahiş edib.

    Növbəti iclas sentyabrın 25-nə təyin edilib.









  • Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) sentyabrın 17-dən oktyabrın 15-dək aparıla bilər.

    Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.

    Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

    Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu bu il fevralın 22-dən başlayıb.

    Bu vaxtadək proses artıq 2 mərhələdə həyata keçirilib.

    Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.

  • В Агстафе задержаны лица, совершившие вооруженный налет на дом

    Как сообщает Median.Az, 17-го сентября примерно в 4 часа утра двое в масках незаконно проникли в дом жителя г.Агстафа Амирхана Мустафаева, вследствии чего оглушили его прикладом автомата, дважды выстрелили в воздух, угрожая ножом потребовали у него деньги.
    Во время инцидента потерпевший задержал одного из нападавших, а второй убежал.

    В ходе оперативно-розыскных мер сотрудники Агстафинского РОП выяснили, что задержанный житель поселка Салоглу, ранее судимый Джейхун Новрузов, а убежавший – житель города, ранее судимый Азер Будагов. Были изъяты автомат марки “АКМ”, обойма, 29 патронов и две гильзы.

    В результате оперативных мер А.Будагов был задержан.

    В Следственном отделе Агстафинского РОП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Ağstafada evə avtomat silahla basqın edən quldurlar tutulub

    Median.Az xəbər verir ki, sentyabrın 17-i səhər saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evinə qarət məqsədi ilə girmiş iki maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib, havaya 2 dəfə atəş açaraq, bıçaqla hədələyib pul verməsini tələb ediblər. İnsident zamanı zərərçəkmiş onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.

    Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olması müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.

    Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov saxlanılıb.

    Ağstafa RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakı Meriyasının daha bir şöbə müdiri vəzifədən azad edildi

    Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov müvafiq əmr imzalayıb.

    Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.

    C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

  • Qeyri-rəsmi nikahda yaşadığı qadını zorlayıb öldürdü — Azərbaycanda qanlı cinayət

    Qadını zorlayaraq öldürən Yardımlı rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

    Median.Az  “ölkə.az”a istinadən xəbər verir ki, 2017-ci ilin dekabr ayında Yardımlı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Niyazi Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Niyazi Təhməzov Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilli olan Niyazi Təhməzov 3 azyaşlı uşaq atasıdır. O, Yardımlı Televiziya Yayım Stansiyasında elektrik montyoru işləyib, həmçinin istirahət və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub.

    Tanışlıq

    Niyazi Təhməzov taksi xidməti göstərməsi ilə bağlı tanış olduğu həmkəndlisi və qonşusu, 23 yaşlı Natəvan Babayeva ilə 2017-ci ilin yanvar ayından başlayaraq mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayıb.

    Niyazi Təhməzov Natəvan Babayeva ilə telefon danışığı zamanı sevgi məzmunlu söhbətlər edib, onunla ikinci arvad kimi faktiki evlənmək barədə razılığa gəlib.

    Sevgi münasibəti

    Daha sonra Niyazi Təhməzov Natəvan Babayeva ilə müxtəlif vaxtlarda gizli görüşüb. O, Natəvanla qonşu rayonların birində kirayə ev tutub və birgə yaşamaları barədə qabaqcadan razılaşıblar.

    Niyazi 6 aprel 2017-ci ildə, gecə saat 02-də Natəvan Babayevanın yaşadığı evin mətbəx otağının pəncərəsinə yaxınlaşıb. Sonuncu şəxsi istifadəsində olan geyim, bəzək və kosmetik əşyalarını yığdığı dörd ədəd çantanı özü ilə götürüb.

    Sonra o, Niyazi ilə həmkəndlisi Cavad Əbişova məxsus faktiki olaraq heç kimin yaşamadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, döşəməsi samanla örtülü olan tövləyə gəlib. Onlar orada gizləniblər.

    Cinsi əlaqə təklifi

    Niyazi Təhməzov həmin günü saat 04-də Natəvanı tövlədə tək qoyub və səhəri günü geri qayıtmaq şərti ilə yaşadığı evə gedib. Ertəsi gün, saat 20-də tövləyə qayıdan Niyazi Natəvan Babayevaya anal cinsi əlaqəyə girməyi təklif edib.

    Zorakılıq və cinsi əlaqə

    Lakin Natəvan Babayeva onun bu təklifinə razı olmayıb. Niyazi isə cinsi ehtirasını təmin etmək üçün Natəvan Babayevanın üzərinə hücum edib, ona zor tətbiq edib. O, Natəvana xəsarət yetirərək, onunla cinsi əlaqədə olub.

    Niyazi Təhməzov Natəvan Babayevanın onun ikinci arvadı olmağa razılıq verməsinə baxmayaraq, onunla anal cinsi əlaqədə olmaqdan imtina etməsindən, həmçinin ona qarşı fəal müqavimət göstərməsindən əsəbiləşib.

    Qətl və ittiham

    Buna görə də Niyazi Təhməzov Natəvandan qisas almaq niyyəti ilə həmin gün saat 22-də onu öldürmək qərarına gəlib. O, qadının boğaz nahiyəsindən tutaraq, onu boğaraq öldürüb.

    İstintaq orqanı tərəfindən Niyazi Təhməzova Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

    18 il cəza və narazılıq

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Təhməzov 18 il müddətinə həbs olunub. Hökmdən narazı qalan Niyazi Təhməzov apelyasiya şikayəti verib.

    Niyazi Təhməzov əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəf də Niyazi Təhməzovun cəzasının ağırlaşdırılması barədə apellyasiya şikayəti verib.

    “Könüllü cinsi əlaqədə olmuşam”

    Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Niyazi Təhməzov özünü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilməyib: “Natəvan Babayevanı qətlə yetirməmişdən öncə ona qarşı cinsi ehtirasımı təmin etmək istəmişəm. Bu məqsədlə ona qarşı heç bir zor tətbiq etməmişəm. Anus dəliyi vasitəsi ilə onunla cinsi əlaqədə olmamışam. Onunla könüllü cinsi əlaqəyə girmişəm”.

    Niyazi Təhməzov ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsinə xitam verilməsini, digər maddəni isə 120.1-ci maddəsinə tövsif edilməsini istəyib. O, həmin maddənin sanksiyasından nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

    “Ömürlük cəza verilsin”

    Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsiİntiqam Hüseynov bildirib ki, törədilmiş cinayət əməli insanlığa xas olmayan hərəkətdir:

    “Birinci instansiya məhkəməsi hökmünün cəza hissəsi dəyişdirilməli və məhkum edilmiş şəxs Niyazi Təhməzova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etsək də, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə yüngül cəza təyin olunub.

    Belə ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cəza verib”.

    Hakim heyəti tərəflərin şikayətini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

  • Övladları ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmurların adları açıqlandı – SİYAHI

    Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycanın Hərbi Komissarı (1998-2009) çalışdığı dövrdə övladları ön cəbhədə hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını açıqlayıb.

    Median.Az xəbər verir ki, keçmiş Hərbi Komissar Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurları övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb:

    “Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar.

    Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır”.

    Ə.Hüseynov deyib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb:

    “Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir”.

    Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır:

    “Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin “N” saylı hərbi hissəsidir”.

  • Direktordan rüşvət almaqda təqsirləndirilən redaktor ifadə verdi

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya Təminatı sektorunun baş məsləhətçisi Zəminə Əsədova əlavə şahid qismində ifadə verib.

    O, R.Sultanovu tanımadığını deyib:

    “Nailə xanımdan rüşvət istənilməsindən xəbərsizəm. Bir dəfə mənə məlumat verdilər ki, mənim haqqımda hansısa saytda məlumat yer alıb. Həmin məqalədə mənim vəzifəm də səhv yazılmışdı”.

    R.Sultanov isə qeyd edib ki, özünü Zəminə kimi təqdim edən şəxs ona zəng edərək, 187 saylı orta məktəbdə korrupsiya halları olduğunu diqqətə çatdırıb:

    “Dedi ki, məktəbin direktoru orada müəllimləri təhqir edir, pul yığır. Mən də bundan sonra saytda bu haqda məqalə yazdım”.

    Z. Əsədova isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, ona hər hansı məlumat vermədiyini vurğulayıb:

    “Kimsə mənim adımdan istifadə edə bilər. Amma bu, o demək deyil ki, mən bu şəxsə zəng etmişəm”.

    Zərərçəkmiş N. Məmmədova deyib ki, Z. Əsədova ondan 500 manat məbləğində pul istəyib:

    “Bu pulu borc kimi istədi. Mən də dedim ki, hazırda yoxdur, sonra verərəm. Zəminə xanım da qayıtdı ki, yox, mənə indi lazımdır. Mən pulu Zəminə xanıma vermədiyim üçün o, jurnalistlər vasitəsilə mənim haqqımda mənfi yazılar yazdırırdı. Bunu müavinlərim də deyə bilər”.

    Z. Əsədova isə onun haqqında deyilənləri inkar edib:

    “Bunlar tamamilə yalandır. Heç bir adam haqqında heç kimə məlumat verməmişəm. Nailə xanımın mənimlə nə ədavəti var, bilmirəm. Burada dövlət qurumunu təmsil edirəm”.

    İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ər arvadının başqa kişi ilə görüntülərinin anbaan VIDEOsunu çəkdi – Azərbaycanda

    Ərinə xayənət etdiyi deyilən qadın uşaqlarını istəyib.

    Median.Az metbuat.az-a istinadən xəbər verir ki, Space TV-də “Gəl dərdini danış” verilişindən Məzahir adlı 3 uşaq atası kömək istəyib. Ərinə xəyanət etdiyi iddia edilən qadın efirə telefonla qoşularaq onu biabır edib. Həmçinin adiyyəti orqanlardan övladlarını tələb etdiyini bildirib.

    Verilişdən sözügedən videonu təqdim edirik: