Month: September 2018

  • Şamaxıda “Moskviç” piyadanı vurub

    Median.Az xəbər verir ki, Şamaxı şəhərində şəhər sakini Əliağa Abdullayev idarə etdiyi “Moskviç-2140” markalı avtomobillə Quşçu kənd sakini Mürayət İsmayılovu vurub.

    Ağır xəsarət alan piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

    Şamaxı RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • 14 yaşında hamilə qalan qızın başına nələr gəldi? — Bakıdakı cinayətin TƏFƏRRÜATI

    Xəzər Rayon Məhkəməsində 16 yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Həsənov Arzuman Zeynulla oğlunun məhkəmə prosesinə hakim Tərlan Əkbərov sədrlik edəcək.

    Xatırladaq ki, bu ilin iyun ayında Lerik sakini Möhtəmən Sadıxov Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıxovanın anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yayıb.

    Bundan sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıxovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

    Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb.

    İyunun 27-də qızın anasından və Möhtəmən Sadıxovdan izahat alıb.

    Möhtəmən Sadıxov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

    Xatırladaq ki, 14 yaşlı Leyla Sadıxovanın atası Möhtəmən Sadıxov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.

    Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.

  • Трагедия в первый учебный день – ФОТО

    Преподавательница английского языка в Баку трагически скончалась в первый день занятий.

    Учительница английского языка средней школы №46 имени Агабека Новрузбейли Наира Мамедова скончалась по дороге на работу.

    Причиной смерти 45-летнего педагога стал сердечный приступ.

  • 9 qat dünya çempionu Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi (VİDEO)

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Araz Musayev maraqlı addım atıb.

    9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev 100 qurban kəsib.

    O, bu qurbanları Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə etdiyini bildirib.

    Kəsdirdirdiyi qurbanları ehtiyacı olan ailələrə paylayan Araz Musayev “Təzəpir” məscidində namaz qılıb.

    Onun bu addımı böyük marağa səbəb olub.

  • Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT

    Cari ilin ilk səkkiz ayında Azərbaycanda 1 milyon 361,9 min ton dizel yanacağı, 807 min ton avtomobil benzini, 151,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 418 min ton ağ neft, 50,9 min ton yanacaq mazutu, 58 min ton sürtkü yağları, 192,5 min ton neft bitumu və 173,5 min ton neft koksu istehsal edilib.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 92,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6 faiz artıb.

    Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə çoxalıb.

  • Professorun evini qarət edən şəxslərin apellyasiya məhkəməsi başlayıb – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, ittiham aktına görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o Anar Əmirova professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra Anar Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

    İyulun 30-da anten məlumatlarının yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada qalıb. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə oradan Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan iti bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri daxil olublar. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra evi axtarıblar. Evdən 5000 dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20000 manatlıq qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

    Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ-nin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, Anar Əmirov əvvəllər 5 dəfə məhkum olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirov və N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il və E.Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.

    Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Baxış iclası sentyabrın 20-nə təyin edilib.

  • “CBC Sport” kanalının rəhbəri infarkt keçirdi

    “CBC Sport” telekanalının baş direktoru Volkan Üst infarkt keçirib.

    Bu barədə onun həyat yoldaşı Özgü Uzun şəxsi “İnstragram” hesabından paylaşım edib. O, V.Üstün Mərkəzi Klinikada əməliyyat olunduğunu və hazırda müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib.

    “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov isə “Report”a açıqlamasında deyib ki, hazırda telekanal rəhbərinin həyatı üçün ciddi bir təhlükə yoxdur: “Volkan bəy hazırda reanimasiyadadır. Təxminən, 3-4 gün yataq rejimində olmalıdır. Daha sonra sağlam həyata qayıdacaq. Artıq kritik dövr geridə qalıb”.

    Qeyd edək ki, Volkan Üst “CBC Sport”a 2016-cı il yanvarın 16-dan rəhbərlik edir.

  • Piyada keçidinin tiktinisi niyə dayandırıldı? – Gülməli və ağlamalı səbəb – Foto

    Bakı-Quba yolunun 27-ci km-də yerüstü keçidin tikintisində səhvə yol verilib

    Son illərdə magistral yollarda yerüstü piyada keçidləri inşa edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda ya düzgün yerdə, ya da düzgün qaydada quraşdırılmır. Bir neçə gün əvvəl Ceyranbatan qəsəbəsində kənarları açıq olduğu üçün qadınların keçə bilmədiyi piyada keçidi barədə məlumat vermişdik. Bu dəfə isə daha acınacaqlı bir mənzərə var. Avtosfer.az xəbər verir ki, Bakı-Quba yolunun 27-ci km-də yerüstü piyada keçidinin tikintisi başlayıb. Proses təxminən bir il əvvəl start götürsə də, iş bir neçə aydır dayandırılıb. Nədənsə yolun hər iki tərəfində əsas dirəklər tikiləndən sonra “görüblər” ki, keçidin tikildiyi ərazi yüksək gərginlikli elektrik xətlərinin altına düşür. Bununla da işi saxlayıblar. Halbuki fotolardan da göründüyü kimi, bir neçə metr kənarda bu iş başlasaydı normal da olardı.

    Bu yerdə sadəcə bir məsələ qalır. Yəqin ki, tikintiyə sərəncam verən şəxsin yüksəklik qorxusu var və başını qaldırıb göyə baxa bilmir. Yanindakılar isə çox güman ki, gördükləri işin məsuliyyətini dərk etmir və ümumiyyətlə bu işdən anlayışları yoxdur. Dövlətin bu qədər pulunu havaya sovuranlara bundan başqa ad tapmaq olmur…(avtosfer.az)



  • Ata və oğul birləşib idmançını ÖLDÜRDÜ – Sumqayıtdakı olayın SƏBƏBİ DƏHŞƏTƏ GƏTİRƏCƏK – FOTO

    Sumqayıt şəhəri 21-ci məhəllədə bir neçə gün əvvəl baş verən davada xəsarət alanlardan biri dünyasını dəyişib. Sentyabrın 5-ci gecə saatlarında baş verən olay zamanı Sumqayıt şəhər sakini – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar.

    Publika.az-a danışan Rasif Həbibovun qardaşı Vasif Həbibov onun bir neçə gün əvvəl vəfat etdiyini deyərək hadisənin şok təfərrüatından danışıb. O, qardaşının telefonun enerji aparatı üstündə öldüyünü deyib.

    “Qardaşım onu bıçaqlayaraq öldürən Əhəd İsmayılovun oğlu Nicat İsmayılovla dost olub. Hətta Nicat evdəkilərdən küsəndə bizdə qalırdı, qardaşım yatağını ona verirdi, get-gəlişimiz var idi. Sonra münasibətləri pozulub. Onun balaca oğlu Ramili isə qardaşım idmana aparıb, ona böyük qardaş kimi davranıb. Hazırda Nicat Gürcüstandadır, onun hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə Ramil İsmayılovla qardaşım arasında baş verən mübahisədən sonra yaşanıb. Belə ki, sentyabrın 4-dən 5-nə keçən gecə qardaşım dostu ilə Sumqayıtdakı ineternet klubların birinə daxil olub. Həmişə getdiyi yerdir, oranı işlədən şəxsdən telefonunun “zaryatka” toplaması üçün adapter istəyib. O da adapterin yerini göstərib. Həmin vaxt Ramilin telefonu enerji yığırmış. Rasif Ramilin telefonunun enerji ilə dolduğunu görüb çıxaranda o söyüş söyməyə başlayıb. Ramil söyüş söyəndən sonra onların arasında mübahisə olub, Rasif onu şillə ilə vurub. Daha sonra həmin məkanı tərk edib. Bütün bunların hamısının görüntüləri var. Hətta qardaşım sonradan dostlarına tapşırıb ki, onun əvəzindən gedib Ramilin könlünü alsınlar. Desinlər ki, böyük qardaş kimi ərk edib vurub. Bu zaman Ramil atasına hadisə barədə məlumat verib, hər ikisi evdən bıçaq götürərək çıxıblar. Ramil atası ilə çayxanaya gəlib, aralarında yenə mübahisə yaranıb, ata-bala Rasifi söyüblər, daha sonra söhbət etmək üçün qardaşımı kənara dəvət ediblər. O, Ramilgilin maşınına minib gedəndə dostu Samir Dadaşov yanında olub, tək qoymamaq üçün o da gedib. Hadisə yeri çayxanadan çox da uzaqda deyil, lakin nisbətən qaranlıq yerdir. Onlar hadisə yerinə çatan kimi Ramilin atası Əhəd söyüş söyməyə başlayıb. Rasif yaşına görə ona hörmət etdiyini deyib və irəli getməməsi üçün xəbərdarlıq edib. Lakin Əhəd İsmayılov Rasifə bıçaqla vurub. Rasif hər gün idmanla məşğul olur, ona görə heç bıçaq zərbəsini hiss etməyib. Bu zaman Ramil İsmayılov Samirlə dalaşmağa başlayıb. Həmin vaxtda Ramil Samirə 3 bıçaq zərbəsi vurub. Samir Rasifə kömək edə bilməyib. Samirin sözlərinə görə, əvvəl bıçaqlandığını hiss etməyib, amma Ramilin onu vurub meşəliyə doğru qaçanda əlində bıçaq olduğunu görüb. Samir deyir ki, həmin vaxt Rasif Əhədi üzü üstə çökdürsə də, o bıçaqla qardaşıma zərbələrə endirirmiş. Sonra Samir Rasifi xəstəxanaya aparıb. Qardaşım Sumqayıtda xəstəxanaya yerləşdirilib, o 5 yerindən – Samir isə 3 yerdən bıçaqlanıb”.

    V.Həbibov ata-balanın cinayəti planlayaraq törətdiklərini bildirib:

    Ramil və atası Əhədin evdən çıxma görüntüləri də var. Həmin görüntülərdə onların evdən çıxarkən Ramilin anasının mənzildən necə həyəcanla çıxdığı görünür. Yəqin ki, qadın yoldaşı ilə oğlunun evdən bıçaq götürdüyünü bildiyinə görə həyəcan keçirib”.

    V.Həbibov işi aparan aidiyyəti şəxslərin məsələyə soyuq yanaşdığını, bəzi məqamları gözardı etdiklərini deyir:

    “Hadisə musiqi məktəbi yaxınlığında olub. Həmin ərazidə kameranın olduğu barədə mən müstəntiqə məlumat vermişəm, halbuki o, ərazidə olub. İndi də kameradakı görüntülərin qaranlıq olduğuna görə aydın görünmədiyini əsas gətirirlər. Bu cür yubatmalara görə biz işin araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğundan alınıb Respublika Prokurorluğuna verilməsini istəyirik. Çünki bizim onların araşdırmasına inamımız yoxdur. Qardaşımın qatili Əhəd İsmayılov hazırda azadlıqdadır. Həm qardaşımı, həm də dostu Samiri Ramilin bıçaqladığı deyilir. Bilərəkdən hər şeyi oğlunun üstünə atır ki, gələcəkdə dəlilik və ya başqa adla onu xilas etsin. Əhəd özü də açıq şəkildə oğlunu uzun müddət içəridə qoymayacağını deyib. Halbuki Ramilin 17 yaşı yeni tamam olub, cansız uşaqdır. Qardaşım da, Samir də idmanla məşğul olur. Ramilin qardaşıma 5, Samirə 3 bıçaq zərbəsi vurması inandırıcı deyil. İstifadə olunan bıçaqlar da ayrıdır. Samirə vurulan zərbələrdə bıçaq 1 sm bədənə girib, qardaşıma vurulan zərbələr nəticəsində bıçaq ağciyərini deşib, qoltuğunun altından girib ən çox qanı da həmin nayihədə itirib. Həkimlər də dedi ki, Rasifi qolu qüvvətli şəxs vurub”.

    Şikayətlə bağlı Sumqayıt Şəhər Prokurorluğundan və işi aparan müstəntiqlə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Təkrar əlaqə saxlayacağıq aidiyyəti şəxslərlə danışacağımız təqdirdə onların da mövqeyini verəcəyik.




  • Van Dammın hərəkətlərini təkrarlayan 12 yaşlı qız hamını təəccübləndirir – VİDEO

    Mingəçevirdə yaşayan 12 yaşlı qız məşhur aktyor Jan-Klod Van Dammın hərəkətlərini təkrarlayıb.

    Babasının himayəsində böyüyən Jalə İsayevə 8 yaşından eyni hərəkətləri dəfələrlə məşq edərək istəyinə nail olub.

    O, 2 yük maşınının ortasında durur, sonra isə maşınlar hərəkət edir və bir-birindən ayrılır.

    Beləliklə, Jalə İsayevə akrobatik hərəkətlərlə avtomobil üzərində qeyri-adi bacarıqlarını göstərir.

    Mingəçevirdə yaşayan Jalə İsayeva yaşının az olmasına baxmayaraq, idman hərəkətlərini ustalıqla həyata keçirir. Baba himayəsində böyüyən şəhər sakini 8 yaşından məşq etməklə istəyinə nail olub. Jalə İsayeva Jan-Klod Van Dammın ahıl yaşında gerçəkləşdirdiyi qeyri-adi bacarığı 12 yaşında həyata keçirib.

    Üç bacının əkiz tayı olan Jalə doğulan gündən Mingəçevirdə, babası Tofiq İsayevin himayəsində böyüyüb. Baba nəvədə olan istedadı görüb həyəcanlanmaqla yanaşı, qürur duyduğunu da deyir. O, qızcığazın avtomobil üzərində “şpaqat” açıb rahat dayanmasını onun qorxmazlığı və riski sevməsi ilə əlaqələndirir.

    İdman müəllimi olmaq istəyən Jalə İsayeva gələcəkdə iritonnajlı avtomobillərin üzərində məşhur aktiyorun hərəkətlərini təkrarlaya biləcəyinə ümidlüdür.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: