Month: October 2018

  • Avtobusda qadının pulqabısını oğurlayan cibgir saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən sərnişin avtobusunda paytaxt sakini olan qadının çantasından, içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlayan Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

    Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Задержан житель столицы, совершивший примерно 100 квартирных краж

    Как сообщает Median.Az, сотрудники Хатаинского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы Заура Сулейкина, который совершил на территории г.Баку и Сумгайыт примерно 100 квартирных краж.

    Во время предварительного допроса он показал, что только в Хатаинском районе ограбил 25 квартир, пользуясь отсутствием хозяев он проникал в дома и квартиры через окна или другим способом, похищал деньги, золотые украшения, предметы быта, ремонтные инструменты. В основном реализовывал золотые украшения в торговых центрах.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана, граждан имеющих информацию о преступлениях данного человека полиция просит обращаться в службу 102 МВД или в Хатаинский РУП.

  • Bakı və Sumqayıtda 100-ə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı və Sumqayıt şəhərlərində 100-ə yaxın ev və mənzildən oğurluq edən Bakı şəhər sakini Zaur Süleykin saxlanılıb.

    İş üzrə dindirilmiş Z.Suleykin təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib. O, ev sahiblərinin olmamasından istifadə edərək qanunsuz olaraq pəncərələri və dəmir barmaqlıqlarını sındırıb, içəri daxil olub. Pul, qızıl-zinət əşyaları, məişət əşyaları, təmir-tikinti alətləri oğurlayıb. Ələ keçirdiyi qiymətli əşyaları ticarət mərkəzlərində sataraq, pul əldə edib.

    Xətai RPİ İstintaq Şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Gördüyünüz şəxsin digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-n “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.

  • Гражданин Польши попросил прощения у АзербайджанаГражданин Польши попросил прощения у Азербайджана

    Гражданин Республики Польша, староста Воломинского повята Казимир Раковский написал письмо в Министерство иностранных дел Азербайджана, в котором попросил исключить его имя из списка иностранцев, незаконно посетивших оккупированные территории Азербайджанской Республики.

    Об этом Oxu.Az сообщили в пресс-службе Министерства иностранных дел Азербайджана.

    К.Раковский подчеркнул, что уважает суверенитет и признанную на международном уровне территориальную целостность Азербайджана, а также действующие на территории Азербайджанской Республики законы и правила.

    Он принес извинения за все проблемы и последствия, связанные с его визитом в регион, и попросил удалить свое имя из списка нежелательных лиц.

    Обращение К.Раковского было рассмотрено в соответствующем порядке и принято решение удалить его имя из списка нежелательных лиц.

  • Polşa vətəndaşı Azərbaycandan üzr istədi

    Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.

    O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

    K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Valideynlərdən təhsil nazirinə qəribə şikayət: Uşaqlarımıza saxta “beş”lər yazılır – FOTO

    “Məktəbin müəllimi səhvlərlə dolu nümunələri yazı lövhəsinə yazır, uşaqlardan onları dəftərə köçürməyi tələb edir və onlara saxta “beş” yazır”

    Məktəblilərin valideynləri Azərbaycanda təhsilin keyfiyyətindən narazıdırlar və həyəcan təbili çalırlar. Bununla əlaqədar olaraq Bakının 169 saylı tam orta məktəbinin 2-ci sinif şagirdlərinin valideyn qrupu təhsil naziri Ceyhun Bayramov və Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya şikayət məktubu ünvanlayıb.

    Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, valideynlər bununla bağlı ona müraciət ediblər və nəticədə nazirə şikayət ərizəsi ilə müraciət ünvanlanıb.

    Belə ki, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı məktəbin 2E sinifinin şagirdlərinin valideynləri pedaqoq Maya Hüseynovanın qeyri-peşəkarlığından, məsuliyyətsizliyindən və saxta “beş”lərindən şikayətçidirlər. Valideynlər qeyd ediblər ki, Hüseynova uşaqların təhsilinin keyfiyyəti ilə maraqlanmır və onların psixi sağlamlığına, təhlükəsizliyinə çox səhlənkar yanaşır.


    Maya Hüseynovanın şagirdlərindən birinin “Rus dili” fənni üzrə dəftəri

    “Hüseynova nümunələri səhvlər buraxmaqla lövhəyə yazır ki, uşaqlar onu dəftərə köçürsünlər. Sonra müəllim bu kobud səhvlərlə dolu dəftərləri yoxlayır və uşaqlara yüksək qiymət yazır” — deyən valideynlər bunu sübut etmək üçün valideynlər bütün sinifdən yığılmış səhvlərlə və “beş”lərlə dolu dəftərləri, onların surətlərini şükayət etdikləri ünvanlara, eləcə də redaksiyamıza təqdim ediblər.

    Bununla yanaşı, valideynlər qeyd ediblər ki, sözügedən müəllim 20 sentyabr 2018-ci il tarixində 2E sinfinin şagirdlərini özbaşına qoyub: “Cədvələ görə dərs saat 12:05-də bitməlidir, lakin artıq saat 11:30-dan uşaqlar valideynlərini gözləyərkən məktəbin həyətində məqsədsiz şəkildə dolaşıblar və bu zaman yanlarında müəllim olmayıb. Bu faktı isə məktəbə uşağını gətirmək üçün daha erkən gedən valideynlər təsdiq edə bilərlər”.


    Valideynlər uşaqları nəzarətdən kənar qoymasını müəlliməyə irad tutanda, Hüseynova kobud şəkildə onlara deyib ki, hara istəsələr, şikayət edə bilərlər. Valideynlər də müəllimin uşaqları ilə bu şəkildə davranmasına göz yuma bilməyiblər.

    Valideynlər öz məktublarında AR Konstitusiyasının və müvafiq qanunların hər bir vətəndaşın keyfiyyətli təhsil almaq, dövlət tərəfindən pulsuz təhsillə təmin edilmək hüququnun olduğu, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilməsi, öz xidməti vəzifələrini yerinə yetirməyən və vəzifə səlahiyyətindən sui-istifadə edənlərin məsuliyyətə cəlb olunması barədə müddəalarını xatırladıblar.

    Şikayətçilər ərizələrində mövcud qanunvericilikdən xəbərdar olduqlarını diqqətə çatdıraraq, Təhsil Nazirliyindən öz səlahiyyətlərini icra edərək tabeçiliyində olan pedaqoqlara nəzarəti həyata keçirməyi və onlardan öz vəzifə borclarını yerinə yetirməyi tələb etməyi xahiş ediblər.

    Şikayət ərizəsində o da qeyd olunub ki, Maya Hüseynovanın hərəkətləri valideynlər tərəfindən onlara qarşı hörmətsizlik kimi qiymətləndirilir. Buna görə də valideynlər Təhsil Nazirliyindən Hüseynovanı peşəkar və yüksək ixtisaslı kadr tələblərinə tamamilə cavab verən başqa müəllimlə əvəzləməyi xahiş edirlər. Şikayət ərizəsini 2E sinif şagirdlərinin 20 valideyni imzalayıb.//sputnik.az

  • Прокурор попросил 18 лет заключения 62-х летнему мужчине, который убил жену

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное судебное заседание по уголовному делу в отношении жителя столицы Замина Расулова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 29-го марта этого года проживающий в поселке Маштага Замин Расулов на семейно-бытовой почве нанес ножевые ранения жене Натаван.
    В результате из-за интенсивной кровопотери женщина скончалась на месте происшествия. В тот же день З.Расулов был задержан сотрудниками 14-го отделения полиции Сабунчинского РУП, районная прокуратура возбудила уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Согласно информации, до происшествия Замин Расулов перенес инфаркт и был помещен в больницу. После курса лечения жена и дочь забрали его домой. По приезду домой между супругами возник семейный инцидент, поэтому в порыве ярости Расулов взяв большой кухонный нож, нанес им супруге многочисленные ножевые ранения. Дочь пыталась помешать отцу, она вызвала скорую помощь, но уже было поздно.

    Выступивший на сегодняшнем процессе гособвинитель попросил суд назначить обвиняемому 18 лет лишения свободы.

    Адвокат З.Расулова сказал, что не готов к выступлению защиты и попросил у суда время.

    Очередной процесс назначен на 19 октября.

  • Maştağada arvadını öldürən 62 yaşlı kişiyə prokuror cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, bu il martın 29-da Maştağa qəsəbəsində yaşayan 62 yaşlı Zamin Rəsulov ailə münaqişəsi zəminində arvadı, 60 yaşlı Natəvanı bıçaqla qətlə yetirib. Həmin gün Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Z.Rəsulov saxlanılıb. Məlumata görə, yaşlı kişi həyat yoldaşına mətbəx bıçağı ilə 13 zərbə endirib.

    Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb, buna görə Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib, təcili yardım çağırsa da, artıq gec olub.

    Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək, Zamin Rəsulovun səhhətində problem olduğunu və hadisəni törədərkən xəstə olduğunu bildirib. O xahiş edib ki, təqsirləndirilən şəxs tibbi ekspertizadan keçirilsin.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Dövlət ittihamçısı Z.Rəsulova 18 il cəza təyin edilməsini xahiş edib.

    Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığını söyləyərək məhkəmədən vaxt istəyib

    Növbəti proses ayın 19-na təyin edilib.

  • В Гяндже задержан мужчина, укравший у 5 граждан деньги и телефоны

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в ходе следственно-розыскных мер задержали жителя Гейгельского района, ранее судимого Хасрата Фараджева, который в период времени с 5-го декабря прошлого года по 21-е сентября этого года украл у 5 граждан деньги и мобильные телефоны.

    В Следственном отделе Гянджинского ГУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Gəncədə 5 nəfərin pulunu və telefonunu oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 5-dən bu il sentyabrın 21-dək olan müddətdə 5 vətəndaşın mobil telefonlarını və pulunu oğurlayan Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Həsrət Fərəcov saxlanılıb.

    Gəncə ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.