Month: October 2018

  • DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT

    Son günlər sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır.

    Median.Az xəbər verir ki, yayılan məlumatlarda bir neçə nəfərin məktəblərdə uşaq oğurluğu ilə məşğul olması barədə bildirilir.

    Valideynlərə xəbərdarlıq edilir ki, milliyətcə rus olan qadın və kişi məktəb yaxınlığında gəzişirlər. Onlar uşaqları oğurlayır və onların orqanları çıxarıb satırlar.

    Bu tipli məlumatlar KİV-lə yanaşı “Facebook”, İnstagram” kimi məşhur sosial şəbəkələrdə və “WhatsApp” messencerində yayılıb.

    Ötən gün də oxşar xəbərlər yayılmışdı. Bildirilirdi ki, Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılıb. İddia olunurdu ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.

    Məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Baku.ws-in sorğusuna cavab olaraq bildirdi ki, hazırda ölkədə uşaq oğurluğu ilə bağlı heç bir cinayət qeydə alınmayıb.

    Onun sözlərinə görə, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.

    “Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Uşaq oğurluqları ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb. Respublikanın heç bir yerində belə fakt qeydə alınmayıb”, – deyə Orxan Mansurzadə bildirib.

    DİN rəsmisi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, əgər hansısa qanun pozuntusu və cinayətlə rastlaşan olsa, mütləq bununla bağlı polisə müraciət etsin.

    “Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər. Qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər”.

    Orxan Mansurzadə onu da vurğulayıb ki, əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu abu-havası yaradanlar məsuliyyət daşıyırlar:

    “Təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması yolverilməzdir. Kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.//Baku.ws

  • Bakını bürüyən toz-dumanın səbəbi bilindi

    “Atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır”.

    Median.Az “musavat.com”a istinadən xəbər verir ki, bu fikri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib. O, bildirib ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

    “Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib.

    Araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar.

    Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir.

    Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir.

    Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib”.

  • Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi (FOTO + VIDEO)

    Azərbaycanda Müəllimlər günü, 8 mart qadınlar bayramı, yeni il münasibətilə əksər məktəblərdə şagirdlərdən məcburi və ya könüllü şəkildə pul yığılır.

    Bütün xəbərdarlıqlara baxmayaraq bu kimi hallar hər il baş verir. Əgər bayram yoxdursa belə, fond pulu, süpürgə pulu, mühafizəçi pulu,xadimə pulu, test pulu adı altında müxtəlif şəkildə qanun pozuntularına yol verilir.

    Median.Az xəbər verir ki, bu gün “news24.az” saytının redaksiyasına şikayət daxil olub. İddia olunur ki, Sumqayıtda yerləşən 11 nömrəli məktəbin 1R3 sinifində, müəllimlər günü ilə bağlı 37 valideyindən ümumilikdə 851 manat pul yığılıb.

    Redaksiyayaya sözügedən sinifdə lövhə, lampa alınması üçün ödənişlər, xadimə üçün, fond pulu yığılması ilə bağlı fotofakt və səs göndərilib.

    Məktəb direktoru ilə əlaqə saxlamaq istəsək də cəhdimiz baş tutmadı.

    Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu barədə məlumatları yoxdur. Onun sözlərinə görə, məsələ ilə əlaqədar araşdırmalara başlanılacaq.

    “Bu barədə məlumatımız yoxdur. Məsələ barədə mütləq araşdırma aparacağıq”, – deyə C. Valehov bildirib.

    Nazirlik rəsmisi əlavə edib ki, ümumiyyətlə ölkədə məktəblərdə heç bir ad adı altında pul yığmaq olmaz:

    “İstər fond pulu, istərsə də, hansısa bayram adı altında şagirdlərdən pul yığılması qadağandır. Bu barədə nazirlik məktəb rəhbərliklərinə dəfələrlə xəbərdarlıqlar edib”.

    Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil pulsuzdur və bu kimi halların baş verməsi qanun pozuntusu hesab olunur.

    Xadimə və mühafizəçilərin pulu isə ştat cədvəlinə əsasən, maaş şəklində verilir. Valideynlərin özlərində də günah az deyil. Zorla müəllimə “hörmət” edib uşağına mehribanlıq göstərməsini istəyənlər, bir-birləri ilə bəhsə girənlər də az deyil.

    Lakin, bütün bu halların qarşısı məhz məktəb rəhbərliyi tərəfindən, qanunun tələbinə əsasən alınmalıdır. Rüşvətin əsası orta məktəb divarları arasında, elə birinci sinifdə qoyulursa gələcəkdə o uşaqlar böyüyüb kim olacaqlar?

  • Bakıda pensiyasını götürmək istəyən kişi bir hərəkəti ilə hər kəsi təəccübləndirdi (FOTO)

    Bakıda maraqlı hadisə baş verib.

    Vətəndaş Məhəmmədəli Əliheydərov bankomatdan pul çıxararkən ATM-də 350 manat olduğunu görüb.

    Bankomata öz pensiyasını çıxarmaq üçün yaxınlaşan Məhəmmədəli Əliheydərov ondan əvvəl bankomatdan pul çıxaran şəxsin 350 manat pulu orada unutduğunu görüb.

    Sahibini tapmadığı üçün pulu bankomatın aid olduğu banka təhvil verib. Bank əməkdaşları bankomat əməliyyatlarını araşdıraraq həmin müştərini taparaq pulu sahibinə təhvil veriblər.

    Məhəmmədəli Əliheydərovun bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

    Qeyd edək ki, bu hadisə bir müddət öncə baş verib. Ancaq vətəndaşın bu addımı sosial şəbəkələrdə hələ də geniş müzakirə olunur. İnsanlar Məhəmmədəli Əliheydərovun bu addımını alqışlayır.

  • Erməniləri qorxuya salan xüsusi təyinatlılarımızın möhtəşəm VİDEO-su

    Xüsusi Təyinatlı Qüvvələrin maraqlı videosu yayımlanıb.

    Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.

    Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşür. Həm dənizdə, həm də çətin coğrafi dağ relyefində sınaqlardan keçən xüsusi təyinatlılarımız düşmənə bir növ göz dağı verib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr 30 aprel 1999-cu ildə yaranıb.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olumaq elə də, asan başa gəlmir.

    Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri “Qırmızı beret”in sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar. Onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.

    Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözüməyi və s. öyrədirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qurumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.

  • Kolbasa və sosiska alanların nəzərinə – DİQQƏTLİ OLUN!

    Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbayca Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “report”a məlumat verilib.

    “Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir.

    Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib.

    Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, – AQTA-dan bildirilib.

  • В Сумгайыте совершено разбойное нападение на водителя такси

    Как сообщает Median.Az, 10-го октября в службу “Информационный центр- 102” МВД поступило обращение о разбойном нападении в г.Сумгайыт.

    Сотрудники 1-го отделения полиции Сумгайытского ГУП выяснили, что примерно в 16 часов на улице Мира двое неизвестных сели в такси марки “Saipa”, управляемый жителем столицы Заур Наджафовым и попросили отвезти их в поселок Джорат. Но когда доехали до указанного поселка, клиенты угрожая водителю, забрали из бардачка автомобиля 10 манатов и ушли.

    В ходе розыскных мер сотрудники полиции задержали жителя города, ранее судимого Азера Абузарова.

    В Следственном отделе ГУП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана, ведется розыск соучастника преступления.

  • Coratda taksi sürücüsünə qarşı quldurluq edilib, 1 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, oktyabrın 10-da DİN “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

    Məlumatla əlaqədar Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyiblər, sözügedən qəsəbəyə çatanda isə orada, sürücünü hədələyib, avtomobilin saxlanc yerindən 10 manat pulu götürüb uzaqlaşıblar.

    Şübhəli şəxs qismində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Abuzərov saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İkinci şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bu 5 qəpikləri 1200 dollara alırlar – QİYMƏTLƏR (FOTO + VIDEO)

    Siz bilirsinizmi ki, köhnə xırda pullar çox bahalıdır? Məsələn, keçmiş SSRİ-in bəzi sikkələri böyük məbləğdə pula satılır!

    Median.Az SSRİ-də buraxılmış 5 qəpiklik sikkələrin dəyərini təqdim edir:

    Qeyd edək ki, dəmir sikkələri Rusiyanın paytaxtı Moskva şəhərində (Moskva şəhəri, Tverskaya küçəsi 12, bina 8) alırlar. Yəni bunlar yalnız Moskva zərbxanasının sikkələri üçün nəzərdə tutulur! 

    Bu kifayət qədər nüfuzlu siyahı:

    5 qəpik 1924-cü il, qiymət — 12 $.

    5 qəpik 1927-ci il, qiymət — 100-120 $.
    5 qəpik 1929-cu il, qiymət — 20 $.

    5 qəpik 1958-ci il, qiymət — 1200 $. (çox nadir VF vəziyyəti üçün!)

    5 qəpik1933-cü il, qiymət — 550 $.

    5 qəpik 1934-cü il, qiymət — 85 — 100 $.

    5 qəpik 1965-ci il, qiymət — 17 $.

    5 qəpik 1966-cı il, qiymət — 17 — 20$.

    5 qəpik 1990-cı il, qiymət — 80 $.

    5 qəpik 1972-ci il, qiymət — 15 $.

    5 qəpik 1969-cu il, qiymət — 16 $.

    5 qəpik 1970-ci il, qiymət — 100 $.

    5 qəpik 1971-ci il, qiymət — 15 $.

    5 qəpik 1935-ci il (köhnə nümunə), qiymət — 90 $.
    5 qəpik 1935-ci il (yeni nümunə), qiymət — 25 $.

    5 qəpik 1936-cı il, qiymət — 10 $.

    5 qəpik 1937-ci il, qiymət — 15 $.

    5 qəpik 1945-ci il, qiymət — 15 $.

    5 qəpik 1947-ci il, qiymət — 900 $. (çox nadir VF vəziyyəti üçün!)

    5 qəpik 1951-ci il, qiymət — 10 $.

    Qəpiklərə baxın, hansılar ki, tullamağa hazırlaşırsınız. Ola bilər onların arasında qiymətli nüsxələr var!//baku.ws

  • Bakıda maraqlı hadisə: Kanalizasiya quyusundan neft çıxır – VİDEO

    Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb.Neft kanalizasiya xətti iləevlərə dolub. Sakinlər yaranmış vəziyyətdən narahatdırlar. Onlar evdə oturmağın mümkün olmadığını deyirlər.

    Görüntülər Paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsindəndir. Küçədəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

    Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

    Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.

    Sakinlər həmin ərazidə hər hansı bir yanğın təhlükəsinin yaranmasından da narahatdırlar./Xəzər TV/