Month: October 2018

  • Bakıda avtobusda “manyak”ın qadına əxlaqsızlıq etdiyi an kameraya düşdü – VİDEO

    Bakının Məhəmmədi kəndindən “Koroğlu”ya işləyən “217” nömrəli sərnişin avtobusunda iyrənc olay baş verib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, Zabrat 2 adlanan ərazidən avtobusa minən orta yaşlı kişi basabasdan istifadə edərək öndə tək nəfərli oturacaqda əyləşən qadına qarşı əxlaqsız hərəkətlər edib.

    Kişi əlini önə apararaq bir neçə dəqiqə davamlı olaraq qadının sinəsinə toxunub. Bunu digər sərnişinlərin görmədiyindən arxayın olmaq üçün sağa-sola tez-tez göz gəzdirən kişi əxlaqsız əməlini davam etdirib.

    Ən təəccüblüsü isə qadının bu olaya reaksiya verməməsi olub.

    Hərəkətinin digər sərnişinlər tərəfindən hiss edildiyini duyan şəxs dərhal əlini cibinə salıb və avtobusun dayanmağından istifadə edərək düşüb.

  • Популярная певица угодила в психбольницу

    Американская актриса и певица Селена Гомес снова попала в больницу с нервным срывом.

    Как передает Median.Az со ссылкой на «Газета.ру», 26-летняя певица была госпитализирована второй раз за последние две недели.

    В больницу ее привез один из родственников. Гомес нередко жалуется на ухудшение самочувствия из-за недостаточного количества лейкоцитов в крови, что на этот раз привело к эмоциональному кризису.

    Уточняется, что певица хотела покинуть медицинское учреждение, но врачи ей не разрешили. Она также попыталась вырвать капельницу из руки. В настоящее время Гомес находится на лечении в одном из психиатрических заведений.

  • Bakıda avtobus sürücüsündən özbaşınalıq: Şagirdləri görün necə daşıyır – VİDEO

    Bakıda avtobus sürücüsünün normadan çox adam yığmasının əks etdirən video paylaşılıb..

    Azxeber.com-a göndərilən videoda Bakının Albalılıq qəsəbəsində hərəkət edən avtobus sürücüsü qanunlara məhəl qoymadan şagirdləri avtobusa mindirib.

    107 nömrəli avtobusun sürücüsü məktəbliləri və valideynləri avtobusa dolduraraq hərəkət edib.

    Hərəkət zamanı sərnişinlər çətin anlar yaşayıb, hətta biri avtobusdan yerə düşmək təhlükəsi ilə üzləşib.

    Qeyd edək ki, qanunvericilikdə buna dair konkret müddəalar var. “”Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində göstərilir ki, nəqliyyat vasitələrində normadan artıq sərnişin daşınması yolverilməzdir.

    Sərnişinlərin daşınması ilə bağlı İnzibati Xətalar Məcəlləsində də müvafiq maddə var. 327.2 maddə və orada göstərilir ki, sərnişindaşınma qaydalarının pozulmasına görə sürücülər 60 manat məbləğində və 3 balla cərimə sanksiyasına məruz qalırlar. “Faktiki olaraq avtobusda normadan artıq sərnişinin daşınması sərnişin daşınma qaydalarının pozulması deməkdir”.

    Həmin görüntüləri təqdim edirik:

  • Ученые доказали преимущество богатства над умом

    Исследователи из Нью-Йоркского университета выяснили, что получить образование помогает не талант, а деньги. Студенты из богатых семей заканчивают обучение чаще, чем из бедных, даже если их бедные сверстники более талантливы.

    Исследование было опубликовано на сайте Национального бюро экономических исследований.

    Ученые проанализировали генетические данные более миллиона молодых людей, определив, какие из них обладают генами, связанными с высокой успеваемостью. Затем они выяснили, каковы были успехи каждого из них в колледже и каким доходом обладала его семья. Одаренные студенты поровну присутствовали и в богатых, и в бедных семьях. Однако лишь 24% одаренных студентов из семей с низким достатком смогли закончить колледж. Среди студентов из богатых семей этот показатель составил 63%.

    При этом среди наименее талантливых студентов из богатых семей образование получили 27% – всего на 3% больше, чем среди наименее одаренных студентов из семей с низким достатком.

    «Если у вас нет ресурсов, даже одаренным детям придется столкнуться с серьезными проблемами. Их потенциал пропадает. Это плохо и для них самих, и для экономики», – подчеркивают авторы исследования.

  • İlham Əliyevin nəvəsi müsahibə verdi (VİDEO)

    Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov müsahibə verib.

    Mikayıl Ağalarovun müsahibəsi AZTV və İTV telekanallarında yayımlanıb.

    Həmin görüntülər sonradan sosial şəbəkələrdə yayıldıqdan sonra böyük maraqla qarşılanıb.

    Həmin videonu təqdim edirik:
    //qaynarinfo.az

  • 3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi

    Bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

    Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil.

    O, dini təriqətli valideynlərinin təsiri altındadır:

    “Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib.
    Məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.

    Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.

    Qeyd edək ki, ötən gün də 76 nömrəli tam orta məktəbdə 6-cı sinif şagirdi dəhlizdə gözyaşardıcı qaz sıxdığından şagirdlər təxliyyə olunmuşdu.

  • “Yazırlar ki, salonda işləyənlər pozğun olur”- Sevgilisi ilə qarajda ölən Könülün anası

    Median.Az Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində, beş mərtəbəli binanın həyətindəki qarajda sevgilisi ilə birlikdə dünyasını dəyişən Könül Əhədovanın anası baş verən hadisənin təfərrüatları barədə A24.Az-a müsahibə verib.

    Gülnarə Əhədova qızı haqqında yazılan xəbərlərin əsassız olduğunu, yayılan şayiələrin isə onu çox hiddətləndirdiyini bildirib.

    – Gülnarə xanım, həmin günü necə xatırlayırsınız?

    – Avqustun 28-də axşam saat 9-a işləmiş qızım dedi ki, Elvinlə görüşüb şəhərdə gəzəcəklər. Mən də icazə verdim. 12-yə işləmiş zəng etdim, dedi ki, yoldayam, gəlirəm. Sonra məni yuxu tutub, yatmışam. Oyananda gördüm ki, saat 2-yə işləyib. Durmadan Elvinə və Könülə zəng etdim. Onlarla əlaqə saxlamaq cəhdlərim boşa çıxdı. Qəfildən içimdə bir səs dedi ki, “onlar ölüblər”.

    Bacıma zəng etdim ki, bəs, Könüldən xəbər ala bilmirəm. Elvinlə bacımgil qonşudurlar. Bacım evə gedəndə görüb ki, həyətdə səs-küy var. Hər kəs “Elvin, Elvin!” ,-deyə qışqırır. Bacım soruşub ki, “maşında qız da olub?” deyiblər ki, oğlanla bərabər bir qız da boğulub.

    Onun ölüm xəbərini alanda, dünya başıma fırlandı. Mən onu min bir əziyyətlə böyütmüşdüm. Onu tanıyanlar bilir ki, o, çox yaxşı qız olub. Könül ən gec 11-ə işləmiş, uzağı 12-yə işləmiş evdə olub. Evə gec gələn hər qız pis deyil ki. Qızımın rəfiqələri belə olmayıb. O, heç vaxt evə gec gəlmirdi. Yayda hamı axşam saatlarında şəhərə gəzməyə çıxır, həyətə hava almağa düşür. Elvin onu çox qoruyurdu. Hər yerə onunla gedirdi. Könül sevgisinin qurbanı olub.

    – Qızınızın sevdiyi insan olduğunu necə öyrəndiniz?

    – Hər bir qızın sevməyə haqqı var. Qızımın 16 yaşı olanda Elvinlə tanış olublar. Bilirdim ki,Könülün sevdiyi insan var. Qızımla bu barədə söhbət etdim.O, məni Elvinlə tanış elədi. Həmin vaxt mən oğlanın nişanlı olduğunu bilmirdim.

    Qışda Elvin mənə nişanlı olduğunu söylədi. Məndən elçilik üçün möhlət istədi. Qızım yalnız son iki ildə Elvinin nişanlı olduğunu bilmişdi. Dəfələrlə Elvindən ayrılmaq da istəmişdi. Lakin o, qızımı ayrılmağa qoymurdu, əl çəkmirdi ondan.

    Elvin anasının yaxın rəfiqəsinin qızı ilə nişanlanmışdı. O, Könülədeyirdi ki, nişanlımı sevmirəm, işlərimi yoluna qoyum, sizə elçi göndərəcəyəm. Mənə də deyirdi ki, sizin qızınızı sevirəm, onunla ailə quracam. Oğlanın toyu olacağını biz bilmirdik.Elvin 9 il nişanlı olub. Mənim qızımla isə 5 illik sevgi münasibətləri vardı. Bilmədiyimiz səbəblərdən dolayı onların toyu olmayıb.Bunu anlaya bilmirəm. Qızım Elvinin telefonunda nişanlısının şəkilini görəndə, hər şey ortaya çıxmışdı. Könül ondan ayrılmağa çalışdı. Elvin isə “o mənə aiddir”, -deyib qızımdan ayrılmırdı. Könülə “səni heç kimə yar etməyəcəm”, demişdi. Elvinin anası qızıma zəng etdi ki, “oğlumdan uzaq dur, nişanlısından soyuyur”. Mən də onu çox danlamışdım ki, niyə nişanlı oğlanla danışırsan?. Deyirdi ki, “Elvin nişanlısını sevmir, məni sevir”.

    – Deyilənlərə görə Könül salonda çalışırdı. Hətta hadisənin baş verdiyi avtomobil də Könülə məxsusdur. Bu barədə nə deyə bilərsiniz?

    – Könül işləmirdi. Salonda dırnaqları qaynaq etməyi öyrənirdi. Yazırlar ki, salonda işləyənlər pozğun olur. Bu sözlər məni çox incidir. Könül hər zaman hara getsə, məndən icazə alırdı. Elvin onu özü aparıb, özü gətirirdi. Hadisə baş verən maşın mənim qızımın deyil. Yalan xəbərlər yazırlar. Maşın Elvinindir.Heç bir intim əlaqədən söhbət belə gedə bilməz. Bununla bağlı ekspertizanın rəyi də var.
    Elvin maşından düşüb, sürünərək xilas olmağa çalışıb. Lakin huşunu itirib. Könül isə maşının arxa oturacağında dünyasını dəyişib. Deyirlər ki, guya mən qızımdan imtina etmişam. Elə bir şey olmayıb. Guya mənim qızımı Elvinin ailəsi dəfn edib. Xeyr! Qızıma rayonda yeddi gün yas verilib.İnternetdə yayılan fotolardakı qaraj belə həmin qaraj deyil.

    – Bəs ailələr arasında hər hansı münaqişəbaş verib?

    – Yox! Hətta cümə axşamlarında Elvinin yaxın qohumları da bizə gəldilər. Dedilər ki, kaş ki, belə olmazdı. Xalası dedi ki, Elvinə Könülü qaçırmağı məsləhət görmüşdüm.

    – Qızınızın ölümündə kimi günahlandırırsınız?

    – Elvinin anasını. İndi Elvinin anası deyir ki, kaş ki, alardım Könülü. Elvin ən istəkli oğlu idi. Onun anası mənim qızımın qatili oldu. O, iki gəncin həyatını məhv elədi. Ölənə kimi onu bağışlamayacam. Mənim qızımın qatili odur.

    Könül mənim tək qızım idi. Mən onu hər zaman xoşbəxt görmək istəyirdim. Qızım deyirdi ki, Mən Elvindən başqasını sevə bilmərəm. Könül çox saf bir qız idi. Heç kimlə işi olmazdı. Ancaq gülərdi.

    – Buradan qızınız haqqında mənfi fikirlər yazan insalara nə demək istərdiniz?

    – Qızım haqqında mənfi fikirlər yazanlara səslənirəm: Bilmədiyiniz şeyləri danışmayın!. Həyatdır, hər kəsin başına gələ bilər. Elə o cür rəy yazanların özləri düzgün insanlar deyil. Özünüzə gəlin! Heç kimin haqqına girməyin! Çox təəssüf ki, bu cür yazanların əksəriyyəti də elə qızlardır. Mənim yaralı yerimə toxunmasınlar.

    – Könülün xalası qızı da insanları əsassız ittihamlarda günahlandırıb…

    – İnsanlar gərək görmədikləri, bilmədikləri şeyləri danışmasınlar. Elvin Könülə çox dəyər verib. Bunu hər kəs bilirdi. Hər zaman Elvinin gözündə Könül, Könülün gözündə Elvin olub. Elvinin nişanlısından ayrılmamaq üçün səbəbləri olub.Könüllə Elvinbir-birlərini çox seviblər. Buna hər kəs şahiddir. Könül çox saf bir qız idi. Elvinin ailəsi, hər kəs bilir ki, Elvin Könülü çox sevirdi.

    O9 ildir ki, nişanlı idi. Hər bir qız hiss edər ki, mənim nişanlım başqası ilə danışır və məni sevmir. Elvinin telefonu Könülün şəkilləri ilə dolu idi. Necə olur ki, bu qız bir dəfə də olsun, bundan şübhələnməyib? Hər gün Elvin Könülün yanında idi. 9 il necə nişanlı qalmaq olar?. Qadın qüruru buna imkan verməz ki, nişanlısı başqasını sevə və bu cür münasibəti davam etdirəsən.

    Onlar bizə yasa gələndə, Elvinin xalasıgil bizə mesajlar göstərdilər. Mesajlarda Elvin anasına yazmışdı ki, “Ana, buna son qoy. Mən o qızı semirəm. Məni bədbəxt edirsən”. Elvinin anası bu məsələyə son qoymaq üçün Türkiyədən gəldi. Bilirdi ki, oğlu Könüldən ayrıla bilmir. Oğlanın anası qızgilə mesaj yazıb ki, hər şeyi aydınlaşdırmağın vaxtı gəlib:” Oğlum bu toyu istəmir”.

    Qız səsə qulaq asıb. Lakin cavab yazıb ki, səs silinib. Qulaq asa bilmədik. Elvinin nişanlı olduğu qız Könülü çox gözəl tanıyırdı. O, hər şeyi bilirdi. Sadəcə, göz yumurdu. O qızı heç vaxt Elvinin yanında görməmişdik.

    Xatırladaq ki,avqustun 29-daBakının Yasamal rayonu Mirəli Seyidov küçəsində beş mərətəbəli binanının həyətindəki qarajda “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.

  • Ukraynalıları təhqir edən azərbaycanlı tələbələrin yeni videosu yayıldı: Üzr istəyirik – VİDEO

    Xəbər verdiyimiz kimi, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin tanınmış bloggeri təhdid videosu yayımlanıb.

    Youtube kanalında yerləşdirilən videoda Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər. Nəticədə bloggerlər ölümlə təhdid olunublar.

    Bu görüntülər Ukraynada gündəm mövzusuna çevrilib və hər kəs bu hərəkətə görə tələbələri qınayıb.

    AZXEBER.COM-un əldə etdiyi məlumata görə, videoda görünən tələbələr Ukrayna xalqından üzr istəyiblər. Onlar bununla bağlı video çəkərək, “youtube”yə yerləşdirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Азербайджан попал в Топ-10 стран с низкой ценой на бензин

    В Азербайджане средняя цена на бензин составляет 0,47 долларов за литр, это практически в три раза ниже средней мировой цены на бензин, которая составляет 1,17 долларов за литр, по данным портала Globalpetrolprices.com.

    Как передает Median.Az со ссылкой на sputnik, тем самым, по результатам проведенного в 164 странах мира мониторинга, Азербайджан замкнул десятку стран с низкими ценами на бензин.

    Отметим, что на пространстве Содружества независимых государств (СНГ) бензин, дешевле, чем в Азербайджане, реализуется только в Туркменистане — литр топлива здесь стоит 0,43 доллара. В остальных государствах он реализуется дороже: в Казахстане — за 0,48 долларов, Узбекистане – 0,52 доллара, Кыргызстане – 0,67 долларов, Беларуси — 0,68 долларов, России — 0,68 долларов, Грузии — 0,94 доллара, Молдове —1,12 долларов, Украине – 1,18 долларов.

    Литр бензина в Турции стоит 1,14 доллара, Германии – 1,74 доллара, а самый дорогой бензин продается в Гонконге — 2,21 доллар.

  • Азербайджан попал в Топ-10 стран с низкой ценой на бензин

    В Азербайджане средняя цена на бензин составляет 0,47 долларов за литр, это практически в три раза ниже средней мировой цены на бензин, которая составляет 1,17 долларов за литр, по данным портала Globalpetrolprices.com.

    Как передает Median.Az со ссылкой на sputnik, тем самым, по результатам проведенного в 164 странах мира мониторинга, Азербайджан замкнул десятку стран с низкими ценами на бензин.

    Отметим, что на пространстве Содружества независимых государств (СНГ) бензин, дешевле, чем в Азербайджане, реализуется только в Туркменистане — литр топлива здесь стоит 0,43 доллара. В остальных государствах он реализуется дороже: в Казахстане — за 0,48 долларов, Узбекистане – 0,52 доллара, Кыргызстане – 0,67 долларов, Беларуси — 0,68 долларов, России — 0,68 долларов, Грузии — 0,94 доллара, Молдове —1,12 долларов, Украине – 1,18 долларов.

    Литр бензина в Турции стоит 1,14 доллара, Германии – 1,74 доллара, а самый дорогой бензин продается в Гонконге — 2,21 доллар.