Month: October 2018

  • “Arvadım mənimlə yatağa girməmək üçün anasıgilə qaçırdı” – Həyat yoldaşının başını kəsən kişi

    Arvadını onunla yatağa girmədiyinə görə öldürən ər Ali Məhkəməyə kassasiya şikayəti edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, arvadını öldürdüyünə görə, məhkum olunan Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Eynulla Musayev şikayətində cəzasının azaldılmasını istəyib.

    Xatırladaq ki, 2013-cü il mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində olan evində həyat yoldaşı Şərqiyyə ilə cinsi əlaqədə olmaq istəyib.
    Lakin Şərqiyyə ona kobud cavab verib. Eynulla arvadının xəyanət etdiyini düşünüb və onu bıçaqlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə müttəhim özünü təqsirli bilib və deyib ki, Şərqiyyədən iki övladı var:

    “Arvadım məni adam yerinə saymırdı, mənə xəyanət edirdi. Şərqiyyə onunla yaxınlıq etməyimə imkan vermirdi. Eyni evdə yaşayırdıq, amma birgə yatmırdıq. Buna görə də aramızda söz-söhbətlər olurdu. Ona bir söz deyən kimi anasıgilə qaçırdı. Anasıgilə qaçmaqda məqsədi mənimlə yatağa girmək istəməməsi olub. Onun başqaları ilə görüşməsindən şübhələnirdim. O, başqa kişi ilə əlaqə saxlayırdı, görüşürdü. Buna görə də öldürmüşəm”.

    Peşman olduğunu deyən Eynulla Musayev arvadını dəfələrlə döyməyindən danışıb. Onun sözlərinə görə, Şərqiyyənin başqa kişi ilə görüşdüyünü dəqiq bilib:

    “Onun görüşdüyü kişi evimə də gəlib. Amma kim olduğunu bilməmişəm. Buna görə də Şərqiyyəni əvvəlcədən öldürməyi planlaşdırmışam. Şərqiyyəni həyətimizdə olan yarımçıq tikilidə bıçaqla vurdum. Onun ölməsinə əmin olandan sonra polis şöbəsinə getdim. Orada arvadımı namus üstündə öldürdüyümü etiraf etdim”.

    Eynulla Musayev gecələr rahat yata bilmir: “Gecələr yata bilmirəm, gözlərimə yuxu getmir. Gözümü yuman kimi arvadım yuxuma girir. Onun öldürdüyümə görə peşmanam”.

    Daha sonra mərhumun anası Raziyyə Əmirova qızının ailəsində son illər problemlərin olmağından danışıb. Onun sözlərinə görə, əri tərəfindən döyülən qızı tez-tez onun evinə gəlirmiş:

    “Eynulla içib sərxoş olurdu, qızımı döyürdü. Buna görə də tez-tez bizə gəlirdi. Ona deyirdim ki, Eynulladan sənə ər olmaz, məhkəmə yolu ilə boşan. Qızımın azyaşlı uşaqlarına yazığı gəlirdi. Buna görə də ərindən boşanmağa razı olmurdu. Mənim qızım heç vaxt Eynullaya xəyanət etməyib. Ərə gedəndən balaca bir damda qalıb. Zülm çəkə-çəkə ev tikmişdi. Həmin tikdiyi evdə rahat yaşaya bilmədi. Eynulla qızımın qatilidir, ona ən ağır cəzanın verilməyini xahiş edirəm”.
    Raziyyə Əmirova Eynulla Musayevin qızına verdiyi işgəncələrdən danışıb: “Qızım deyirdi ki, Eynullanın hərəkətlərindən qorxur. O, həmişə qorxu içində olurdu”.

    Eynulla Musayev isə qayınanasının yalan danışdığını deyib:

    “Raziyyə bizim problemlərimizi həll etmək üçün qızına bir söz demədi. Mənə ağzına gələni dedi, məni söyüb, təhqir etdi. Arvadımı gətirmək üçün qayınanamgilə gedirdim. Qayınanam iti açıb üstümə buraxırdı. Amma qızına deməzdi ki, nəyə görə ər evini tərk edibsən. Bu qadın da bizim ailənin bu vəziyyətə gəlməsində günahkardır”.

    Eynulla Musayev məhkəmə zalında olan arvadının qohumlarını hədələyib: “Mən də işimi bilirəm. Heç kim həbsdə qalan deyil. Buradan mən də çıxacağam. Onda sizinlə görüşəcəyəm”.

    Ailənin 16 yaşlı oğlu Həsən Musayev hadisə vaxtı evdə olmadığını deyib. Onun sözlərinə görə, işdə olan zaman ona zəng gəlib:

    “Evə gəldim. Dedilər ki, Eynulla anamla dalaşıb, xəstəxanaya aparıblar. Mən də xəstəxanaya getdim. Orada anam artıq ölmüşdü. Kəndə qayıdanda bildim ki, Eynulla anamı öldürüb. O, əvvəllər anamla tez-tez mübahisə edirdi, anama tərbiyəsiz sözlər deyirdi. Hamısını yalan danışır. Anam əxlaqlı qadın idi. Heç bir səbəb olmadan dava edirdi. Anamı torpağa tapşıran günü Eynullanı atalıqdan silmişəm. O, artıq mənim atam deyil. Həmişə anamı da, bizi də daim qorxu içində saxlayıb”.

    Eynulla Musayevin 14 yaşlı qızı Aytac Musayeva deyib ki, atası anası ilə tez-tez dalaşırmış:

    “Üç gün əvvəl atam anamla dalaşmışdı. Atam dalaşanda anamı söyürdü. Anam gilas bağlarında, çiyələk sahələrində işləyib, pul qazanırdı, bizi də dolandırırdı. Anam zəhmətkeş olub”.

    Mərhumun qardaşı Elşən Əmirov deyib ki, Eynulla bacısına böhtan atır. Bacısı namuslu qadın olub.

  • “Rayonda bilirlər ki, kim 18 yaşı olmayan qız alsa, həbs edəcəklər”

    “Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

    Onun sözlərinə görə, əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir:

    “Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub”.

    H.Hüseynova onu da əlavə edib ki, Azərbaycanda nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır. İkincisi, rəsmi qeydiyyat sənədi olmasa, heç kəsin dini nikah bağlamağa hüququ yoxdur:

    “Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu nə deməkdir? Monitorinq qrupu, bir tərəfdən bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən belə hallara operativ müdaxilə edir. Toy olacağı barədə xəbəri rayonda təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar”.

  • Əhmədlidəki bu liftin vəziyyəti görənləri şoka salır: Hər an qırıla bilər – FOTOLAR

    Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, bina 7-də yaşayan bir qrup sakin binalarındakı liftin vəziyyəti ilə bağlı şikayət ünvanlayıb.
     
    Sakinlərin azxeber.com-a verdiyi məlumata görə, liftlərinin vəziyyəti acınacaqlıdır və hər an təhlükə ilə üzləşə bilərlər: “Neçə ildir ki, liftin vəziyyəti bərbaddır. Lift İdarəsi ərazidə olan digər bütün binaların liftini təmir etdi, yenisi ilə əvəz etdi. Ancaq bizə çatanda işləri dayandırdılar, dedilər ki, pul yoxdur. Pul olanda gəlib dəyişərik. Çox çarəsiz durumdayıq, liftlə qalxıb, düşəndə elə qorxulu səslər gəlir ki, düşünürük ki, hər an trosu qırıla bilər.
     
    Sakinlər deyir ki, məhz bu səbəbdən də liftdən çox istifadə etmirlər. Ancaq buna baxmayaraq bərbad durumda olan liftə görə hər ay onlardan pul yığılır.
     
    Qeyd edək ki, “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində bir neçə gün öncə cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
     
    Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
     
    Sakinlərin saytımıza göndərdiyi fotoları təqdim edirik:
     

     

     

     

     

     

     

     

  • В Низаминском районе совершен разбой на супружескую пару

    Как сообщает Median.Az, 7-го октября примерно в 22 часа двое неизвестных в блоке жилого дома по улице Шарифли совершили нападение на жителя столицы Р.Садыгова и его жену, вследствии чего избили их и отобрали из рук женщины сверток, внутри которого было 25.000 манатов. Несмотря на это мужчине удалось задержать одного из грабителей, а второму удалось убежать.

    Потерпевший передал задержанного сотрудникам 25-го отделения полиции Низаминского РУП. В ходе разбирательства выяснилось, что он житель столицы Балага Нуриев.

    В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана, ведется розыск соучастника преступления.

  • Nizami rayonunda quldurlar ərlə-arvada basqın ediblər

    Median.Az xəbər verir ki, oktyabrın 7-i saat 22 radələrində Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman Sadıqov onlardan birini saxlayıb, digər şəxs isə pulla birgə hadisə yerindən qaçıb.

    Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, saxlanılan şəxs Bakı şəhər sakini Balağa Nuriyevdir.

    Nzami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, ikinci şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

  • Ramil Usubovdan yeni təyinat

    Daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağdam Polis Şöbəsinin rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək, Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə aznews.az-a Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.

    Qeyd edək ki, bundan öncə Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov idi.

  • Изменено время проведения чемпионата Европы в Баку

    Изменено время проведения в Баку чемпионата Европы по аэробике и художественной гимнастике 2019 года.

    Как сообщает Median.az со ссылкой на Report, решение принято на заседании Исполкома Европейского гимнастического союза (UEG). Основанием для переноса стал финал Лиги Европы по футболу, который пройдет в столице Азербайджана 29 мая.

    Первоначально планировалось, что ЧЕ-2019 по художественной гимнастике пройдет в Баку с 31 мая по 2 июня, однако Европейское первенство пройдет с 16 по 19 мая. Соревнования по аэробике пройдут 24-26 мая. Ранее чемпионат был назначен на 23-25 мая.

    Отметим, что решение о проведении в Азербайджане чемпионата Европы по аэробике и художественной гимнастике было принято на заседании Исполнительного комитета Европейского союза гимнастики в августе этого года.

  • Sərhəddə əməliyyat: Dörd nəfər tutuldu – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

    DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.

    Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd “tereqabalin” psixotrop maddəsi və 15 qutu “metrotan” həbləri aşkar olunub.
    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azərbaycan vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəliyeva Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib.

    Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






  • Впервые заговорил родственник Гитлера – ФОТО

    Один из последних оставшихся в живых мужчин-родственников Адольфа Гитлера впервые за несколько десятилетий пообщался с журналистами. Александер Стюарт-Хьюстон – внучатый племянник фюрера Третьего рейха – поговорил с сотрудниками немецкого издания Bild.

    Как передает Median.Az со ссылкой на Lenta.ru, мужчина рассказал о своем отношении к президенту США Дональду Трампу и канцлеру ФРГ Ангеле Меркель.

    «Трамп – последний человек, которым я бы мог восхищаться. Он определенно не из моих любимчиков», – сказал он.

    Стюарт-Хьюстон пояснил, что с заявлениями американского лидера зачастую все нормально и раздражают именно его манеры.

    «Ну, и мне просто не нравятся лжецы», – добавил мужчина.

    В то же время он заявил, что если бы мог, то голосовал бы за Меркель как за человека, который работает лучше всех.

    «Мне она нравится. Она хороша и смотрится умной и достойной», – отметил Александер.

    По его словам, канцлер делает то, что должна, чтобы справиться с мигрантским кризисом.

    В настоящее время Александер проживает на южном берегу Лонг-Айленда в штате Нью-Йорк. Мужчине 68 лет, он считается старейшим из оставшихся в живых родственников Гитлера. У него также есть братья Брайан и Луис. Все трое отказывали СМИ в интервью с тех пор, как пресса нашла их.

    Отцом Александера был Уильям Патрик Гитлер, сын сводного брата Адольфа – Алоиса. Племянник фюрера перебрался в США и служил в Военно-морских силах, сражаясь против сил дяди. После войны семья сначала изменила фамилию на Гиллер, а затем уже стала Стюарт-Хьюстон.

  • В Нахчыване открылась новая воинская часть

    В Нахчыване 8 октября открылась новая воинская часть Отдельной общевойсковой армии.

    Как передает Median.Az, об этом АЗЕРТАДЖ сообщили в пресс-службе Верховного меджлиса Нахчыванской Автономной Республики.

    Председатель Верховного меджлиса Нахчыванской Автономной Республики Васиф Талыбов принял участие в состоявшемся по этому случаю мероприятии.

    Командующий Отдельной общевойсковой армией генерал-лейтенант Керем Мустафаев отдал рапорт председателю Верховного меджлиса.

    Затем председатель Верховного меджлиса ознакомился с условиями, созданными в воинской части.

    Было сообщено, что в воинской части созданы двухэтажный пункт технического контроля и караульная, 80 помещений для содержания техники на 160 мест, а также пункты технического обслуживания и ремонта, заправочные, а также пункты ежедневного технического обслуживания. Здесь созданы все условия для содержания военной техники и автомобилей, а также использования и эксплуатации их согласно инструкции.

    В пункте технического контроля функционируют класс инструктора, дежурная комната, кабинет врача и другие служебные комнаты. В караульной также созданы все условия для организации службы.

    В пункте технического обслуживания и ремонта, оснащенном необходимым инвентарем и оборудованием по назначению, сданы в эксплуатацию мастерские по ремонту и заряжению артиллерийского оружия, а также средств связи, аккумуляторных батарей, в том числе по ремонту техники, склад для запчастей и чайхана.

    Председатель Верховного Меджлиса отметил, что в воинской части созданы образцовые служебные условия, дал поручения по постоянному повышению профессионализма и боеготовности личного состава, соблюдению правил безопасности и контролю за условиями содержания техники.