Month: October 2018

  • Ovlanması qadağan edilən balıq növlərinin ADLARI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını açıqlayıb.

    Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.

    Qeyd edək ki, bir qədər əvvəl ETSN icazə verilən balıq ovuna görə dövlət rüsumlarını açıqlayıb. Bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilməlidir.

    Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində balıq ovlanmasına icazə verilib.

  • В Баку по факту столкновения автобуса с поездом арестованы 2 человека – ОФИЦИАЛЬНО

    По факту тяжелого ДТП в Бина, в результате которого столкнулись автобус с поездом, арестованы 2 человека.

    Об этом сообщили в Бакинской городской прокуратуре.

    В сообщении отмечается, что 1 октября в 14:30 в поселке Бина Хазарского района Баку на охраняемом переезде следующий по маршруту №160 пассажирский автобус “Daewoo” ООО “Айшен Лтд.” с государственным номером 10-TG-106, управляемый Ширалиевым Алиханом Алибала оглу, врезался в грузовой поезд. В результате погибли Дадашзаде Юсиф Таир оглу 2006 г.р. и Алиев Шакир Панах оглу 1962 г.р., 40 пассажиров получили травмы различной степени тяжести.

    По факту в Следственном отделе Управления полиции на железнодорожном транспорте возбуждено уголовное дело по статье 263.3. (нарушение правил дорожного движения и эксплуатации транспортных средств по неосторожности, повлекшее за собой смерти двух и более человек) УК.

    Был проведен осмотр места происшествия, назначены соответствующие экспертизы, в том числе судмедэкспертиза, судебно-наркологическая, а также судебная экспертиза дорожно-транспортных происшествий, взяты показания свидетелей и проведены необходимые следственные мероприятия.

    Решением суда водитель автобуса А.Ширалиев арестован. Ему предъявлено обвинение по вышеуказанной статье Уголовного кодекса. К следствию в качестве подозреваемого также привлечен диспетчер ООО “Айшен Лтд.” Фараджев Мубариз Керим оглу, выпустивший в рейс в день совершения ДТП водителя автобуса без прохождения соответствующего медобследования. Ему предъявлено обвинение по статье 265-1.3 УК Азербайджана. Решением суда он был арестован.

    Следственные мероприятия по уголовному делу продолжаются./Report

  • Azərbaycanda yeni sürüşmə sahələri yaranıb – SİYAHI

    Azərbaycan rayonlarında olan sürüşmə sahələrinin son vəziyyəti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Report”a açıqlamasında deyib ki, 2018-ci ilin sentyabr ayında ölkə ərazisində ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb.

    O bildirib ki, Astara rayonunun Kijəbə, Burcubənd sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Ə.Qaralov vurğulayıb ki, rayonun Motlayataq sürüşmə sahəsində isə həm sürüşmə dinamikasında aktivlik müşahidə edilib, həm də sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

    Mütəxəssisin sözlərinə görə, ötən ay ölkə yollarında olan sürüşmə hadisələrində də aktivlik baş verib, hətta bəzi yollarda yeni sürüşmə sahələri, çatlar yaranıb:
    “Lənkəran-Lerik yolunun 27-29-cu km-liyindəki uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub, yol boyu bir neçə yerdə uçqun – töküntü prosesləri izlənilib. Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri baş verib və yol kənarında yeni çatlar yaranıb. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində də ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub.
    Lənkəran-Lerik yolunun 17-19 km-liyi sürüşmə sahəsində monitorinqlər zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun hər iki hissəsində çökmə – oturma prosesi qeydə alınıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-i sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib, yolun hər iki çiynində çökmə oturma prosesləri və yeni sürüşmə sahələri yaranıb. Masallı-Yardımlı yolunun 13-15,7-16-24-25-25,4-26- 26,4 km-də aparılan müşahidələr nəticəsində yol boyu bir neçə yerdə uçqun – töküntü prosesləri izlənilib.
    Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yol boyu çökmə-oturma prosesləri baş verib. Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsi – ərazində mövcud sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolun 11-15-ci sürüşmə sahəsində isə həm aktivlik olub, həm də yolun sağ və sol çiyinlərində çökmə prosesi gedib.
    “Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də” sürüşmə sahəsi – aparılmış müşahidələrə əsasən prosesin dinamikasında nisbi aktivlik olub, yol boyu uçqun töküntü prosesləri və yamac hissədə yeni lokal sürüşmə sahələri yaranıb. “Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də” sürüşmə sahəsi – müşahidələr zamanı ərazidə nisbi aktivlik qeydə alınıb, yolun hər iki hissəsində çökmə oturma və uçqun prosesləri müşahidə edilib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinə gəlincə, ay ərzində aparılan müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin ölçüləri artıb.
    Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə prosesi aktivləşib və yeni sürüşmə sahələri yaranıb. Ötən ay ərzində Çuxuryurd-Qızmeydan avtomobil yolundakı sürüşmə sahəsinin dinamikası aktivləşib, yol boyu uçqun prosesləri olub. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-ləri arasında yerləşən sürüşmə sahəsində aktivlik qeydə alınıb. Belə ki, Ağsuçayda baş verən sel nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsində uçqun hadisəsi baş verib. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-indəki sürüşmə prosesin dinamikasında nisbi aktivlik müşahidə edilib, yolun hərəkət hissəsində kiçik çatlar yaranıb və yol boyu çökmə-oturma prosesləri qeydə alınıb”.
    Ə.Qaralov bildirib ki, Lənkəran rayonunun Gəgiran kəndindəki və Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub və mövcud sürüşmə sahələrinin parametrləri artıb: “Daşkəsən rayonunun Alunitdağ sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Amma sürüşmə sahəsi üzərində olan çatların parametrləri genişlənib. Siyəzən rayonunun Sədan kəndində, Şamaxı şəhərinin 48-A məhəlləsi, Cabanı, Dədəgünəş, Saqiyan, Qaravəlli, Muğanlı, Mədrəsə, Meysəri kəndlərinin ərazisində, İsmayıllı rayonunun Diyallı, Vaşa, Zərnəva, Xankəndi, Müdrisə kəndlərindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub”.

    O deyib ki, sentyabr ayında Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300m olan sürüşmə sahəsi əmələ gəlib: “İsmayıllının Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub, amma sürüşmənin təsir dairəsi genişlənib. Bağəli kənd ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınıb və eni 180-190 m, uzunluğu 750-800 m və qırılma qaşının hündürlüyü 7-8 m olan yeni sürüşmə sahəsi əmələ gəlib”. 

  • В Баку ограблена ювелирная мастерская

    В Баку произошло ограбление ювелирной мастерской.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МВД в одной из ювелирных мастерских в Баку похищены золотые украшения общей стоимостью 20 000 манатов.

    В результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками 19-го отделения полиции Насиминского РУП, по подозрению в совершении 6 сентября похищения из ювелирной мастерской золотых украшений общей стоимостью 20 000 манатов задержан житель Баку Хатаи Набиев.

    На данный момент по факту ведется расследование.

  • В Баку появится «вафельная» разметка

    С целью предотвращения пробок и улучшения транспортных условий на улицах Баку будет применено еще одно новшество.

    Как сообщили в пресс-службе Бакинского Транспортного Агентства, на перекрестках столицы появится т.н. «вафельная» разметка.

    «Вафельная разметка», или «вафельница» — это разметка желтого цвета, выполненная в виде сетки с диагональными линиями и обозначенными границами.

    В качестве пилотного проекта первая разметка будет установлена на пересечении улиц С.Вургуна и А.Бакиханова. На следующих этапах «вафельница» появится на
    74 перекрестках, охватывающих самые проблемные части в центре города.

    Для информации: Функция «вафельницы» — обозначение участка, на который запрещается выезжать, если впереди образовался затор, который вынудит водителя остановиться, создав препятствие для движения в поперечном направлении.

  • Prezident sərəncam imzaladı

    Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

                                          Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

                                          Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası energetika nazirinin müavini
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
    Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rumıniya tərəfinə bildiriş göndərmək tapşırılıb. 

  • Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi – VİDEO

    Bakı metrosunda qorxulu anlar yaşanıb.

    Median.Az Goldnews.az-a istinadən xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

    “Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb.

    Xoşbəxtlikdən toqquşma baş verməyib.

  • Названы гонорары Макгрегора и Нурмагомедова за бой

    Атлетическая комиссия штата Невада назвала сумму гарантированных выплат бойцам Абсолютного бойцовского чемпионата (UFC) Конору Макгрегору и Хабибу Нурмагомедову.

    Об этом в своем Twitter-аккаунте написал журналист MMA Fighting Шахин Аль-Шатти.

    Макгрегор получит рекордные для UFC три миллиона долларов. Россиянин заработает на один миллион меньше. Гонорары не учитывают процент от продаж платных трансляций, который обговаривают с каждым бойцом индивидуально.

    В августе агент российского бойца Али Абдель-Азиз заявил, что Нурмагомедов получит за титульный бой против Макгрегора более 10 миллионов долларов.

    Поединок между Макгрегором и Нурмагомедовым пройдет 7 октября на турнире UFC 229 в Лас-Вегасе. Бойцы сразятся за титул чемпиона в легком весе.

    Непобежденный россиянин провел 26 боев в профессиональной карьере. Макгрегор потерпел три поражения и выиграл 21 бой.

  • В Сумгайыте грабитель отобрал у жителя города 50 манатов

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителя города Фарахима Аббасова, который 4-го октября совершил нападение на жителя города О.Гасаналыева и угрожая, отобрал у потерпевшего 50 манатов.

    Выяснилось, что Ф.Аббасов ранее судимый.

    В Следственном отделе ГУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Sumqayıt sakininin 50 manat pulunu ələ keçirən soyğunçu saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də şəhər sakini Ö.Həsənalıyevin 50 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib, hadisə yerindən qaçan şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Abbasov saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.