Month: October 2018

  • Удвоились выплаты по страхованию выезжающих за рубеж

    В январе-сентябре этого года сборы в сегменте страхования выезжающих за рубеж составили 3 млн 61,1 тыс. манатов.

    Как сообщает Median.Az со ссылкой на Палату надзора за финансовыми рынками, это на 330,2 тыс. манатов или на 12,09% больше, чем в январе-августе. В годовом сравнении страховые взносы в этом сегменте увеличились на 553,4 тыс. манатов или 22,07%.

    Выплаты по страхованию выезжающих за рубеж на 1 октября составили 603,3 тыс. манатов, что на 13,15% больше, чем на 1 сентября и в 2,1 раза превышает показатель годом ранее.

  • DİN rəsmisi: İnsan alveri ilə bağlı 900 qurban aşkarlanıb

    Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandığı 2004-cü ildən indiyə qədər görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib.

    Bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

    H.Heydərov bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir.

    O qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.//oxu.az

  • İlham Əliyev bir sıra görüşlər keçirib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


    Prezident İlham Əliyev oktyabrın 30-da həmçinin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevlə görüşüb.

  • Tütünlə bağlı qanun layihələri gündəlikdən çıxarıldı

    Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

    İclasın gündəliyinə 57 məsələ daxil edilsə də, beş məsələ gündəlikdən çıxarılıb.

    Qeyd edək ki, həmin qanun layihələri “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tuturdu. Ancaq millət vəkilləri tərəfindən bəzi təkliflərlə bağlı dəqiqləşdirilmələr aparılması üçün qanun layihələri gündəlikdən çıxarılıb.

  • Azərbaycan ordusunun döyüş atışları – FOTO/VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı təlimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.









  • Gədəbəydə kombinat direktoru cərimələnib – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.

    Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

    Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə Kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

    Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.




  • Центробанк принял решение по учетной ставке

    Центробанк Азербайджана снизил учетную ставку на 0,25 процента.

    Об этом заявил председатель Центробанка Эльман Рустамов.

    По его словам, верхняя ставка процентного коридора определена на уровне 11,75 процента, нижняя – 7,75 процента.

    Главный банкир отметил, что за прошедшие девять месяцев инфляция в стране составила 2,6 процента, что ниже целевого показателя Центробанка Азербайджана на 6-8 процентов.

    По этой причине было принято решение понизить учетную ставку.

  • Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

    Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz aşağı salıb.

    Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib.

    Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 11,75, aşağı həddi isə 7,75 faiz müəyyən edilib.

    Eyni zamanda ötən 9 ayda orta illik inflyasiya 2,6 faiz təşkil edib.

    Bu isə Azərbaycan Mərkəzi Bankının qiymət artımı üzrə hədəfindən 6-8 faiz aşağıdır.

    Bu səbəbdən uçot dərəcəsinin salınmasına qərar verilib.

  • В Азербайджане мать убила своего ребенка – ВИДЕО

    В поселке Гаджи Зейналабдина Тагиева в городе Сумгайыт молодая мать убила своего ребенка.

    Как передает Median.Az со ссылкой на телеканал Xəzər, 22-летняя Сабина Исмайлова забеременела вне брака.

    После того как ее бросил сожитель, Сабина по наущению матери – 56-летней Нигяр Саламовой – решила убить ребенка.

    О случившемся узнал сторож кладбища, который сообщил во второе отделение полиции Управления полиции города Сумгайыт.

    Как только факт подтвердился, тело младенца эксгумировали и отправили в городской морг.

    Сабина Исмайлова задержана, по факту в городской прокуратуре ведется расследование.

    Представляем сюжет на азербайджанском языке:

  • Azərbaycanda gənc ana körpəsini öldürdü – VİDEO

    Sumqayıt şəhəri H.Zeynalabdin Tağıyev qəsəbəsində gənc ana öz körpəsini öldürüb.

    Median.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 22 yaşlı Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb.

    Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Oğlandan ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə, anası – 56 yaşlı Nigar Salmanovanın təkidi ilə övladını öldürmək qərarına gəlib.

    Sonradan onların bu çirkin əməlini qəbiristanlıqda nəzarətçi işləyən şəxs bilib. O, dərhal hadisə ilə bağlı ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə məlumat verib.

    Fakt təsdiqini tapan kimi, körpə basdırıldığı yerdən çıxarılaraq ekspertiza üçün Sumqayıt şəhər morquna göndərilib.

    Hazırda Səbinə İsmayılova saxlanılıb.

    Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.