Month: October 2018

  • Azərbaycan antiterror siyahısını genişləndirdi

    Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edib.

    Bununla bağlı məlumat palatanın rəsmi saytında yerləşdirilib.

    Məlumata görə, palatanın Maliyyə Monitorinq Xidməti “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nı BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.

    “Qara siyahı”ya “Jama’a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın “Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir.

    Qeyd edilir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

    Siyahını hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23 fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.

    Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən orqandır.

    Maliyyə Bazarlarına Nəzarət Palatası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində öz səlahiyyətlərini Maliyyə Monitorinqi Xidməti vasitəsilə həyata keçirir.

  • Неудавшийся насильник пытался покончить с собой

    В Балакенском районе задержанный полицией мужчина пытался покончить с собой.

    Как сообщил oxu.az руководитель пресс-службы Министерства внутренних дел полковник Эхсан Захидов, в полицейский участок поступила жалоба от жительницы Балакенского района, передаёт Median.Az.

    По словам жалобщицы, ее сосед Джавид Гафаров в нетрезвом состоянии проник ночью в дом женщины и пытался совершить в отношении нее насильственные действия.

    Женщина отметила, что, увидев проснувшихся на шум жильцов дома, Джавид Гафаров скрылся с места преступления.

    «Сотрудник полиции прибыл в дом Джавида Гафарова, однако его там не оказалось. Телефон был выключен, поэтому его не удалось найти. Спустя день было установлено место, где он скрывался, и сотрудник полиции на основе жалобы пострадавшей отвез его на допрос в участок.

    В дороге Джавид Гафаров, открыв дверь и резко выбросившись из салона автомобиля, пытался совершить самоубийство. В результате он получил телесные повреждения различной степени. Благодаря помощи водителей других автомобилей он был доставлен в Центральную больницу Балакенского района», – отметил Э.Захидов.

    По факту ведется расследование.

  • Qonşusunu zorlamaq istədi, tutularkən intihara cəhd etdi

    Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov oxu.az-a açıqlamasında bildirib ki, Balakən rayon sakini olan bir qadın Polis Şöbəsinə müraciət edərək, gecə saatlarında qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib:

    Qadın bildirib ki, hay-küy saldıqdan sonra evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb.

    “Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o, evdə olmadığı və mobil telefonunu söndürdüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq, xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib.

    Bu məqsədlə onu polis avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”, – deyə E.Zahidov qeyd edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Где посмотреть бой Макгрегор vs Нурмагомедов?

    Внимание мировой спортивной общественности в воскресенье будет приковано к Лас-Вегасу.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, здесь пройдет бой между чемпионом Абсолютного бойцовского чемпионата (UFC) в легком весе россиянином Хабибом Нурмагомедовым и экс-чемпионом UFC в двух весовых категориях ирландцем Конором Макгрегором.

    В Азербайджане можно будет посмотреть бой по телеканалу CBC Sport. Трансляция начнется в 05:58 по бакинскому времени.

    Также встречу покажут российский канал «Матч! Боец» и турецкий S Sport+.

  • Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?

    Bütün dünyanın diqqət mərkəzi sabah ABŞ-ın Las Veqas şəhərində olacaq.

    Yüngül çəkidə rusiyalı məğlubedilməz UFC çempionu Həbib Nurməhəmmədovla Konor Makqreqor ən güclünün kim olduğunu müəyyənləşdirməyə çalışacaq.

    Bəs görəsən, bu görüşü ölkəmizdə necə izləmək olacaq? Görüşü Azərbaycan telekanallarından “CBC Sport” yayımlayacaq. UFC görüşlərinin yayım hüqüquna malik olan kanal sabah 05:58-dən etibarən yayıma başlayacaq.

    Bundan başqa, qonşu ölkələrdən Rusiyanın “Matç! Boyets” və Türkiyənin “S Sport+” telekanalları da bu döyüşü göstərəcək.

    Bu görüşün ilkin olaraq Bakı vaxtı ilə 08:30-da başlayacağı gözlənilir. Lakin digər dörd görüş daha erkən başa çatarsa, bu döyüş daha erkən başlaya bilər.

    Qeyd edək ki, bu görüşdən əvvəl qadınlarda Mişel Vatersonla Felis Heriq, ağır çəkidə Derik Luislə rusiyalı Aleksandr Volkov, yarımağır çəkidə Haiti mənşəli Ovins Sent Prö ilə Dominik Reyes və yüngül çəkidə Toni Ferqyusonla Antoni Petis qarşılaşacaq.//oxu.az

  • В Гейгеле перевернулся грузовик с рабочими: есть жертвы – ОБНОВЛЕНО

    Стали известны имена погибших и раненых в результате тяжелого ДТП в Гейгеле.

    Как передает Median.Az со ссылкой на Report, в результате ДТП погибли житель Гейгеля Эльман Салех оглу Иманов 1966 г.р. и житель гейгельского села Тогана Ниязи Мирджафар оглу Вердиев 1967 г.р.

    Их тела извлечены из-под перевернувшегося грузовика и доставлены в морг.

    Ранения в результате ДТП получили жители Гейгеля Хабиль Тельман оглу Иманов 1980 г.р. и Вагиф Ренгер оглу Наджафов 1978 г.р. Водитель грузовика не получил телесных повреждений.

    По факту возбуждено уголовное дело по соответствующей статье УК, ведется расследование.

    * * * * *

    В тяжелом ДТП в Азербайджане погибли двое, ранены столько же человек.

    Как передает Median.Az со ссылкой на Report, ДТП произошло в городе Гейгель.

    По предварительной информации, два человека остались под перевернувшимся грузовиком, принадлежащим управлению. Двое других лиц получили ранения, они были доставлены в больницу.

    Для извлечения из-под грузовика трупов погибших на место происшествия были привлечены спасатели Министерства по чрезвычайным ситуациям.

    По факту ведется расследование.

  • Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı – YENİLƏNİB

    Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimlikləri məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.

    Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.

    Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşınının sürücüsü isə xəsarət almayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

    * * * * *

    Göygöldə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

    İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində iki nəfər avtomobilin altında qalaraq ölüb. Daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Королеву выселяют из Букингемского дворца

    К 2025 году британской королеве Елизавете II предстоит выехать из Букингемского дворца в связи с запланированным в резиденции ремонтом, стоимость которого составит приблизительно 460 миллионов долларов.

    Об этом передает Median.Az со ссылкой на российские СМИ.

    Во дворце будет полностью заменена проводка и система отопления. К работам приступили уже в апреле текущего года, а их завершение планируется на 2027 год.

    По словам представителям королевы, ремонт планируется провести так, чтобы не сильно потревожить королеву Великобритании Елизавету II и ее супруга Филиппа.

    «Королева – чрезвычайно прагматичная женщина, и она хочет как можно дольше оставаться во дворце», – передает слова представителей королевы BBC.

    В настоящий момент часть старой электропроводки уже заменена, идут работы по реновации Восточного крыла.

  • Выявлено разрушительное действие популярного антибиотика

    Популярный антибиотик ципрофлоксацин из группы фторхинолонов повреждает геном важнейших клеточных структур митохондрий. К такому выводу пришли ученые из Университета Восточной Финляндии,

    Об этом передает Median.Az со ссылкой на российские СМИ.

    Митохондрии отвечают за обеспечение клеток энергией. По словам финских специалистов, прием ципрофлоксацина ведет к нарушению производства митохондриальной энергии и блокировке роста клеток. Это может привести к воспалению тканей сухожилий, вплоть до их разрыва.

    Кроме того, в результате воздействия антибиотика возможно проявление серьезного невротического нарушения – сенсомоторной полинейропатии. В результате данного заболевания поражаются периферические нервы, проявляется целый ряд нездоровых симптомов.

    Препараты группы фторхинолонов – одни из наиболее часто используемых антибактериальных препаратов широкого спектра действия. Их могут назначать при респираторных заболеваниях, мочевых и ушных инфекциях. При этом более безопасных аналогов не существует.

    По мнению финских ученых, их исследования дают сигнал о том, что антибиотики не следует использовать без самой крайней на то необходимости.

  • “Etalon İnşaat” MTK-nin dələduz rəhbərlərinə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Azad Həsənov (1976-cı il təv.) və Elnur Vəliyevin (1980-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Baş Prokurorluğun yaydığı xəbərə istinadən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla «Etalon İnşaat» MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

    Müəyyən edilib ki, «Əzizbəyov-KM» MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil «Etalon İnşaat» MTK-nın vəzifəli şəxsləri tərəfindən
    öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb. Nəticədə vətəndaşlar — Məzahir Abdullayevə 39.710 manat, Baladayı Məmmədova 49.059 manat, Xankişi Xankişiyevə 50.751 manat, Camal Omarova 36. 696 manat məbləğində və digər şəxslərə külli miqdarda ziyan vurulub.

    Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina “Etalon inşaat” MTK tərəfindən tikilib. Bina tam başa çatmamış “Əzizbəyov-KM” MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq “Əzizbəyov-KM” MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb.

    Cinayət işi üzrə 50-dən çox tanınan zərərçəkmiş şəxslərə 600.000 manatdan artıq ziyan vurulub.

    Təqsirləndirilən şəxslər “Əzizbəyov-KM” MMC və “Etalon İnşaat” MTK-da rəhbər şəxsləri olub.

    Məhkəmənin hökmü ilə E.Vəliyev 10, A.Həsənov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.