Month: October 2018

  • Qonşusuna və polis əməkdaşına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Anar Mehtiyevin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Anar Mehtiyev aralarında baş vermiş mübahisə zəminində 33 yaşlı Fərhad Ağayevi döyərək, ona ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

    Ayın 22-də rayon məhkəməsinin qərarı ilə A.Mehtiyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bununla yanaşı, Anar Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Post-Patrul Xidməti (PPX) bölüyünün polis nəfəri Elnur Alıyevin üz nahiyəsinə yumruq zərbələri vurub. Polis əməkdaşının həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda mayın 23-də CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla, Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi CM-nin 126.1-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda CM-nin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış oktyabrın 10-na təyin edilib.

  • Начался суд над мужчиной, сжегшим в магазине супругу

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении Масуда Музаффарова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, в апреле этого года Масуд Музаффаров в руках с литровой бутылкой бензина явился в магазин “Manat Shop”, действующий вблизи станции метро “Memar Əcəmi” и облив горючим жену Айтакин Музаффарову, поджег ее. В результате получившая многочисленные ожоги женщина скончалась на месте происшествия.

    Задержанный сотрудниками Насиминского РУП Масуд Музаффаров показал, что совершил преступление на почве ревности.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 12 октября.

  • Qısqanclıq zəmnində arvadını yandıran şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Məsud Müzəffərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə
    hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına görə, bu ilin aprel ayında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazadasında Məsud Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına benzin tökərək, ona od vurub. Nəticədə ağır dərəcəli yanıq xəsarətləri alan qadın dünyasını dəyişib.

    Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan M.Müzəffərov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib.

    İş üzrə baxış oktyabrın 12-nə təyin edilib.

  • В парламенте поспорили из-за фамилий

    Депутат Фарадж Гулиев выступил за принудительную смену окончаний азербайджанских фамилий.

    Об этом депутат сказал на очередном пленарном заседании парламента.

    По словам депутата, во времена бывшего СССР, во время правления Сталина в отношении азербайджанского народа была совершена большая несправедливость:

    «Сейчас не сталинское время, не 37-ой год».

    Депутат заявил, что смена фамилий должна проводиться принудительно.

    Его коллега Агиль Аббас выступил против такого предложения, сказав, что в этом вопросе нужно придерживаться принципа добровольности.

    «Никого нельзя принуждать что-то делать.

    Например в моем роду, в нашем селе более пяти тысяч человек носят фамилию Аббасов. Нельзя же их всех заставлять менять фамилию…

    Это было бы неправильно. Правда я изменил окончание своей фамилии, но сделал это потому, что я писатель, но нельзя насильно требовать этого от всех.

    Узеирбека Гаджибекова мы всю жизнь знали как Гаджибекова, а теперь его фамилию пишут как Гаджибейли. Это неправильно».

    Спикер парламента Огтай Асадов полушутя заявил, обращаясь к председателю Комитета по правовой политике и государственному строительству Али Гусейнли:

    «Али муаллим, я думал, что вы спросите у Фарадж муаллима, почему он не сменил фамилию».

    Али Гусейнли в свою очередь заметил, что молодое поколение меняет окончание своих фамилий:

    «Никаких проблем в этом нет.

    Если старшее поколение хочет изменить свои фамилии, то это их выбор».

  • Bakıdakı dəhşətli qəzanın baş verdiyi yerdən reportaj – VİDEO

    Real TV Binə qəsəbəsində “Daevoo” markalı 160 saylı xətt avtobusunun hərəkətdə olan elektrovozla toqquşması nəticəsində 2 nəfərin ölümünə, 41 nəfərin yaralanmasına səbəb olan dəhşətli qəzanın baş verdiyi yerdən reportaj hazırlayıb.

    Median.Az sözügedən süjeti təqdim edir:

  • МВД Азербайджана задержала находящегося в розыске мужчину

    Как сообщает Median.Az, сотрудники Главного управления уголовного розыска (ГУУР) МВД в результате оперативно-розыскных мер задержали гражданина Азербайджана Мухтара Наджафова (1985-го года рождения), объявленного в международный розыск по статье 111 (умышленное причинение тяжкого вреда здоровью, повлекшие по неосторожности смерть потерпевшего) УК Российской Федерации.

    Ведется расследование.

  • DİN əməkdaşları Rusiyada ağır cinayət törədən şəxsi tutublar

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF CM-nin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Muxtar Nəcəfov (1985-ci il təv.) saxlanılıb.

    Araşdırma aparılır.

  • Bakıda mağazada oğurluq: Oğru kameralara düşdü – VİDEO

    Bakıda mağazada baş verən oğurluq müşahidə kamerasına düşüb.

    Şəhərdə yerləşən mağazaların birində oğurluq hadisəsi baş verib. Belə ki, mağazaya daxil olan oğlan nəisə axtarırmış kimi görünsə də, əslində diqqəti özündən yayındırmaq istəyib.

    Buna da nail olub. Mağazaya daxil olan digər müştəriyə kömək edən mağaza işçisini görən digər müştəri telefonla danışa-danışa mağazadan oğurluq etməyə başlayıb.

    Götürdüklərini cibinə qoyan oğru heç nə olmamış kimi hərəkət etməyə davam edib.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber

  • Sumqayıtda 34 yaşlı qadın faciəli şəkildə öldü

    Sumqayıtda intihar hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

    Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.

    İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının daha bir özəl klinikasında ölüm – Öd daşı əməliyyatından sonra…

    Bakıda klinikada ölüm hadisəsi baş verib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, hadisə “Elmed” Klinikasında baş verib.

    1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Klinikasına daxil olub və əməliyyata götürülüb.

    H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

    Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.