Month: October 2018

  • «Родившийся в рубашке»? – Новые детали в деле рухнувшего лифта (Видео)

    Новость о том, что в одной из новостроек в Баку рухнул лифт, в результате чего погибла женщина, вызвала широкие дискуссии в социальных сетях.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, детали инцидента стали известны общественности спустя несколько часов. Так, по пока не известным причинам испортился лифт в здании по улице Асифа Магераммова, 44 в Насиминском районе столицы. Комендант здания Султанмеджид Азизов остановил лифт на 6-м этаже и объявил жильцам, что будут вестись ремонтные работы.

    После были открыты двери лифта на первом этаже, и было поручено уборщице почистить шахту лифта.

    Опять-таки по пока не известным причинам лифт обрывается с 6-го этажа и стремительно падает на уборщицу – 37-летнюю Махиру Юсифову. Женщина погибает на месте. После сотрудники МЧС с трудом вытаскивают разорванное на части тело Юсифовой из шахты.

    Самые интересные подробности инцидента становятся известны после просмотров кадров с камер наблюдения, установленных прямо перед лифтом.

    По словам мужа Юсифовой, которому были показаны все кадры видеозаписи, его супруга и комендант Султан заходят в шахту лифта в 17:44.

    «Потом Султан выходит оттуда. Моя жена остается там. А в 17:56 падает лифт», – отмечает муж погибшей женщины.

    Что там произошло на самом деле? Можно ли сказать, что коменданту просто повезло или он что-то знал заранее, станет известно позже. В настоящее время следствием занимаются сотрудники полиции и прокуратуры.

  • “Bəxt amili”, yoxsa?.. – Lift qəzasının yeni detalları (VIDEO)

    Bakıdakı yeni tikililərdən birində liftin qırılması və bu zaman şaxtada işləyən xadimənin başına düşməsi ilə bağlı xəbər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

    Hadisənin detalları bir neçə saat sonra üzə çıxıb.

    Belə ki, Bakının Nəsimi rayonu, Asif Məhərrəm küçəsi 44 ünvanındakı binalardan birində naməlum səbəblərdən liftdə nasazlıq yaranıb. Binanın komendantı Sultanməcid Əzizov lifti binanın 6-cı mərtəbəsində saxlayıb və sakinlərə təmir işlərinin getdiyini bildirib.

    Binada xadimə işləyən Mahirə Yusifovaya isə şaxtanı təmizləmək tapşırılıb. Naməlum səbəblərdən 6-cı mərtəbədə olan lift qırılıb və yüksək sürətlə 37 yaşlı xadimənin üzərinə düşüb. O, hadisə yerində keçinib. Daha sonra hadisə yerinə gələn FHN əməkdaşları çətinliklə Yusifovanın cəsədini şaxtadan çıxarıblar.

    Maraqlı detallar isə liftin qarşısında quraşdırılan müşahidə kameralarına əks olunan kadrlara baxan zaman üzə çıxıb.

    Kadrları izləyən Yusifovanın həyat yoldaşının sözlərinə görə, arvadı və komendant 17:44-də şaxtaya girib.

    “Sonra Soltan oradan çıxır. Həyat yoldaşım isə orada qalır. 17:56-da isə lift qırılır”, – o deyib.

    Orada, əslində, nə baş verib? Komendantın bu hadisə zamanı bəxtinin gətirdiyi və ya əvvəlcədən hadisənin baş verəcəyindən xəbərdar olduğu araşdırmalardan sonra bəlli olacaq.

    Qeyd edək ki, hazırda polis və prokurorluq əməkdaşları hadisənin istintaqı ilə məşğuldur.

  • В Баку продали ребенка за 350 манатов

    В Азербайджане 10-дневный младенец был продан за 350 манатов.

    Как передает Median.Az со ссылкой на Report, два месяца назад житель Хачмазского района М.З обратился в полицию с заявлением о том, что находившаяся в гражданском браке с его 21-летним сыном Г. жительница Баку – 22-летняя Л.Х. в октябре 2017 года вышла из дома и не вернулась.

    Сотрудники полиции нашли Л.Х. на территории Абшеронского района. Выяснилось, что Л.Х. поругалась с гражданским мужем Г. и ушла из дома к своей сестре. В августе этого года в одной из столичных больниц она родила девочку. Через 10 дней сестра Л.Х. продала ее младенца 35-летней жительнице Гянджи за 350 манатов.

    Следствие по данному факту продолжается.

  • Bakı sakini bacısının körpəsini 350 manata satıb

    Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, iki ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

    Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib.

    Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb.

    Fakt üzrə araşdırma davam etdirilir.

  • Azərbaycanda “namus keşikçiləri” həbs edildi – Ərləri Rusiyada olan qadınları “qoruyurmuşlar”

    Şəmkir rayonunda “namus keşikçi”ləri kimi tanınan dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

    Median.Az “ölkə.az”-a istinadən bildirir ki, Bakı şəhərində anadan olan 1991-ci il təvəllüdlü Elvar Əmiraslanov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstəsinin üzvləri Şəmkir rayonunda iyrənc cinayətlərə imza atıblar. 

    Elvar Əmiraslanov Bakı şəhərində yaşasa da, Şəmkir rayonunun Şiştəpə kəndində qeydiyyatda olub. O, hər dəfə həmin kəndə qonaq gəlib. Amma sonuncu səfərinin məqsədi başqa olub.

    “Namus keşikçiləri”nin əməlləri

    Elvar Əmiraslanov Şiştəpə kəndinin sakinləri Yasif Həsənov, Vüqar Süleymanov, Elsevər Həsənov, Natiq Əmiraslanov, Taryel Qasımov, Vüsal İsayev və Rauf Xəlilovdan ibarət mütəşəkkil dəstə yaradıb.

    Məqsədləri isə rayondan Rusiyaya çörəkpulu qazanmağa gedən kişilərin həyat yoldaşlarının əxlaqsız hərəkətlər etməkdən çəkindirmək, başqa-başqa kişilərlə görüşmələrinə mane olmaq olub.

    Onlar yaşadıqları Şəmkir rayonunun Şiştəpə kəndindən qazanc əldə etmək üçün Rusiya Federasiyasına getmiş şəxslərin özgə kişilərlə gizli görüşərək intim münasibət quran bəzi arvadları müəyyən ediblər. Həmin qadınların əxlaqsız hərəkətlərinin qarşısını almaq üçün dəstə üzvlərinə cüzi səbəb kifayət edib.

    Ər Rusiyada pul qazanır, qadın isə başqa kişilərlə kef sürür

    Elvar Əmiraslanov və onun yaratdığı dəstə üzvləri 2012-ci ilin sentyabr ayının 14-ə keçən gecə, saat 03 radələrində yaşadıqları Şiştəpə kəndində Rauf Xəlilovun idarə etdiyi “BMV-X5” markalı və Taryel Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlarla Şəmkir şəhər sakini Emin İsgəndərovun idarə etdiyi “VAZ-21015” markalı avtomaşını təqib ediblər. Onlar Emin İsgəndərovun sürdüyü maşını saxladıblar, ona zor tətbiq edərək telefonunu əlindən alıblar.

    Əxlaqsızlıq edən qadın evində üzləşdirildi

    Onlar Emin İsgəndərovun həmkəndliləri Samirə Vəliyeva (ad və soyad şərti verilib) ilə görüşə gəldiyini öyrəniblər və sonra avtomaşını Samirənin yaşadığı evin yanına sürməyi tələb ediblər.

    Dəstə üzvləri Eminlə birlikdə saat 4 radələrində həmin evin qarşısına gəliblər. Ev sahibəsinə xəbər etmədən qrupun üzvü Yasif Həsənov hasarı aşaraq həyətə daxil olub.

    Yasif Həsənov daha sonra Samirənin evinə daxil olub.

    Bu zaman Yasif Həsənov onlarla evə girməkdən imtina edən Emin İsgəndərovu yumuruqla vurub, nəticədə sonuncunun burnu qanayıb.

    Yasif Həsənov və dəstənin digər üzvləri Samirə Vəliyeva ilə Emin İsgəndərovun arasında olan münasibətlə bağlı üzləşdiriblər. Bu zaman Samirənin azyaşlı qızı Nurayə yuxudan oyanıb.

     
    Qızının yuxudan oyandığını görən Samirə Vəiyeva hirslənib. Samirə Vəliyeva Elvar və digər şəxslərin evini tərk etməsini tələb edib.

    Dəstənin üzvləri evi tərk etsə də, Elvar Əmiraslanov evdə qalıb, bayıra çıxmayıb. Az sonra qrup üzvləri təkrar heç bir qanuni əsas olmadan evə giriblər. Onlar yenidən Samirə Vəiyevanı sorğu-sual ediblər, daha sonra hadisə yerini tərk ediblər.

    Eyni ssenari rayonun başqa kəndlərində də davam edib

    Dəstə üzvləri eyni hərəkətlərini davam etdiriblər. Onlar ərləri Rusiyada olan qadınlara hücum edib, döyüb və xəsarət yetiriblər. Dəstə üzvləri adətən gecələr küçədə peyda olublar. Onlar rayonunun Şiştəpə, Morul, Sərxanlı kəndlərində evlərə hücum ediblər. Hücum nəticəsində xəsarət alanlar da olub. Onlar yalnız qadınlara xəsarət törətməklə kifayətləniblər. Adları çəkilən kəndlərin sakinləri uzun müddət qorxu, xof içərisində yaşayıblar.

    8 nəfərlik dəstəyə hökm oxunub

    Dəstənin üzvləri Yasif Həsənov, Vüqar Süleymanov, Elsevər Həsənov, Natiq Əmiraslanov, Taryel Qasımov, Vüsal İsayev və Rauf Xəlilov 2014-cü ildə həbs olunub. Onlar müxtəlif müddətlərə məhkum olunublar. Elvar Əmiraslanovun barəsində axtarış elan edildiyi üçün cinayət işi ayrıca icraatda araşdırılıb.

    Elvar Əmiraslanov isə 2015-ci ilin avqustun 5-də Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsində saxlnılıb.

    O, 2016-cı ildə Şəmkir rayon Məhkəməsində mühakimə olunub. Məhkəmənin hökmü ilə Elvar Əmiraslanov 8 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    Prokurorluq hökmdən narazı qalıb və Elvar Əmiraslanovun cəzasının ağırlaşdırılması üçün apellyasiya protesti verib. Zərərçəkmiş Samirə Vəliyeva da apellyasiya şikayəti verib.

    Nazilə Babayeva Elvar Əmiraslanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq etmək) maddələri ilə razı olmayıb. Bildirib ki, həmin maddələrlə yanaşı Elvar Əmiraslanova Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 144.2.4-cü (adam oğurluğu, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələrinin əlavə ittiham kimi verilməsini istəyib.

    Tərəflərin şikayəti Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti həm prokurorluğun protestini, həm də zərərçəkmiş şəxsin şikayətini təmin etməyib.

    Bu qərardan narazı qalan Samirə Vəliyeva kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın kassasiya şikayəti təmin edilməyib.

  • Məktəb direktoru uşaqları satıcı kimi işlədir – Video

    Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial kriminal layihə “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar yaşanıb. İlk olaraq verilişə Slavik bəy çıxıb. Onun həftə iddiası hər kəsin qəzəbinə səbəb olmuşdu. Slavik gəlininin qonşu ilə xəyanətinin görüntülərini verilişə gətirmişdir. Bu dəfə isə gəlin AMil Xəlilə açıqlama verərək hər məsələyə aydınlıq gətirib. Daha sonra teleaparıcı Slavik bəyə “siz gedin bir çay için” deyərək studiyadan qovub.

    Daha sonra Kənan adlı Tovuz sakininin açıqlamaları hər kəsi göz yaşına boğub. “Dərsə gecikdiyim üçün hər kəsin içində direktor məni döydü. Yetim olmasaydım o mənə heçnə edə bilməzdi” deyən Kənanın təqdim etdiyi görüntülər də böyük müzakirələrə səbəb olub. Belə ki, onlar iddia edib ki, Tovuz rayonu Qoblar şəhər internat məktəbinin dirketoru Eldar müəllim hər gün onlara təziq edir, qızları dərs zamanı çalışdırır oğlanları isə şəxsi işlərini görməyə məcbur edir. Görüntüləri olduğu kimi təqdim edən teleaparıcı Amil Xəlil sərt şəkildə uşaqlara əl qaldıran müəllimləri tənqid edib. “Bəli kənanın atası dünyasını dəyişib. Nə bacısı, nə qardaşı var. Anası da rəhmətə gedib. Amma bu gündən etibarən Kənanın mənim kimi yüzlərlə qardaşı var. Yüzlərlə bacısı var. O artıq mənəvi olaraq yetim deyil!”

    Verilişdə baş verən inanılmaz anları təqdim edirik…

    Qeyd edək ki, sosial kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Verilişin xüsusi özəlliyi isə bir insanın üzərində şou qurulmur. Şikayyətçi həftələrlə yox sadəcə bir gün çıxış edir və mənəvi o cümlədən pulsuz hüquqi yardım alır

  • Закрывается еще одна станция метро

    С 6 октября входы и выходы станции метро «Бакмил» в определенные часы дня будут закрыты.

    Как сообщили в Бакинском метрополитене, эта временная мера связана с работами по реконструкции.

    Так, пассажиры не смогут воспользоваться услугами станции с 8:20 до 17:00.

    Ограничения будут действовать поэтапно до 8 августа 2018 года. Цель – обеспечить безопасность работников, проводящих ремонтные работы на станции.

    В указанные часы дня (8:20-17:00) пассажиров просят пользоваться альтернативными видами транспорта.//oxu.az

  • “Bakmil” stansiyası müvəqqəti bağlanır

    “Bakmil” stansiyasında yenidənqurma ilə bağlı oktyabrın 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.

    “Bakı Metropoliteni”ndən oxu.az-a verilən məlumata görə, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

    Məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.

    Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

  • Ярмарка меда отложена

    В связи с резким изменением погодных условий, открытие в Баку ярмарки меда отложено из соображений удобства ее посетителей и участников.

    Об этом сообщили в Минсельхозе.

    По словам главы Ассоциации пчеловодов Азербайджана Бадраддина Гасанова, ярмарку планировалось провести в палатке, установленной на стадионе, но в целях безопасности мероприятие пришлось отложить.

    Ярмарка, которую предстоит провести на Республиканском стадионе им. Тофига Бахрамова, откроется после улучшения погодных условий.

  • Bal yarmarkası təxirə salındı

    Bu günə təyin edilən bal yarmarkası təxirə salınıb.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    “Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınır”, – məlumatda qeyd olunur.

    Qeyd edək ki, yarmarka “Tofiq Bəhramov” adına Respublika Stadionunda keçiriləcək.

    Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətovun sözlərinə görə, yarmarka stadionda quraşdırılan çadırda olacaqdı, lakin kəskin külək təhlükəsizlik baxımından risklər yaratdığı üçün tədbir təxirə salınıb.

    Yarmarkanın açılış vaxtı küləyin dayanmasına bağlıdır.