Month: October 2018

  • Evə girəndə gördük ki, oğru oturub araq içir – MƏHKƏMƏ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, oğurluq və soyğunçuluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rahil İsmayılov ittiham aktını elan edib.

    İttihama münasibət bildirən A.Muxtarov özünü qismən təqsirli bilib. O deyib ki, evə basqın edərkən əlində silah olmayıb.

    Sonra zərərçəkmiş şəxs qismində İlkin Əsgərov ifadə verib. O deyib ki, bir gün qonşusu ona mənzilinin pəncərəsinin sınması barədə məlumat verib:

    “Gəldim, gördüm ki, 800 manatdan çox pul və ləvazimatlar oğurlanıb. Oğru pəncərəni sındırıb içəri girmişdi. Bu günə kimi mənə dəyən ziyan ödənilməyib”.

    Digər zərərçəkmiş Aysel Mustafayeva qeyd edib ki, təqsirləndirilən şəxs qohumudur:

    “Qohumumdur, evində müzakirə ediblər ki, bizim evdə pul var. Çünki mənim atam zərgər olub. Hadisə günü evimizə gələndə gördük ki, oğru oturub evdə araq içir. Biz həyətə girəndə qaçdı. Evdən ümumilikdə 1500 manata yaxın pul və əşyalar aparıb”.

    Sonra Tatyana Pisavora ifadə verib.

    İclas oktyabrın 10-dək təxirə salınıb.

    İttihama görə, ötən il dekabrın 26-da Naxçıvan küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb.

    Hadisəni törədən Aydın Muxtarov həbs edilib.//oxu.az

  • Röyadan keçmiş görüntüsünə lağ edənlərə sərt cavab – FOTO

    Əməkdar artist Röya Ayxan sosial şəbəkələrdə uzun illərdir paylaşılan və onun keçmişini əsk etdirən fotosuna münasibət bildirib.

    O, dəyişib başqa formada olmasına və keçmiş görüntüsünə lağ edənlərə sərt şəkildə cavab verib.

    “Gələcəyini görməyən birinə vurğulamaq istərdim ki, bu, keçmiş deyil, keçmiş başqa söz və mənadır. O, başqa mövzudur, o heç…

    Burada Röyanın 14 yaşı var, yeganə fotodur. Bunu da Gəncədən tapdıq və özümüz paylaşdıq. Çünki buradakı gözlərdə utancaq bir qızın hekayəsi var. Hansı ki, siz onu yox, bax, mən Röyanı görmək istədiniz.


    Mən də qarşınızda böyüyüb siz istəyən kimi oldum. Övlad sən istədiyin kimi yox, sən yaşadığın kimi yaşayır. Çatdı? Yox, çətin çata”, – deyə Röya bildirib.
    //oxu.az

  • Anar Bağırov: Regionlarda hüquq xidmətlərinin təmin edilməsində problem var

    Regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur.

    Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında memorandumun imzalanması mərasimində deyib.

    Onun sözlərinə görə, regionlarda hüquq xidmətlərinin təmin edilməsində problem var:

    “Bakıdan fərqli olaraq, regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə işlər görək. İnfrastruktur problemi Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı deyil”.

    Anar Bağırov qeyd edib ki, hazırda 13 mərkəzləri var və 1500-dən çox vəkil fəaliyyət göstərir:

    “Gələcəkdə bu problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur”.

  • Депутат: Они думают, что мы не работаем

    Журналисты в Азербайджане думают, что депутаты ничего не делают, а лишь пару раз в месяц собираются на пленарное заседание.

    Об этом на заседании комитета по правам человека Милли меджлиса (парламент) 3 октября сказал зампред комитета Евда Абрамов.

    По словам парламентария, на самом деле это вовсе не так:

    «Наша работа не ограничивается только посещениями заседаний пару раз в месяц. Отчет о весенней сессии нашего комитета еще раз показывает, сколько работы мы проделали. Мы не работали для виду. Пусть журналисты тоже знают об этом.

    Конечно, я никогда не был удовлетворен своей работой и деятельностью. Считаю, что должен работать больше.

    Иногда люди приходят сюда, и их спрашивают, пришли ли они к Хады Раджабли. Они отвечают: вот этот еврейский депутат, мы пришли к нему, хотим с ним увидеться. Я тоже стараюсь приветливо встретить человека, войти в доверие, помочь с проблемой.

    Хочу сказать, что несмотря на все это, я должен работать больше. Но мы как комитет работаем, и это налицо».

  • Гейдар Алиев 25 лет назад был впервые избран президентом

    Третье октября – один из важных дней в истории Азербайджана. Ровно 25 лет назад – 3 октября 1993 года ныне покойный Гейдар Алиев был избран президентом страны и приступил к исполнению своих обязанностей.

    Об этом на заседании комитета по правам человека Милли меджлиса (парламент) Азербайджана сказала председатель комитета, вице-спикер Бахар Мурадова.

    Б.Мурадова напомнила, что приглашенный к власти после известных июньских событий 1993 года Гейдар Алиев был сначала избран председателем Верховного совета, а с 24 июня исполнял обязанности президента:

    «Третьего октября 1993 года в Азербайджане прошли очередные выборы на альтернативной основе, и на этих выборах большинство голосов азербайджанского народа получил Гейдар Алиев, он был избран президентом Азербайджана и приступил к исполнению своих обязанностей.

    С тех пор в Азербайджане началось большое развитие, этап возрождения. Азербайджан стал одной из самых развитых стран в мире в результате мудрого и долгосрочного курса внутренней и внешней политики Гейдара Алиева. Поэтому я преклоняю перед ним голову».

  • Bu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür

    Bu gün Azərbaycan tarixində çox mühüm günlərdən biridir. 3 oktyabr mərhum dövlət başçımız Heydər Əliyevin 25 il öncə prezident seçildiyi və prezidentlik səlahiyyətlərinə tam başladığı gündür.

    Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədri, vitse-spiker Bahar Muradova dilə gətirib.

    B.Muradova xatırladıb ki, 1993-cü ilin məlum iyun hadisələri zamanı hakimiyyətə dəvət edilən H.Əliyev öncə Ali Sovertin sədri seçilib, iyun ayının 24-dən isə prezidentin səlahiyyətlərini icra edib:

    “2003-cü ilin oktyabrın 15-də isə Azərbaycanda növbəti seçkilər keçirildi və alternativ əsaslarla keçirilən bu seçkilərdə İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan prezidenti seçildi və səlahiyyətlərinin icrasına başladı.

    Həmin vaxtdan Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başlandı. Azərbaycan Heydər Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil oldu. Odur ki, bu gün onun ruhu qarşısında bir daha baş əyirəm”.

  • İnternetin yaradıcısı onu məhv etmək niyyətindədir

    Müasir internetin yaradıcısı Timoti Berners-Li yeni strukturu olan “Inrupt”u təqdim edib. Layihə çərçivəsində yeni tətbiqlər yaradılacaq ki, bu da istifadəçilərə şəxsi məlumatlarını saxlamaq hüququ verəcək.

    Median.Az xəbər verir ki, bununla bağlı “Business Insider” məlumat yayıb.

    “Inrupt” Berners-Linin komandasının bir neçə ildir üzərində işlədiyi “Solid” layihənin kommersiya tərəfini təmin edəcək.

    Yeni yaradılan birlik bütün məlumatları serverlərində saxlamaq qabiliyyətinə malikdir.

    “Hazırladığımız bütün yaxşı strukturlara baxmayaraq, internet güclü qüvvələrin əsas təsir sahəsinə çevrilib. Dünya şəbəkəsi tarixində həlledici vaxt çatıb və onun tərzini dəyişmək lazımdır”, – o bildirib.

  • Natavanla Tolik arasında qalmaqal – FOTO + VİDEO

    Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) ”Instagram”da mübahisə edib.

    Onların arasındakı mübahisəyə səbəb Tolikin “Hər şey daxil” verilişində bioenergetikə Natavan və reper əri Dado ilə bağlı verdiyi sual olub.

    Belə ki, Tolik “Çoxu onların evliliyinin, sadəcə, göstəriş olduğunu desə də, bu, belə deyil. Sizcə, övladları olacaq?” sualını verib. Bioenergetik isə “Evlilikləri saxta deyil, amma çox ciddi sevgi bağları yoxdur. Övlad üçün isə hələ tezdir” cavabını verib.

    Bununla bağlı paylaşım edən Tolikə Natavan “Instagram”da cavab verib. Məşhurların arasında olan dialoqu təqdim edirik:
    Natavan: Sonda bir detektiv də tutaq, bizi araşdırsın.

    Tolik: Yox, mən elə birindən soruşdum ki, deməsinlər ki, elə yox, belə. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun

    Natavan: Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var.

    Tolik: Baxma, mənə söz atarsan. Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır.

    Natavan: Səninlə bunları keçmişik. “Xoş” xatirələrim qalıb. Heç aidiyyəti yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam.

    Qeyd edək ki, hər iki məşhur arasında sonu məhkəmə ilə bitən dava baş vermişdi. Tolik Natavanın erməni olduğunu iddia etmişdi.//oxu.az


  • Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi – VİDEO

    Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

    Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

    İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

    Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

    Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

    Video ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri “Kids studio” uşaq bağçasında olub.

    Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.

    Araşdırma aparılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub. Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.

    Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.//oxu.az

  • Allahı söyən tanışını öldürən şəxsin bəraət hökmü qüvvəsində qaldı

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vüqar Həsənovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 15-də Vüqar Həsənov Xətai RPİ-nin 35-ci polis bölməsinə könüllü gələrək Gəncə prospekti, 73- ünvanında tanışı Elşən Məmmədovu bıçaqla 2 dəfə vuraraq öldürdüyünü bildirib və özü ilə gətirdiyi bıçağı növbətçi hissəyə təqdim edib. Təslim olan şəxs özü də döş qəfəsindən bıçaq yarası aldığına görə təcili tibbi yardım avtomaşını ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə baxış keçirilməsi protokoluna əsasən, Gəncə prospektindəki 73 saylı binanın 10-cu blokundan sağ tərəfdən, üzü aşağı əsas yola doğru asfalt örtük üzərində qanabənzər axıntı ləkələri, daş hasarın qarşısında dəstəyi qara rəngli, ümumi uzunuğu 18 sm olan qatlanın bıçaq aşkar edilib. 7 saylı TTYS-dan bölməyə məlumat verilib ki, Naximov küçəsi, döngə 2, ev 123-də yaşayan, 1979-cu il təv. Elşən Məmmədov ürək və qaraciyərin yarası diaqnozundan keçinib.

    Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Təqsirləndirilən şəxs qismində dindirilmiş Vüqar Həsənov ifadəsində Elşən Məmmədovla Bakıda, bir məhəllədə yaşadığını göstərib. Elşən ondan
    6-7 yaş böyük idi, idmanla məşğul idi, ilk övladı- 5 yaşlı oğlu onkoloji xəstəlikdən dünyasını dəyişmişdi. Oktyabrın 15-də bir məhəllədə yaşadığı və dostu olan İsa Sultanovla Gəncə prospektində yaşayan Sabir adlı tanışlarının vəfat etmiş atasının yas mərasimində iştirak etmək üçün 67 nömrəli binanın qarşısına gəlib, baş sağlığı verib mağara keçərək Elşənin oturduğu masada oturublar. Mərhum ağır xəstəlikdən rəhmətə getdiyi üçün Elşənlə aralarında xəstəliklərdən söhbət açılıb. Vüqar Elşənə bunun «Allahın qismətir» olduğunu deyəndə, sonuncu «uşağı öləndə Allahı çoxlu-çoxlu söydüyünü» bildirib. Bu zəmində aralarında mübahisə yaranıb, hər ikisi mağardan çıxıb. Vüqar zəngləşib axşam görüşməkləri təklif edib, düşünüb ki, belə olan halda Elşənin hirsi soyuyacaq və münaqişələri sülhlə həll olunacaq. Lakin Elşən razı olmayıb, mağardan xeyli insan çıxıb və onların arxasınca gəlib. 73№i binanın tininə çatanda Məmmədov yenidən Allahı söyüb, lakin Həsənov cavab olaraq «heç kəsə belə söyüşlər söyməsinə imkan verməyəcəyini bildirib. Ətrafda yığışanlar onları sakitləşdirməyə çalışıb, gözləmədiyi halda Elşən bıçaqla onun sinəsindən vurub, həmi yerdən təzyiqlə qan axmağa başlayıb. Məmmədov üstünə gəldikdə Həsənov, əlindəki bıçağı ona tərəf atıb və özündə olmadığından kəsici alətib ona dəyib-dəymədiyini hiss etməyib. Başını qaldırdığı üçün Elşənin atdığı bıçaq boğaz nahiyyəsində dərini cızıb.

    O üstünə gələn Həsənovu vurduğda, sonuncu qəfildən dayanıb, üzü üstə yerə yıxılıb. Yaxınlaşıb Elşəni arxası üstə çevirərək dəfələrlə onu çağırıb, hər ikisinin paltarları qana bulaşıb, ətrafda olanlara təcili tibbi yardım çağırmalarını deyib, hadisə yerindən birbaşa yaxınlıqda yerləşən polis bölməsinə gedib. Növbətçiyə tanışını bıçaqladığını bildirərək, təslim olub. Vəziyyəti ağır olduğu üçün bölməyə çağırılan təcili yardım maşını onu xəstəxanaya aparıb.

    Məhkəmə sübutları araşdıraraq müəyyən edib ki, ibtidai istintaq orqanının Vüqar Həsənova CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə verdiyi ittiham işin faktiki hallarına uyğun deyil. Məhkəmə, Həsənovun hərəkətlərinin qanuni olması və zəruri müdafiə vəziyyətində törədilməsi qənaətinə gəlib. Təqsirləndirilən şəxsə yalnız CM-nin 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığı üçün Vüqar Həsənova CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə bəraət verilib. O, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən prokuror apellyasiya protesti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb