Month: October 2018

  • В Бинагадинском районе задержаны подростки, занимавшиеся вымогательством

    Как сообщает Median.Az, 25-го октября в Бинагадинский РУП обратился житель столицы Н.Алекперов, который показал, что неизвестный угрожая его несовершеннолетнему сыну забрали у потерпевшего 4- и 5-го октября в общей сложности 45.000 долларов.

    Приступившие к оперативно-розыскным мерам сотрудники 5-го отделения полиции Бинагадинского РУП задержали трех несовершенолтених жителей столицы, совершивших данное преступление.

    По факту возбуждено уголовное дело, ведется следствие.

  • Binəqədi polisi hədə-qorxu ilə vətəndaşdan 45.000 dollar pul alan şəxsləri saxlayıb

    Median.Az xəbər verir ki, oktyabrın 25-də Binəqədi RPİ-nə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 dollar, oktyabrın 5-də isə 18.000 dollar aldıqlarını bildirib.

    Məlumatla əlaqədar 5-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cinayət əməlini törədən 3 yeniyetməni müəyyən edərək, saxlayıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

  • Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı – VİDEO

    Azərbaycandan Rusiyaya gedən yük maşınları dörd gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya sürücülər məlumat veriblər.

    Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb.

    Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir.

    “Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.

  • Prezident iki məktəbin tikintisinə iki milyon manat ayırdı

    Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sənədlərdə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Бакинский «блошиный рынок» – ФОТОРЕПОРТАЖ

    Каждый человек, делая покупки, старается приобрести как можно более качественную вещь по максимально низкой цене.

    Одним из самых недорогих рынков Баку является торговый центр в Сабунчинском районе, известный как «блошиный рынок». Его также называют «русский базар» и «базар для бедных». Вещи здесь старые, поэтому продаются очень дешево.

    Также на рынке можно обнаружить раритеты, которые в другом месте не купишь.

    Median.Az представляет репортаж с данного рынка:












    //oxu.az

  • В Шамкире “Lexus” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 28-го октября примерно в 22 часа на территории села Шиштепе автомобиль марки “Lexus”, управляемый жителем города Джамиль Ибадуллаевым сбил насмерть жителя села Натика Мамедова.

    В Шамкирском РОП по факту ведется расследование.

  • Şəmkirdə “Lexus” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, oktyabrın 28-i saat 22 radələrində Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə kənd sakini Natiq Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda məktəbli qızın qaçırılması ilə bağlı xəbərə RƏSMİ AÇIQLAMA

    Bakıda 15 yaşlı məktəbli qız qaçırılması ilə bağlı rəsmi məlumat yayılıb.

    Bakı şəhəri üzrə Təhsil İdarəsi bu barədə açıqlama verib. Açıqlamada bildirilib ki, yeniyetmə qaçırılmayıb.

    “319 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, Mikayılova Xatun Kamran qızı məktəbin 10-a sinif şagirdidir. Məsələ ilə bağlı şagirdin anası ilə əlaqə saxlanılıb. Onun hazırda evdə olduğu bildirilib. Həmçinin valideyni bildirib ki, onun 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində məktəbli qızın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığı barədə məlumatlar yayılmışdı.//baku.ws

  • Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO

    Yəqin ki, bəziləriniz səhər telefonunuzu açanda sizə yad olan, xarici ölkələrə aid nömrələrdən zəng gəldiyinin şahidi olumusunuz. Diqqətinizi cəlb edən nömrələrə təkrar zəng edərək maraqlandıqda isə artıq tələyə düşmüş olursunuz.

    Belə ki, ya balansızından pul silinir ya da operator nömrənin təyin olunmadığını bildirir.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, mobil telefona xarici ölkə nömrələri ilə zənglərin daxil olması adətən aktiv internet istifadəçilərində müşahidə olunur.

    Çünki belə şəxslər müxtəlif saytlarda qeydiyyatdan keçir. Bəzi şirkətlər saytlarda qeydiyyatdan keçənlərə öz məhsullarını satmaq məqsədi ilə zənglər edir.

    “Saytdan qeydiyyatdan keçdim. 1 həftə içində müxtəlif ölkə nömrəsi ilə mənə çoxlu zəng gəldi. Adama da maraqlı gəlir ki, xaricdən zəng gəlir. Sonra görürsən ki, eyni adamdı sadəcə sayta maraq çəkir”.

    Bundan başqa müxtəlif ölkələrdə işbazlıqla məşğul olan şəbəkələr də mövcuddur. Onlar xüsusi qruplar halında fəaliyyət göstərərək müxtəlif ölkələrin vətəndaşlarına qısa zənglər edir, sonra onlar öz fırıldaqçı planlarını həyata keçirmiş olurlar.

    Məsələ ilə bağlı mobil operatorlardan biri ilə əlaqə saxladıq. Qarşı tərəf belə zənglərin gəlməsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Narahatedici zənglər gələrkən vətəndaş nömrəni qeyd etməli və mobil operatorlara zəng edilərək prosesin araşdırılmasını tələb etməlidir.

    Mobil operatorlar tərəfindən xarici ölkələrdən gələn zənglərin qadağan edilməsi mümkün deyil. Bu səbəbdən istifadəçi diqqətli olmalı və belə zənglərə əhəmiyyət verməməlidir.

  • “Mən tutulanda, o evləndi” – Sevgilisinə görə narkotikə qurşanan məhbus QADIN – VİDEO

    ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında sərhəddən qanunsuz narkotik keçirən məhkum qadından bəhs edilib.

    Kristina Dobramıslova (Cəzası – 7 il 6 ay) başına gələn hadisədən danışdı:

    “1987-ci ildə Bakıda anadan olmuşam. Atamla, anam dənizdə işləyirdilər. Məktəbi 9-cu sinifdə bitirmişəm. Sumqayıtda bir müddət qaldıq. Arada Rusiyaya getdik, sonra yenidən Sumqayıta qayıtdım. Bir yerə işə düzəldim, mühit pis oldu. Bir insanı istədim, onunla bir yerdə başladım. O, canını qurtara bildi, yaxşı ailədən idi. Mən artıq müalicə olunmaq istəmirdim. Fikirləşirdim ki, onu vurub bir də durmayacam. Amma ölmürdüm. 18 yaşım var idi. Həyatı indiki kimi anlamamışam. Oğlan deyirdi ki, əsas mənəm, ailəm səninlə yaşamayacaq ki? Amma ayrıldıq, müalicəmi də edə bilmədim. Narkotikin hər bir növündən istifadə etmişəm. Acığa edirdim, fikirləşirdim ki, oğlan qayıdacaq və hər şey yaxşı olacaq.

    Kakos narkotik növü var. Ondan 187 qram gətirmişəm. Çarəsizlikdən olub. Yaxınım yox idi ki, mənə kömək etsin. Yaxşı pul alacaqdım, ona görə risk etdim. İşləyib, qazanıb, ona xərcləyirdim. Elə oldu ki, tutdular. Burada hər dəqiqə çətindir. İstəyirəm ki, yeni həyata başlayım. Oğlana bir dəfə məcbur zəng etdim ki, anamdan məlumat versin. Xahiş etdim ki, anama zəng vurub desin ki, məni yığsın. Anam biraz xəstədir. Burada olanda eşitdim ki, evləndi oğlan. Biz birlikdə xoşbəxt ola bilmədik, amma istəyərəm ki, o olsun. Azadlıq mənə görə indi hərşeydir. Mən pis xəstəliyə düçar olmuşam, bilmirəm nə qədər ömrüm qalıb. Amma azadlıqda ölənə qədər yaxşı yaşaya bilərəm. Xəstəliyimə də səbəb narkotik olub. İynə əlimə batdı, xəstəlik tutdum”.