Month: October 2018

  • Güclü külək məcburi köçkünlərin binasının damını uçurtdu – Mehdiabadda

    Bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü qopardıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.

    Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaalrının dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

    Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaqdır.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.

  • В Баку полицейский помог пожилой туристке – ФОТО

    Депутат Милли Меджлиса, заместитель главы парламентского комитета по безопасности и обороне Айдын Мирзазаде во время поездки по Баку стал свидетелем человечного поступка сотрудника полиции, который помог пожилой туристке.

    Как сообщил 1news.az сам Айдын Мирзазаде, эту фотографию он сделал сам во время поездки в автомобиле, передаёт Median.Az.

    «Такие сцены вызывают у меня очень позитивные эмоции. Эта женщина была туристкой из арабской страны, пожилым человеком. Не могла самостоятельно перейти дорогу. Увидев это, сотрудник полиции не остался равнодушным, подошел к ней и перевел через дорогу. Такие добрые, человечные поступки должны быть примером для других», – подчеркнул А.Мирзазаде.

  • Qızlarının “xəstə” ilə nikah bağlamasını istəmirdilər – Əlil gəncin hekayəsi (FOTO)

    Bakının mərkəzi “Park Bulvar” ticarət-əyləncə mərkəzinə gələn hər kəs heç olmasa bir dəfə bu oğlanla qarşılaşıb:

    Tanış olun – “Park Bulvar”ın təmizlik xidmətinin əməkdaşı, ikinci qrup əlil Xaqani Əliyev

    Doğulduğu andan uşaq serebral iflici sindromundan əziyyət çəkən gülərüz bakılı yeddi ildir hər gün işə gələrək, mərkəzin üçüncü mərtəbəsində nəzakətlə masaların təmizliyinə riayət edir. 

    Onun gözləri çox şeyi deyir. Bu gözlərdə sevgi və hüzün var, mənə elə gəlirdi ki, o, ətrafdakılara nəsə demək istəyir. Bu günlərdə onunla söhbət etmək qərarına gəldim. 

    “Elə hallar olur ki, kimlərsə mənə gözlərində nifrət və kədərlə baxıb. Bəziləri hətta məndən qorxur. Ancaq onlarla ünsiyyətə başlayanda həmin şəxslər başa düşür ki, mənim ürəyim onlarınkından daha şövqlə döyünür”, – oğlan deyib. 

    Yəqin ki, Xaqani öz təcrübəsində məşhur “Böyük Getsbi” kinofilmindəki ifadələri sınaqdan keçirib: “Heç bir dini və irqi fərq sağlam və xəstə insanlar arasındakı fərqdən böyük ola bilməz”

    Gəncin sözlərinə görə, onun həyatı anasının bətnində ikən dəyişib. 

    BAŞLANĞIC

    “Anam mənə hamilə olanda büdrəyib və pilləkəndən yıxılıb. Həkimlər uzun müddət bizim həyatımız üçün mübarizə aparıb. Allaha şükürlər olsun ki, anam sağ qaldı, ancaq mən bu sindromla doğuldum. Uşaq olanda cəmiyyətlə heç bir problem yaşamırdım, çünki əlillər üçün xüsusi məktəbdə təhsil alırdım. Mənim özüm kimi insanlarla əhatə olunmuşdum. Vaxt keçdikcə, bu tendensiya dəyişdi. Həyat əsl üzünü mənə göstərməyə başladı. Xəstə insanları ələ salmağı xoşlayan şəxslərlə qarşılaşdım. Bu, çox ağrılı idi”, – müsahibimiz qeyd edib. 

    Bu sarsıntılar, həyatın, cəmiyyətin münasibəti Xaqanidə öz mənəvi gücünü ətrafdakılara nümayiş etdirmək üçün stimul yaradıb. O, iş üçün mümkün olan hər yerə müraciət edir, ancaq əbəs yerə… İşə götürənlər “xəstə” oğlanı qəbul etmək istəmirlər. 

    “Bir müddət də keçdi və məni müsahibəyə çağırdılar. “Park Bulvar”da məni dərhal sevdilər. Çoxdan gözlədiyim işimə qovuşdum. İlk bir neçə il gecə növbəsində çalışdım. Sonra məni gündüz növbəsinə keçirdilər. Məhz gündüz növbəsi həyatımı kökündən dəyişdi. Hətta təntənəli toy mərasimində özümü bəy kimi belə təsəvvür etməzdim, ancaq necə deyərlər, tale…”

    TOY

    İş-ev, ev-iş: Xaqaninin həyatı belə keçirdi, ancaq bir gün o, kafelərdən birində aşpaz kimi çalışan gözəl qıza rast gəldi. Əlbəttə, o düşünürdü ki, sağlamlığı məhdud olan oğlanın bu qıza özünü sevdirmək üçün heç bir şansı yoxdur. Ancaq o, sınadı.

    Xaqani nəinki onunla tanış ola, həmçinin dostluq münasibətləri qura bildi. Qız gündən-günə onun içindəki yeni, xoş və işıqlı guşələri kəşf edirdi və artıq Xaqaninin xəstəliyinin onun üçün əhəmiyyəti qalmamışdı. 

    Onlar ailə qurmaq qərarına gəldilər. Klassik melodramlarda, əsasən, burada “happy end”i ifadə edən titrlər gedir. Ancaq qəhrəmanımız üçün belə olmadı. Əsas çətinliklər bundan sonra başladı.

    “Həyat yoldaşımın ailəsi ilə dil tapmaq mənim üçün çətin idi. Onlar deyirdilər ki, qızlarının “xəstə” ilə nikah bağlamasına imkan verə bilməzlər. Ancaq mən təslim olmadım. Başa düşürdüm ki, vaxt gələcək və onlar mənə qarşı bu münasibətlərinə görə peşman olacaqlar. Çox istəyirdim ki, onlar məni sevsinlər. Qız mənə görə hər kəsə qarşı çıxdı. O, hər şeyi özü etdi. Bir sözlə, biz birlikdə sevgimiz uğrunda mübarizə apardıq”, – Xaqani deyir. 

    Xaqani və sevgilisinin 2016-cı ildə təntənəli toy mərasimi olub. Mərasimə, demək olar ki, ticarət mərkəzinin xidmət personalından rəhbərliyə qədər bütün işçi kollektivi qatıldı. 

    Zamanla qızın valideynləri Xaqanini öz kürəkənləri kimi qəbul etdi. Bu gün onlar Xaqanini çox sevirlər. Cütlüyün iki yaraşıqlı, sağlam oğlan övladı var. 

    Xaqaninin həyat tarixçəsi əfasanəvi Koko Şanelin fikirlərinin həqiqiliyini sübut edir: “Canlı eybəcər ola bilməz”


    P.S. Qeyd etmək istərdik ki, bu məsələdə “Park Bulvar” ticarət əyləncə mərkəzinin digər işə götürənlərdən fərqli olaraq, gənc oğlana şans verməsi və eyni zamanda, onun həyatını kökündən dəyişdirməyə kömək etməsi nümunəvi haldır.//oxu.az

  • Facebook удалила миллионы детских фото

    Соцсеть Facebook заявила, что в прошлом квартале удалила 8,7 млн единиц запрещенного контента, связанного с детьми. Это удалось благодаря нейросетям.

    Как передает Median.Az со ссылкой на Life, pуководитель Facebook по безопасности Антигона Дэвис заметила, что благодаря искусственному интеллекту в 99% случаях контент был помечен как противоправный еще до того, как на него пожаловались пользователи. Технология умеет анализировать обнаженные фотографии и отмечать их как неприемлемые. Особенно внимательно, по словам Дэвис, нейросеть анализировала детские фотографии.

    Между тем инициатива Facebook была принята пользователями неоднозначно. Некоторые из них заметили, что модераторы часто удаляли снимки детей, которые им самим не кажутся оскорбительными. Например, фотографии во время купания или кормления младенцев грудью. Дэвис уточнила, что нейросеть со временем будет совершенствоваться.

  • Bakıda qətl: Ata və oğlu evlərinə girən oğrunu öldürdü

    Bakıda mənzilə oğurluğa girən şəxs ev sahibi və oğlu tərəfindən öldürülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

    Məlumata görə, 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiqlə birlikdə evlərinə oğurluğa girən Əhəd Həsənovu qətlə yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda bu saxta profil açanları HƏBS GÖZLƏYİR – VİDEO

    Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

    Qurumun adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

    Ekspertlərin sözlərinə görə, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən dövlət qurumlarının səhifələrinin, profillərininin yaradılmısı kimi hallar artıb.

    Bəzən bu cür profillər, səhifələr xoş niyyətli olur. Həmin dövlət qurumu barədə normal, həqiqəti əks etdirən informasiyalar paylaşılır. Amma bəzən də əksinə.

    ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    “Dövlət qurumlarının adından səhiflələr, profillər yaradılır, onların emblemləri, sloqanları, loqoları qoyulur. Onların adından açıqlamalar verilir. Sanki onların bir bəyanatı, press-relizi cəmiyyət üçün açıqlaması kimi verilir. Burda artıq cinayət tərkibi var”, – deyə ekspert Osman Gündüz bildirib.

    Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi də belə bir halla üzləşmişdi. Müəyyən şəxslər sosial şəbəkədə mərkəzin loqotipindən istifadə etməklə açdıqları səhifələr vasitəsilə istifadəçiləri yalan məlumatlarla aldatmağa cəhd göstərmişdilər. Amma çox keçmədi ki, imtahan mərkəzinin rəsmiləri bundan xəbər tutdu və müvafiq tədbirlər görüldü.

    Xanlar Xanlarzadə – DİM-in Sektor müdiri: “Həmin sosial şəbəkə istifadəçiləri dövlət imtahan mərkəzinin adından və loqotipindən istifadə edirlər. DİM-in press-relizlərindən istifadə etməklə, müəyyən məlumatlar paylaşırlar, daha sonra isə istifadəçilərin suallarını cavablandırırlar.

    Azər Badamov – Millət vəkili: “Dövlət qurumları adından sosial şəbəkələrdə məlumat yayırlarsa, onların məqsədi var. Bu təxribat xarakterli məqsədlərdir. Və onların qarşısı ciddi şəkildə alınmalıdır”.

    Hər hansı bir dövlət qurumuna məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər məsuliyyətə cəlb olunur.

    Tahir Əlirzayev – Vəkil: “Cinayət məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi maddəsinə əsasən həmin cinayət əməlini törətmiş şəxsi 1500 manat cərimə, 3000 manata qədər 2 ilədək islah işləri və eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

    Hazırda sosial şəbəkələrdə bu cür saxta profil və səhifələrin aşkarlanıb, silinməsi çox rahatdır.

    Osman Gündüz – Ekspert: “Bu yaxınlarda facebook ciddi təmizləmə işi apardı. Onların artıq robotları var, alqoritmləri var ki, hansı səhifə saxtadır. Bunlar müəyyən edə bilirlər və dərhal silə bilirlər”.

    Mütəxəssislər bu cür saxta səhifə və profillə qarşılaşan şəxslərə öncə sosial media resurslarının özünün administrasiyasına müraciət etməyi məsləhət görür. Növbəti addımda isə hüquq mühafizə orqanlarına müraciət edilməlidir.

    Bunu etməklə sosial şəbəkədə saxta profil və səhifə açan şəxslərin saxta niyyətinin qarşısını almaq olar.

  • В Азербайджане учитель избил школьника – ВИДЕО

    В Баку в поселке Дарнагюль зафиксирован факт избиения школьника преподавателем.

    Как передает Median.Az со ссылкой на Baku.Ws, инцидент произошел напротив одной из школ, расположенной на территории поселка Дарнагюль.

    Момент избиения школьника был снято камерами видеонаблюдения.

    На кадрах видно, как пожилой мужчина избивает мальчика-подростка, нанося ему удары рукой по голове.

    Согласно информации, школьник был избит своим преподавателем. В результате инцидента, мальчик получил травмы.

  • Китайская компания построит в Азербайджане шинный завод

    Азербайджанская инвестиционная компания (АИК) и китайская CNEEC (China National Electric Engineering Co Ltd ) подписали меморандум о сотрудничестве.

    Меморандум подписан по завершению встречи между министром экономики Азербайджана Шахином Мустафаевым и вице-президентом CNEEC Женгом Ченгжунгом.

    Вице-президент CNEEC отметил, что компания участвовала в реализации ряда проектов в Азербайджане. Ж.Ченгжун сообщил, что CNEEC заинтересована в создании производства автомобильных шин на территории Азербайджана.

  • Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı – Təcili yardım gecikdi

    Bakının mərkəzində səhər saatlarında intihara cəhd hadisəsi qeydə alınıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, paytaxta gənc qadın yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

    Ağrı-acı içində yerdə çabalayan qadın üçün hadisə şahidləri dərhal təcili yardıma zəng etsələr də, yardım gec gəlib. Ağır vəziyyətdə olan qadını necə gəldi təcili yardım maşınına qoyan tibb işçilərinin bu addımı bina sakinlərini bərk qəzəbləndirib.

    Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qadının 2 övladı olduğu deyilir.

    Gənc xanımın son vəziyyəti barədə məlumat əldə etməyə çalışırıq.

  • Gəlin əri və uşaqlarını atıb başqa kişiyə qaçdı – Azərbaycanda şok hadisə

    Ötən il Ucar rayonunun Qaradağlı kəndində başqasına qoşularaq qaçan iki uşaq anası yenidən ailəsinə qayıdıb.

    Median.Az xəbər verir ki, bu barədə A24.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki azyaşlı uşağını atıb, başqa kişiyə qoşularaq qaçan kənd sakini, 1991-ci il təvəllüdlü Çinarə Ağayeva əri və onun ailəsi ilə barışıb.

    Məlumata görə, qoşulub qaçdığı kişi ilə bir neçə ay yaşayan Ç.Ağayeva hazırda Qaradağlı kəndində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayaz Ağayevlə birlikdə yaşayır.

    “Çox xoşbəxt ailədirlər. Qız başqa kişiyə qoşularaq qaçdı. Bir neçə aydan sonra isə qayıdıb evlərinə gəldi. Yoldaşı da onu qəbul etdi. İndi heç nə olmamış kimi yaşayırlar. İki uşaqları var. Övladları da məktəbə gedir. O gündən sonra ailələrində heç bir problem yaşanmayıb. Ayaz da fəhlə işləyir. Başlarını aşağı salıb dolanırlar”, – deyə kənd sakinləri bildiriblər.

    Xatırladaq ki, Ç.Ağayeva ailə qurandan sonra tanış olduğu başqa kişi ilə bir müddət sevgi münasibətində olduqdan sonra 2017-ci ilin iyulunda iki azyaşlı övladını və həyat yoldaşını ataraq ona qoşulub qaçmışdı.