Month: October 2018

  • Məktəb direktorundan rüşvət alan jurnalistə cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb..//oxu.az

  • Специальное осеннее предложение Ⓡ

    Автомобильный бренд CHANGAN, который уже 5 лет успешно работает в Азербайджана, предлагает скидку на модель Alsvin V3. Продаваемый в настоящее время автомобиль предлагается по цене 18.400 AZN. Теперь же Alsvin V3 буlет предлагаться со скидкой 750 манатов по цене 17.650 AZN.

    Автомобиль оснащён 1.4 литровым двигателем с механической коробкой передач. При 100 лошадиных силах Alsvin V3 расходует всего 6 литров бензина на 100 километров. В оснащение входят: ABS и EBD системы, борткомпьютер, подушки безопасности, противотуманные фары, кондиционер, парковочный радар, радио с CD-MP3 плеером и электрические стеклоподъёмники.

    “Changan Alsvin V3” modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür. 

    Главной особенностью и отличием Changan Alsvin V3 от других автомобилей в этом сегменте является небольшой первоначальный взнос и гарантия от производителя на 5 лет или 120.000 км пробега. Автомобиль можно приобрести внеся первоначальный взнос 3900 AZN, включающий в себя все расходы (КАСКО, обязательное страхование и оформление документов в ГАИ).

    Более подробную информацию о машине можно найти по адресу www.sirenamotors.az.

    Контактные Номера Телефонов:
    Баку: (050) 226 32 00, (050) 226 32 05,
    Гянджа: (070) 9911919,
    Ленкорань: (050) 348 78 88

    На сайте Sirenamotors.az можно зарегистрироваться для тест-драйва автомобиля.

  • “Payızın son fursəti” Ⓡ

    5 ildir Azərbaycan avtomobil sektorunda uğurla fəaliyyət göstərən CHANGAN markası Alsvin V3 modelini endirimli qiymətlə sizlərə təqdim edir. Beləki 18.400 AZN-ə təklif olunan avtomobil indi 750 manat endirim olmaqla 17.650 AZN-ə təklif olunur.
    1.4 L. mühərrik ilə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompüter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunub.

    “Changan Alsvin V3” modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:
    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88
    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Rusiyada erməni tələbələrin Azərbaycana qarşı təxribatı – VİDEO

    Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində kafelərdən birində olan Azərbaycan bayrağının təhrif edilməsinə həmyerlilərimiz müdaxilə ediblər.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, bütün ölkələrin bayraqlarının olduğu kafedə Azərbaycan bayrağı təhrif edilib.

    Kafedə işləyənlər təxribatı törədənlərin erməni tələbələr olduğunu bildiriblər.

    Həmyerlilərimiz bayraqda aypara və ulduzu bağlayan yapışqanı qoparıb, bayrağı düzgün vəziyyətə qaytarıblar. Obyekt sahiblərinə bunun təkrar olunmaması üçün xəbərdarlıq ediblər.

    Onlar bundan sonra həmin kafeni nəzarətdə saxlayacaqlarını, belə faktın təkrarlanacağı halda hüquq-mühafizə orqanlarına məlumat verəcəklərini bildiriblər.

    İki gün əvvəl Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində çəkilən həmin görüntüləri təqdim edirik. Bayraqda düzəlişi edən isə həmyerlimiz Aysel Hüseynovadır.

  • Пыль вернулась в Баку

    Пыльная погода, наблюдаемая в Баку и на Абшеронском полуострове 25 октября, носит локальный характер.

    Об этом сказали в Национальном департаменте мониторинга окружающей среды Минэкологии и природных ресурсов Азербайджана.

    Согласно результатам мониторингов, проведенных специалистами ведомства, в связи с синоптической ситуацией в стране и усилением юго-западного ветра, пыль, образующаяся на прилегающих территориях, переместилась во многие районы Баку, в основном в Ясамальский и Хатаинский районы.

    Сообщается, что уровень запыленности воздуха на данных участках в 2,5-3 раза превышает санитарную норму.

  • Bakını toz-duman bürüdü

    Bakı və Abşeron yarımadasında oktyabr 25-də səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

    Nazirliyin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən, Yasamal və Xətai rayonlarında müşahidə edilir.

    “Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd edilib.

  • Еще из одного города России откроют рейсы в Азербайджан

    Российский аэропорт, расположенный в городе Омск, откроет рейс в Азербайджан.

    Как передает Median.Az со ссылкой на «Омск здесь», местный эропорт опубликовал зимнее расписание.

    Согласно нему, в омском аэропорту, в 2019 году расписание может пополниться рейсами в Южную Корею, Китай, Азербайджан, Армению и Германию, а также в Калининград и Дальний Восток.

  • Daha bir Rusiya şəhərindən Azərbaycana reyslər açılır

    Rusiyanın Omsk şəhərində yerləşən aeroportdan Azərbaycana reys açılacaq.

    Median.Az “Omsk zdes” nəşrinə istinadla xəbər verir ki, yerli aeroport qış cədvəlini açıqlayıb.

    Cədvələ əsasən, növbəti ildən Omsk aeroportundan Cənubi Koreya, Çin, Azərbaycan, Ermənistan və Almaniyaya, eləcə də, Kalininqrad və Uzaq Şərq ölkələrinə reyslər həyata keçiriləcək.

  • Почему в аптеках разнятся цены на лекарства? – ИССЛЕДОВАНИЕ

    В условиях распространения многочисленных болезней высокие цены на лекарства в Азербайджане становятся дополнительной «головной болью» для населения. В аптеках можно найти достаточно лекарств одинакового состава, но с разными ценниками.

    Врач выписывает больному рецепт, после чего сам пациент или его родственники обходят несколько аптек и ищут лекарство по оптимальной цене, что приводит к большой трате времени и нервов.

    Как сообщили в Минздраве, стоимость лекарства в Азербайджане зависит от страны-производителя.

    «Производитель лекарства получает патент. После истечения права на патент другие производители могут начать выпуск этого лекарства в той же дозировке, с тем же составом, в той же форме. Мы не имеем никакого права вмешиваться в ценообразование».

    Между тем, в ООО «Центр аналитической экспертизы» при Минздраве заявили, что на стоимость лекарств влияют различные параметры, но ввиду того, что цены устанавливает Тарифный совет, было бы лучше, чтобы именно там прокомментировали этот вопрос.

    Зампред комитета Милли меджлиса (парламент) Азербайджана по здравоохранению Муса Гулиев назвал нормальным тот факт, что одинаковые лекарства продаются по разной цене.

    «В составе лекарств имеется действующее вещество, могут присутствовать и добавки. В зависимости от страны-производителя цены могут различаться. К примеру, аспирин изготавливается в Турции, России, Германии и Болгарии и импортируется в нашу страну под марочными названиями. Состав тот же, но цены могут быть отличаться», – сказал парламентарий.

    Депутат отметил, что цены на тот или иной препарат, привезенный из одной страны, должны быть одинаковыми. Если цены разнятся, то это нарушение закона.

    Аналогичное мнение высказал профессор Адиль Гейбулла. По его словам, одни и те же лекарства производятся в разных странах, поэтому стоят по-разному:

    «Производство лекарства в Европе обходится в 20 раз дороже, чем в Средней Азии. В Европе лекарства производятся с использованием высоких технологий и бывают качественными, поэтому и продаются дорого», – отметил он.

    Что касается качества лекарств, Адиль Гейбулла сказал, что в этой сфере есть проблемы, антибиотики иногда бывают некачественными:

    «Лекарства должны получить заключение различных лабораторий Минздрава и только потом выпускаться в продажу. Но немало лекарств не проходят лабораторные тесты, некоторые препараты и вовсе являются поддельными. В итоге мы сталкиваемся с нежелательной ситуацией на фармацевтическом рынке».//oxu.az

  • Niyə dərmanların tərkibi eyni, qiyməti fərqlidir? – ARAŞDIRMA

    Xəstəliklərin baş alıb getdiyi bir dövrdə dərman qiymətlərinin bahalığı əhalinin güzəranını bir az da ağırlaşdırıb.

    Tərkibi və göstəriciləri eyni olsa da, qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur.

    Həkim xəstəyə resept yazır, bundan sonra onlar qohumları bir neçə aptek gəzir, dərmanların qiymətini öyrənirlər. Sonra alıcı dərmanların daha ucuz qiymətə satıldığı aptekdən onu alır. Bu da alıcıların həm vaxtını aparır, həm də əsəblərinin gərginləşməsinə səbəb olur.

    Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, eyni tərkibli dərmanların müxtəlif qiymətə satılması istehsal olunduğu ölkədən asılıdır:

    “Dərmanın istehsalçısı patent hüququ alır. Dərmanın hazırlanması zaman çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini həmin istehsalçı istehsal edir. Bütün dünyada proses belədir. Patent hüququ bitdikdən sonra digər istehsalçılar eyni dozada, eyni tərkibdə, eyni formada həmin dərmanın istehsalına başlaya bilərlər. Bizim qiymətə müdaxilə etməyə heç bir hüququmuz yoxdur”.

    Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” MMC-dən deyiblər ki, bir çox parametrlər dərman vasitələrinin qiymətinin tənzimlənməsinə və müəyyən olunmasına təsir edə bilər:

    “Azərbaycan Respublikasında dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən təyin olunduğu üçün həmin proses zamanı məhz hansı amillərin nəzərə alındığını Şura tərəfindən qeyd olunması daha uyğundur”.

    Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə açıqlamasında qeyd edib ki, eyni tərkibli dərmanlar elə müxtəlif qiymətə satılmalıdır:

    “Dərmanın tərkibində təsiredici maddə olur. Həmin dərmana əlavə maddələr də qatıla bilər. Onların hazırlandığı ölkədən asılı olaraq, qiymətlərdə fərqlilik özünü göstərir. Məsələn, aspirin dərmanı Türkiyə, Rusiya, Almaniya və Bolqarıstanda hazırlanır və ölkəmizə marka adları ilə idxal olunur. Tərkibi eyni olsa da, qiymətləri eyni ola bilməz”.

    Deputat qeyd edib ki, bir ölkədən gətirilən dərman apteklərdə eyni qiymətə satılmalıdır:

    “Qiymət fərqi varsa, bu, qanunun pozulmasıdır”.

    Professor Adil Qeybullanın sözlərinə görə, eyni tərkibli dərmanlar müxtəlif ölkələrdə istehsal olunduğu üçün fərqli qiymətə də satılır:

    “Avropada istehsal olunan dərman Orta Asiya istehsalından 20 dəfə bahadır. Avropada dərmanlar yüksək texnologiyalarla hazırlanır və keyfiyyətli olur. Bunun üçün də baha qiymətə satılır”.

    Dərmanların keyfiyyət parametrlərinə gəldikdə, bu məsələdə problemlərin olduğun deyən Adil Qeybulla bildirib ki, bəzən antibiotiklər təsirsiz olur:

    “Onlara Səhiyyə Nazirliyinin müxtəlif laboratoriyaları rəy verməlidir və dərmanlar satışa buraxılmalıdır. Amma laboratoriya müayinəsindən keçməyən dərmanlar da az deyil. Biz dərman bazarında arzuolunmaz vəziyyətlə üz-üzəyik. Dərmanların bəziləri saxtadır.

    Avropada istehsal olunan dərmanlar Rusiyada da hazırlanır və müxtəlif ölkərə idxal olunur. Azərbayacan da bu siyahıya daxildir. Vətəndaşın seçimi yanlış olsa da, bu məsələ yalnız onların imkanı daxilində deyil. Dövlət dərman maddələrinin dövlət reyestrini yaratmalıdır. Dərmanların adı yazılmalı və haqqında məlumat verilməlidir”.