Month: November 2018

  • “Yeni yol nişanları” gülüş hədəfi oldu – FOTO

    Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

    Yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib.

    Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək:

    “Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq”.

    Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində “Кусары онлайн” səhifəsi paylaşıb.//oxu.az

  • Deputat: Reket jurnalistlər bizi biabır edir

    Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

    O deyib ki, buna səbəb onun çıxışlarının təhrif olunmasıdır.

    Millət vəkili qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əməkhaqqının 3 faiz həcmində artırılmasını deyib:

    “Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində, maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi.

    Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz ifadələri tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.//oxu.az

  • Sabah Bakıda 15 dərəcə isti olacaq

    Noyabrın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

    Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

  • ЦБА о стабильности курса маната

    До конца текущего года будет сохранена макроэкономическая стабильность, в частности стабильность курса маната.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом первый заместитель председателя Центрального банка Азербайджана Алим Гулиев сказал на III Международном банковском форуме.

    Алим Гулиев сообщил, что макроэкономическая стабильность в стране в нынешнем году обеспечена. До конца года меры по стабилизации будут однозначно положительного характера, в частности будет сохранена стабильность курса маната.

  • Задержан житель столицы, укравший из квартиры золотые украшения

    Как сообщает Median.Az, cотрудники 39-го отделения полиции Сабаильского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Эльмаддина Мамедли, который украл из квартиры на территории района золотые украшения на сумму 10.000 манатов.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана.

  • Paytaxtın mərkəzində mənzildən qızıl əşyalar oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Elməddin Məmmədli saxlanılıb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Metropoliten rəsmisi deputatın iradına cavab verdi

    Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir.

    Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunda havalandırma sistemlərinin standartlara cavab vermədiyini bildirərək, mövcud problemlərin həll olunmasının vacibliyini vurğulayan deputat Fazil Mustafanın fikirlərinə cavab olaraq deyib.

    Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərə mütəmadi olaraq nəzarət var:

    “Artıq istismar müddətini başa vurmuş 25 qatar dəyişdirilib. Eyni zamanda, bu, ventilyatorların da dəyişdirilməsi deməkdir. Ümumiyyətlə, ventilyatorların iş qrafiki mövsümə uyğun şəkildə dəyişdirilir. Əvvəllər yay-qış olaraq qrafik ildə iki dəfə qrafik dəyişirdisə, artıq bu dörd qrafiklə əvəz olunub. Bu da şəhərdə tətbiq edilən isitmə sistemi ilə də əlaqəlidir.

    Mütəmadi olaraq monitorinqlər aparırıq. Hər gün mütəxəssislər metropolitenin mikroiqlim laboratoriyasında bu istiqamətdə işlər görür. Bu gün stansiyanın 15-20 nöqtəsində oksigen səviyyəsi, rütubətin, hava axınının və sürəti, hərarət xüsusi spektlər vasitəsilə ölçülür və nəzarətdə saxlanılır. Bu da mövcud havalandırma qurğularının imkanlarından konstruktiv istifadə etməyimizə imkan yaradır.

    Bu gün köhnə qatarlar olduğu üçün onlara yeni havalandırma sistemlərinin qoşulması qeyri-mümkündür. Bunu istehsalçı şirkətlər də təsdiqləyir ki, köhnə vaqonlara bu sistemlərin qurulması yeni vaqon istehsalına bərabər bir işdir.

    Hər bir vaqonun 31 il istismar müddəti var. İstismar müddəti bitən və ya vaxtından əvvəl hər hansı problemlərdən dolayı istifadəyə yarasız vaqonlar xətdən çıxarılır. Onların yerinə yeni alınan qatarlar buraxılır”.

    Qurum rəsmisi bildirib ki, qatarlarda havalandırma ilə bərabər, sərnişin çoxluğu bu narahatlığa səbəb ola bilir:

    “Sərnişinlərin çoxluğunu nəzərə alsaq da, tunelə beş vaqondan artıq buraxmaq mümkün deyil. Bunun üçün gərək yeni xətlər açılsın. Qatarlar arasında iki dəqiqədən az interval qoymaq mümkün deyil. Mövcud şərtlər arasında sərnişinlərin rahatlığını təmin etmək üçün “Bakı Metropoliteni” QSC əlindən gələ bütün tədbirləri görür.

    Hazırda 25 müasir tipli vaqonumuz sərnişinlərin ixtiyarına verilib. Gələcəkdə alınacaq yeni nəsil vaqonlar da bu problemin tamamilə aradan qaldırılmasına xidmət edəcək”.

  • Снова стартуют продажи так ожидаемого автомобиля ®

    С 2013 года представляющий в Азербайджане красивые автомобили, китайский автогигант Changan снова начал продажи завоевавшей симпатии многих автолюбителей седан Changan ALSVİN V7. ALSVİN V7, с богатым интерьером и красивым экстерьером, придётся по вкусу и по бюджету каждому автолюбителю.

    Седан оснащается борткомпьютером, подушками безопасности, системой ABS и кнопкой запуска двигателя Start-Stop. Средний расход горючего 7 литров на 100 километров.

    Приобрести автомобиль очень легко. При первоначальном взносе всего 15%, на Changan Alsvin предоставляется гарантия на 5 лет либо на 120.000 км пробега.

    Более подробную информацию о машине на сайте www.sirenamotors.az.
    Контактные Номера Телефонов:
    Баку: (050) 226 32 00, (050) 226 32 05,
    Гянджа: (070) 9911919,
    Ленкорань: (050) 348 78 88
    Горячая линия: 1630
    На сайте Sirenamotors.az можно зарегистрироваться для тест-драйва автомобиля.


  • Gözlənilən avtomobil yenidən satışda ®

    2013 cü ildən Azərbaycan avtomobil həvəskarlarına maraqlı modellər təqdim edən Çinin nəhəng Changan markası hər kəsin rəğbətini qazanan Changan ALSVİN V7 modelini yenidən satışa çıxarıb. Interyer və eksteryer baxımından zəngin olan ALSVİN V7 modeli hər kəsin zövqünə və büdcəsinə münasib bir avtomobildir. ALSVİN V7 bort kompyuter, start stop, təhlükəsizlik yastıqları, abc sistemi ilə təchiz olunmuşdur.Alsvin V7 modelinin orta yanacaq sərfiyyatı 7. litrə bərabərdir. Avtomobili əldə etmək isə çox sadədir. Ilkin ödəniş cəmi 15% olan Changan Alsvin-ə 5 il və ya 120.000 km zəmanət verilir.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Əlaqə nömrələri:
    Bakı: (050) 226 32 00, (050) 226 32 05,
    Gəncə: (070) 9911919,
    Lənkəran: (050) 348 78 88
    QAYNAR XƏTT:1630
    Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.

  • Kadırov tapançasına status yazdı, “blok” edildi

    Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

    “Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, – deyə Kadırov öz postunda yazıb.

    Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında yazdığını, lakin dərc etmədiyini bildirib.

    Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara” siyahısına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.

    Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.