Month: November 2018

  • В Насиминском районе совершено разбойное нападение

    Как сообщает Median.Az, 11-го ноября двое неизвестных совершили нападение на жителя Масаллинского района Рахиба Ганбарова и ранив ножом, отобрали у потерпевшего 170 манатов.

    Р.Ганбаров был доставлен в больницу, где ему оказали необходимую медецинскую помощь.

    В результате оперативно-розыскных мер сотрудники 19-го отделения полиции Насиминского РУП задержали жителя Билясуварского района Вугара Гасанова.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана, ведется розыск соучастника преступления.

  • Nəsimi rayonunda quldurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manat pulunu alıb.

    R.Qənbərova Kliniki Tibbi Mərkəzdə tibbi yardım göstərilib.

    Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb. Onunla birgə cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Морозы могут достичь 8-9 градусов. Эколог о зиме в Азербайджане

    Уже сейчас соответствующим структурам нужно подготовиться к суровой зиме в Азербайджане.

    Как передаёт Median.Az, об этом в беседе с корреспондентом oxu.az сказал ведущий азербайджанский эколог, президент Центра экологического прогнозирования Тельман Зейналов.

    По его словам, зима с каждым годом будет приходить раньше, а уходить – позже.

    «Солнце входит в период необычной и затяжной спячки. Новый солнечный минимум может повлечь за собой и новый малый ледниковый период, как это было в XVII веке», – подчеркнул эколог.

    Т.Зейналов отметил, что в последние годы наблюдается уменьшение солнечных пятен (число пятен на Солнце грубо характеризует запасы магнитной энергии или, если выразиться более фигурально, запасы «топлива», которое может быть переработано в энергию солнечных вспышек и взрывов – ред.).

    «Бури, бушующие на полюсах солнечной короны, ослабевают, исчезают реактивные потоки на Солнце. Это указывает на то, что у Солнца начинается период меньшей активности. Все эти тенденции станут особенно заметны начиная с этого года», – сказал эксперт.

    Касаясь столицы Азербайджана, собеседник сайта отметил, что 110-летние метеорологические наблюдения свидетельствуют, что наиболее низкая температура воздуха в Баку была зафиксирована в 1969 году – 10 градусов мороза.

    «Правда, есть данные о том, что в 2012 году в Баку наблюдался мороз в 11 градусов, но по официальной версии рекорд – это показатель 1969 года. Грядущей зимой морозы могут достичь 8-9 градусов, а в 2020 году в Баку будет установлен новый рекорд низкой температуры», – прогнозирует эколог.

    Отметим, что прошлой зимой арктический циклон Hartmut, который пришел из России, поставил новые температурные рекорды в Европе.

  • Stadionu satıldığı deyilən orta məktəbin direktoru DANIŞDI – VİDEO

    Son günlər xəbər portallarında Masallıda orta məktəbin stadionunun satışa çıxarıldığı və hətta, artıq alıcısının da tapıldığı yazılır.

    ARB TV xəbər verir ki, bu barədə Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir.

    İddiaya görə, stadionu Bələdiyyə sədri Müşfiq Ağayev satıb. 0,5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

    Bələdiyyə sədri Müşfiq Ağayev mövzuya münasibət bildirərək qeyd edib ki, stadionun satılması ilə bağlı internetdə yayılan məlmatlar şər və böhtandır. Satılan torpaq məktəbin deyil, bələdiyyənin balansında olub. Bunu təsdiq edən sənədlər var.

    Məsələ ilə bağlı ARB TV-yə açıqlama verən Qəriblər Kənd Orta məktəbin direktoru Şərafət Əliyev də yayılan məlumatın yalan olduğunu bildirib:

    “Son günlər məktəbin stadionunun satılması ilə bağlı internetdə yayılan məlumatlar təmamilə yalandır. Həmin stadion məktəbin ərazisi ilə yaxınlığda yerləşsə də, məktəbin və Təhsil Nazirliyinin balansında deyil, kənd bələdiyyəsinin ərazisinə daxildir”.

  • 500-ə yaxın məhkuma elektron qolbaq tətbiq olunub

    Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla probasiya nəzarəti həyata keçirilir.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə deyilib.

    Müşavirədə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

    F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, “Elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən işlərdən danışıb.
    Bildirilib ki, Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni Qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

    Müşavirədə Sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.

  • Sumqayıtda oğru kameraya peçenye “təklif etdi” – VİDEO

    Sumqayıt şəhərində yerləşən “Tourist Travel Company” turizm şirkətində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan ofisin nəzarət kameraları tərəfindən lentə alınıb.

    Şirkətin direktoru Pərvanə Ağayeva Baku.ws-ə açıqlamasında bildirib ki, ofisi ələk-vələk edən 2 nəfər naməlum şəxs noutbuk, telefonlar və suvenirlər oğurlayıb.

    Bu azmış kimi oğrulardan biri nəzarət kamerasına ofisdə tapıb yediyi peçenye də “təklif edib”.

    Şirkət rəhbəri sözügedən hadisə ilə bağlı artıq Sumqayıt Baş Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

    Fakt araşdırılır.

  • Bakıda intihara cəhd hadisəsi (VİDEO)

    Nizami rayonu ərazisində vətəndaş intihara cəhd edib.

    Hadisə Neftçilər metrosu yaxınlığında, Lotos Ticarət mərkəzinin yaxınlığında yerləşən hündürmərtəbəli binalardan birində qeydə alınıb.

    Hadisə şahidlərinin sözlərinə görə, bir nəfər şəxs 17 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib. Aşağıda toplaşan insanlar isə intihara cəhd edən şəxsi fikrindən daşındırmağa çalışıb.

    Hadisə yerindən görüntü təqdim edirik:
    //baku.ws

  • Teleradio Şurası verilişlərin və aparıcıların “qara siyahı”sıını hazırladı

    Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq.

    Median.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

    Nuşirəvan Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub.

    “Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu, adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”.

    Qeyd edək ki, son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər və aparıcılarla bağlı ictimaiyyətdə narazılıqlar səngimir.

  • Кадровое изменение в Минздраве

    Сменился главный дерматовенеролог Минздрава Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Зульфугара Фараджова на этой должности сменил Фарид Махмудов.

    Зульфугар Фараджов подтвердил нашему сайту эту информацию:

    «Я 21 год проработал главным дерматовенерологом республики. В настоящее время являюсь председателем Научного общества дерматовенерологов Азербайджана».

  • Səhiyyə Nazirliyində kadr dəyişikliyi

    Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu dəyişib.

    Oxu.az-ın məlumatına görə, baş dermatoveneroloq Zülfüqar Fərəcovu Fərid Mahmudov əvəz edib.

    Bu barədə məlumatı Zülfüqar Fərəcov saytımıza təsdiq edib:

    “Mən 21 ildir ölkənin baş dermatoveneroloqu işləmişəm. Hazırda isə Azərbaycan Dermatoveneroloqların Elmi Cəmiyyətinin sədriyəm”.