Month: November 2018

  • Moskvada erməni təxribatı: “OMON”la azərbaycanlılar arasında kütləvi dava (VİDEO)

    Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı qarşıdurma yaranıb.

    Median.Az turkustan.info-ya istinadən xəbər verir ki, buna ermənilərin təxribata əl atması səbəb olub.

    Belə ki, həmyerlimiz Tural Rəhimovun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər Qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağı”nı açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar “bayrağı” ermənilərin əlindən alaraq cırıb.

    Daha sonra məsələyə müdaxilə edən Rusiyanın Xüsusi Təyinatlı Dəstəsinin üzvləri həmyerlilərimizə hücum edib.
     
    Döyülənlərin və saxlanılanların olduğu bildirilir.

  • Londonda gizli villası və şirkəti üzə çıxdı (FOTOLAR)

    Daha bir araşdırma və Azərbaycanın talanan sərvətlərinin izi ilə Londonda daha bir ünvan: Birləşmiş Krallıq, London, City Road 160, Kemp House.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb.

    Araşdırmalara görə, bu ünvan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aiddir. Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir.
     
    Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən kəsdiyi yeyintiləri Britaniyada eyni sahəyə yatırım edib. Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.
     
    Bu Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib.

     

  • Təmiri dayandırılan kanalizasiya boruları evlərdə çatlar yaratdı – VİDEO

    Xırdalan rayonunun Nizami küçəsində sakinlər üç aya yaxındır ki, kanalizasiya üçün qazılan işlərin yarımçıq qaldığını deyir.

    Onlar iddia edirlər ki, bu vəziyyət evlərdə çatlar yaradıb.

  • МИД Азербайджана: Посольство в Швеции не закроется

    Исполняющая обязанности главы пресс-службы МИД Азербайджана Лейла Абдуллаева в заявлении Trend прокомментировала возможность закрытия посольства Азербайджана в Швеции.

    Он заявила, что Азербайджан не намерен закрывать ни одно свое посольство, в том числе в Стокгольме.

    «Принцип «Однажды вознесшийся флаг уже никогда не опустится» имеет важное значение для суверенных и независимых государств. Наоборот, с учетом очень активной внешней политики, проводимой Азербайджаном, и растущего уважения со стороны международного сообщества, мы намерены еще больше увеличить число представительств за рубежом», – добавила она.

  • Vergilər Nazirliyindən taksi sürücülərinə xəbərdarlıq

    Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərirlər. Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə görə, nə qədər vergi ödəməlidirlər?

    Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yükdaşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

    Vergiödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, taksi ilə sərnişin daşınmasını həyata keçirən vergiödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

    Həmçinin 220.6-cı maddəyə əsasən, yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

    – Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;

    – Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;

    – Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (220.6.1-ci və 220.6.2-ci maddələrdə göstərilənlər istisna olmaqla) – 1,0.

    Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir.

  • Азербайджанская каратистка стала чемпионкой мира

    Азербайджанская каратистка Ирина Зарецкая завоевала золотую медаль на чемпионате мира в Мадриде.

    В финале она победила россиянку Викторию Исаеву.

    Отметим, что сегодня пятикратный чемпион мира Рафаэль Агаев стал бронзовым призером турнира.

  • Qadın karateçimiz dünya çempionu oldu

    İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında qadın idmançımız İrina Zaretska qızıl medal qazanıb.

    O, finalda rusiyalı Viktoriya İsayeva üzərində qələbə qazanıb.

    Rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

    Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.

  • Еще один водитель автобуса рискует жизнями пассажиров – ВИДЕО

    Сегодня утром в Баку водитель маршрутного автобуса №71 поставил под угрозу жизни пассажиров.

    Водитель водил заполненный пассажирами автобус с открытыми дверьми.

  • Daha bir avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı – VİDEO

    Bu gün səhər saatlarında Bakıda 71 nömrəli marşut avtobusunun sürücüsü sərnişinlərin həyatını riskə atıb.

    Sürücü sərnişinlərlə dolu avtobusu qapısı açıq vəziyyətdə idarə edib.

  • Əlixan Hüseyni və onun sevənlərini təhqir etdi – “Çoban və onun sürüsü” – VİDEO

    Tanınmış video blogger və aktyor Əlixan Rəcəbov “İnstagram” hesabında yeni video paylaşıb.

    Median.Az open.az-a istinadən xəbər verir ki, Rəcəbov videoda ötən gün paytaxta gələn video blogger Hüseyn Həsənovu və onun fanatlarını təhqir edib.

    Aktyor həmkarını “çoban” onu sevənləri isə “qoyun sürüsü” adlandırıb:

    “Eşitdiyimə görə Bakıda “28 Mall” tərəfdən bir sürü adam keçib. Nə məsələdir? Bəziləri dedi ki, sən paxıllıq edirsən. Yox, mən çobana və onun sürüsünə paxıllıq etmirəm. Səmimi sözlərimdir”.