
Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir.
Mütəxəssislər “Report”a soyuq aylarda bu cür xəstəliklərdən necə qorunmağın yollarını açıqlayıblar.
Azərbaycan Tibbi Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr Nigar Sədiyeva bildirib ki, yuxarı tənəffüs yolları burun dəliklərinin başlanğıcından səs tellərinə qədər olan bölgədir: “Bu orqanların infeksiyaları uşaqlarda ən çox rast gəlinən infeksiyalardır. Bu da xüsusilə qış aylarında özünü çox büruzə verir”.
Onun sözlərinə görə, yuxarı tənəffüs yolları xəstəliklərinə zökəm, faringit, laringit, badamcıqların iltihabı, otit və sinusit aiddir: “Uşaqlarda bu sahədə ən çox rast gəlinən səbəb viruslardır (rinoviruslar, adenoviruslar və influenza-qrip virusu). Bakteriyalar isə artıq ikinci plandadır. Bakteriyalardan stafilakokk və streptokokk infeksiyaları valideynlərə daha çox tanışdır. Streptokokk infeksiyaları düzgün müalicə edilməzsə, revmatik qızdırma və diffuz poststeptokokk qlomerulonefritə səbəb olur”.
Həkim-pediatr həmçinin yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini də açıqlayıb: “Xəstədə asqırma, öskürmə, qızdırma, halsızlıq, yorğunluq, başağrısı, bəzən də qulaq və boğaz ağrısı olur. Gözlərdə və ağzın içində qızartı müşahidə olunur. Burundan əvvəl şəffaf, sonra qatı ifrazat gəlir. Bu kimi hallarda xəstəyə istirahət təyin olunmalı və bol maye qəbulu məsləhət görülür. Qızdırmasalıcı və ağrıkəsici təsirli preparatlar, burun açıcı və öskürək siropları həkim təyinatına əsasən istifadə edilir. İkincili bakterial infeksiya varlığında və ya boğazdan yaxmada bakteriyalar aşkarlandıqda antibiotik təyin edilir. Aşağı tənəffüs yollarına keçərək bronxit və ya pnevmaniyaya səbəb ola bilirlər. Bu virusun inkişafı və ya allergik orqanizm səbəbindən ola bilər. Xışıltılı tənəffüs eşitdikdə dərhal həkimə müraciət edilməlidir. A qrup streptokokk infeksiyaları yetərli müalicə edilməzsə, revmatik ürək və ya böyrək xəstəliyinə səbəb ola bilir”.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov “Report”a açıqlamasında deyib ki, payız-qış mövsümündə xroniki sinusitlər, rinitlər, allergik sinusitlər, allergik rinitlərdə kəskinləşmələr olur: “Xəstəliklərin kəskinləşmə şiddəti və müddəti orqanizmin immun sisteminin aktivliyindən, fəslin nə qədər ağır keçməsindən birbaşa asılıdır. Misal olaraq, payız fəslində temperatur nə qədər aşağı düşürsə, kəskinləşmə uzunmüddətli, eləcə də şiddətli olur”.
Onun sözlərinə , xroniki xəstəliklərin kəskinləşməsi və fəsad vermə ehtimalları daha çox yaşlılarda və uşaqlarda olur: “Bu, yaşlı insanlarda, immun sisteminin zəifləməsi və paralel şəkildə gedən digər xəstəliklərlə əlaqəlidirsə, azyaşlılarda problem daha çox immun sisteminin tam qurulmadığı, kollektivlə sıx təmasın olmasına görə xəstəliklərin yayılması və digər üst tənəffüs yolları xəstəliklərinin fonunda xroniki xəstəliklərin kəskinləşməsinin çoxalması ilə bağlıdır. Gənclər və orta yaş təbəqəsi nümayəndələrində həyat tərzi mühüm rol oynayır. Belə ki, bir çox insan gündəlik sağlam həyat tərzinə əməl etmir. Düzgün qidalanmamaq da, öz növbəsində, immun sisteminin zəifləməsinə və təbii olaraq xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də kəskinləşmənin ağır keçməsinə şərait yaradır”.





Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb. Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin “Planet Labs” tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.
Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər. Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.
Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.


Bununla belə aradan altı ay keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tabeliyindəki bəzi qurumların tanıtım lövhələrində müvafiq dəyişiklik aparmağı lazım bilməyib. Belə olmasaydı, Musiqili Teatrın binası qarşısında tanıtım lövhəsi dəyişdirilmək əvəzinə üzərindəki yazı pozulmazdı.
Məsələyə aydınlıq gətirmək üçün teatrın direktoru Əliqismət Lalayevlə əlaqə saxladıq.