Month: November 2018

  • Sərnişinlərə ŞAD XƏBƏR – İlin sonuna kimi 2 metro stansiya açıla bilər

    Hazırda metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

    Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

    Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.

    Baş mühəndis qeyd edib ki, metro vaqonları parkının plana uyğun sürətlə yenilənməsi nəticəsində, Fransanın “Alstom” və Rusiyanın “Metrovaqonmaş” şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək rahatlığa malik 15 ədəd vaqon alınıb.

    Ə.Osmanovun sözlərinə görə, vaqon parkının artması saatda 30 cüt qatar hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini çoxaltmağa imkan verib: “İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə “Metrovaqonmaş” şirkətindən 10 vaqon alınıb. Sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin artırılması istiqamətində bütün stansiyaların vestibüllərində interaktiv-sensorlu məlumat köşkləri qurulub. 

    Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır. Məlumatların daha dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub”.

  • Təcili yardım maşını aşdı – 5 nəfər yaralandı

    Sabirabad rayonunda yol qəzası baş verib. 

    “Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. 

    Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan Regional Məntəqəsinə məxsus “UAZ” markalı avtomobil Şirvandan geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb.

    Nəticədə Hacıqabul rayon sakinləri, 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci iltəvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtomobillə piyadanı vurub öldürən dünya çempionu azadlığa buraxıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    O, məhkəmənin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb.

    O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib.

    Xatırladaq ki, prokuror çıxışında U.Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

    Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

  • Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanıldı

    Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

    Verilən məlumata görə, 2018-ci il oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin,

    rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

    İstintaq zamanı qeyd olunan cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Məlum olub ki, 2018-ci ilin oktyabr ayının 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəlib.

    Törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət

    və vasitələrdən istifadə etməklə 29 oktyabr saat 21-dən 30 oktyabr saat 04-dək olan müddət ərzində dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici,
    o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.

    Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkar edilərək götürülüb.

    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Замира Гаджиева выпущена под залог

    Супруга находящегося в заключении бывшего председателя правления Международного банка Азербайджана Джахангира Гаджиева Замира Гаджиева по решению лондонского суда отпущена под залог.

    Решение об этом было принято сегодня на заседании Королевского суда Великобритании.

    Согласно информации, она внесла залог в размере 500 тысяч фунтов стерлингов.

    Замира Гаджиева – супруга бывшего руководителя Международного банка Азербайджана Джахангира Гаджиева, который в 2016 году был осужден в Баку на 15 лет лишения свободы по обвинению в растрате и мошенничестве.

    В начале октября она стала первой иностранкой, источники богатства которой потребовало раскрыть Национальное агентство Британии по борьбе с преступностью (NCA).

    Женщина привлекла внимание правоохранительных органов своим роскошным образом жизни. В частности, власти Британии требуют, чтобы она объяснила, где взяла деньги на покупку недвижимости в Лондоне общей стоимостью в 22 млн фунтов (28,5 млн долларов).

    Кроме того, как говорится в документах суда, З.Гаджиева летала на бизнес-джетах, а за последние 10 лет потратила в лондонском универмаге Harrods около 16 млн фунтов (более 4 тысяч в день).

    4 ноября стало известно, что NCA арестовало ее ювелирные изделия, которые проходили предпродажную оценку в аукционном доме Chrisitie’s, на сумму более 400 тысяч фунтов.

    Среди прочего речь идет об ожерелье из сапфиров и рубинов Boucheron стоимостью до 120 тысяч фунтов стерлингов и перламутровом ожерелье Van Cleef & Arpels, оцененном в 20 тысяч фунтов.

  • Изменена таможенная пошлина на импортируемый цемент

    В Азербайджане изменена таможенная пошлина на импортируемый белый цемент, искусственно окрашенный или неокрашенный.

    Как сообщает Median.Az со ссылкой на Report, в связи с этим Кабинет министров внес изменения в «Товарную номенклатуру внешнеэкономической деятельности Азербайджанской Республики, ставки импортных таможенных пошлин и экспортных таможенных пошлин».

    Согласно решению, таможенная ставка на импортируемую в страну искусственный или неокрашенный белый цемент, как и прежде, будет составлять 15%.

    В документе отмечается, что до 11 ноября текущего года за килограмм этой продукции будет взыматься таможенная пошлина в размере 0,07 долларов США. Согласно изменению, эта пошлина отменена.

  • Nazirliyin himayəsinə götürdüyü uşaq: Sığınacaqda mənə yaxşı baxırlar – VİDEO

    İki gün əvvəl atası tərəfindən döyülərək evdən qovulan və iki aydan çox çöldə – Bakının 9-cu mikrorayon ərazisində yaşayan azyaşlı Vahid Həsənov barədə məlumat vermişdik.

    Reportajdan dərhal sonra müvafiq qurumlar hərəkətə keçərək uşağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə yerləşdirdi.

    Mövzunu diqqətdə saxlayaraq, Vahidin hazırkı vəziyyətini, yaşayış vəziyyətini gözümüzlə görmək üçün üz tutduq həmin sığınacağa.

    Vahid bu gün səhərdən sığınacaqda olduğunu və burada özünü yaxşı hiss etdiyini dedi.

    Tibbi müayinədən keçən Vahidin sağlamlıq cəhətdən heç bir probleminin olmadığı müəyyən edildi. Sığınacaqda dərs və musiqi otaqları, idman zalı uşaqların ixtiyarına verilib.

    Baku TV əməkdaşları sığınacaqdan reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • Dərmanlarla bağlı cərimələr artırılır

    Dərman vasitələrinin saxlanması və topdansatış tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər nəzərdə tutulub.

    Bununla bağlı dəyişikliklər layihəsi Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.

    İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişkliklərdə əsasən, dərman vasitələrinin istehsalı, saxlanması, topdansatışı, apteklərin təşkilati işləri ilə bağlı qaydaların pozulmasına görə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

    Bununla bağlı konkret olaraq, Məcəllənin 221.10-cu maddəsinə dəyişiklik nəzərdə tutulur.
    Dəyişikliyə əsasən, dərman vasitələrinin istehsalına və saxlanmasına, eləcə də, topdansatışına dair tələblərin pozulmaslına görə – vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

    Qayda pozuntusu bir il ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxsin 2500 manatdan 4500 manatadək məbləğində, hüquqi şəxslərin isə 6000 manatdan 8000 manatadək cərimə edilməsi nəzərdə tutulur.

    Məcəlləinin 452-ci maddəsinə nəzərdə tutulan dəyişiklik isə dərman vasitələrinin buraxılışında apteklərin təşkilati qaydalarının pozulması ilə bağlıdır.

    Bununla bağlı olaraq 452.3-cü maddədə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə – vəzifəli şəxslərin 500 manatdan 700 manatadək, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.

    Bu hal bir ərzində yenidən təkrarlanarsa, o zaman vəzifəli şəxslərin 1500 manatadək, hüquqi şəxslərin 5000 manatdan 7000 manatadək cərimələnməsi nəzərdə tutulur.//oxu.az

  • Президент наградил сотрудников метрополитена – СПИСОК

    Президент Ильхам Алиев подписал распоряжение о предоставлении персональной стипендии президента Шаигу Эюбову за плодотворную деятельность в строительстве Бакинского метрополитена.

    Кабмину поручено решить вытекающие из этого распоряжения вопросы.

    Другим распоряжением президента за плодотворную деятельность в строительстве и эксплуатации Бакинского метрополитена следующие лица награждены медалью «Терегги».

    Абдулсамедов Гурбан Али оглу
    Амрахов Расим Зейгам оглу
    Мехтиев Рафаил Мехти оглу
    Мирзалиев Абульфаз Бахман оглу
    Тахиров Халаддин Шариф оглу

    Кроме того, распоряжением главы государства за заслуги в развитии Бакинского метрополитена Мазахиру Абильшах оглу Набиеву присвоено почетное звание «Заслуженный инженер».

  • Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü veriləcək.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Abdusəmədov Qurban Əli oğlu

    Əmrahov Rasim Zeyqəm oğlu

    Mehtiyev Rafail Mehti oğlu

    Mirzəliyev Əbülfəz Bağman oğlu

    Tahirov Xaləddin Şərif oğlu.

    Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.