Month: November 2018

  • Yeddiqat dünya çempionu nokautla öldü – VİDEO

    İtalyan boksçu Kristian Daqio tailandlı Don Parueanqla döyüş zamanı başından aldığı zərbələr nəticəsində ölüb.

    Bununla bağlı “Boxing Scene” portalı məlumat yayıb.

    Oktyabrın 26-da Dünya Boks Şurasının (WBC) Tailandın Ranqsit şəhərində təşkil etdiyi yarışda 49 yaşlı Daqio və Parueanq görüşüb. Qarşılaşmanın 12-ci raundunda tailandlı rəqibini nokauta göndərib və qələbə qazanıb.

    Hakim dərhal həkimləri rinqə dəvət edib. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.

    Xatırladaq ki, Daqio boks üzrə yeddiqat dünya çempionu olub.//oxu.az

  • Внедрение обязательного медстрахования отложено

    В 2019 году завершатся итоговые подготовительные работы по внедрению обязательного медицинского страхования по всей стране. Медицинское страхование во всем Азербайджане начнет действовать с 2020 года (ранее предполагалось внедрение системы в 2019 году – ред.).

    Об этом было сказано в понедельник на совместном заседании комитетов Милли меджлиса, посвященном обсуждению проекта госбюджета на будущий год.

    Отметим, что на обязательное медицинское страхование в будущем году планируется выделить 224 млн манатов.

  • İcbari tibbi sığortanın bütövlükdə tətbiqi 2020-ci ilə qaldı

    2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.

    Bu haqda Milli Məclisin (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirilib.

    Qeyd olunub ki, gələn il icbari tibbi sığortaya 224 mln. manat ayrılması nəzərdə tutulub.

    “Buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”, – deyə qeyd edilib.

  • Bakıda ortada qalan 2 milyon manatlıq sərvət: İki iş adamı üz-üzə – Video

    Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində inanılmaz anlar baş verib.

    “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevin şəriki ona küllü miqdarda pul borclu olub. Ona borclu olan adam dünyasını dəyişib. Borular da mərhum şərikə aid olduğu üçün onun yaxınları etibarnamə əsasında borc pulun əvəzinə boruları Qənbər bəyə verib.

    Bir müddət sonra “Biləcəri təmir quraşdırma” QTSC-nin rəhbəri Nazim Talıbov məhkəməyə müraciət edir ki, borular onundur.

    Bununla əlaqədar məhkəmələr prosesi keçirilir. Sonda boruların Qənbər bəyə aid olması təsdiqini tapır. Hətta malın xüsusi mühafizə məntəqəsində yerləşdirilməsi də qətnamədə qeyd edilib. Az sonra qarşı tərəf boruların köçürülməsinə qarşı çıxıb. Qətnamədə boruların hansı əraziyə köçürülməsi göstərilməyib.

    İcraçılar qeyd edir ki, məhkəmə ünvan göstərmir, sadəcə, “yerləşdirilməlidir” yazıb. Mübahisə də məhz bunun üstündədir ki, ərazi göstərilməyib. Əraziya bəzi QHT və İB-lərin rəhbərləri də gəlib.

    Teleaparıcı bəzi jurnalistləri də sərt tənqid edib: “Həmkarlarımın həmkardan kənar hərəkətləri, sanki Nazim bəyin həmkarı kimi davranmaları da gözümdən qaçmadı. Axı bizlər tərəf saxlamalı deyilik. Axı bizlər bu cür məsələlərdə xalaoğlu obrazında olmamalıyıq. Əlimizi cibimizə deyil ürəyimizə qoymalıyıq…”

    Vəziyyətin gərginləşdiyini görən icra nümayəndələrinin ardınca əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları, Qaradağ rayon icra şöbəsinin rəis və o cümlədən müavini Oqtay Hüseynovda gəlib. Amma hələ ki, icra prosesi baş tutmayıb.

    Qeyd edək ki, bu boruların qiyməti 2 milyon manatdan çoxdur.//minval.az

  • Министр о разрушенных театрах на оккупированных землях

    Армяне разрушили здания театров на оккупированных азербайджанских землях.

    Об этом, как передает Median.Az, заявил министр культуры Азербайджана Абульфас Гараев, выступая на V Бакинской международной театральной конференции.

    Министр отметил, что оккупированы 20 процентов азербайджанских земель, на которых разрушены памятники культуры Азербайджана, в том числе пострадали здания театров.

    «Сегодня Физулинский и Шушинский театры не прекратили творческую деятельность и продолжают работать в других местах. Эта деятельность доказывает, что искусство бессмертно», – отметил министр.

    Он подчеркнул, что сегодня в Азербайджане, наряду с 26 государственными театрами, работают такие театры, как ÜNS, муниципальные театры.

    Отметим, 5-6 ноября в Баку проходит V Бакинская международная театральная конференция, в которой принимают участие 110 театральных деятелей из более 40 стран.

  • Elmar Vəliyevin bazarı bağlandı

    Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var.

    E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib.

    Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.

    Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində “mərkəzi kolxoz bazarı” kimi tanınan “Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

    Məqsəd E.Vəliyevin Gəncədəki “Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.

    Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, “Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.

    2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.

    E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.//modern.az

  • Himnlə bağlı daha bir iddia: “Himnin müəllifi Əhməd Cavad deyil”

    Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanın dövlət himninin həcminin azaldılması ilə bağlı təklifinə verilən reaksiyalara münasibət bildirib.

    T.Kərimli “Report”a açıqlamasında deyib ki, ittihamlar gülünc və əsassızdır.

    Onun sözlərinə görə, insanlar təklifin mahiyyətini tam başa düşməyiblər: “Sosial şəbəkələrdə və mətbuatda ittihamlar irəli sürülür. Bir tərəfdən təəssüflənsəm də, digər tərəfdən sevinirəm. Ona görə sevinirəm ki, xalq öz dəyərlərini, dövlətini müqəddəs hesab edir. Kədərlənməyimin səbəbi odur ki, ittihamlar əsassızdır.

    Deyirlər ki, bu qədər problemlər olduğu halda, Tahir Kərimli niyə himnlə bağlı məsələ qaldırıb? Azərbaycan Konstitusiyasının qəbulundan 23 il ötür, qanunun 23-cü maddəsinin üçüncü hissəsində qeyd olunur ki, dövlət bayrağının və dövlət gerbinin təsviri, dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. İndi həmin Konstitusiya qanunu layihəsi Milli Məclisə göndərilib ki, müzakirə olunsun. Belə olanda halda, mən hansı problemdən danışmalıyam?

    Deputat fəaliyyətim dövründə daim xalqı narahat edən problemlərə toxunmuşam. İttiham edirlər ki, bu çıxış gündəmi dəyişməyə hesablanıb. Deputatam, gündəmi necə dəyişə bilərəm ki?! İddia olunur ki, kimsə yeni himn yazmaq istəyir, ona görə Tahir Kərimli məsələni ortaya atıb. Bu nə deməkdir, bu nə düşüncədir?! Himni yazmaq istəyənlərdən biri Sabir Rüstəmxanlı idi, o da qəbul olunmadı”.

    O, himninin dəyişdirilməsinin qəbulolunmaz olduğu arqumentini doğru hesab etmədiyini qeyd edib: “Deyirlər ki, bu himn Azərbaycan Xalq Cümhuriyyətinin himni olub. Axı olmayıb… 1920-ci ilə qədər himnimiz olmayıb. Üzeyir Hacıbəyovun hazırladığı marş isə tamam başqa olub. Üzeyir Hacıbəyli 1917-ci ildə “Açıq söz” qəzetində çap edilən məqaləsində yazır ki, milli qəsidə (himn) yazmağa çalışır, milli marş yazıb, amma dərc etməyə lazım bilmir. O qeyd edir ki, yazdığı marşın sözlərinin vəzn cəhətdən düzgün olmadığını söyləməliyəm. Azərbaycanın dövlət himni “Bayatı-Şiraz” üzərində yazılıb.

    “Bayatı-Şiraz” da qəmginlik gətirən musiqidir. Bunu bəstəkar Nailə Mirməmmədli də təsdiq edib. Hazırki himn 1989 və 2014-cü ildə aranjiman olunub. Mütəxəssislər də təsdiq edir ki, himn sürətləndirilib. Əgər toxunulmaz idisə, niyə aranjiman edirdilər? 1992-ci ildə də bəzi sözlər dəyişdirilib. Məsələn, “Sənə hər dəm” sözləri “sənə hər an” sözləri ilə, “Sənə bir çox məhəbbət” sözləri “sənə min bir məhəbbət” sözləri ilə əvəz edildi. “Himni dəyişmək olmaz” demək, ehkam kimi baxmaq doğru deyil. Əhməd Cavad mənim istiqlal şairimdir, ən sevdiyim şairdir. Üzeyir Hacıbəyovu mədəniyyətimizin peyğəmbəri adlandırmışdım, bəziləri dedi, bu, düzgün deyil. Yəni burada söhbət himni dəyişməkdən deyil, düzəliş etməkdən, kədərli notları aradan qaldırmaqdan gedir. Mənə qarşı hücum edənlər haqsızdırlar.

    Hazırki himn 1919-cu ildə “Vətən nəğmələri” adı ilə hökumət mətbəəsi çap edib. Ölkəmiz müstəqil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası himnin sözlərinin kimə məxsus olmasını müzakirə etmişdilər, qərar bundan ibarət idi ki, himnin müəllifi Əhməd Cavad deyil. Mən hələ bu məsələyə toxunmuram. Bütün hallarda himni mükəmməl etməliyik. Bəziləri deyir ki, xalq bu sözlərə öyrəşib, diləyatımlıdır, bəs əlifbanı niyə üç dəfə dəyişdiniz? Türkiyə səfirliyində bu yaxınlarda tədbirdə idim, Türkiyə və Azərbaycanın himni səsləndi. Ölkəmizin himni səslənəndə qonaqlar bir-biriləri ilə söhbət etməyə başladılar… Bu, mənə çox pis təsir etdi”.

    Xatırladaq ki, Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında T.Kərimli himnin həcminin azaldılmasını təklif etmişdi.

  • Bakıda rüşvətə görə tutulan həkimin ibtidai istintaqı başa çatıb

    Bakıda dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş həkim-kardioloqu Yeganə Osmanova və Gülarə Bədirovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

    “Report”un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yekunlaşdırılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

    Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində G.Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Y.Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

  • Подсчитаны расходы на муниципальные выборы

    Стал известен объем средств, выделенных из госбюджета на предстоящие муниципальные выборы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, министр финансов Самир Шарифов в ходе обсуждения проекта бюджета на 2019 год в парламенте отметил, что на проведение муниципальных выборов из госбюджета планируется выделить 54 млн манатов.

    Отметим, что очередные – пятые муниципальные выборы должны состояться в декабре 2019 года.

  • Asan yola əl atan ana və bala iş başında yaxalandı (VİDEO)

    Abşeronda saxta pulla alış-veriş edən ana və oğlu saxlanılıb.

    Əməliyyatı Abşeron polisi keçirib. Abşeron sakini Gülbəniz Hüseynova işlədiyi şirniyyat mağazasında bir nəfər qadının ona 50 manatlıq saxta pul verdiyi barədə polisə şikayət edib.

    Adilə Sadıqova da Masazır qəsəbəsidə ticarətlə məşğul olan zaman bir nəfər qadının ona saxta pul verməsi barədə polisi məlumatlandırıb. Aparılan əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş şəxslərin paytaxtın Nəsimi rayonunda kirayədə yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov olduğu ortaya çıxıb.

    Saxlanılan şəxslərin yaşadıqları mənzildən saxta pul çap etmək üçün işlədilən rəngli printer və digər aksesuarlar aşkarlanıb. Namiq Əsgərov həmin vasitələrin həbsdə olan qardaşından aldığını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: