Month: November 2018

  • Həbibə 50 milyon dollar qonorar vəd edildi

    UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb.

    Onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb.

    Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib.

    “Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”, – UFC prezidenti deyib.

    Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.

    Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə dağıstanlı idmançıya 10-50 milyon dollar qonorara ümid bəsləyir.

    Nurməhəmmədovun növbəti rəqibi hələlik məlum deyil.

  • Полиция Апшерона задержала фальшивомонетчицу и ее сына

    Как сообщает Median.Az, сотрудники Апшеронского РУП в результате оперативно-розыскных мер задержали жительницу столицы Наргиз Мирзоеву и ее сына Намика Аскерова.

    В их квартире были найдены цветной принтер для иготовления фальшивых купюр и другие аксессуары.

    Выяснилось, что несколько дней до этого женщина в г.Хырдалан заплатила продавщице магазина по продаже сладостей 50 фальшивых манатов.

    В Следственном отделе Апшеронского РУП возбуждено уголовное дело по статье 204 (изготовление, приобретение или сбыт фальшивых денен или ценных бумаг) УК Азербайджана.

  • Abşeron polisi saxta pul hazırlayan ana ilə oğulu saxlayıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərovu saxlayıbllar.

    Araşdırma zamanı məlum olub ki, Nərgiz Musayeva Xırdalan şəhərində işlədiyi şirniyyat mağazasında, orda işləyən Gülbəniz Hüseynovaya alış-veriş zamanı saxta 50 manatlıq əskinaz verib.

    N.Musayeva və N.Əsgərovun yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkar edilib.

    Abşeron RPİ İstintaq şöbəsində 204-cü ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

  • “Xəzər TV”dən Tahir İmanova cavab: “Zibil yeşiyi…” – VİDEO

    Azərbaycanın əməkdar artisti. Çox təmtəraqlı səslənir. Bu adı almaq qədər onu daşımaq da məharət istəyir. Amma deyəsən aktyor Tahir İmanov bu adın verdiyi məsuliyyət yükünün altında əziyyət çəkir. Əgərə belə olmasaydı öz tükənmişliyiniin günahını başqalarında axtarmazdı.

    Tahir İmanov bugünlərdə mətbuata açıqlama verib və öz ağlınca baltanı kökündən vurub. Ki, bəs, Azərbaycanın bütün özəl TV kanallarını zibil yeşiyinə atardım. Səbəbini də deyib: güya bu kanalların hamısı ucdantutma onun kimi istedadları başa düşəcək səviyyədə deyilmiş.

    Bu şəxs daha sonra bir az da irəli gedərək iddia edib ki, hazırda Azərbaycan mediasının 95%-i sarı mediadır. Yəni ona inansaq ölkədə ciddi media yox imiş.

    Bəs, belə iddiaları dilə gətirməyə onu vadar edən nədir? Deyir ki, sonuncu konsertimizə çağırdığımız jurnalistlər konsertdən deyil, başqa şeylərdən yazıblar. Biz də sual edirik: niyə? Cavab sadədir: ona görə ki, təqdim edilən konsert sadəcə gözlənilən marağı doğurmayıb. Bu da bu adamın istedadının tükənməsinin sübutu ola bilər.

    İstedadın tükənməsindən söz düşmüşkən, Tahir İmanov deyir ki, son illər ərzində filmlər çəkiblər, amma arzu olunan diqqətlə qarşılaşmayıblar. Elə bu faktın özü bir daha sübut edir ki, istedad tükənib, ictimai maraq dairəsi daralıb. Ona görə də media artıq bu adamların tamaşalarına əvvəlki kimi diqqət göstərmir. Yəni belə bir şəxsin özünün tükənməsini dərk etmək yerinə durub Azərbaycan mediasının 95 faizini günahlandırması, jurnalistləri az qala ucdantutma savadsız elan etməsi artıq onun özünün problemli olmasından xəbər verir.

    Və sonda. Tahir İmanov doğurdanmı hesab edir ki onun məhşurlaşmasında, təmaşaçı rəğbəti qazanmasında lap elə bu əməkdar artist adını almasında indi zibil yeşiyinə atmağa hazır olduğu mətbuatın eləcə də özəl televiziyaların rolu olmayıb.

    Əgər aktyor tükənibsə ortaya yeni maraqlı heç nə çıxara bilmirsə tamaşaçı özü onu zibil yeşiyinə atır. Əgər Tahir İmanov şənliyini və hazırcavablığını itiribsə burada televiziyaları günahlandırmaq ən azı çörəyi dizinin üstündə olmaqdır.
    ///xezerxeber

  • DTX Gəncədə əməliyyat keçirdi: Müqavimət göstərən iki şəxs məhv edildi

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncə şəhərində əməliyyat həyata keçirib.

    DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla öz təsdiqini tapıb və DTX bu məqsədlə təxirəsalınmaz tədbirlər keçirib.

    Məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı R.Rzayev və F.Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq F.Ələkbərov və R.Rzayev məhv edilib.

    “Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb”, – deyə məlumatda qeyd olunur.

    Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Стала известна причина крушения Boeing в Индонезии

    Власти Индонезии заявили, что лайнер авиакомпании Lion Air разбился от сильного удара о поверхность Яванского моря.

    Как передает Median.Az, об этом сообщает Life.ru.

    «Boeing 737 Max 8 развалился на части от удара о воду, никаких следов, указывающих на разгерметизацию воздушного судна в полете, не обнаружено», – рассказал радиостанции Elshinta глава Комитета по обеспечению безопасности на транспорте Соерджанто Таджахоно.

    Он добавил, что специалисты не установили «изношенность материалов» потерпевшего крушение лайнера.

    Напомним, Boeing со 189 пассажирами и членами экипажа разбился у берегов острова Ява. При крушении никто не выжил. Спасателям удалось поднять на сушу тела 105 жертв, из которых опознано лишь семь.

  • Задержан карманник, грабивший пассажиров в Апшеронском районе

    Как сообщает Median.Az, сотрудники Апшеронского РУП в ходе проведенной операции задержали жителя г.Сумгайыт, ранее судимого Назима Джафарова, который в г.Хырдалан в пассажирском автобусе украл у жительницы Огузского района А.Азаховой кошелек, где находились 150 манатов и серебрянный браслет.

    В ходе расследования выяснилось, что он причастен еще к преступлениям аналогичного характера. Так, находясь в общественном транспорте он украл из сумок жителей поселка Масазыр З.Оруджевой и Д.Бандалиева мобильные телефоны, из кармана жителя г.Хырдалан В.Гасанова 170 манатов и мобильный телефон.

    В Следственном отделе Апшеронского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Аbşeron rayonunda sərnişinləri soyan cibgir tutulub

    Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər ərazisində, avtobusda Oğuz rayon sakini A.Azaxovanın, içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısını oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılıb.

    Araşdırma zamanı onun ictimai nəqliyyatda Masazır qəsəbə sakinləri Z.Orucovanın və C.Bəndəliyevin çantalarından mobil telefon, Xırdalan şəhər sakini V.Həsənovun cibindən isə
    170 manat və mobil telefon oğurlaması müəyyən edilib.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

  • Atam məni zorla dostunun oğlu ilə nişanladı – Azərbaycanlı qızın acı taleyi

    “İndi öz yaşımda xanımların kiçik problemləri dərd etməsinə baxıb, deyirəm kaş mənim də dərdim elə onlarınkı qədər olardı. Həyat  məni çox ağır sınaqlara çəkdi. Nə geri dönüb sığına biləcəyim ailəm vardı, nə də bir kömək umacağım dost-tanışım. Ailə qurana qədər çəkdiyim əziyyətin bitəcəyi günləri sayırdım. Amma nə biləydim ki, bu hələ görəcəyim günlərin yanında heç nə imiş…”

    Bir qadının taleyi bu qədər əzablı olmamalıdır. Bu gün həyat hekayəsini sizinlə paylaşacağım qadın isə Günəş Orucuvadır (ad şərtidir). 

    Bəzən ailələr  övladlarına ad seçən zaman mübahisə edirlər. Adların gələcəkdə uşaqlarının taleyinə təsir edəcəyini düşünürlər. Bəlkə də Günəş və onun kimi bir çox qadının həyatı bu inancın ən şirin yalan olduğunun göstəricisidir. 

    Bu gün adı kimi ətrafa adı kimi şəfəq saçmalı olan Günəş, qarşımda boynu bükük şəkildə əyləşib. Danışmağa çətinlik çəkdiyi halından bəllidir. Barmaqlarını bir-birinə dolayıb, nəfəsini dərib başına gələn əhvalatları danışmağa başladı.

    Oxu.Az yolu sığınacaqlara düşən qadınlardan birinin acınacaqlı həyat hekayəsini təqdim edir:

    “Xoşbəxt ola biləcəyim bütün şansları əlimdən aldılar…”

    Günəş deyir ki, ailələrində ona qarşı münasibət həmişə fərqli olub:

    “Ailədə üç uşaq olmuşuq. Məndən kiçik qardaşlarım var. Anamla atam bir-birini sevməyib. Bəlkə də bizim həyatlarımızın məhv olması elə buradan başlayır. Özümü dərk etdiyimdən bu günə kimi evimizdən səs-küy,  söz-söhbət əskik olmayıb. Bəzən uşaqlar məktəbə  gedəndə ağlayırlar, getmək istəmirlər.

    Mənim evdən çıxmağa şansım yox idi, məktəbə gedəndə o qədər sevinirdim ki, bu səs-küydən uzaqlaşdım. Orta məktəbi yaxşı oxuyurdum. Universitetə getməyi arzu edirdim, amma atam qoymadı. 11-ci sinfi bitirdikdən sonra evdə bütün işlər mənə baxırdı. Anam çox gərgin olurdu, amma yenə də onu çox istəyirdim. Hərdən heç nədən əsəbiləşirdi, mənə deyirdi ki, kaş sən doğulan gün ölərdin. Bu məni çox incidirdi. Hər zaman düşünürdüm ki, görən ana öz övladına bunu necə deyə bilər.

    Sonralar bildim ki, mən ailədə arzu olunmaz uşaq olmuşam. Amma artıq bunun bir mənası qalmamışdı, çünki həyatda da öz yerimi tapa bilməzdim”.

    “Sevginin yox, təcavüzün uşağı…”

    Günəş danışdıqca gözləri dolur, əlləri əsirdi. Göz yaşlarını köynəyinin qoluna silirdi. Köynəyin yaş olmuş qollarını qatlayanda kəsik-kəsik olan biləklərini gördüm… 

    Hekayəni eşitməyə belə qorxarkən, dinləməyə davam etdim. Günəş anasının xoşbəxtliyi deyil, bədbəxtliyi olduğunu deyir:

    “Atam anamı qaçırıb. Daha sonra o, istəmədən onunla münasibətdə olub ki, geri qayıda bilməsin. Və mən bu gözəl “sevgi” hekayəsinin bəhrəsiyəm… Anam hiss etdirməməyə çalışsa da, bəzən mənə baxanda həmin anları xatırladığını düşünürəm. Bəzən anamı qınayırdım, amma sonra içimdə bu nifrətin yaranmasının qarşısını almağa çalışdım. O günə qədər ki, atam məni zorla dostunun oğluna nişanladı.

    Anam isə bu məsələyə qarışmayıb mənim bədbəxt olmağıma göz yumdu. İmkanımız olmadığından qızların xəyalındakı kimi nişanım, xınam, gəlinliyim belə olmadı. Bir neçə ay ərzində bu məsələni də həll etdilər və mən 2013-cü ildə 18 yaşında öz cəhənnəmimə yola salındım.

    İlk vaxtlar yaxşı olmasa da, şikayət edəcək qədər çətinliyim olmurdu, bir neçə ay normal münasibətlərimiz oldu. Mən hamilə qaldım. Hazırda əkizlərim var. Bu günə qədər yoldaşımdan heç nə istəməmişdim, vəziyyətimlə əlaqədar xərclərimiz artdığı üçün söz-söhbətlər yaranmağa başladı. İlk dəfə də elə bunun üstündə döyüldüm…”

    “Belə getsə uşaqlardan birini satacam…” 

    Biz danışarkən Günəşin əkizləri dünyadan xəbərsiz şirin yuxuda idilər. Onların heç xəbəri də yox idi ki, ataları onlardan birini satmaq istəyir:

    “Həyat yoldaşım hədələyirdi ki, məni çox xərcə saldın. Uşaqlar doğulsun birini satarıq, elə birinə ancaq baxa bilərəm. Doğuma az qalırdı, o qədər stress keçirirdim ki, qorxurdum uşaqlarıma nə isə olacaq. Onlara heç nə ala bilmədim. Evdə köhnə geyimlərimi kəsib onlara paltarlar düzəltdim. Qonşuluqda olan gəlinlər uşaqlarının köhnə, artıq istifadə etmədikləri  paltarlarını verib kömək edirdilər. 

    Nəhayət, 2015-ci ildə əkiz qızım dünyaya gəldi. Bundan sonra qayınanam da uşaqların səsi başıma düşür deyib, mənimlə dalaşırdı. Yoldaşıma çöldə nə deyirdilər, nə demirdilər hər gün gəlib məni döyürdü. Bədənimdə salamat yer qalmamışdı. Əlqərəz hər şeyə susdum, səsimi çıxarıb etiraz etmədim. Yoldaşımın “uşaqlardan birini sataram” deməsi ürəyimə o qədər qorxu salmışdı ki, ən ağır işləri də görürdüm ki, söz-söhbət olmasın.

    Uşaqların ehtiyaclarını qarşılaya bilmirdim deyə, gecə-gündüz ağlayırdım. Onlara paltar düzəldəcəm deyə, o qədər paltarımı doğramışdım ki, əynimə geyib küçəyə çıxmağa bir dəst geyim tapa bilmirdim. Bir ilə yaxın belə davam etdim. Bir gün o həddə çatdım ki, damarlarımı doğrayıb özümü öldürmək istədim”.

    Hönkürərək ağlamaq istəyirdi ki, yan otaqdan uşaqlarının səsini eşitdi. Bir an üz-gözünü silib tez onların yanına gedib, qızlarını bağrına basdı. Kənardan onlara badım. Körpələrin sabah necə həyatlar yaşayacaqları da bəlli deyil. Amma Günəş deyir ki, onlar üçün əlindən gələni edəcək:

    “Uşaqlarım üçün həyatda qalıram. Damarlarımı kəsəndə ailəm bildi. Xəstəxanada məni görməyə gəldilər. Atam heç bir dəfə də soruşmadı ki, qızım niyə belə etdin. Çox gözlədim ki, soruşsun. İstəyirdim bircə kəlmə mənimlə maraqlandıqlarını göstərsinlər, bəlkə yoldaşım da qorxardı, daha mənə zülm etməzdi.

    Amma onda gördüm ki, bu həyatda sığına biləcəyim heç kimim yoxdur. Bəlkə qardaşlarım məndən böyük olsa, mənə sahib çıxardılar. Amma “bəlkələr” mənim həyatımı yüngülləşdirmədi. Dəfələrlə yoldaşımla danışıb, problemləri həll etmək istəsəm də olmadı. Məcbur olub uşaqlarımı da götürüb düşdüm çöllərə.

    Sonra bir nəfər mənə məsləhət gördü ki, sığınacaqlarda mənim kimi köməksiz qadınlara yardım edirlər. Mən də uşaqlarımla sığınacağa müraciət etdim. Sağ olsunlar, ailəmin etmədiyini etdilər. İndi bütün yaşadıqlarımı düşünürəm. Sabah nə olacağına dair bir fikrim yoxdur. Amma çalışacam iş tapım, uşaqlarımı saxlamaq üçün pul toplayım.

    Hərdən mənə deyirlər ki, gərək ailənin yanına gedərdin. Mən də istərdim ki, ailəm məni tək qoymasın. Amma təəssüf ki, hər dəfə bunları tək-tək insanlara izah edə bilmirəm. Bu gün qarşıma məqsəd qoymuşam ki, iş tapım. İlk maaşımla da qızlarıma heç vaxt ala bilmədiyim təzə paltar alım. Qızlarım mənə özümü yenidən doğulmuş kimi hiss etdirir”.

    Günəşin arzuları çoxdur. Deyir ki, özünün yarım qalan xəyallarını qızlarının yaşaması üçün əlindən gələni edəcək.

  • В Германии полностью отменили смертную казнь

    Жители немецкой федеральной земли Гессен на референдуме проголосовали за окончательную отмену смертной казни.

    Как передает Median.Az со ссылкой на BBC, за это высказались 83% голосовавших.

    Гессен стала последней из федеральных земель, которая внесла поправки в местное законодательство. В национальной конституции Германии смертную казнь отменили еще в 1949 году.

    Голосование в Гессене носило символический характер, поскольку федеральные законы преобладают над законодательством земель. При этом Гессен – это единственная земля, имеющая право менять свою конституцию.

    Напомним, накануне на территории американского штата Вашингтон отменили смертную казнь. При этом смертная казнь остается высшей мерой наказания в 30 штатах США, она также предусмотрена в федеральном законодательстве. Согласно восьмой поправке Конституции, применять смертную казнь можно только против совершеннолетних, которые виновны в убийстве с отягчающими обстоятельствами.