Month: November 2018

  • Rusiyada yeniyetmələr gənc oğlanı yandırdılar – VİDEO

    Rusiyada bir qrup yeniyetmə zarafatla öz dostunu yandırıb.

    Hadisə Krasnoyarskda baş verib.

    Bu səhnə videoya çəkilib və sosial şəbəkələrdə yayılıb.

    Videodan görünür ki, gənc alovun gücləndiyini görüncə, təşvişə düşür.

    Zarafatın pis nəticələnəcəyini başa düşən yeniyetmələr alovu çətinliklə olsa da, söndürə biliblər.

  • Депутаты не смогут брать подарки дороже 55 манатов

    На пленарном заседании Милли меджлиса, прошедшем 27 ноября, на обсуждение был вынесен в третьем – последнем чтении проект изменений в закон «О правилах этического поведения депутатов Милли меджлиса Азербайджанской Республики».

    О проекте проинформировал председатель Комитета по правовой политике и государственному строительству Али Гусейнли.

    В законопроекте отмечается, что впредь депутаты будут сдавать по акту в Аппарат Милли меджлиса предоставленные им подарки дороже 55 манатов.

    На основании сделанных изменений, депутат при исполнении служебных обязанностей не сможет принимать в дар от физических или юридических лиц подарки, стоимость которых превышает 55 манатов.

  • Deputatlar dəyəri 55 manatdan yuxarı olan hədiyyə ala bilməyəcəklər

    Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü – yekun oxunuşda müzakirəyə çıxarılıb.

    Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Ümumiyyətlə, qanun layihəsində qeyd olunur ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

    Dəyişikliyə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

    Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli, və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

    Qanuna edilən digər dəyişikliklə isə deputatlara tətbiq edilən qadağaların genişləndirilməsini nəzərdə tutur.

    Qanunun 11-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsi yeni redaksiyada verilir:

    Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

    Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir.

    Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq alaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

    Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir.
    Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin internet səhifəsində dərc edilir.

    Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

    Dəyişiklik layihəsində bildirilib ki, bu maddədə “maraqlar toqquşması” dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

    Qanun hazırki 11-ci maddəsi belədir: “Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

    Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

    Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

    Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü-yekun oxunuşda qəbul edilib.//oxu.az

  • Xidməti müqavilə ilə işləyənlər 45 faiz vergi ödəyəcək

    Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən ciddi problemlər, daha dəqiqi böyük xərclər gözləyir.

    Median.Az FED.az-a istinadən xəbər verir ki, 2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, DSMF-ə böyük ödənişlər də etməli olacaqlar.

    Belə ki, “Sosial sığorta haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.

    Xatırladaq ki, indiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20%-ni, yəni 26 manat təşkil edirdi.

    Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

    Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olacaq.

    Baş verəcək dəyişikliyi misalla izah edək:

    Bakıda xidməti müqavilə ilə çalışan və ayda 600 manat həcmində ödəniş alan şəxs, indiyədək DSMF-ə hər ay 26 manat ödəyirdi. Gələn ildən isə bu məbləğ ayda 150 manata (25%) yüksələcək.

    Bundan başqa, indiyədək həmin şəxs, sadələşdirilmiş vergi ödəyicisi kimi, ödənişin (yəni 600 manatın) 4%-i həcmində, yəni 24 manat vergi ödəyirdi. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, isə gələn ildən həmin şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.

    Başqa sözlə, xidməti müqavilə ilə işləyib ayda 50 manat vergi və DSMF pulu ödəyən şəxsin ödənişləri, dəyişikliklərdən sonra ayda 180 manata yüksələcək.

  • Nazir: Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq

    Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq. Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək.

    Bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    O bildirib ki, təqribən 38 min insanın aylıq gəliri 48 faiz, 45 min nəfərin pensiyaları isə 35 faiz artacaq:

    “Gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bunlar gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.//oxu.az

  • “…Polis işə qarışacaq” – Metrodakı rəzalətlə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

    Son vaxtlar Bakı metrosunda qeyri-etik hərəkətlərə yol verən sərnişinlərin videosunun sosial şəbəkələrdə yayılması geniş yayılıb.

    Metroda sərnişinlərin narazılığına səbəb olan növbəti biabırçı video sosial şəbəkələrdə yeni müzakirələrə səbəb olub.

    Görüntülərə əsasən, vaqondakı xanım qatarda ayaqqabısını çıxararaq, qeyri-etik tərzdə corabını dəyişib. Bundan sonra ayağından çıxardığı corabı iyləyərək, sərnişinlərin əyləşdiyi oturacağa atıb.

    Corablarının dəyişən zaman bədəninin intim yerlərinin görünməsindən narahat olmayan qızın nümayişkar davranışı bir müddət davam edib.

    Yeraltı nəqliyyatda belə biabırçı hərəkətlərlə bağlı Yenicag.az -a açıqlama verən “Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məsələyə münasibəti belə olub:

    “Metroda sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək Metropoliten işçilərinin əsas vəzifəsidir. Biz sərnişinlərin hərəkətlərinə yalnız qanun çərçivəsində müdaxilə edə bilərik.

    Əgər sərnişinlərdən kimsə metroda ictimai asayiş pozulubsa, o halda polsi işə qarışa bilər. Laikn heç kəsə deyə bilmərik ki, ədəb qaydaların gözlə və s. Bunu o hərəkətlərdən narahat olan sərnişinlər deyə bilər ki, rahatlığımıza mane olursan.

    Həmin sərnişindən şikayət edilərsə, bu halda, qanun çərçivəsində sərnişinlərin rahatlığını pozan şəxslə bağlı cəza tədbiri görülə bilər. Bu məsələlərdə daha çox sosial şəbəkələr və ictimai qınaq rolunu oynamalıdırlar”.

  • Azərbaycanda yeni ailə quran cütlük hamamda öldü

    Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.

    ARB TV xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi ev 11 ünvanında qeydə alınıb.

    26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasını həkimləri onların öldüyünü müəyyən ediblər.

    Şahid: “Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb deyib ki, “mama çıxırıq”. Üzərindən 10, 15 dəqiqə keçmişdi gördüm yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm qışqırır mən də qaçdım dalıyca. Qapını təpiklə sındırdım. Gördüm ikisi də yerdədir”.

    Faktla bağlı araşdırma aparılır.

  • В Барде во время драки 4 человека получили ножевые ранения

    Как сообщает Median.Az, вблизи села Леки Бардинского района произошла массовая драка, в результате чего жители села Гарадемирчи – братья Нурлан, Сархан, Орхан Рамазановы и Эльнур Гурбанов получили колото-резанные раны.

    Они помещены в Центральную районную больницу и прооперированы, их состояние оценивается средне-тяжелым.

    В Бардинском РОП по факту ведется расследование.

  • Bərdə rayonunda kütləvi davada 4 nəfər bıçaqlanıb

    Median.Az xəbər verir ki, Bərdə rayonun Ləki kəndi ərazisində kütləvi dava baş verib.

    Nəticədə Bərdə rayon Mərkəzi Xəstəxanasına dəşilmiş-kəsilmiş xəsarətlərlə Qaradəmirçi kənd sakinləri – Nurlan, Sərxan və Orxan Ramazanov qardaşları və Elnur Qurbanov daxil olublar.

    RPŞ-də faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Гран-при Формулы-1 в Азербайджане признан лучшей гонкой сезона

    После завершения чемпионата мира Формулы-1 2018 года в минувшее воскресенье, британское издание The Guardian начало подводить итоги сезона.

    Гран-при Азербайджана снова признан лучшей гонкой.

    «На улицах Баку снова было все. Два пилота «Ред Булл» Даниэль Риккардо и Макс Ферстаппен идут колесо в колесо, и обгоняют друг друга. Известно, чем это закончилось. Затем, Вальттери Боттас выходит в лидеры гонки после выезда на трассу автомобиля безопасности. А пилот «Феррари» Себястьян Феттель, сразу после того, как гаснут желтые флаги, пытается его обогнать, но ошибается и блокирует шины. Это откатило его на несколько позиций назад. На предпоследнем круге, лидирующий в гонке Вальттери Боттас получает прокол и покидает гонку. А победа в итоге достается Льюису Хэмилтону», – пишет издание.